Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 6-1(3-8)-3/2026 15.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər - X4 (sədrlik edən və məruzəçi), Məmmədov Bilal Mahir oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Mirzəyev Pərvin Əbil oğlunun katibliyi ilə, Sumqayıt Hərbi prokurorluğunun müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS), Şikayətçi Qasımov Ramiq Zahid oğlunun və onun müdafiəçisi Şikayət verən şəxs, X5 iştirakı ilə, Sumqayıt Hərbi Prokurorluğunun müstəntiqi, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) ***/***C-** nömrəli material üzrə qəbul etdiyi ## ### 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qanuni və əsaslı hesab edilərək qüvvədə saxlanılmasına dair Bakı Hərbi Məhkəməsinin *-*(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarından şikayətçi Qasımov Ramiq Zahid oğlunun müdafiəçisi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Qasımov Ramiq Zahid oğlunun nümayəndəsi Şikayət verən şəxs məhkəməyə müraciət edərək Sumqayıt Hərbi Prokurorluğunun müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) ## ### 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının qanunsuz və əsassız hesab edilərək ləğv olunmasını xahiş etmişdir. Bakı Hərbi Məhkəməsinin *-*(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Qasımov Ramiq Zahid oğlunun nümayəndəsi Şikayət verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməmiş, Sumqayıt Hərbi Prokurorluğunun müstəntiqi, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) ***/***C-** nömrəli material üzrə qəbul etdiyi ## ### 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qanuni və əsaslı hesab edilərək qüvvədə saxlanılmışdır. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Birinci instansiya məhkəməsinin qərarından narazı qalan şikayətçi Qasımov Ramiq Zahid oğlunun müdafiəçisi Şikayət verən şəxs apellyasiya şikayəti verərək Bakı Hərbi Məhkəməsinin *-*(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edərək məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən təqdim edilmiş sübutlara və şikayətdə göstərilən hallara düzgün hüquqi qiymət verməmiş, tamamilə qərəzli, birtərəfli qərar qəbul etmişdir. Qərardan görünür ki, birinci instansiya məhkəməsinin sədri Sumqayıt Hərbi Prokurorluğunun qərarında göstərilən nöqsanları nöqsan kimi tanımaq əvəzinə mümkün qədər həmin nöqsanların ciddi olmaması kimi əsaslandırma etmişdir. Bu isə tamamilə qanunsuz və əsassızdır. Şikayət tərəfi olaraq Ramiq Qasımovun barəsində qəbul edilmiş preyudisial əhəmiyyətə malik qərarda Ramiq Qasımovun müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuş Rüstəm Bayramovla guya "oral yolla cinsi əlaqədə olması" barədə mövqe əks olunmuş, bu mövqe də şəxsin təqsirli olması qənaətinə gəlməsə də, Ramiq Qasımovun ziyanına şərh olunan hal kimi çıxış etmişdir. Yəni Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən sərgilənən mövqe əsasında məhz Hərbi Prokurorluq tərəfindən hüquqlarını müdafiə etdiyi Ramiq Qasımovun tutduğu vəzifədən azad olunmasına əsas yaradacaq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ** nömrəli qərarının 3.2.7.1-ci bəndində nəzərdə tutulan "həmcinslə könüllü cinsi əlaqədə olma və buna sövq etmək" kimi müddəlar əsas götürülməklə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunlarının komandanı X9ə təqdimat göndərilmişdir. X9 isə Ramiq Qasımovun ordu sıralarından tərxis olunması barədə 5-ci ordu Korpusununun komandirinə əmr vermişdir. Göründüyü kimi cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar şəxsin təqsirsizliyini təsdiq etsə də, tamamilə şəxsin əleyhinə yönəlmiş, belə ki, bu qərar əsasında şəxsin ordu sıralarından tərxis ediləcək, eyni zamanda Ramiq Qasımovun gələcəkdə başqa dövlət orqanlarında və digər müəssisələrdə çalışmasına maneçilik yaradacaqdır. Hazırkı işdə Ramiq Qasımov cinayət-hüquqi mövqeyi baxımından təqsirsiz sayılsa da, qərarda Ramiq Qasımovun Rüstəm Bayramovla "oral yolla cinsi əlaqədə" olması kimi mövqenin göstərilməsi Ramiq Qasımovun mülki münasibətlər baxımından təqsirli olması qənaətinə gəlməyə səbəb ola bilər. Bu mövqe şikayətdə əks olunmuş, lakin mövqenin hansı hallarla təkzib edilməsi qərarda göstərilməmişdir. Bundan başqa birinci instansiya məhkəməsinə təqdim etdikləri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarına Qərarda göstərilən hallara da diqqət etmək lazımdır. Eyni məsələ ilə bağlı Nərimanov Rayon Məhkəməsinin olduqca mühüm əhəmiyyət kəsb edən mövqeyi mövcuddur. "Məhkəmə xüsusi olaraq vurğulayır ki, mübahisələndirilən qərar təqsirsizlik prezumpsiyası prinsipini kobud şəkildə pozmaqla yanaşı, mahiyyətcə şəxsin bəraət hüququna da ziddir. Təhqiqatçı qərarında cinayət işinin başlanmasını bəraətverici əsaslarla rədd etsə də, onun təsviri-əsaslandırıcı hissəsində Seymur Rüstəmovun 72.000 manat vəsaiti tam şəkildə aldığı faktını heç bir şübhəyə yer qoymadan birmənalı şəkildə təsdiq edir. Bu, Konstitusiyanın 63-cü maddəsində və CPM-in 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinin birbaşa pozulmasıdır. Şəxsin təqsirliliyi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü (mümkün halda işi mahiyyəti üzrə həll edən məhkəmə qətnaməsi) ilə müəyyən edilə bilər. Təhqiqat orqanının qərarı ilə şəxsin hər hansı bir hərəkəti törətməsinin fakt kimi təsbit edilməsi, xüsusən də bu faktın sonradan mülki mübahisədə onun əleyhinə istifadə oluna biləcəyi təqdirdə, onun təqsirsizliyinə kölgə salır yə müdafiə hüququnu əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Nərimanov Rayon Məhkəməsinin qərarından görünür ki, şəxsin barəsində bəraətverici əsaslarla cinayət işinin başlanması rədd edilsə də, həmin qərarda hər hansı hərəkətin edilməsinin fakt kimi müəyyən edilməsi gələcəkdə şəxsin mənafeyinə zidd olacağından qərar ləğv edilməlidir. Xüsusilə qeyd edilir ki, prokurorluq orqanının qərarı preyudisial əhəmiyyətə malikdir. Cinayət- Prosessual Qanunvericiliyinin tələblərinə əsasən iş üzrə hərtərəfli, tam, obyektiv araşdırma aparmaq müstəntiq, təhqiqatçı, prokuror və məhkəmənin vəzifəsidir. Araşdırmanın nəticəsindən asılı olmayaraq bütün hallar ətraflı şəkildə araşdırılmalıdır. Əks halda toplanmış sübutlar sübutedici qüvvəsini itirər. Bu da təqsirli olan şəxsin cəzasız qalmasına səbəb ola bilər. Odur ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar sadəcə izahatlar üzərində qurulmamalı, işin düzgün və ətraflı şəkildə araşdırılması üçün bütün tədbirlər görülməlidir. Lakin hazırkı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda sadəcə izahatlar alınmış, digər hərəkətlər həyata keçirilməmişdir, Şikayətçi Qasımov Ramiq Zahid oğlunun müdafiəçisi Şikayət verən şəxs apellyasiya şikayətinə əlavə verərək qeyd edilən apellyasiya şikayətinin əlavənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə tamamilə qanunsuz bir mövqe göstərərək düzgün olmayan bir nəticəyə gəlmişdir. Belə ki, hərbi hissənin psixoloqu Ramiq Qasımovun terapiya keçməsi üçün müddətli həqiqi hərbi qulluqçuları subaylar yataqxanasına aparması, hər iki şəxsə "Mind Ballon" terapiyasının keçirilməsi, Rüstəm Məmmədovla müəyyən müddətdə təklikdə qalması, Ramiq Qasımovun Rüstəm Bayramovla "oral yolla cinsi əlaqədə olması" faktını təsdiq edən hal kimi çıxış edə bilməz. Məhkəmə isə bu hissədə ehtiyyatlı izah verməmiş, birbaşa olaraq nümayəndəsi olduğu şəxsin həmin əməli törətməsi barədə mövqe göstərmişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Ramiq Qasımov şübhəli və təqsirləndirilən şəxs olmasa da, barəsində faktiki olaraq araşdırma aparıldığına görə bu hüquqlardan istifadəsi məhdudlaşdırıla bilməz. Ümumiyyətlə hər hansı halın mövcudluğu olduqca ciddi sübutlarla təsdiq edilməli və "Faktın mövcudluğu" qənaətinə gəlməyə səbəb olmalıdır. Məhkəmə Rüstəm Məmmədovun izahatını mötəbər hesab edərkən onun fərqli tarixlərdə 2 dəfə fərqli izahat verməsinin səbəbini başa düşülən formada izah etməmişdir. Belə ki, Ramiq Qasımov verdiyi izahatda Rüstəm Bayramovla oral yolla cinsi əlaqədə olmasını tam təkzib etmişdir. İfadə verən digər şahidlər də Ramiq Qasımovun Rüstəm Bayramovla oral yolla cinsi əlaqədə olmasını təsdiq etməmiş, onların oral yolla cinsi əlaqədə olmasını görmədiklərini bildirmişdir. Bu qanunsuz halı yalnız Rüstəm Bayramov təsdiq edir. X13 ifadələri sübut kimi nəzərə alına bilməz. İlk olaraq ona görə ki, X5 ## ###### 2025-ci il tarixli izahatında hərbi xidmətə gəlməmişdən 5-6 ay əvvəl qonşusu X1 ilə cinsi əlaqədə olduğunu bildirsə də, ## ##### 2025-ci il tarixdə Sumqayıt Hərbi prokurorluğuna verdiyi izahatında ilkin izahatı zamanı həyəcanlı olduğundan fikirlərini tam ifadə edə bilmədiyini, Xəzər Əliyevlə cinsi əlaqədə olmadiğını bildirmişdir. Göründüyü kimi Rüstəm Bayramov 2 fərqli ziddiyyətli ifadə verərək qeyri-səmimi mövqeyini aşkar şəkildə bəyan etmişdir. Qeyd etmək lazımdır ki, Rüstəm Bayramovun hərbi xidmətə gəlməmişdən 5-6 av öncə olan zamanı xatırlamaması, xüsusilə cinsi əlaqədə olduğunu xatırlamaması inandırıcı və məntiqi deyildir. İkinci ona görə ki, Rüstəm Bayramovun niyyəti ordudan tərxis olmaqdır. Ramiq Qasımovun barəsində heç bir əsası olmayan məlumatları yaymaqla qısa müddət ərizində tərxis olacağını güman etmişdir. İki ziddiyyətli ifadə verən şəxsin ifadəsinə əsaslanaraq faktın mövcudluğu qənaətinə gəlmək qəti şəkildə qəbul edilməzdir. Rüstəm Bayramovun ziddiyyətli ifadəsi başqa formalarda da olmuşdur. Belə ki, Rüstəm Məmmədov öz izahatında bildirmişdir ki, "Qərargaha çatdıqda Ramiq Qasımov onlara bölüyə qayıtmaları barədə tapşırıq verdiyi üçün o, Nihad Abbaszadə ile birlikdə oradan ayrılıb bölüyün əsgər yataqxanasına getmişdir." Məhkəmə prosesində məhkəməyə təqdim edilmiş N nömrəli hərbi hissənin mühərrik-Vnin şəxsi heyətlə iş üzrə müavin Xalid Hüseynli ilə nümayəndəsi olduğu Ramiq Qasımov arasında olan Whatssap vasitəsilə təqdim edilmiş səs yazılarından görünür ki, Rüstəm Məmmədov və Nihad Abbaszadə qərargahın qarşısından bölüyə tək qayıtmamış, Xalid Hüseynli tərəfindən aparılmışdır. Xalid Hüseynli səs yazıları ilə bunu tam təsdiq edir. Göründüyü kimi hər iki əsgər yanlış ifadə vermişdir. Bir şəxsin izahatını mötəbər hesab edərkən izahatların ziddiyyətli olubolmaması, ziddiyyətlərin hansı sferada özünü büruzə verməsi və izahatlardakı ziddiyyətlərin sayı nəzərə alınmalıdır. Çünki məhkəmə və istintaq orqanı "faktın mövcudluğu qənaətinə gəldikdə" Rüstəm Bayramovun izahatını əsas götürüb. Burada şərt deyildir ki, Rüstəm Bayramovun izahatı mütləq ki, iddia edilən hadisənin baş verdiyi şərait, vaxt, məkanla bağlı olsun. Ziddiyyətli ifadələrin verilməsi şəxsin özünün xarakterinin yalan danışmağa meyilli olmasını göstərir. Rüstəm Bayramovun müddətli həqiqi hərbi xidmət həyatından öncəki vaxtda başqa şəxslərlə cinsi əlaqədə olması barədə ziddiyyətli ifadələrin verilməsi, eyni zamanda iddia edilən hadisədən sonra qərargahdan bölüyə yanlız Nihad Abbaszadə ilə birlikdə qayıtmaları barədə 2 ziddiyyətli ifadələrin verilməsi Rüstəm Bayramovun ziddiyyətli ifadələr verməyə meyilli bir şəxs olmasının və izahatında göstərilən halların mötəbər hesab edilməməsini təsdiq edən haldır. Məhz buna görə də hesab edir ki, Rüstəm Bayramovun izahatlarına əsaslanıb vətən üçün canını fəda edən, cənab Prezident tərəfindən 5 medal, o cümlədən "Cəsur döyüşçü" medalı ilə təltif edilən bir müharibə qazisinə qərəzli münasibətin göstərilməsi qəbuledilməzdir. X6 tərəfindən Ramiq Qasımova atılan səslərdən görünür ki, hər iki əsgəri Xalid Hüseynli qərargahın qarşısından özü bölüyə gətirmişdir. Eyni zamanda Nihad Abbaszadə də izahatında bölüyə Rüstəm Məmmədovla birlikdə getmələrini bildirsə də, Xalid Hüseynlinin səs yazısı ilə onun izahatı təkzib edilir. Görünür ki, istintaq orqanı bu hissələrdə qərəzli olmuşdur. Bununla yanaşı, araşdırma materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi tərəfindən təqdim olunmuş ## ###### 2025-ci il tarixli ****-Ə nömrəli rəydən görünür ki, X5 ## ###### 2025-ci il tarixdə məhkəmə-tibbi ekspertizası zamanı onun arxa keçəcəyində aşkar olunan dəyişikliklər onunla arxa keçəcək vasitəsilə mütəmadi-dəfələrlə cinsi əlaqədə olmağın əlamətlərinə uyğun gəlir. Rüstəm Bayramovun mütəmadi şəkildə anal yolla cinsi əlaqədə olması ekspert rəyi ilə təsdiq edilir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda Rüstəm Bayramovun ifadəsinə diqqət etdikdə görünür ki, "Nihad Abbaszadə çölə çıxdıqdan sonra Ramiq Qasımov qapının kilidin boylayaraq yenidən ona yaxınlaşmış və ona anal vasitəsiylə cinsi əlaqədə olmaq istədiyini bildirmiş, lakin o, bu təkliflə razılaşmamışdır. Bundan sonra Ramiq Qasımov ona cinsi aktı tamamlaya bilmədiyini, bu səbəbdən yenidən ağız boşluğu vasitəsilə onunla cinsi əlaqədə olmasını təklif etmiş, o, təkliflə razılaşdıqdan sonra Ramiq Qasımov qapını açaraq Nihad Abbaszadəyə yataqxamn çölündə gözləməslnl bildirmiş və qapını yenidən kılidləmlşdir. Bundan sonra Ramiq Qasımov şalvarını aşağı çəkib cinsi orqanını onun ağız boşluğuna salaraq onunla qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Ramiq Qasımov cinsi aktı tamamladıqdan sonra şalvarını yuxarı çəkmiş və ona bu barədə heç kimə məlumat verməməsini tapşırmışdır". Mütəmadi şəkildə anal yolla cinsi əlaqədə olan şəxsin anal yolu ilə cinsi əlaqədə olmaq barədə təklifi qəbul etməməsi, lakin oral yolla cinsi əlaqədə olmaq barədə təklifi qəbul etməsinin məntiqi və ağlabatan izahı yoxdur. Göründüyü kimi Rüstəm Bayramovun ifadələri olduqca ziddiyətli və qərəzlidir. Çünki şəxsin özündə mütəmadi dəfələrlə cinsi əlaqədə olması təsdiq edilir. Belə bir şəxsin eyni təklifə mənfi cavab verməsi əslində onun izahatının həqiqiliyini də şübhə altına alır. Məhkəmə isə izahatın həqiqiliyinə bəraət qazandırmaq üçün aşağıdakı formada əsaslandırma etmişdir. "## ###### 2026-cı il tarixli *** nömrəli məhkəmə-psixiatrik ekspert rəyinə əsasən, Rüstəm Bayramovda yüngül ifadə olunmuş nevrasteniya müəyyən edilsə də, həmin psixi pozuntu onun öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək qabiliyyətini aradan qaldıracaq dərəcədə olmamışdır. Ekspert onun hadisə zamanı öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olduğunu müəyyən etmişdir. Yüngül ifadəli psixi pozuntunun mövcudluğu şəxsin baş vermiş hadisəni qavramaq, yadda saxlamaq və bu barədə məlumat vermək qabiliyyətinin olmadığı mənasına gəlmir. Rüstəm Bayramovun hadisəni düzgün qavramaq və ifadə etmək qabiliyyətinə malik olmadığını göstərən hər hansı tibbi rəy mövcud deyildir. Buna görə onun izahatının yalnız diaqnoza əsasən sübut əhəmiyyətindən məhrum edilməsi üçün əsas yoxdur". Ekspert rəyi ilə Rüstəm Bayramovun öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarəetmək qabiliyyətinə malik olması müəyyən edilsə də, həmin ekspert rəyinin mövcudluğu Rüstəm Bayramovun "Mütləq şəkildə düzgün izahat verməsini" təsdiq etmir. Belə ki, hər bir şəxsin düzgün ifadə verib-verməməsi onun özünün seçimi ilə müəyyən edilir. Rüstəm Bayramov qərəzli şəkildə düzgün ifadə verməmişdir. Rüstəm Bayramovun qərəzli ifadə verməsi həmçinin onunla təsdiq edilir ki, Bakı Hərbi Məhkəməsində ## ###### 2026-cl il tarixində təyin edilmiş 2ci məhkəmə prosesində o, məhkəməyə ərizə ilə müraciət edərək Ramiq Qasımovun barəsində cinayət işinin başlanmasını xahiş etmişdir. Lakin Sumqayıt Hərbi Prokurorluğunda verdiyi izahatında isə Ramiq Qasımovdan şikayətinin olmamasını bildirmişdir. Rüstəm Bayramovun isə Sumqayıt Hərbi Prokurorluğunun qərarından tərəfindən şikayət verilməsindən haradan məlumat əldə etməsi, hansı səbəbdən fikrini dəyişməsi məhkəmə üçün qaranlıq olmamalıdır. Görünür ki, şəxs tamamilə Ramiq Qasımova qarşı qərəzlidir və şəxsə isə təsirlər edilir. Eyni zamanda istintaq orqanı Ramiq Qasımovun psixoloji durumunun hansı səviyyədə olub-olmamasını müəyyən etmək üçün müvafiq ekspertiza təyin etməmişdir. Şikayət edən şəxsin barəsində ekspertizanın təyin edilməsinin, şikayət olunan şəxsin barəsində ekspertizanın təyin edilməməsi özü-özlüyündə qərarı qanunsuz və əsassız edir. Rüstəm Bayramovun # ###### 2026-cı il tarixdə ehtiyata buraxılması da əvvəl verdiyi izahatın yalan olduğunu təsdiq etmir. Rüstəm Bayramovun İsə hərbi xidmətdən tərxis olunmaq kimi bir məqsədi olduğu üçün qəsdən Ramiq Qasımov barəsində düzgün olmayan məlumatlar bildirmiş, bu məlumatlar da Rüstəm Bayramovun ordu sıralarından tərxis olmasına, nəticədə Rüstəm Bayramovun məqsədinə çatmasına səbəb olmuşdur. Çünki Ramiq Qasımov ona hərbi xidmətdən tərxis olmağa köməklik edəcəyini vəd verməmiş, onun müavinə edilməsinin zəruri olmasını bildirmişdir. Rüstəm Bayramov isə öz məqsədinə çatmasının mümkün olmamasının, Ramiq Qasımovun ona vəd verməməsini görüb məcbur qalaraq sonuncu üsul kimi Ramiq Qasımovdan şikayət etməyi seçmişdir. Çünki şəxsin ordudan tərxis olunması üçün psixoloq tərəfindən müəyyən hüquqi prosedurlar aparılır və psixoloqun apardığı hüquqi prosedur əsasında qərar qəbul edilir. Rüstəm Bayramov da bu proseduru bildiyi üçün Ramiq Qasımovdan şikayət etməyə maraqlı olmuş, öz iradəsini göstərmişdir. İş materiallarında mövcud olan X5 barəsində Müdafiə Nazirliyinin Baş X21 Şöbəsi tərəfindən ##.##.2026-cı il tarixinədək verilmiş epikrizdən görünür ki, Rüstəm Bayramov ilk dəfə 13 yaşında öz həmkəndlisi ilə anal yolla cinsi əlaqədə olmuş, ondan sonra hərbi xidmətə gələnə qədər bir neçə kəndçisi ilə anal yolla cinsi əlaqədə olmuşdur. Göründüyü kimi Müdafiə Nazirliyinin Baş Klinik Hosbitalı tərəfindən verilmiş çıxarış eksprizində Rüstəm Bayramovun özünün bildirdikləri qeydə alınmış, hərbi xidmətə gələnə kimi bir neçə kəndçisi ilə anal yolla cinsi əlaqədə olmuşdur. Həmin xüsusatlarla bağlı heç bir araşdırma aparılmamış, yanlız Xəzər Əliyevin ifadəsi alınmaqla qərar qəbul edilmişdir. Burada əsas məsələ Rüstəm Bayramovun ziddiyyətli ifadə verməsi ilə bağlıdır. Çünki şəxsin ziddiyyətli ifadələr verməsi işin mübahisəsiz halını təşkil edir. Eyni zamanda cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, araşdırma zamanı Xalid Hüseynlinin, Adil Ələsgərovun ifadələri alınmamışdır. Halbuki cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda göstərilmişdir ki, "X5 Nazirliyinin N nömrəli hərbi hissəsinin mühəndis istehkam bölüyünün 2-ci taqımının 2-ci manqasının istehkamçısı vəzifəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər rütbəsində xidmətdə olarkən 2025-ci ilin oktyabr ayının sonları hərbi hissəsinin mühəndis istehkam bölüyünün komandiri, R Adil Ələsgərova həmcinslərinə qarşı cinsi marağının olması barədə məlumat vermiş, sonuncu isə R X10 Bayramovun həmcinslərinə qarşı cinsi marağının olması barədə məlumat verərək onu hərbi hissənin psixoloqunun yanına aparmasını tapşırmışdır. Verilən tapşırığa əsasən R Xalid Hüseynli ## ####### 2025-ci il tarixdə onu və hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X2 hərbi hissənin ideoloji iş və mənəvi-psixoloji təminat bölməsinin psixoloqu-bölmə rəisinin köməkçisi, R Qasımov Ramiq Zahid oğlunun qərargahda yerləşən xidməti otağına aparmışdır”. Həmin qərardan görünür ki, Rüstəm Bayramov həmcinslərinə qarşı marağının olması barədə Adil Əliyevə məlumat vermiş. Adil Əliyev də Xalid Hüseynliyə məlumat vermiş. Xalid Hüsenli də X7 Qasımovun yanına gətirmişdir. Lakin nədənsə hər Ikl şəxsin İzahatı ümumiyyətlə alınmamışdır. Bundan başqa Xalid Hüseynllnln səs yazısı da məhkəməyə cd diskdə təqdim edilmişdir. Səs yazısında da məhkəmə tərəfindən heç bir reaksiya verilməmişdir. Bununla yanaşı Adil Ələsgərov tərəfindən Bakı Hərbi Məhkəməsinə göndərilmiş ərizəyə də heç bir reaksiya verilməmişdir. X16 İfadəsindən məlum olur ki, Ramiq Qasımov hadisə baş verən günü axsayaraq yerimiş, hərbi hissənin zabiti Kənan Qurbanlı onun qoluna girərək Ramiq Qasımova kömək etmişdir. Bunun da səbəbi Ramiq Qasımovun həmin günü səhhətinin olduqca ciddi olması, eyni zamanda keçirtdiyi əməliyyat nəticəsində qanaxmalarının baş verməsi olmuşdur. Məhkəməyə təqdim edilmiş fotoşəkillərdən də görünür ki, Ramiq Qasımov həqiqətən də hadisə baş verən günü qanaxmadan əziyyət çəkmiş, hərbi hissənin bölmə rəisi R Fərid Kərimova bu barədə səs atmışdır. Bu səslər də birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Bununla bağlı ona görə qeyd edirəm ki, Ramiq Qasımovun hadisə baş verən günü səhhətinin ciddi olması onda "Oral yolla cinsi əlaqə" ilə bağlı istəyini mümkünsüz etmişdir. Çünki tibbi elmdə də məlumdur ki, bu hərəkətlər üçün şəxsdə müəyyən emosional istəklər olmalı, beyinin fəaliyyəti buna istiqamətlənməlidir. Lakin qanaxmadan əziyyət çəkən bir şəxsin belə hərkətlərə yol verməsi mümkün deyildir və məntiqsizdir. Müstəntiq isə Ramiq Qasımovun həmin günü səhhətinin necə olması ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etməmiş, həqiqən də Ramiq Qasımovun hadisə baş verən günü qanaxmadan əziyyət çəkib-çəkməməsini müəyyən etməmişdir. Həmçinin 2025-ci ilin Ramiq Qasımov may-sentyabr ayları ərzində iki dəfə tibbi əməliyyat olunduğu üçün xidmət yerinə ancaq ## ######## 2025-ci il tarixdə gələ bilmişdir. Bu, xəstəlik sənədləri ilə də təsdiq edilir. Qeyd olunan əməliyyatdan sonra tibbi elmlə də məlumdur ki, cinsi aktivlik bir müddət mövcud olmur. Həmçinin əməliyyatdan sonra ciddi müalicələr də davam etmişdir. Belə olduğu təqdirdə bu istiqamətdə də biraraşdırma aparılmamış, Ramiq Qasımovun əməliyyat sənədləri tələb olunmamış, bu barədə bir araşdırma aparılmamışdır.Bu da cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın qanunsuz olması qənaətinə gəlməyə cavab verir. Eyni zamanda Adil Ələskərov və Kənan Qurbanlının izahatının da işin ədalətli həli üçün olduqca əhəmiyyəti vardır. Birinci instaniya məhkəməsi isə bu izahata ümumiyyətlə qiymət verməmişdir. Çünki izahatlarla həqiqətən də Ramiq Qasımovun hadisə baş verən günü hansı vəziyyətdə olması müəyyən edilə bilər. Bundan başqa həmin qərarda göstərilmişdir ki, Qasımov Ramiq Zahid oğlu ## ###### 2025-ci il tarixli izahatında Rüstəm Bayramov ile fərdi söhbət aparan zaman sonuncunun ona atası Fərman Bayramov tərəfindən döyüldüyü barədə məlumat verdiyini bildirsə də, Rüstəm Bayramov və Fərman Bayramov izahatlarında belə halın olmadiğını bildirərək Ramiq Qasımovun izahatında göstərdiyi xüsusatları təsdiq etməmişlər. Lakin N nömrəli hərbi hissənin Psixoloji müşahidə olan Hərbi Qulluqçuların Qeydiyyatı kitabında 29,10.2025-ci il tarixdə tərəfimdən edilən qeydlərdən görünür ki, "Rüstəm Bayramovun deməsinə görə 14 yaşında olarkən öz həmcinsi ilə cinsi əlaqədə öz istəyilə olub. Polisə düşüblər. Atası bilib hər ikisini döyüb, üu tramvanın ondan getməsi üçün köməklik istəyir. Atası ilə bağlı suallardan yayınır. Gözləri dolur" Göründüyü kimi Rüstəm Bayramovun atası tərəfindən döyülməsi, bu barədə X11 Qasımova məlumat verməsi Müdafiə Nazirliyinin Pslxololl Müşahidədə olan Hərbi Qulluqçuların Qeydiyyatı kitabında ##.##.2025-ci iI tarixdə olan qeydlərdə də öz əksini tapmışdır, Eyni zamanda ekspert rəyi ## ###### 2026-cı il tarixində verilməklə hadiə baş verdikdən təxminən 2 ay yarım vaxt sonra verilmişdir. Ramiq Qasımovun hadisə günü qanaxmalarının olması isə işin mübahisəsiz halını təşkil edir. Əməliyyatdan sonra müalicələrlə vəziyyətin düzəlməsi isə mümkün olan bir prosedurdur. Məhz ## ####### 2025-ci il tarixinə münasibətdə Ramiq Qasımovun cinsi qabiliyyətinin olub-olmaması ekspert rəyi ilə təsdiqlənmir. Ramiq Qasımovun ekseprtizaya getdiyi vaxt onun səhhəti normal olmuş, səhhətində ağırlaşmalar olmamışdır. Sumqayıt Şəhər Hərbi Prokurorluğunun qərarı ilə faktiki olaraq Ramiq Qasımovun əlyehinə yönələn hal fakt kimi tanınıb. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ** nömrəli qərarının 3.2.7.1-ci maddəsində göstərilmişdir ki, həmcinslə könüllü cinsi əlaqədə olmaq və buna sövq etmək xidmət vaxtı başa çatmamış ehtiyyata buraxılmanın əsasını təşkil edən haldır. Məhz Sumqayıt Şəhər Hərbi Prokurorluğunun qərarında göstərilən "Oral yolla cinsi əlaqədə olmaq" halının təsdiqi Ramiq Qasımovun əleyhinə yönəlir. Nərimanov Rayon Məhkəməsinin qərarında açıq səkildə göstərilmişdir ki, cinayət təqibinə bəraətverici əsaslarla xitam verildikdə qərarda şəxsin əleyhinə yönələn hal ola bilməz.Odur kl, həmin qərara da diqqət etmək olduqca zəruridir. Qərar ## ### 2026-cı il tarixində qəbul edilsə də, Ramiq Qasımova göndərilməmiş, mahiyyəti aydın olmamışdır. Yanlız ## #### 2026-cı il tarixində Ramiq Qasımov Sumqayıt Şəhər Hərbi Prokurorluğuna getdikdə məlum oldu ki, ## ### 2026-cı il tarixində cinayət işinin başlanması rədd edilmişdir. Halbuki qərarın 24 saat ərzində tərəfə göndərilməsi qanunvericiliyin tələbidir. Bu da qərəzli mövqedən xəbər verir. Ramiq Qasımovda torpaqlarımızın düşməndən azad olunması üçün şücaətlə döyüşmüş, bu yolda ağır xəsarət və tramvalar almışdır. Belə ki, Ramiq Qasımov ##.##.2018-ci ildən etibarən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçir. Xidmət dövründə komandanlıqla heç bir ciddi problemi olmamışdır, işğal olunmuş ərazilərimizin azad olunması uğrunda aparılmış 44 günlük döyüşlərdə iştirak etmiş və bununla bağlı olaraq Azərbaycan Respublikası Prezidentinin **** nömrəli, ##.##.2021-ci il tarixli sərəncamı ilə "Şuşanın azad olunmasına görə" medalı, **** nömrəli, ##.##.2021-ci il tarixli sərəncamı ilə "Cəsur döyüşçü" medalı, **** nömrəli, ##.##.2021-ci il tarixli sərəncamı ilə "Füzulinin azad olunmasına görə" medalı, **** nömrəli, ##.##.2021-ci il tarixli sərəncamı ilə "Xocavəndin azad olunmasına görə" medalı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ***s nömrəli, ##.##.2022-ci il tarixli sərəncamı ilə "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunmuşdur. ##.##.2020-ci il tarixdə Ramiq Qasımovun sol qolundan yaralanma və partlayış travması nəticəsində aldığı qapalı kəllə-beyin travmasından sonrakı asteno-nevrotik təzahürlər diaqnozu ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında bir neçə dəfə müalicə olunmuş (əsas: 5143, 6273 və ***** nömrəli tibbi arayışlar) və bundan soma xidmətimi davam etdirmişdir. ##.##.2025-ci il tarixdə N-ci hərbi hissənin İdeoloji iş və mənəvi-psixoloji təminat bölməsinin psixoloqu - bölmə rəisinin köməkçisi təyin olunmuşdur. Məhkəmə baxış iclasında onlayn qaydada iştirak edən X5 öz çıxışında bildirmişdir ki, onun problemləri olmuşdur. Buna görə Qasımov Ramiq Zahid oğluna yaxınlaşmış, psixoloji problemlərinin olmasına görə Papanin xəstəxanasına göndərməsini xahiş etmişdir. Ona nə vaxtdan baş verməsi, nə zaman olması, özünü necə hiss etməsi barədə suallar vermişdir. O, əsgər yoldaşı Nihad Abbaszadə ilə birlikdə Qasımov Ramiq Zahid oğlunun yanına getmişlər. Daha sonra Nihad Abbaszadəni qəbul etmişdir. Oradan çıxandan Ramiq Qasımov onlara subaylar yataqxanasına gedəcəklərini, Papanin xəstəxanasına göndərilməsi üçün problemlərin olub-olmamasını müəyyənləşdirilməli olduğunu bildirmişdir. Onlar subaylar yataqxanasına getmiş, ikisi də otağa daxil olmuş, Ramiq Qasımov ilk öncə əsgər Nihad Abbaszadəyə psixoloji problemlərinə görə uzanılı vəziyyətdə balon terapiyasını həyata keçirmişdir. Nihad Abbaszadəyə uşaqlığındakı problemlərə görə halı pisləşmiş, terapiya davam etdirmək istəməmişdir. Ramiq Qasımov onun şəxsi sirləri olmasına görə əsgər Nihad Abbaszadəni çöldə gözləməsini demişdir. Daha sonra Ramiq Qasımov ona qarşı hərəkətlər etmişdir. Onun həqiqətən olub-olmaması barədə təklif etmiş, ağız -oral yolla cinsi əlaqədə olmuşdur. 5 dəqiqə etdikdən sonra onun halı pisləşmiş, o, qapını açaraq çölə çıxmış, tualetə getmişdir. Qayıdanda otaqda Ramiq Qasımovla Abbaszadə Nihadla söhbət etdiyini görmüşdür. Ona da balon terapiyası həyata keçirilmişdir. Terapiyadan sonra bir daha Ramiq Qasımov Nihad Abbaszadəyə çöldə gözləməsini, sözünün bitmədiyini demiş, Nihad Abbaszadə çölə çıxmışdır. Ramiq Qasımov yenidən ona təklif etmiş, 5-10 dəqiqə oral yolla cinsi əlaqədə olmuşdur. Çöldən səs gəlmiş, Ramiq Qasımov paltarını geyinib qapıya gedərək açmışdır. Orada olan mülki şəxs onlara soruşmuşdur ki, burda neynirsiniz?, bu otağının açarı haradandır? Ramiq Qasımov cavab vermişdir ki, otağın açarı əvvəldən olmuş, daha əvvəl burada qalmışdır. Sonra onlar çıxıb qərargaha tərəf irəliləmişlər, Ramiq Qasımov qərargaha içəri daxil olaraqkən onlara kazarmaya gedə biləcəklərini bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, oral cinsi əlaqəni könüllü olmuşdur. Birinci dəfə cinsi akt başa çatmamışdır. Hadisənin tarixi barədə fərqli vaxtlar göstərməsini yaddaşının zəif olması ilə bağlıdır. Xəzərlə cinsi əlaqəsi olmamış, atası telefonda olan videoların ona göstərilməsi ilə bağlı polisə şikayət etmişdir. Şikayətçi Qasımov Ramiq Zahid oğlu və onun müdafiəçisi Şikayət verən şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Hərbi Məhkəməsinin *-*(*-**)-**/**** saylı, ##.##.2026cı il tarixli qərarının ləğv edərək məhkəmə nəzarəti qaydasında verilən şikayətin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Sumqayıt Hərbi prokurorluğunun müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası materialı öyrənib, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: - təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; - zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; - qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər. 449.3.5-ci maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi cinayət prosesini həyata keçirən orqanın cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi barədə qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: - cinayət hadisəsinin baş vermə faktı və halları; - şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; - cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; - cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; - cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; - bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən cinayət hadisəsi olmadıqda və əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 212.1-ci maddəsinə əsasən cinayət işinin başlanması üçün səbəblərin qanunsuz olduğu və ya əsasın olmadığı halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinin dəlillərinin əsas mahiyyəti ondan ibarətdir ki, şikayətçi tərəfinin iddiasına əsasən iş üzrə izahat alınmış şəxslərin izahatlarında fərqli hallar mövcuddur, bu fərqli hallara düzgün hüquqi qiymət verilməmiş, o cümlədən obyektiv, tam və hərtərəfli araşdırma aparılmamış, ## ### 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Qasımov Ramiq Zahid oğlunun Rüstəmov Bayramov ilə qeyri təbii yolla könüllü şəkildə cinsi əlaqədə olması faktının müəyyən edilməsinin qeyd olunması və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi hüquqa zidddir. Birinci olaraq məhkəmə kollegiyası qeyd edir ki, mövcud hüquq normalarını tələbləri nəzərə alınmaqla araşdırılma aparılarkən ilk öncə hadisənin (hərəkət və yaxud hərəkətsizliyin) olub-olmaması, necə, hansı şəraitdə baş verdiyi, nəticələri, o cümlədən bu zaman hərəkət və yaxud hərəkətsizliyi törədən şəxslərin dairəsi və şəxsiyyəti, bu halı görən şəxslərin dairəsi və s. hallar müəyyən edilməyə çalışılır. Bu hallar müəyyənləşdirilmədən şəxsin hüquqa zidd hərəkət və ya hərəkətsizlik etdiyi nəticəsinə gəlmək mümkün deyildir. Hazırkı iş üzrə məhkəmə kollegiyası bildirir ki, iş üzrə dindirilmiş şəxslərin izahatlarında, o cümlədən apellyasiya instansiya məhkəməsində X5 verdiyi izahatda müəyyən xırda detallarda ziddiyyət mövcuddur. Lakin bu ziddiyyət ümumi hadisənin gedişatının müəyyənləşdirilməsinə maneçilik törətmir. İş üzrə dindirilmiş şəxslərin izahatlarından şübhəsiz şəkildə aydın olur ki, Qasımov Ramiq Zahid oğlu əsgərlər X5 və X2 ilə birlikdə yataqxana getmiş, yataqxanın otağında onların terapiyası ilə məşğul olmuş, Qasımov Ramiq Zahid oğlu əsgər X5 ilə otaqda “söhbət” apararkən digər əsgərin otaqdan kənarlaşdırılaraq çöldə gözləmiş (iki dəfə “söhbət” aparılmışdır), həmin vaxt ərzində qapı bağlı olmuşdur. Qasımov Ramiq Zahid oğlu ilə əsgər X5 arasında olan oral yolla əlaqənin düzgün əks etdirilməməsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, bir qayda olaraq tərəflər arasında cinsi əlaqəyə dair hərəkətlər kənar şəxslərin yanında həyata keçirilmir. Bu zaman kənar şəxslərin diqqətindən yayınmaq üçün daha uyğun zaman və şərait olması nəzərə alınır və yaxud yaradılır. İş üzrə izahatlarda ziddiyyətli hal kimi göstərilən istər Qasımov Ramiq Zahid oğlunun yanına, istərsə bölüyün əsgər yataqxanasına əsgərlərin N nömrəli hərbi hissənin zabti Xalid Hüseynli tərəfindən aparılması halının, “hadisənin” baş vermə tarixinin izahatlarda fərqli zamanlarda göstərilməsi məhkəmə kollegiyası iş üzrə əhəmiyyətli hal hesab etmir. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, xırda nüanslarda fərqliliklərin olması izahatlarda ortaq şəkildə müəyyən edilən halların həqiqiliyini şübhə altına almır. Həmçinin X5 izahatlarının, xüsusən Ramiq Qasımovun onunla oral yolla cinsi əlaqədə olması ilə bağlı xüsusatlarının inandırıcılığı ilə bağlı qeyd edilməlidir ki, Rüstəm Bayramov araşdırma zamanı hərbi hissədə, təhqiqat şöbəsində, prokurorluqda, eləcə də, məhkəmədə ayrıntılı şəkildə izahatlar vermiş, hər bir izahatında bu xüsusatı təsdiq etmiş, qeyd olunalar hal ilə bağlı izahatlarda hər hansı zidiyyyətli hal olmamışdır. Digər tərəfdən əsgər X5 qərəzli şəkildə (hərbi xidmətdən tərxis olunmaq üçün) düzgün olmayan izahat verməsi ilə bağlı qeyd edilməlidir ki, məhkəmədə izahat verərəkən artıq tərxis olunmuş və artıq bu cür niyyəti olmamışdır. İkincisi isə qərəzli olduğu halda nə üçün mütəmadi təmasda olduğu şəxslərə qarşı deyil, hərbi xidmət dövründə bir dəfə görüşüb təmasda olduğu şəxsə qarşı olurdu. Sadalananlar bir daha hazırkı mübahisə olunan qərarda Qasımov Ramiq Zahid oğlunun təqsirli elan olunması və ya təqsirsizlik prezumpsiyasının pozulması kimi qiymətləndirilməsi üçün əsas olmadığını göstərir. Bununla yanaşı Qasımov Ramiq Zahid oğlunun hərbi xidmətdən buraxıldığı təqdirdə bu hal ayrıca hərbi-inzibati qərarın nəticəsi hesab edilməlidir. Bu hissədə şəxs hüquqlarının gələcəkdə pozulacağın hesab edirsə, onun aidiyyəti məhkəməyə müvafiq iddia tələbi ilə müraciət etmək hüququ mövcuddur. Eyni zamanda şikayətçi tərəfindən təqdim edilən ayrı-ayrı şəxslərin səs yazıları, ərizəsi və izahatında əks olunan məlumatlar aparılmış araşdırma zamanı müəyyən edilmiş halları şübhə altına almır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 442.1-ci maddəsinə əsasən məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. 442.2-ci maddəsinə əsasən, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq, mülkiyyət hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair vəsatət və təqdimatlara, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. 442.5-ci maddəsinə əsasən məhkəmə nəzarəti sahəsinə aid olan məsələlər, habelə onların həyata keçirilməsi qaydası bu Məcəllənin 443-454-cü maddələri ilə müəyyən edilir. 449.1-ci maddəsinə əsasən, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), tutulmanı və ya tutulan şəxsin həbsdə saxlanılma yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər. 450.4-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılması üzrə məhkəmə iclası başlananadək məhkəmə ona təqdim olunmuş bütün materialları əvvəlcədən öyrənir. 452.1-ci maddəsinə əsasən elan olunduqdan sonra 3 (üç) gün müddətində həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, hakimin qərarından aşağıdakı qaydada ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror tərəfindən protest, təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi, habelə zərər çəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən isə şikayət verilə bilər: 452.1.1. bilavasitə apellyasiya instansiyası məhkəməsinə; 452.1.2. qərarı qəbul etmiş məhkəmənin vasitəsilə; 452.1.3. həbs yerinin müdiriyyətinin vasitəsilə (yalnız şikayət üçün) 453.6.1-ci maddəsinə əsasən Həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, yaxud bundan imtina barədə qərarın qanuniliyinin və əsaslılığının yoxlanılması üzrə məhkəmə iclasının yekununda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlaması qərar qəbul edir. Beləliklə də, Apellyasiya Məhkəməsi yuxarıda göstərilənlərə, eləcə də, Bakı Hərbi Məhkəməsinin qərarında göstərilən əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 452, 453-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayətçi Qasımov Ramiq Zahid oğlunun müdafiəçisi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Hərbi Məhkəməsinin *-*(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №6-1(3-8)-3/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №6-1(3-8)-3/2026
15.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver