Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-96)-253/2026 05.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Maxsudova Ülkər Taleh qızının sədrliyi, İskəndərova Səbinə Elşən qızının katibliyi, İddiaçı iştirakı ilə, iddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2, X6, X7 və X5 qarşı mənzilə istifadə hüquqlarının itirilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İşin halları:
1. İddiaçı X3 iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2, X6, X7 və X4 ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, ev 5, mənzil 24-ə (yeni qaydalarla: Qaradağ rayonu, Llökbatan qəsəbəsi, B.Nniftəliyev küçəsi, giriş 127, M2, M2) istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, ev 5-də yerləşən 24 nömrəli mənzil xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Hazırda həmin mənzildə iddiaçı və onun ailə üzvləri yaşayır. Cavabdehlər mənzilin keçmiş ev sakinləridir. Onların qeydiyyatı formal xarakter daşıyır və qeydiyyatdan çıxamağı öhdələrinə götürsələr də hələ də qeydiyyatda qalmaqdadırlar. Bu isə mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur.
3. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
Tətbiq edilən hüquq:
4. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır.
5. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarı
2. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.
Məhkəmənin mövqeyi:
6. Məhkəmə tərəfin iddia ərizəsinin geri qaytarılması barədə ərizəsini araşdıraraq müəyyən edir ki, ərizə ilə məhkəməyə müraciət etmiş iddiaçı tərəfindən həmin ərizənin geri qaytarılması xahiş edildiyindən, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmalıdır. Yuxarıda qeyd olunan “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarından da aydın olur ki, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin razılığının alınması tələb olunmur. Məhkəmə qeyd olunan hallara əsasən hesab edir ki, Mülki-Prosessual Məcəllənin 170-ci maddəsinə əsasən məhkəmə baxışına hazırlığın icraatı zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər.
NƏTİCƏVİ HİSSƏ:
7. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 170, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2, X6, X7 və X5 qarşı mənzilə istifadə hüquqlarının itirilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hаkim Ülkər Maxsudova