Məhkəmə qərarları › İş №6-1(3-7)-2/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №6-1(3-7)-2/2026

05.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 6-1(3-7)-2/2026 05.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Şəmkir hərbi prokurorunun köməkçisi X2, Ərizəçi Şikayət verən şəxs qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə iştirakları ilə Şikayət verən şəxs oğlu tərəfindən Hərəkətindən (qərarından) şikayət verilən orqan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ##### 2026-cı il tarixli qərarından verilmiş şikayətin təmin edilməməsinə dair Gəncə Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından ərizəçinin qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-*/**** saylı qərarı (hakim Bəşirov Cəmil) ilə Şikayət verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməmiş, Şəmkir hərbi prorkurorunun böyük köməkçisi, R X1 “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ##### 2026-cı il tarixli qərarı qanuni hesab edilmişdir. IŞIN HALLARI: Iş materialında olan sənədlər: Şikayət verən şəxs barəsində olan komisyon məhkəmə-tibbi ekspertizasının ##.##.2026-cı il tarixli rəyindən aşağıdakılar görünür ki; Şikayət verən şəxs SHXÇDX-nin Şəmkir rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılarkən, yəni 2024-cü ilin oktyabr ayında onda “Ağ ciyər damarlarının digər dəqiqləşdirilməmiş xəstəlikləri (pulmonar venookklyüziv xəstəlik), digər ikincili pulmonar hipertenziya, VI (dördüncü) funksional sinif ürək çatışmazlığı, Ağciyərin digər zədələnmələri, tənəffüs çatışmazlığı II (ikinci) dərəcə” diaqnozlu xəstəlik olmamışdır, xəstəlik hərbi xidmət dövründə inkişaf etmişdir. SHXÇDX-nin Şəmkir rayon şöbəsinin həkim-mütəxəssisləri tərəfindən Şikayət verən şəxs tibbi müayinəsi və şəhadətləndirilməsi aparılarkən qüvvədə olan müvafiq təlimatların və digər normativ aktların tələbləri pozulmamışdır. Şikayət verən şəxs 2024-cü ilin oktyabr ayında və ya daha əvvəl “Ağ ciyər damarlarının digər dəqiqləşdirilməmiş xəstəlikləri (pulmonar venookklyüziv xəstəlik), digər ikincili pulmonar hipertenziya, VI (dördüncü) funksional sinif ürək çatışmazlığı” xəstəlik olmamışdır, xəstəlik hərbi xidmət dövründə inkişaf etmişdir. Şikayət verən şəxs həm dinc həm müharibə dövründə hərbi xidmətə yararsız olmasına səbəb olan xəstəliyi həqiqi hərbi xidmətə çağırıldıqdan sonra hərbi xidmət dövründə inkişaf etmişdir. Xəstəliyin əsas səbəbini çox vaxt təyin etmək mümkün olmur, lakin genetik mutasiyalar və autoimmun xstəlikləri bu patologiyanın inkişaf etməsində mühüm və əhəmiyyətli rol oynayır. Şikayət verən şəxs hərbi xidmətə çağırılarkən ürəyin kardioqramına dair mütəxəssis rəyində mövcud xəstəliyə dair patologiya aşkar edilməmişdir. Göstərilən xəstəlik hərbi xidmət dövründə inkişaf edərək hərbi xidmətə yararsız olmasına səbəb olmuşdur. Şikayət verən şəxs “Ağciyər damarlarının digər dəqiqləşdirilməmiş xəstəlikləri (pulmonar venookklyüziv xəstəlik), digər ikincili pulmonar hipertenziya, IV (dördüncü) funksional sinif ürək çatışmazlığı. Ağciyərin digər zədələnmələri, tənəffüs çatışmazlığı II (ikinci) dərəcə” diaqnozlu xəstəliyi həqiqi hərbi xidmət dövründə inkişaf etdiyinə görə, 2024-cü ilin oktyabr ayında SHXŞDX-nin Şəmkir rayon şöbəsinin həkim mütəxəssisləri tərəfindən tibbi müayinələrdən keçirilərkən aşkar oluna bilməzdi. Şikayət verən şəxs SHXDX-nin Şəmkir rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılarkən tibbi müayinəsinə dair məcburi tibbi müayinələrdən keçmişdir. MN-nin Baş Klinik HHK-sı tərəfindən Şikayət verən şəxs “Ağciyər damarlarının digər dəqiqləşdirilməmiş xəstəlikləri (pulmonar venookklyüziv xəstəlik), digər ikincili pulmonar hipertenziya, IV (dördüncü) funksional sinif ürək çatışmazlığı. Ağciyərin digər zədələnmələri tənəffüs çatışmazlığı II (ikinci) dərəcə” diaqnozlu xəstəliklə bağlı şəhadətləndirilmə qərarı düzgün və əsaslı hesab edilir. Müdafiə Nazirliyinin MN BKH-nın terapiya profilli HHK-nin ##.##.2025-ci il tarixli **** nömrəli xəstəlik haqqında şəhadətnamə qərarının ##.##.2025-ci il tarixli MN Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiq olunması düzgün və əsaslıdır. Şikayət verən şəxs çağırış zamanı düzgün şəhadətləndirilmişdir. Digər tibbi sənədlərdə də Şikayət verən şəxs eyni diaqnozlar qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında müayinəyə dair məlumtdan görünür ki, Şikayət verən şəxs ## ###### 2026-cı il tarixdə müayinədən keçirilməsi nəticəsində ona «birincili pulmonar hipertenziya, Obstruksiyanın üstünlüyü ilə qarışıq tipli orta ağır ventilyasiya pozğunluğu Ağ ciyər ürək çatmamazlığının digər formalarının Sp 0292%. Sağ ürək çatmamazlığı fs III (üç). SPAP 90 mmHg, AF 55 %. RVEF 35 %. Xəstə oksigen aparatına qoşuludur diaqnozu qoyulmaqla orqanizminin funksiyasının 90 % pozulması və müddətsiz birinci dərəcəli əlliliyi, əllilik səbəbinin isə hərbi xidmət dövrü ilə əlaqədar olduğu müəyyən edilmişdir. Məhkəmə nəzarəti qaydasında iş materialına baxan Gəncə Hərbi Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkəmənin qərarı ilə razılaşmayan ərizəçinin qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayəti verərək Gəncə Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının və Hərəkətindən (qərarından) şikayət verilən orqan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsi və işin yenidən araşdırılması üçün istintaq orqanına geri qaytarılması xahiş olunur. Şikayət onunla əsaslandırılmışdır ki, oğlu Şikayət verən şəxs anadan olandan sonra ona övladının ürəyində problem olduğu bildirilmişdir. O, övladı hərbi xidmətə çağırıldığı dövrdə ikinci dəfə müayinə üçün Şəmkir Mərkəzi rayon xəstəxanasına göndərilmiş, uşağı kardioloq müayinə etmiş, onun ürəyində fəqərə əyriliyi olduğu bildirilmiş, heç nə olmayacağı, hərbi xidmətə gedə biləcəyi deyilmişdir. O, uşağın ürəyində problem olduğunu bildirdi, lakin ona heç kim qulaq asmamışdır. Şikayət verən şəxs hərbi-həkim komissiyasından keçirilmiş, hərbi xidmətə yararlı hesab edilmiş və hərbi xidmətə yararsız olduğu halda ## ####### 2024-cü il tarixdə hərbi xidmətə aparılmışdır. Oğlu Elxan xidmətə başladıqdan sonra Gəncə şəhərində yerləşən N nömrəli hərbi hissədə olarkən normal olmuş, hətta onun yanına gedərkən onlara bir az özünü narahat hiss etdiyini, amma narahat olmamalarını yaxşı olduğunu bildirmişdir. Lakin Cəbrayıl rayonunda xidmətdə olarkən vəziyyəti pisləşmiş və bununla bağlı hərbi hissə komandiri və zampolit ilə səhhətində olan problemlərlə bağlı dəfələrlə telefonla danışmış, hətta aralarında mübahisə yaranmışdır. Onlara uşağını hərbi hospitala göndərmələrini xahiş etmişdir. Ona yaxşı deyib, lakin oğlunu müayinəyə göndərməmişlər. Hətta ona guya oğlunun narkoman olduğu, hərbi hissədə əllərinin əsdiyi bildirilmişdir. Bununla bağlı səs yazıları da vardır. Oğlu Şikayət verən şəxs təxminən 13 ay xidmət etmiş, 2025-ci ilin sentyabr ayında tərxis olunmuş, bu müddət ərzində 3 ay ərzində Baş Klinik Hospitalda müalicə olunmuşdur. Oğlu Şikayət verən şəxs pnevmanaya diaqnozu ilə hərbi hospitala göndərilmiş, lakin müayinə zamanı onun pnevmaniya olmadığı müəyyən olunmuş, bundan sonra o dövlət hesabına Bakı Sağlamlıq Mərkəzinə göndərilmişdir. Orada oğlunun pnevmaniya olmadığı müəyyən olunmuş və onda irsi xəstəliyin olduğu müəyyən olunmuşdur. Həkimlərin bildirdiyinə görə oğlu Elxan bu xəstəlik ilə 25-30 yaşa qədər yaşaya bilərdi, sadəcə olaraq bu xəstəlik ilə uşaq hərbi xidmətə getməli deyildi və onun ömrünün azalmasının səbəbi hərbi xidmətə getməsi olmuşdur. Odur ki, şikayətin təmin olunması xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi Şikayət verən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdi və şikayətin təmin olunmasını xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, oğlu Şikayət verən şəxs hərbi xidmətə getməmişdən əvvəl ürəyində anadangəlmə qüsur olmuş, bununla bağlı Şəmkir Rayon Mərkəzi Xəstəxanasında müalicə olunmuş və həmin xəstəxanada qeydiyyatda olmuşdur. Oğlu hərbi hissədə olarkən xəstələnmiş, müalicə olunmaq üçün hospitala yerləşdirilmiş, 2025-ci ilin oktyabr ayında xəstəliyi ilə bağlı hərbi xidmətə yararsız hesab edilərək Ordu sıralarından tərxis edilmiş və # #### 2026-cı ildə ürək xəstəliyindən vəfat etmişdir. Hesab edir ki, oğlunun qanunsuz hərbi xidəmət çağırılması və ona vaxtında tibbi yardım göstərilmədiyi üçün vəfat etməsi faktı üzrə hərbi prokurorluq tərəfindən tam hərtərəfli və obyektiv araşdırma aparılmamış, buna görə məhkəmənin və prokurorluğuğun qərarlarının ləğv olunaraq yenidən araşıdrmanın aparılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Şəmkir hərbi prokurorunun köməkçisi Ismayıl Cəfərli şikayətin dəlillərinə etiraz edərək şikayətin əsassız olduğunu və şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, araşdırmanı prokurorun böyük köməkçisi Adət Hacızadə aparmış, onun tərəfindən həmin fakt üzrə araşdırrma aparılmamışdır. Iş üzrə tibbi xidmətinin kitabçası yoxlanılmamış, tibb xidmətinin rəisinin izahatı alınmamıdır. Eyni zamanda verilmiş suala cavab olaraq o, Şikayət verən şəxs hərbi xidmətə çağırılan dövrə qədər ürəyində problemin olub-olmamasını təsdiq edən sənədi təqdim edə bilmədiyini göstərmişdir. HÜQUQI MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından və toplanmış sübutlardan görünür ki, ibtidai araşdırmanı həyata keçirən orqan tərəfindən araşdırma aparılarkən ərizəçinin qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən irəli sürülmüş dəlillərə tam, hərtərəfli və obyektiv hüquqi qiymət verilməmiş, nəticədə ərizəçinin qanuni nümayəndəsinin dəlilləri cavabsız qalmışdır ki, bu hal qəbul edilmiş qərarın qanuniliyinə və əsaslılığına şübhələr yaratmışdır. Ərizəçinin qanuni nümayəndəsinin dəlillərindən göründüyü kimi Şikayət verən şəxs həqiqi hərbi xidmətə çağırılmazdən əvvəl ürəyində anadan gəlmə qüsurun olması ilə bağlı xəstəliyinin olması araşdırılmamış, həmin xəstəliyin məhz hərbi xidmətdə inkişaf edərək onun ölümünə səbəb olması mübahisələndirilir. Belə ki, Hərəkətindən (qərarından) şikayət verilən orqan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ##### 2026-cı il tarixli qərarından görünür ki, araşdırma zamanı hərbi həkim komissiyasının sədri, həkim terapevt, SHXÇDX-nin Şəmkir rayon şöbəsinin rəisinin və Aytən Əliyevinin izahatları və komisyon məhkəmə-tibbi ekspertizasının ##.##.2026-cı il tarixli rəyi əsas götürməklə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ##### 2026-cı il tarixli qərar aşağıdakı xüsusatlara görə natamamdır, həmin fakt üzrə araşdırılma tam və hərtərəfli aparılmamış, zəruri şəxslərin izahatları alınmamış və ziddiyyətli xüsusatlara hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə tam və obyektiv qərarın qəbul edilməsini təmin etmək üçün aşağıdakı xüsusatlar araşdırılıb onlara hüquqi qiymət verilməlidir: -Mərhum Şikayət verən şəxs həqiqi hərbi xidmətə çağırılmazdan əvvəl hər hansı xəstəliklə bağlı harasa müraciət edib-etməməsi və ya müalicə olunub-olunmaması istintaq orqanı tərəfindən aydınlaşdırılmalıdır; -Şikayət verən şəxs həqiqi hərbi xidmətə çağırılmamışdan əvvəl tibbi instrumental müayinədən keçirib-keçirilməməsi aydınlaşdırılmalı, əgər həmin müayinədən keçibsə bunun nəticələrini əldə edib onlara hüquqi qiymət verilməlidir; -Şikayət verən şəxs xəstəliyi ilə bağlı xidmət etdiyi hərbi hissənin divizonun tibb məntəqəsinə, tibb məntəqəsindən isə hospitala vaxtında gecikdirilmədən təxliyə olununubolunması xüsusatı aydınlaşdırılmalıdır; -Ərizəçinin qanuni nümayəndəsi Qanuni nümayəndə oğlu Şikayət verən şəxs xidmət etdiyi hərbi hissə komandiri və digər Şahmar adlı hərbi qulluqçu ilə oğlu Elxanın səhhətində olan problemlərlə bağlı aralarında telefon danışıqlarının olub-olmaması araşdırılmalıdır; -Şikayət verən şəxs ağciyər damarlarının xəstəliyindən, ağciyərin digər zədələmələri, tənəffüs çatışmazlığı diaqnozu ilə hərbi xidmətə yararsız hesab edilərək ordu sıralarından tərxis olunmuş, bir müddət sonra isə ##.##.2026-cı il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, Şikayət verən şəxs ürəyin kifoskoliotik xəstəliyindən vəfat etmişdir. Bu ziddiyətli xüsusatlar istintaq orqanı tərəfindən yenidən müvafiq ekspertiza təyin olunaraq araşdırılmalı və hüquqi qiymət verilməlidir; -Şikayət verən şəxs xidmət etdiyi hərbi hissənin və müalicə aldığı müalicə müəssisəsində onu müalicə edən həkimlərin izahatları alınmalı idi. -Qanuni nümayəndə apellyasiya şikayətində göstərdiyi digər xüsusatlar araşıdırmalıdır; Belə olan halda iş materiallarından göründüyü kimi istintaq orqanı tərəfindən qeyd olunan xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir halda işin bütün faktiki halları və mövcud sübutlar tədqiq edilərək, eləcə də yeni sübutlar toplanaraq iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılaraq yekun qərar qəbul edilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, təkrar araşdırma zamanı yuxarıda qeyd edilən xüsusatlara araşdırılıb hüquqi qiymət verilməli, işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi baxımından qeyd edilən xüsusatlara aydınlıq gətirilməli və yalnız bundan sonra iş üzrə qanunmüvafiq qərarın qəbul olunması təmin olunmalıdır. CPM-nin 442.2 və 442.2.2-ci maddələrinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə də baxır. Həmin Məcəllənin 451.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim aşağıdakı qərarlardan birini çıxarır: 451.1.1. barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə; 451.1.2. barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməklə birinci instansiya məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməli, ## ##### 2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından“ ərizəçinin qanuni nümayəndəsinin verdiyi şikayət təmin edilməli, Hərəkətindən (qərarından) şikayət verilən orqan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ##### 2026-cı il tarixli qərarı qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və ərizəçinin qanuni nümayəndəsi Qanuni nümayəndə (şikayətinə) Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təhqiqat orqanında yenidən baxılması təmin edilməli, şikayətdə göstərilən xüsusatlar üzrə əlavə araşdırma aparılmalıdır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və CPM-nin 450-451, 453 və 454-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Ərizəçi Şikayət verən şəxs qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-*/**** saylı qərarı ləğv edilsin. Hərəkətindən (qərarından) şikayət verilən orqan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ##### 2026-cı il tarixli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş şikayət təmin edilsin. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ##### 2026-cı il tarixli qərarı ləğv edilsin, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılması təmin olunsun. Ərizəçi Şikayət verən şəxs qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə şikayətinə Azərbaycan Respublikasının Cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təhqiqat orqanında yenidən baxılması təmin edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan kassasiya qaydasında şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar