Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-99)-236/2026 28.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızı sədrliyi ilə, İddiaçı cavabdehlər Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC və Cavabdeh2nə qarşı “icra qeydinin ləğv edilməsi və əsassız hesablanmış cərimə peniyanın silinməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı cavabdehlər Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC və Cavabdeh2nə qarşı “icra qeydinin ləğv edilməsi və əsassız hesablanmış cərimə peniyanın silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh "xxxx" MMC-nin əsassız ərizəsi əsasında digər Cavabdeh2 tərəfindən Nizami rayon İcra Şöbəsinə verilən 8İ-19452 reyestr nömrəli, 30 dekabr 2025ci il tarixli icra qeydinin ləğv edilməsi, cavabdehlər tərəfindən əsassız hesablanmış 419.88 manat cərimə peniyanın, 25 manat dövlət rüsumunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq :
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
3. “Dövlət rüsumu haqqında” Qanun :
8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir.
Məhkəmənin mövqeyi :
4. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
5. Belə ki, mülki prossesual qanunvericiliyə əsasən iddia ərizəsi ilə müraciət olunan zaman qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməli və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilməlidir.
6. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsi ilə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda müəyyən edilmişdir ki, 30 manat dövlət rüsumu ödənilmişdir.
7. Halbuki, “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir.
Nəticə :
8. Belə olan halda, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə iddiaçıya geri qaytarılmalı, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir.
9. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 30 (əlli) manat məbləğində dövlət rüsumu (Ödəyici: İddiaçı, FİN: xxxxxxx; qəbzin nömrəsi: **********27; tarix: xx.xx.2026, saat:15:01) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.
10. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264,268 maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı cavabdehlər Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə və Cavabdeh2nə qarşı “icra qeydinin ləğv edilməsi və əsassız hesablanmış cərimə peniyanın silinməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu 30 (əlli) manat məbləğində dövlət rüsumu (Ödəyici: İddiaçı, FİN: xxxxxxx; qəbzin nömrəsi: **********27; tarix: xx.xx.2026, saat:15:01) dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva