Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-98)-714/2026 23.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Heydərova Əfsanə Elbrus qızı, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Təbib "Bakı Baş Səhiyyə Mərkəzi" X3 və Cavabdeh3nə və Cavabdeh4 qarşı (Sosial Müdafiə Nazirliyinin yanında Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) "cavabdehlərin üzərinə öhdəlik qoyulması və sair" tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Təbib "Bakı Baş Səhiyyə Mərkəzi" X3 və Cavabdeh3nə qarşı (Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) "cavabdehlərin üzərinə öhdəlik qoyulması və sair" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Bu Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Belə ki, aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-5946/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Xocasən Sağlamlıq Mərkəzinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi barədə iddiası və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-1790/2024 saylı qətnaməsi ilə iddiaçı X1 cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Cavabdeh3 PHŞ-nə, Binəqədi rayonu Xocəsən Sağlamlıq Mərkəzinə və Qaradağ rayonu 13 saylı şəhər poliklinikasına qarşı “xxxxxxx000201 nömrəli əmək müqaviləsinin ləğvi barədə əmrin etibarsız hesab edilməsi tələbinə dair iddiaları təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2(006)-5946/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-5285/2019 saylı qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Həmçinin, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)- 1790/2024 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Cavabdeh3 PHŞ-yə, Binəqədi rayonu Xocəsən Sağlamlıq Mərkəzinə və Qaradağ rayonu 13 saylı şəhər poliklinikasına qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək müqaviləsinin bağlanması, buraxılan əmək haqqının hesablanaraq ödənilməsi, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin etibarsız hesab edilməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-5210/2024 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və qeyrilərinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi və s. tələbinə dair iddiası təmin edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-1779/2025 saylı qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və qeyrilərinə qarşı əmək müqaviləsinin bərpa olunması və sairə tələbinə dair mülki işin və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli 2(006)-5338/2025 saylı qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Təbib "Bakı Baş Səhiyyə Mərkəzi" X3 və Cavabdeh3nə qarşı (Sosial Müdafiə Nazirliyinin yanında Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) "əmək haqqının ödənilməsi və sair" tələbinə dair iddiası üzrə icraata xitam verilmişdir. Beləliklə də müəyyən edilir ki, iddiaçının əmək mübahisəsinə dair mahiyyəti eyni olan tələbləri ilə bağlı çoxsaylı məhkəmə aktları mövcuddur. Odur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcud olduğunu nəzərə alaraq hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Təbib "Bakı Baş Səhiyyə Mərkəzi" X3 və Cavabdeh3nə və Cavabdeh4 qarşı (Sosial Müdafiə Nazirliyinin yanında Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) "cavabdehlərin üzərinə öhdəlik qoyulması və sair" tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Əfsanə Heydərova
Məhkəmə qərarları › İş №2(5-98)-714/2026
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(5-98)-714/2026
23.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver