Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6-1(3-6)-2/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Ibrahimov Anar Firdovsi oğlu və Nuriyev Elnur Adəm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, Bakı Hərbi prokurorunun köməkçisi, R X6, X8nın və nümayəndəsi Şikayət verən şəxs iştirakları ilə, X8 və onun etibarnamə üzrə nümayəndəsi Şikayət verən şəxs Bakı Hərbi prokurorunun köməkçisi, R Mahir Əhmədov tərəfindən qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarın ləğv edilməsi barədə məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməsi haqqında Bakı Hərbi Məhkəməsinin *-*(*-**)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Bakı Hərbi prokuroru R Fərid Şükürov tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: Təqdim edilmiş materiallardan müəyyən edilir ki, X8 və etibarnamə üzrə nümayəndəsi Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayətlə Bakı Hərbi Məhkəməsinə müraciət edərək, Bakı Hərbi prokurorunun köməkçisi, R Mahir Əhmədov tərəfindən qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarın qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Hərbi Prokurorunun köməkçisi, R X6 ## #### 2026-cı il tarixli qərarı ilə **c-** saylı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Belə ki, **c-** saylı material üzrə ## #### 2026-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən : 1) Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin hərbi qulluqçusu, R X2 X7 ilə cinsi əlaqədə olması faktı üzrə əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149-cu maddəsinin tərkib əlamətləri olmadığına görə barəsində cinayət işinin başlanmasının Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsiin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, 2) Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin hərbi qulluqçusu, R X2 X1 qarşı fiziki zorakılıq etməsi faktı üzrə əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətləri olmadığına görə barəsində cinayət işinin başlanmasının Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsiin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, 3) Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin hərbi qulluqçusu, R X2 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətlərinin olub-olmaması məsələsinə baxılması üçün həmin xüsusat üzrə material ayrılaraq Bakı Hərbi prokuroruna təqdim edilməsi, 4) X7 müraciətində və izahatında X2 onun pornoqrafik görüntülərini çəkdikdən sonra hədə-qorxu ilə pul tələb etdiyini bildirsə də, F.A.Quliyev konkret olaraq F.F.Xıdırovanın haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə əmlakını və ya əmlaka olan hüququnu, həmçinin əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etməməsi barədə əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 182-ci maddəsinin tərkib əlamətləri olmadığına görə barəsində cinayət işinin başlanmasının Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsiin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, 5) Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin hərbi qulluqçusu, R X2 X1 ilə könüllü cinsi əlaqədə olan zaman F.F.Xıdırovanın pornoqrafik görüntülərini özünə aid mobil telefon ilə çəkməsi faktı üzrə əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 156-cı maddəsinin tərkib əlamətləri olmadığına görə barəsində cinayət işinin başlanmasının Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsiin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, 6) Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin hərbi qulluqçusu, R X2 X1 ilə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən "Continental" adlı otelin yaxınlığında münaqişə etməsi faktı üzrə əməlində cinayət tərkibinin əlamətləri olmadığından və qeyd olunanlarla bağlı Sumqayıt şəhər Polis Idarəsinin Istintaq şöbəsinin ## ####### 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsinə dair ləğv olunmamış qərarı olduğundan qeyd olunan fakt üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsiin 39.1.7-ci maddəsinin tələblərinə əsasən rədd edilməsi, 7) X7 müraciətində və izahatında X2 bacıları Səma Qafarova və Ləman Fərruxzadənin onun F.A.Quliyev barəsində hara şikayət edəcəyi halda rüşvət qismində pul verrk sonuncunun xeyrinə həll edəcəklərini, tanışı X5 adını açıqlamadığı polis əməkdaşına 500 manat məbləğində pul verdiyi barədə göstərdiyi xüsusatlar toplanmış sübutlarla təsdiq olunmadığına görə həmin xüsusatlar üzrə cinayət işinin başlanmasının Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır. Bildirmişdir ki, Bakı Hərbi prokurorunun köməkçisi, R X6 **c-** saylı toplanmış material üzrə ## #### 2026-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarını tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, X1 2024-cü ilin noyabr ayının sonlarında "instagram" adlı sosial şəbəkədə X2 ilə tanış olmuş, daha sonra qarşılıqlı razılıq əsasında bir-birlərini daha yaxından tanımaq məqsədilə "whatsapp" mobil tətbiqi vasitəsilə əlaqə saxlamağa davam etmiş, bir neçə gün sonra F.A.Quliyev onu bəyəndiyini və münasibət qurmaq istədiyini bildirmiş, o isə yalnız evlənəcəkləri halda belə münasibətin mümkün olacağını qeyd etmiş, F.A.Quliyev ailə həyatı qurmaq niyyətində olmadığını dediyindən, o, görüşün alınmayacağını bildirmiş, lakin üç həftə sonra onlar Bakı şəhəri, Nəsimi rayonunda yerləşən "28 Mall" ticarət mərkəzində görüşmüş, daha sonra F.A.Quliyev onu Nərimanov rayonu ərazisində yerləşən, adını xatırlamadığı otellərdən birinə getməyə dəvət etmiş, orada söhbət edib uzanacaqlarını bildirmiş, onlar həmin otelə çatdıqdan sonra F.A.Quliyev cinsi əlaqədə olmaq istədiyini bildirmiş, beləliklə onlar ilk dəfə könüllü olaraq cinsi əlaqədə olmuş, o, yaşadığı evə qayıtdıqdan sonra ailə həyatı qurmadan bakirəliyini itirməsindən narahatçılıq keçirmiş, bu səbəbdən F.A.Quliyevdən nə vaxt evlənəcəklərini soruşmuş, lakin sonuncu belə bir fikrinin olmadığını bildirmiş, o isə F.A.Quliyevdən bir daha yazmamağı tələb etmişdir. Bir həftə sonra F.A.Quliyev yenidən "whatsapp" vasitəsi ilə əlaqə saxlayaraq onunla ailə həyatı quracağını vəd etmiş, onlar yenidən münasibət qurmuş, sonrakı vaxtlarda müxtəlif otellərdə və günlük evlərdə könüllü cinsi əlaqədə olmuş, o, münasibətdə olduqları müddətdə F.A.Quliyevə və ailə üzvlərinə ümumilikdə 12.000 manat məbləğində borc vermiş, F.A.Quliyev həmin vəsaitin 9.900 manat hissəsinə "Mercedes C class" markalı avtomobil almışdır. Avtomobili öz adına rəsmiləşdirsə də, etibarnamə əsasında F.A.Quliyevin istifadəsində olmuş, o, Sumqayıt şəhər Polis idarəsinə şikayət etdikdən sonra F.A.Quliyev qeyd edilən borcu ona geri qaytarmışdır. Daha sonra o, F.A.Quliyevin müxtəlif qadınlarla münasibətdə olduğunu öyrənmiş və bu səbəbdən ayrılmaq qərarına gəlmiş, F.A.Quliyev 2025-ci ilin oktyabr ayında sonuncu dəfə görüşərək vacib söhbət etmək istədiyini bildirmiş, onlar ## ####### 2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən "Mcdonalds" restoranında görüşmüş, həmin vaxt F.A.Quliyev yenidən barışmaq istədiyini bildirsə də, o, həyatında başqa şəxsin olduğunu deyərək imtina etmişdir. Bundan sonra F.A.Quliyev onu sonuncu dəfə yaşadığı evə yola salacağını bildirmiş, o, razılaşmış, F.A.Quliyev onu "Koroğlu" metrostansiyası yaxınlığında düşürməli olduğu halda, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən "Continental" adlı otelə aparmış, sonuncu son dəfə sakit şəraitdə söhbət etmək istədiyini və ona toxunmayacağını bildirmişdir. Onlar saat 13- 14 radələrində otelin otağına daxil olduqdan sonra F.A.Quliyev onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmiş, saçından tutaraq sürümüş, boğmağa cəhd etmiş, çarpayıya itələmiş, üzərinə çıxaraq sol əli ilə hərəkətini məhdudlaşdırmış, sağ əli ilə üzərindəki şalvarı və alt paltarını çıxarmış, o, müqavimət göstərmək istəsə də, gücü çatmamış, beləliklə iradəsinə zidd olaraq təbii yolla onunla 20 dəqiqə cinsi əlaqədə olmuş, bundan təxminən 3-5 dəqiqə sonra F.A.Quliyev yenidən təbii yolla onunla cinsi əlaqədə olmuş, o, ikinci cinsi əlaqə zamanı heç bir müqavimət göstərməmiş, daha sonra isə F.A.Quliyevin cinsi əlaqə zamanı onu mobil telefon vasitəsilə videoya çəkdiyi məlum olmuşdur. F.A.Quliyev həmin görüntülərin surətini başqa telefona göndərdiyini və yayacağını bildirmiş, eyni zamanda, aralarında olan borc məsələsi zamanı maddi ziyana düşdüyünü iddia edərək həmin 2000 manat məbləğində pulun 2-3 qatını ondan alacağı halda çəkdiyi videonun surətini yaymayacağını bildirmiş, lakin həmin ziyana hansı qaydada düşməsini bildirməmişdir. F.A.Quliyev onun saçından dartaraq başını xalçaya sürtməyə başlamış, sonra onu iki əli ilə boğmağa başlamış, daha sonra isə F.A.Quliyev onun üzündən öpərək əl-üzünü yumuş və bağışlamağı xahiş etmiş, o, "102" xidməti-zəng mərkəzi sisteminə şikayət edəcəyini bildirdikdə F.A.Quliyev onun mobil telefonunu almış, onlar paltarlarını geyinib saat 19 radələrində oteli tərk etmişlər. Otelin yaxınlığında F.A.Quliyev ona təhqiredici nalayiq sözlər demiş, o isə həmin sözlərin bacılarına aid olduğunu bildirdikdə, F.A.Quliyev onun dodaq nahiyəsinə sol yumruğu ilə vurmuş, ətrafda tanımadığı insanlar olsa da, heç kəs yaxınlaşmamış, o bu rüsvayçılığa dözməyib özünü öldürəcəyini bildirdikdə, F.A.Quliyev məsuliyyətdən qorxaraq hadisə yerinə öz bacılarını çağırmış, F.A.Quliyevin bacıları hadisə yerinə gəldikdən sonra onun hara şikayət edəcəyi halda pul verib işi bağladacaqlarını bildirmiş, sonra oranı tərk etmişlər. Bundan sonra o, tanışı X5 mobil telefonla yanına çağırmış, Y.M.Imanov gələrək onu yaşadığı Sumqayıt şəhərinə aparmış, o həmin hadisə barədə ailə üzvlərinə məlumat verməmiş, yalnız rəfiqəsi X3 məlumat vermiş, bir gün sonra isə Sumqayıt şəhər Polis Idarəsinə şikayət ərizəsi ünvanlamışdır. O, əlavə olaraq bildirmişdir ki, ## ####### 2025-ci il tarixdə iradəsi ziddinə zorlamaya məruz qalarkən heçkimdən kömək istəmək və ya otaq qapısını açaraq çölə çıxmaq ağlına gəlməmiş, birinci cinsi aktdan sonra onun müqaviməti qırılmış, həmçinin baş vermiş hadisədən qorxmuş və dərin sarsıntı keçirmiş, bu səbəbdən ikinci dəfə ona qarşı hər hansı müqavimət göstərə bilməmişdir F.A.Quliyevin onun barəsində olan pornoqrafik videonu yayması və ya kiməsə göndərməsi barədə dəqiq məlumatı olmamış, F.A.Quliyevlə sevgi münasibətində olduğu vaxtlarda aralarında olan yazışmalar və xəsarəti ilə bağlı olan şəkillər mobil telefonundan silinmiş, onlar sevgi münasibətində olarkən aralarında olan yazışmalar və şəkillər hazırda istifadəsində olan "Iphone 13" markalı smartfon telefonda olmuş, lakin həmin telefon format olunmuşdur. Telefonunda hazırda şəxsi məlumatları olduğundan araşdırmada qalmağı üçün təqdim edə bilməmiş, F.A.Quliyev onun videosunu çəkdikdən sonra hədə-qorxu gəlməsi ilə bağlı aralarında olan səs yazını digər "Honor 9x lite" markalı mobil telefonu ilə yazmış, təxminən həmin görüş müddətində olan 4-5 saat ərzində onun tərəfindən səs yazı qeydə alınmış, həmin ümumi səs yazılarından seçərək bir hissəsini araşdırmaya təqdim etmiş, ümumi səs yazılarının olduğu mobil telefon sonradan sınmış, o, ümumi səs yazının saxlanılmasını zəruri hesab etməmişdir. Şikayəti tam ətraflı araşdırılmadan cinayət işinin başlanılması rədd edilmişdir. X2 F.Xıdırovaya xəsarət yetirmiş, həmçinin onu barəsində rüsvayedici məlumatları yaymaqla hədələmişdir. Buna baxmayaraq, iş ətraflı araşdırılmadan cinayət işinin başlanması rədd edilmişdir. Bu səbəblə də çıxarılmış qərarı tamamilə qanunsuz və əsassız hesab edir. Iş materiallarından aydın görünür ki, X2 Fidan Faiq qızının hadisə zamanı videogörüntülərini çəkmiş və ona açıqca hədə-qorxu gəlmişdir. Iş materiallarında bu halı sübut edən faktlar olmasına baxmayaraq, heç biri nəzərə alınmamış və cinayət işinin başlanması əsassız olaraq rədd edilmişdir. Hesab edir ki, işə ümumiyyətlə obyektiv və ədalətli yanaşılmamışdır. Zərurət olduğu halda əlavə sübutları da təqdim etməyə hazırdırlar. Bakı Hərbi Məhkəməsinin *-*(*-**)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə şikayətin təmin edilməsi, Bakı Hərbi prokurorunun köməkçisi, R Mahir Əhmədov tərəfindən qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarın ləğv edilməsi və qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hallar yenidən araşdırma aparılması üçün iş materiallarının Bakı Hərbi Prokurorluğuna göndərilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Bakı Hərbi prokuroru R Fərid Şükürov apellyasiya protesti verərək, Bakı Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və **c-** nömrəli material üzrə cinayət işinin başlanmasının əsasən rədd edilməsi haqqında Bakı Hərbi prokurorunun köməkçisi, R Mahir Əhmədovun ## #### 2026-cı il tarixli qərarının qanuni və əsaslı olduğunu nəzərə alaraq qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə məhkəmə araşdırmanın natamam aparıldığı qənaətinə gəlsə də, bu nəticəni təsdiq edən konkret halları göstərməmişdir. Belə ki, məhkəmə qərarında hansı prosessual hərəkətlərin həyata keçirilmədiyi, həmin hərəkətlərin aparılmasının iş üzrə hansı əhəmiyyətli nəticələrə səbəb ola biləcəyi və bu halların cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qanuniliyinə hansı formada təsir etdiyi əsaslandırılmamışdır. Məhkəmənin gəldiyi nəticə konkret faktlara və hüquqi əsaslandırmaya deyil, əsasən ehtimallara əsaslanmışdır. Halbuki yalnız araşdırmanın natamam aparılması barədə ümumi mülahizə Cinayət Prosessual Məcəlləsiin 207-ci maddəsi baxımından rədd qərarının ləğvi üçün kifayət edən əsas kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə Cinayət Prosessual Məcəlləsiin 207-ci maddəsinin tətbiqi zamanı qanunun tələb etdiyi əsaslandırma meyarlarına riayət etməmiş, qərarın ləğvi üçün zəruri olan hüquqi və faktiki halları tam müəyyən etmədən nəticəyə gəlmişdir. Hakim Anar Rzayev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsi üzrə araşdırmanın natamam aparıldığı qənaətinə gəlinmişdir. Lakin bu nəticə cinayət qanununun həmin maddəsinin dispozisiyasına və araşdırma materiallarında müəyyən edilmiş hallara uyğun deyildir. Belə ki, Cinayət Məcəlləsiin 182-ci maddəsində nəzərdə tutulmuş hədə-qorxu ilə tələb etmə cinayətinin əsas və zəruri obyektiv əlamətlərindən biri konkret əmlakın, əmlaka olan hüququn və ya əmlak xarakterli digər hərəkətlərin edilməsinə dair qanunsuz tələbin irəli sürülməsidir. Lakin aparılmış araşdırma nəticəsində F.A.Quliyev tərəfindən F.F.Xıdırovaya qarşı hər hansı konkret pul məbləğinin, konkret əmlakın və ya əmlaka olan hüququn verilməsi barədə tələb irəli sürüldüyünü təsdiq edən məlumat müəyyən edilməmişdir. Məhkəmənin istinad etdiyi fonoskopik ekspertiza ilə müəyyən edilmiş danışıq zamanı səsləndirilmiş “Üç qatı”, “Itirdiklərimi”, “Vaxtı gələndə”, “Məbləği deyəcəyəm” kimi ifadələr isə konkret əmlak tələbi kimi qiymətləndirilə bilməz. Belə ki, həmin ifadələrdən tələb olunan əmlakın predmeti, məbləği, verilmə üsulu və ya şəxsin konkret əmlak əldə etmək barədə iradəsi müəyyən olunmur. Eyni zamanda, zərərçəkmiş şəxsin “Iki min manat pul vermisən, onu istəyirsən?” və “Məndən nə istəyirsən?” kimi ifadələri də F.A.Quliyevin konkret tələb irəli sürdüyünü təsdiq edən sübut hesab edilə bilməz. Həmin ifadələr yalnız zərərçəkmiş şəxsin baş verən hadisələri öz subyektiv qavrayışı əsasında qiymətləndirməsini əks etdirir. Beləliklə, məhkəmə faktiki olaraq konkretləşdirilməmiş, ehtimal xarakterli gələcək tələbin mövcudluğunu Cinayət Məcəlləsiin 182-ci maddəsinin tətbiqi üçün kifayət hesab etmişdir. Halbuki hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibi üçün əmlak tələbi konkret və şəxsin iradəsini açıq şəkildə ifadə edən formada olmalıdır. Araşdırma materiallarında isə belə tələbin mövcudluğunu təsdiq edən obyektiv məlumat müəyyən edilmədiyindən, F.A.Quliyevin əməlində Cinayət Məcəlləsiin 182-ci maddəsinin əlamətlərinin olması barədə nəticəyə gəlmək üçün hüquqi əsas mövcud deyildir. Bundan başqa, hakim Anar Rzayev hesab etmişdir ki, araşdırma materiallarında zərərçəkmiş şəxsə qarşı fiziki zor tətbiq edilməsi halları müəyyən olunduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 182.2.3-cü maddəsinin əlamətlərinin olub-olmaması da əlavə araşdırılmalıdır. Lakin məhkəmənin bu qənaəti cinayət qanununun maddi-hüquqi normalarının düzgün şərh edilməməsinə əsaslanır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 182.2.3-cü maddəsi müstəqil cinayət tərkibini nəzərdə tutmur, həmin norma Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 182.1-ci maddəsində nəzərdə tutulmuş hədə-qorxu ilə tələb etmə cinayətinin ağırlaşdırıcı əlamətlərindən biri kimi çıxış edir. Bu səbəbdən həmin maddənin tətbiqi üçün ilk növbədə Cinayət Məcəlləsiin 182.1-ci maddəsinin zəruri obyektiv əlaməti olan əmlakın, əmlaka olan hüququn və ya əmlak xarakterli digər hərəkətlərin edilməsinə dair qanunsuz tələbin mövcudluğu müəyyən edilməlidir. Hazırkı araşdırma materialları üzrə isə F.A.Quliyevin F.F.Xıdırovaya qarşı hər hansı konkret əmlak tələbi irəli sürdüyünü təsdiq edən məlumat müəyyən edilməmişdir. Belə olan halda, yalnız fiziki zor tətbiq edilməsi faktına istinad etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 182.2.3-cü maddəsinin əlamətlərinin mövcudluğunu ehtimal etmək mümkün deyildir. Zor tətbiq edilməsi faktı, əmlak xarakterli tələb müəyyən edilmədiyi halda, hədə-qorxu ilə tələb etmə cinayətinin ağırlaşdırıcı əlaməti kimi qiymətləndirilə bilməz. Bu səbəbdən məhkəmənin həmin məcəllənin 182.2.3-cü maddəsi üzrə əlavə araşdırmanın zəruriliyi barədə nəticəsi hüquqi əsasdan məhrumdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 156.1-ci maddəsi ilə bağlı da məhkəmənin nəticəsi qanuni hesab edilə bilməz. Araşdırma zamanı pornoqrafik xarakterli görüntülərin hər hansı şəxsə göndərilməsi, yayılması və ya istifadəsi müəyyən edilməmişdir. Mobil telefonlara keçirilmiş baxış nəticəsində belə materiallar aşkar edilməmişdir. Telefonun format olunması və ya ehtimal olunan surətlərin mövcudluğu barədə yalnız fərziyyələr mövcuddur. Məhkəmə qərarında "qanunsuz toplanma" ehtimalına istinad etsə də, həmin nəticə yalnız şikayətçinin sözlərinə əsaslanmışdır. Belə ki, Cinayət Prosessual Məcəlləsiin 46.3-cü maddəsinə əsasən cinayət işinin başlanması üçün əsas cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Lakin hazırkı material üzrə aparılmış yoxlama nəticəsində belə dəlillər müəyyən edilməmişdir. Məhkəmə faktiki olaraq toplanmış materialların qiymətləndirilməsində yol verilmiş konkret qanun pozuntusunu göstərmədən, yalnız ehtimal xarakterli mülahizələrə əsaslanaraq araşdırmanın natamam aparıldığı qənaətinə gəlmişdir. Halbuki toplanmış materiallar üzrə bütün zəruri yoxlama tədbirləri həyata keçirilmiş və cinayət işinin başlanması üçün kifayət qədər əsasların mövcud olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsiin 449-cu maddəsinin tələblərinə əsasən məhkəmə nəzarəti qaydasında məhkəmə ibtidai araşdırma orqanının qəbul etdiyi qərarın qanuniliyini və əsaslılığını yoxlayır. Cinayət Prosessual Məcəlləsiin 212-ci maddəsinin tələblərinə uyğun olaraq isə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğvi üçün həmin qərarın qanunsuz və ya əsassız olması müəyyən edilməlidir. Hazırkı halda məhkəmə qərarın qanunsuzluğunu konkret faktlarla əsaslandırmamış, yalnız ehtimal xarakterli mülahizələrə istinad etmişdir. Beləliklə, Cinayət Məcəlləsiin 156.1-ci maddəsinin obyektiv əlamətlərinin mövcudluğunu təsdiq edən kifayət qədər məlumat olmadığı halda, məhkəmənin həmin istiqamətdə əlavə araşdırmanın aparılmasını zəruri hesab etməsi əsassız olmuşdur. Məhkəmə kollegiyasının iclasında Bakı Hərbi prokurorunun köməkçisi, R X6 apellyasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun çıxış edərək, apellyasiya protestinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs X1 və şikayətçinin nümayəndəsi - vəkil Şikayət verən şəxs apellyasiya protestinə etiraz edərək, apellyasiya protestinin təmin olunmamasını xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya protestinin dəlillərini öyrənib, işdə iştirak edən şəxslərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməməli, Bakı Hərbi Məhkəməsinin *-*(*-**)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. Qeyd olunan Məcəllənin 449.2-ci maddəsinin tam mətnindən göründüyü kimi cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi (maddə 449.2.1); zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi (maddə 449.2.2); qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər (maddə 449.2.3). Həmin Məcəllənin 449.3-cü maddəsində göstərilir ki, bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət prosesini həyata keçirən orqanın cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi, tutulma və həbsdə saxlanılması, tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması, həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi, cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi, məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat axtarış tədbirinin həyata keçirilməsi, təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması ilə bağlı prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 449.3.5-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər məhkəməyə şikayət vermək hüququna malikdirlər. X7 Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin hərbi qulluqçusu, R X2 ona qarşı qanunsuz hərəkətlər etməsi barədə müraciəti əsasında toplanmış 15 c-** nömrəli material üzrə X7 və onun etibarnamə üzrə nümayəndəsi Şikayət verən şəxs cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## #### 2026-cı il tarixli qərarın ləğv edilməsinə dair məhkəmə nəzarəti qaydasında şikayəti təmin edilmiş və Bakı Hərbi prokurorunun köməkçisi, R X6 həmin material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## #### 2026-cı il tarixli qərarı şikayətə münasibətdə ləğv olunaraq, material əlavə araşdırma aparılması aparılmasının təmin edilməsi üçün Bakı Hərbi Prokurorluğuna göndərilmişdir. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin hərbi qulluqçusu, R X2 X7na qarşı qanunsuz hərəkətlər etməsi faktına görə Sumqayıt Hərbi Prokurorluğunda toplanmış material araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə Bakı Hərbi Prokurorluğuna göndərilmiş və ## ###### 2026-cı il tarixdə “törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatların qeydiyyatı kitabı”na 15c-26 nömrəsi ilə qeydə alınmaqla material üzrə araşdırmanın davam etdirilməsi prokuror köməkçisi, R Mahir Əhmədova, ## #### 2026-cı il tarixdə prokurorun böyük köməkçisi, R Toğrul Qarayevə, ## #### 2026-cı il tarixdə isə yenidən prokuror köməkçisi, R Mahir Əhmədova həvalə edilmişdir. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin hərbi qulluqçusu, R X2 X7na qarşı qanunsuz hərəkətlər etməsi barədə toplanmış **c-** nömrəli material üzrə ##.##.2026-cı il tarixdə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsiin 39.1.1, 39.1.2 və 39.1.7-ci maddələrinə əsasən rədd edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi" publik hüquqi şəxsinin Sumqayıt şəhər şöbəsinin ## ####### 2025-ci il tarixli **** nömrəli rəyindən görünür ki, X1 bədən səthində aşkar olunmuş xəsarətlər "boyun nahiyyənin qançırları və alt dodağın selikli qişasının səthi əzilmiş yarası" küt əşyanın (əşyaların) təsirindən yaranmış, müayinədən 3 5 gün əvvəl olmaqla qərarda göstərilən ## ####### 2025-ci il tarixdə əmələ gələ biləcəyi göstərilmiş və sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmamışdır. Iş materiallarında olan Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Eksperizası və Patoloji Anatomiya Mərkəzinin ## ##### 2026-cı il tarixli *** saylı ekspert rəyindən görünür ki, ## ##### 2026-cı il tarixdə F.F.Xıdırovanın məhkəmə-tibbi ekspertizası zamanı onun bədən səthində, o cümlədən aralıq nahiyəsində hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmamış, F.F.Xıdırovanın qızlıq pərdəsinin tamlığı pozulmuş, tamlığın pozulma vaxtı məhkəmə-tibbi ekspertizasından iki-üç həftədən artıq olduğundan müddəti haqqında dəqiq fikir söyləmək mümkün olmamış, qızlıq pərdəsində çoxsaylı əsasa çatan cırılmaların olması onun təbii yolla çoxsaylı cinsi əlaqədə olmasına dəlalət etmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ## ##### 2026-cı il tarixli */*** nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd CD diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «Q1» kimi işarə olunmuş diktorun səsi və nitqi - X1, «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi - X2 məxsus olmuş, təqdim olunmuş 01 ədəd CD diskdə olan mübahisəli fonoqramdakı əsas mövzu üzrə danışıqlar 01 nəfər qadın (Q1) və 01 nəfər kişi (K1) olmaqla ümumilikdə 02 nəfər diktor tərəfindən aparılmışdır. Iş materiallarında olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin hərbi qulluqçusu, R X2 izahatında göstərmişdir ki, X1 ilə 2024-cü ilin noyabr ayında "instagram" adlı sosial şəbəkədə tanış olmuş, sonra aralarında yaxın münasibət yaranmış, onlar təxminən 3 həftə sonra "28 Mall" ticarət mərkəzində görüşmüş, daha sonra isə qarşılıqlı razılıq əsasında Nərimanov rayonu, Ə.Rəcəbli 255 ünvanında yerləşən "Continental" adlı otelə getmiş, onlar orada könüllü olaraq cinsi əlaqədə olmuşdur. F.F.Xıdırova ilk dəfə cinsi əlaqədə olduğunu bildirsə də, o inanmamış, sonradan münasibətləri davam etmiş və bir neçə dəfə yenidən könüllü cinsi əlaqədə olmuş, o, münasibətdə olduqları müddətdə F.F.Xıdırovadan 9900 manat məbləğində borc pul almış, həmin vəsait ilə "mercedes c-class" markalı avtomobil almışdır. Həmin avtomobili F.F.Xıdırovanın adına rəsmiləşdirərək etibarnamə ilə təxminən 6-7 ay müddətində idarə etmiş, daha sonra münasibətləri soyumuş, F.F.Xıdırova həmin borc pulun dərhal qaytarılmasını tələb etmiş və Sumqayıt şəhər Polis Idarəsinin 3-cü Polis Bölməsinə müraciət etmiş, həmin şikayətdən sonra o, qeyd edilən avtomobili F.F.Xıdırovanın istifadəsinə vermiş, bununla da aralarındakı mülki mübahisə başa çatmışdır. O, sonuncu dəfə ##.##.2025ci il tarixdə F.F.Xıdırova ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən "Mcdonalds" restoranında görüşmüş, daha sonra təklikdə söhbət etmək istədiyini bildirmiş və birlikdə "Continental" adlı otelə getmiş, həmin vaxtı F.F.Xıdırova əvvəlcə cinsi əlaqədə olmaq istəmədiyini bildirsə də, sonradan aralarında qarşılıqlı istək yaranmış, bundan sonra könüllü olaraq təxminən 2-3 dəfə cinsi əlaqədə olmuşlar. O, F.F.Xıdırovanın şikayət edə biləcəyini düşünərək cinsi əlaqə zamanı 3-5 saniyəlik video və şəkil çəkmiş, həmin görüntüləri yaymaq niyyəti olmamış, F.F.Xıdırova çəkilişi gördükdən sonra etiraz etmiş, o isə video və şəkilləri silərək sonuncuya göstərmiş, buna baxmayaraq, F.F.Xıdırova səs-küy salmağa davam etmişdir. O, F.F.Xıdırovanı sakitləşdirmək məqsədi ilə boğaz nahiyəsindən tutmuş və sakitləşdikdən sonra onlar birlikdə həmin oteli tərk etmiş, təxminən 3 km uzaqlaşdıqdan sonra F.F.Xıdırova yenidən səs-küy salmış və onun ailə üzvləri barədə təhqiredici ifadələr işlətmiş, o, bu səbəbdən F.F.Xıdırovanın dodaq nahiyəsinə sağ əli ilə yumruq vurmuş, nəticədə sonuncu dodağından xəsarət almışdır. O, əlavə olaraq bildirmişdir ki, F.F.Xıdırovanın lüt videosunu çəkərkən sonuncudan hər hansı pul tələb etməmiş, o, səs yazıda olan F.F.Xıdırovaya iki minin üç qatını söz gəlişi demiş, qeyd etdiyi avtomobili F.F.Xıdırovaya qaytarmağı ona mənəvi olaraq təsir etmiş, aralarında ümumi söhbət olmuş, barəsində polis orqanlarına şikayət verməsindən danışmış, F.F.Xıdırovadan aldığı borc pulun birdəfəlik qaytarılmasının çətin olduğunu bildirmişdir. Bundan başqa söhbətlərinin sonunda F.F.Xıdırovanın ölkədən getməyini zarafat məqsədi ilə demiş, o, F.F.Xıdırovaya hədə-qorxu gələrək pul tələb etməmiş, F.F.Xıdırovanın ona əsəbi olduğunu hiss etmiş, buna görədə özünü qorumaq üçün sonuncunun videosunu çəkmiş, sonra isə həmin videonu silmiş, heç kəsə göndərməmiş, heç bir sosial şəbəkədə paylaşmamış, həmçinin həmin mobil telefonuna format vermişdir. Iş materiallarında olan ## ###### 2026-cı il tarixli CD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin CD diskdə olan səs yazılarında X2 "Görərsən, axşam saat 9-da gözlə", "Ömrünün axırına qədər mənə möhtacsan", "Vidyonun kopyaları məndədir", "Mənim sənnən var", "Ikisindən birini seç", "Bu ölkədə qalma", "Itirdiklərimi", "Üç qatı", "Məbləği deyəcəyəm sənə", "Vaxtı gələndə" kimi ifadələr işlətmiş, zərərçəkmiş isə buna cavab olaraq "Sil onu", "Kimə atmısan?", "Videonu atmısan hə kiməsə?", "Nə istəyirsən?", "Mənnən nə istəyirsən?", "Iki min manat pul vermisən, onu istəyirsən?", "Atacam burdan özümü aşağı", "Burax məni", "Burdan mənim meyidim çıxacaq" kimi ifadələr səsləndirməsi müəyyən olunmuşdur. Iş materiallarda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ## ##### 2026-cı il tarixli */*** nömrəli məhkəmə-fonoskopik ekspertizasının rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş CD diskdə qeydə alınmış danışıq X2 ilə X1 arasında baş vermiş, danışıq iştirakçılarının şəxsiyyəti ekspertiza ilə təsdiq edilmişdir. Həmin danışığın məzmunundan görünür ki, X2 zərərçəkmiş şəxsin intim xarakterli görüntülərini çəkdiyini bildirərək "Görərsən, axşam saat 9-da gözlə", "Ömrünün axırına qədər mənə möhtacsan", "Vidyonun kopyaları məndədir", "Mənim sənnən var", "Ikisindən birini seç", "Bu ölkədə qalma", "Itirdiklərimi", "Üç qatı", "Məbləği deyəcəyəm sənə", "Vaxtı gələndə" kimi ifadələr işlətmiş, zərərçəkmiş isə buna cavab olaraq "Sil onu", "Kimə atmısan?", "Videonu atmısan hə kiməsə?", "Nə istəyirsən?", "Mənnən nə istəyirsən?", "Iki min manat pul vermisən, onu istəyirsən?", "Atacam burdan özümü aşağı", "Burax məni", "Burdan mənim meyidim çıxacaq" kimi ifadələr səsləndirmişdir. Qeyd olunan danışığın məzmunu göstərir ki, tərəflər arasında yalnız adi mübahisə deyil, intim görüntülərin mövcudluğu fonunda zərərçəkmiş şəxs üzərində güclü psixoloji təsir göstərilmiş, onun iradəsi sarsıdılmış, eyni zamanda əmlak xarakterli tələbin irəli sürülməsi ehtimalını istisna etməyən ifadələr işlədilmişdir. Lakin araşdırma orqanı həmin danışığa tam hüquqi qiymət verməmiş, ayrı-ayrı ifadələrin qarşılıqlı əlaqəsini və onların hüquqi nəticələrini araşdırmadan Cinayət Məcəlləsiin 182-ci maddəsinin tərkibinin olmaması qənaətinə gəlmişdir. Bundan başqa, qərarda göstərilmişdir ki, X2 olaraq zərərçəkmişdən əmlak və ya əmlaka hüquq tələb etmədiyindən CM-nin 182-ci maddəsinin tərkibi yaranmamışdır. Halbuki danışıq zamanı işlədilmiş "Itirdiklərimi", "Üç qatı", "Məbləği deyəcəyəm sənə", "Vaxtı gələndə" ifadələri, zərərçəkmişin isə "Iki min manat pul vermisən, onu istəyirsən?" və "Mənnən nə istəyirsən?" kimi cavabları həmin məsələnin əlavə araşdırılmasını zəruri edən kifayət qədər ilkin məlumat hesab olunmalıdır. Bu səbəbdən yalnız tələbin konkret məbləğinin göstərilməməsi əsası ilə Cinayət Məcəlləsiin 182-ci maddəsinin tətbiqini istisna etmək mümkün deyildir. Eyni zamanda materiallardan görünür ki, ehtimal olunan həmin tələb fiziki zor tətbiqi ilə müşayiət olunmuşdur. Zərərçəkmiş şəxs izahatlarında X2 onu döydüyünü, saçından dartdığını, boğduğunu və müxtəlif zorakı hərəkətlər etdiyini göstərmiş, həmin hallar məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilmiş boyun nahiyəsində qançırlar və alt dodağın selikli qişasının səthi əzilmiş yarası ilə də təsdiq olunmuşdur. Bundan əlavə, X2 özü də izahatında zərərçəkmişin boğazından tutduğunu və sonradan dodaq nahiyəsinə yumruq vurduğunu etiraf etmişdir. Belə olan halda araşdırma orqanı tərəfindən yalnız Cinayət Məcəlləsiin 182.1-ci maddəsinin deyil, həmçinin hədə-qorxu ilə tələb etmənin zor tətbiq edilməklə törədilməsinə görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 182.2.3-cü maddəsinin tərkib əlamətlərinin olub-olmaması da araşdırılmalı idi. Mövcud sübutlar ehtimal olunan əmlak xarakterli tələbin fiziki zorakılıq və intim görüntülərin yayılması hədəsi fonunda irəli sürülməsi versiyasını tam istisna etmədiyi halda, həmin xüsusat üzrə əlavə araşdırma aparılmadan cinayət tərkibinin olmaması barədə nəticəyə gəlinməsi vaxtından əvvəl verilmiş hüquqi qiymətləndirmə hesab edilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 156.1ci maddəsi üzrə də araşdırma natamam aparılmışdır. Araşdırma orqanı yalnız pornoqrafik xarakterli görüntülərin guya yayılmaması, satılmaması və ya başqasına verilməməsini əsas götürərək cinayət tərkibinin olmadığını göstərmişdir. Halbuki Cinayət Məcəlləsiin 156.1-ci maddəsinin dispozisiyası şəxsi və ailə sirrini təşkil edən məlumatların təkcə yayılmasını deyil, həm də qanunsuz toplanmasını cinayət əməli kimi nəzərdə tutur. Buna baxmayaraq, qərarda həmin görüntülərin əldə edilməsinin qanuniliyi ümumiyyətlə araşdırılmamışdır. Materiallardan və fonoskopik ekspertizanın məzmunundan görünür ki, X2 intim münasibət zamanı zərərçəkmiş şəxsin seksual xarakterli görüntülərini mobil telefon vasitəsilə çəkmiş, sonradan həmin görüntülərin surətlərinin mövcud olduğunu ("Vidyonun kopyaları məndədir") bildirmiş, zərərçəkmiş isə dəfələrlə "Sil onu", "Niyə çəkmisən?", "Kimə atmısan?", "Videonu atmısan hə kiməsə?" kimi ifadələrlə buna etiraz etmişdir. Şəxsi və ailə sirrini təşkil edən görüntülərin toplanmasının qanuniliyi yalnız şəxsin əvvəlcədən sərbəst və aydın razılığı olduqda, qanunla nəzərdə tutulmuş hallarda məhkəmə qərarı əsasında və ya belə məlumatları toplamaq səlahiyyəti olan subyekt tərəfindən həyata keçirildikdə mümkündür. Mövcud materiallardan isə həmin halların heç biri müəyyən edilmir. Əksinə, zərərçəkmişin ardıcıl izahatları və ekspertiza ilə təsdiq olunmuş danışıq onun çəkilişə razılıq vermədiyini, çəkilişdən xəbər tutan kimi etiraz etdiyini və görüntülərin silinməsini tələb etdiyini göstərir. Digər tərəfdən, X2 da izahatında həmin görüntüləri zərərçəkmişin sonradan şikayət edə biləcəyini düşündüyü üçün çəkdiyini etiraf etmişdir. Bu hallar ilk növbədə görüntülərin qanunsuz toplanması əlamətlərinin olub-olmamasının araşdırılmasını tələb etdiyi halda, araşdırma orqanı bu məsələyə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Bundan əlavə, yalnız mobil telefonun sonradan texniki baxışında həmin görüntülərin aşkar edilməməsi və ya telefonun format olunması faktı onların əvvəllər surətlərinin yaradılması və ya üçüncü şəxslərə ötürülməsi ehtimalını tam istisna etmir. Bu xüsusat da əlavə araşdırma predmeti olmalı idi. Beləliklə, məhkəmə belə nəticəyə gəlmişdir ki, araşdırma orqanı iş üzrə mövcud olan fonoskopik ekspertiza rəyi, zərərçəkmiş şəxsin izahatları, məhkəmə-tibbi ekspertizasının nəticələri və digər sübutları qarşılıqlı əlaqədə qiymətləndirməmiş, iş üzrə əhəmiyyət kəsbedən ziddiyyətləri aradan qaldırmamış, nəticədə Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 156.1, 182-ci maddələrinin tərkib əlamətlərinin olmaması barədə vaxtından əvvəl nəticəyə gəlmişdir. Bu səbədən Bakı Hərbi prokurorunun köməkçisi, R Mahir Əhmədov tərəfindən qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” ## #### 2026-cı il tarixli qərar ləğv edilməli və materiallar həmin hissədə əlavə araşdırma aparılması üçün Bakı Hərbi Prokurorluğuna göndərilməlidir. Qeyd edilənlərdən görünür ki, birinci instansiya məhkəməsi qərarını əsaslandırarkən şikayətin dəlillərinə əsaslı və qanuni münasibət bildirmiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmuşdur. Məhkəmə kollegiyası apellyasiya protesti ilə razılaşmayaraq qeyd edir ki, protestin yuxarıda qeyd edilmiş dəlillərindən də görünür ki, məhkəmə gəldiyi nəticəni düzgün və qanuni olaraq əsaslandırmış, qanunsuzluğun nədən ibarət olmasını göstərmişdir. Belə vəziyyətdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar haqlı olaraq ləğv edilmişdir. Iş materiallarında olan sənədləri birinci instansiya məhkəməsi ətraflı araşdıraraq, istintaq orqanının qərarının qanuniliyini yoxlayarkən düzgün, əsaslı və qanuni nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, məhkəmə tərəfindən işin halları tam və hərtərəfli araşdırılmış, iş üçün mühüm əhəmiyyət kəsb edən hallara hüquqi qiymət verilmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Bakı Hərbi prokuroru R Fərid Şükürov tərəfindən verilmiş apellyasiya protesti əsassız olduğundan təmin edilməməli, Bakı Hərbi Məhkəməsinin *-*(*-**)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Bakı Hərbi prokuroru R Fərid Şükürov tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. X8 və onun etibarnamə üzrə nümayəndəsi - vəkil Şikayət verən şəxs Bakı Hərbi prokurorunun köməkçisi, R Mahir Əhmədov tərəfindən qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarın ləğv edilməsi barədə məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməsi haqqında Bakı Hərbi Məhkəməsinin *-*(*-**)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarı Bakı Hərbi prokuroru R Fərid Şükürov tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Anar Ibrahimov Elnur Nuriyev
Məhkəmə qərarları › İş №6-1(3-6)-2/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6-1(3-6)-2/2026
29.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver