Məhkəmə qərarları › İş №2(5-98)-276/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(5-98)-276/2026

23.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-98)-276/2026 23.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı (X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərməklə) “pul” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü barədə (açar sözlər: iddia ərizəsinin geri qaytarılması, ərazi aidiyyəti, dövlət rüsümu, imza səlahiyyəti) Bakı şəhəri Nəsimi Rayon Məhkəmənin hakimi İsmayılova Səbinə Vüqar qızı, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı (X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərməklə) “pul” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları.

1. X3 (İcarəyə verən) və İddiaçı (İcarəçi) arasında notarial qaydada bağlanmış 18.*9.2*24-cü il tarixli icarə müqaviləsinə əsasən İcarəyə verənin nümayəndəsi qismində Cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 57.* m2 olan qeyri-yaşayış sahəsini İddiaçı-yə icarəyə verir. İcarə müddəti 18.*9.2*25-ci il tarixədək müəyyən edilir və İcarəyə götürən İddiaçı İcarəyə verən X2 aylıq 5*** manat icarə haqqı ödəməyi öhdəsinə götürür.

2. Tərəflər arasında bağlanmış 18.*9.2*24-cü il tarixli icarə müqaviləsinə 21.11.2*25ci il tarixli müqavilə ilə xitam verilmişdir.

İddia tələbi.

3. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı (X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərməklə) “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehdən 5*** manat depozit məbləğinin iddiaçının xeyrinə tutulması, dövlət rüsumu və digər məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq.

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 35. İddianın cavabdehin olduğu yerə görə verilməsi. 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 151. İddia ərizəsinin mümkünlüyü. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.*** manatdan 1*.*** manatadək olduqda - 3* manat + 1.*** manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.

Məhkəmənin mövqeyi.

6. İddia ərizəsindən görünür ki, İddiaçı icarə müqaviləsi üzrə ödədiyini iddia etdiyi depozit məbləğinin Cavabdeh tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, bu mübahisəyə iddiaçının seçməsinə görə aidiyyət, müstəsna aidiyyət, yaxud müqavilə aidiyyəti və s. istisna ərazi aidiyyəti qaydalarının tətbiqini zəruri edən hallar yoxdur. Buna baxmayaraq, müvafiq iddia ərizəsi ümumi ərazi aidiyyəti qaydasında cavabdehin rəsmi qeydə alındığı yer üzrə fəaliyyət göstərən məhkəməyə verilməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

7. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, iddia ərizəsində cavabdeh kimi göstərilmiş şəxs Laçın rayonunda qeydiyyatdadır. Lakin müvafiq iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilmişdir.

8. Məhkəmə qeyd edir ki, icarə müqaviləsinin predmet olan əmlakın Nəsimi rayonu ərazisində yerləşməsi mübahisəyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsində müəyyən edilmiş müstəsna aidiyyət qaydasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olduğu mənasına gəlmir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun *2.*6.2*21-ci il tarixli qərarı).

9. Bundan əlavə, iddia ərizəsinə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq müəyyən edilmiş dövlət rüsumu məbləğinin ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Həmçinin iddia ərizəsi İddiaçı adından adı “Bayramov” kimi qeyd edilmiş şəxs tərəfindən imzalansa da həmin şəxsin kimliyi və İddiaçı adından iddia ərizəsi ilə məhkəməyə müraciət etmək səlahiyyəti ilə bağlı ərizəyə heç bir sənəd əlavə edilməmişdir. 1*. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda göstərilmiş nöqsanlarla təqdim edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır.

11. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq,

Q Ə R A R A A L D İ:

İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı (X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərməklə) “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Səbinə İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar