Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-98)-553/2026 13.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Cavabdeh2, onun tabeliyində “Bakı Baş Səhiyyə Mərkəzi” X13i və onun direktoru Cavabdeh4 qarşı “ödənilməmiş əməkhaqqı, əmək münasbətlərinin qeydə alınması və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü barədə (açar sözlər: icraata qəbuldan imtina, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi varsa) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi İsmayılova Səbinə Vüqar qızı, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Cavabdeh2, onun tabeliyində “Bakı Baş Səhiyyə Mərkəzi” X13i və onun direktoru Cavabdeh4 qarşı “ödənilməmiş əməkhaqqı, əmək münasbətlərinin qeydə alınması və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İddia tələbi.
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Cavabdeh2, onun tabeliyində “Bakı Baş Səhiyyə Mərkəzi” X13i və onun direktoru Cavabdeh4 qarşı “ödənilməmiş əməkhaqqı, əmək münasbətlərinin qeydə alınması və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən işəgötürən “Bakı Baş Səhiyyə Mərkəzi” X11 törəmə müəssisəsi olan Xocasən Sağlamlıq Mərkəzinin sabiq baş həkimi X1 xx.xx.2018-ci il tarixli məktubunun 2-ci hissəsində göstərilən əsaslara istinad edilərək, iş yeri 28 X12 qeyd olunan, müddətsiz, daimi, müsabiqə yolu ilə işə qəbul komissiyasının 1 nömrəli protokolu əsasında kağız daşıyıcı üzərində bağlanılan və bağlanıldığı andan əmək münasibətlərinin yaranan əmək müqaviləsinin, həmin əmək müqaviləsi əsasında sənədləşdirilən 171, 45 və 21 saylı əmrlərin, habelə sözügedən əmək müqaviləsinin ləğv edilməsi barədə işdən azad olunma əmrinin kağız daşıyıcıda mövcudluğunu təsdiq edən sənədlərin cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ və “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ direktoru hazırkı yuxarı işəgötürən, Cavabdeh4 Abdurəhman oğlu tərəfindən məhkəməyə təqdim edilməsinin tapşırılmasını, cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ və “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ direktoru hazırkı yuxarı işəgötürən Cavabdeh4 Abdurəhman oğlu tərəfindən yuxarıda qeyd olunan əmək müqaviləsinin yalnız kağız daşıyıcıda işdən azad olunma əmrinin mövcudluğu məhkəmə tərəfindən müəyyən edilə bilmədiyi halda, iddia ərizəsində göstərilən tələblərin təmin olunmasını, xx.xx.2014-cü il tarixdən etibarən müsabiqə yolu ilə işə qəbul olunduğu, iş yeri 28 X6, müddətsiz əmək müqaviləsi üzrə faktiki olaraq əmək funksiyalarını yerinə yetirdiyi, lakin cavabdeh tərəfindən əmək müqaviləsi qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilmədiyindən və əmək münasibətlərinə xitam verilməsi barədə hər hansı qanuni kağız daşıyıcıda işdən azad olunma əmri mövcud olmadığından əmək münasibətləri bu günədək davam edən sayıldığından, həmin dövr üzrə, yəni xx.xx.2014-cü il tarixdən bu günədək ödənilməmiş bütün əməkhaqlarının cavabdeh, işəgötürən “Bakı Baş Səhiyyə Mərkəzi” X13 tərəfindən ona ödənilməsini, eyni əmək müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən etibarən faktiki, kağız daşıyıcıda hər iki tərəf arasında bağlanılan kağız daşıyıcıda mövcud olmuş əmək münasibətlərinin yarandığı, məzmununda iş yeri 28 X12 qeyd olunan, müddətsiz, daimi əsaslarla kağız daşıyıcı üzərində bağlanılan əmək müqaviləsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Alt Sistemində (ƏMAS) əvvəlki adı ilə “X3” üzərində xx.xx.2014-cü il tarixdən bu günədək qeydiyyata alınmadığı üçün, xx.xx.2014-cü il tarixdən qeydiyyata alınmasının cavabdeh, işəgötürən “Bakı Baş Səhiyyə Mərkəzi” X13 tərəfindən təmin edilməsini, cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB və “Bakı Baş Səhiyyə Mərkəzi" X13 tərəfindən törədilmiş qanun pozuntuları ilə işçi hüquqlarının pozulması nəticəsində 2014-cü il tarixdən, bu günədək sözügedən xx.xx.2014-cü il tarixli, tərəflər arasında kağız daşıyıcıda imzalanan və imzalandıqdan sonra əmək münasibətləri yaranmış, iş yeri 28 X12 qeyd olunan əmək müqaviləsinin və həmin müqavilə əsasında sənədləşdirilən 171-saylı və 45 saylı əmrin bugünədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Alt Sistemində portala qeydiyyata alınmasına nəzarət etməyərək, yuxarı struktur olaraq işəgötürənin barəsində heç bir hüquqi tədbir görmədikləri üçün, səhlənkarlıq edərək işçi hüquqlarını ciddi şəkildə pozduqları üçün, əmək müqaviləsinin ləğv edilmədiyi halda, kağız daşıyıcıda ləğv etmə əmri olmadığı halda, Elektron Portalda qeydiyyat aparmayaraq, vergidən yayınaraq, fəal ictimai işindən onu məhrum etdikləri üçün, işgüzar nüfuzunu ləkələdikləri üçün, işləyərək əmək haqqı almaq hüququ olduğu halda bu günədək işinə məhdudiyyət qoyduqları üçün, psixoloji sarsıntı yaşatdıqları üçün, zərərçəkmiş olaraq mənəvi sarsıntı keçirməyi, ona qarşı törədilən qanunsuz hərəkətin şüurunda müəyyən mənfi, psixi reaksiyaya səbəb olması, sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməyi, müəyyən mənfi, psixoloji sarsıntıya səbəb olan iztirab keçirməyi, fəal ictimai həyat tərzindən məhrum etməkləri, hüquqlarının tərəflərindən məhdudlaşdırılması, həmin hüquqlardan məhrum olmağı nəticəsində mənəvi ziyana məruz qaldığı üçün 50000 (əlli min) manat mənəvi ziyanın cavabdehlər tərəfindən müştərək qaydada alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
Tətbiq edilən hüquq.
2. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 151. İddia ərizəsinin mümkünlüyü. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 153. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina. 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa. 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.
Məhkəmənin mövqeyi.
3. İddia ərizəsinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-5946/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Xocasən Sağlamlıq Mərkəzinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi barədə iddiası və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-1790/2024 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Cavabdeh2 PHŞ-nə, Binəqədi rayonu Xocəsən Sağlamlıq Mərkəzinə və Qaradağ rayonu 13 saylı şəhər poliklinikasına qarşı “xxxxxxx000201 nömrəli əmək müqaviləsinin ləğvi barədə əmrin etibarsız hesab edilməsi tələbinə dair iddiaları təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-5946/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)- 5285/2019 saylı qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-1790/2024 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Cavabdeh2 PHŞ-yə, Binəqədi rayonu Xocəsən Sağlamlıq Mərkəzinə və Qaradağ rayonu 13 saylı şəhər poliklinikasına qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək müqaviləsinin bağlanması, buraxılan əmək haqqının hesablanaraq ödənilməsi, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin etibarsız hesab edilməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-4095/2024 saylı qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)- 1790/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-3883/2024 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-4095/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)- 5210/2024 saylı qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Tibbi Ərazi Bölmələri X5 Hüquqi Şəxsinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti və “Bakı Baş Səhiyyə Mərkəzi” X7rşı əmək müqaviləsinin bərpa olunması və sairə tələbi barədə mülki iş üzrə icraata “xx.xx.2014-cü il tarixdə razılaşma əsasında əl yazması ilə kontrakt imzalanan xxxxxxx000200 nömrəli müddətsiz əmək müqaviləsinin yuxarıda qeyd olunan əsaslarla bərpa olunmasını vəhüquqi qüvvəyə minməsini və əvvəlki vəzifəsinə qaytarılması” (tələb №1), “xxxxxxx000201 nömrəli saxta əmək müqaviləsinin hüquqi qüvvəsi olmadığı üçün etibarsız hesab edilməsi” (tələb №2), “xx.xx.2019-cu il tarixdən məcburi buraxılan bütün əmək haqlarının cavabdeh Tibbi Ərazi Bölmələrinin X5 Hüquqi Şəxs və “Bakı Baş Səhiyyə Mərkəzi” X10 alınaraq ona ödənilməsi” (tələb №3), “xxxxxxx000200 nömrəli əmək müqaviləsinin qüvvədə qalaraq əmək fəaliyyətinədavam etməli olduğu halda onu ləkələyərək aldatdıqları üçün, bu günədək “ləngidilən” bütün əmək haqlarının yuxarıda göstərilənlər əsasında cavabdeh Tibbi Ərazi Bölmələrinin X5 Hüquqi Şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” X13 tərəfindən alınaraq ona ödənilməsi” (tələb №8), “xx.xx.2018-ci il tarixli xxxxxxx000201 nömrəli əmək müqaviləsinin yenidən tərtib edilərək dəyişdirilməsi ilə bağlı öhdəliklərini qəbul etməsini təsdiqedici edən razılaşma sənədini və onunla bağlanıldığını təsdiq edən sənədin məhkəməyə təqdim etmədikləri halda məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd olunan tələblərinin məhkəmə tərəfindən təmin edilməsi” (tələb №11-sonuncu xahiş xx.xx.2024-cü il) tələbinə dair xitam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-5210/2024 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və qeyrilərinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi və s. tələbinə dair iddiası təmin edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-1779/2025 saylı qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və qeyrilərinə qarşı əmək müqaviləsinin bərpa olunması və sairə tələbinə dair mülki işin icraatına xitam verilmişdir. Eyni zamanda İddiaçı eyni məzmunda qaldırdığı iddialara dair 2(006)-435/2024 saylı, xx.xx.2023-cü il tarixli, 2(006)-1378/2024 saylı, xx.xx.2024-cü il tarixli, 2(006)- 1558/2024 saylı, xx.xx.2024-cü il tarixli, 2(006)-1693/2024 saylı, xx.xx.2024-cü il tarixli, 2(103)-3526/2024 saylı, xx.xx.2024-cü il tarixli, 2(006)-3229/2024 saylı, xx.xx.2024-cü il tarixli, 2(103)-4000/2024 saylı, xx.xx.2024-cü il tarixli, 2(006)- 4598/2024 saylı, xx.xx.2024-cü il tarixli, 2(006)-4726/2024 saylı, xx.xx.2024-cü il tarixli, 2(006)-1560/2024 saylı, xx.xx.2025-ci il tarixli, 2(006)-1683/2024 saylı, xx.xx.2025-ci il tarixli məhkəmə aktları qəbul edilmişdir.
4. Göründüyü kimi, iddiaçı tərəfindən eyni cavabdehlərə qarşı eyni əsasla qaldırılmış eyni predmet barəsindəki mübahisə ilə bağlı qanuni qüvvəyə minmiş çoxsaylı məhkəmə qərarları qəbul edilmişdir. Bu vəziyyətdə məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsinin icraata qəbul edilməsi yolverilməzdir.
5. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır.
6. Şərh olunanlara əsaslanaraq və MPM-in 153 və 267-269-cu maddələrini maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Cavabdeh2, onun tabeliyində “Bakı Baş Səhiyyə Mərkəzi” X13i və onun direktoru Cavabdeh4 qarşı “ödənilməmiş əməkhaqqı, əmək münasbətlərinin qeydə alınması və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsin və ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Səbinə İsmayılova