Məhkəmə qərarları › İş №6-1(3-8)-4/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №6-1(3-8)-4/2026

21.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 6-1(3-8)-4/2026 21.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Şükürov Cahangir Fəxrəddin oğlunun katibliyi, Dövlət Sərhəd Xidmətinin X3 İdarəsinin baş təhqiqatçısı Nümayəndə və şikayət verən şəxs İsbəndiyarov Bəhlul Əziz oğlunun iştirakı ilə, Dövlət Sərhəd Xidmətinin X3 qrupunun rəhbəri R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2026-ci il tarixli qərarından verilmiş şikayət üzrə Bakı Hərbi Məhkəməsinin *-*(*-**)-**/**** nömrəli, ## ######## 2026-cı il tarixli qərarından İsbəndiyarov Bəhlul Əziz oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 qrupunun rəhbəri Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli qərara əsasən Sərhəd Nəzarəti “Samur” sərhəd nəzarəti şöbəsinin “Şirvanlı” sərhəd nəzarəti bölməsinin hərbi qulluqçusu R İsbəndiyarov Bəhlul Əziz oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 234 və digər maddələrinin tərkib əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, İsbəndiyarov Bəhlul Əziz oğunun qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, daşınması və ya gəzdirilməsindən ibarət əməlində Azərbaycan Respulikası İXMnin 206-cı maddəsinin tərkib əlamətlərinin olmasının nəzərə alaraq barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması məsələsinə baxılması üçün toplanmış materialların Sumqayıt Hərbi Prokurluğuna təqdim edilməsi qərara alınmışdır. Şikayətçi İsbəndiyarov Bəhlul Əziz oğlu məhkəməyə müraciət edərək, Bakı şəhəri X3 qrupunun rəhbəri R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” ##.##.2026-ci il tarixli qərarın qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi İsbəndiyarov Bəhlul Əziz oğlu şikayətini onunla əsaslandırmışdır ki, X2 qrupunun rəhbəri Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## #### 2026-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası CMnin 234-cü və digər maddələrinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkib əlamətlərinin olması nəzərə alınaraq həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün toplanmış materialları Sumqayıt Hərbi Prokurorluğuna təqdim edilmişdir. Lakin həmin qərarda qeyd edilən hallar ətraflı araşdırılmamış, heç bir əsaslı səbəb olmadan barəsində Azərbaycan Respublikası CM-nin 234-cü və digər maddələrinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Hansı səbəbdən barəsində Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə araşdırma aparılması zərurətinin yaranması qərarın məzmunundan bəlli deyil. Heç bir cinayət hadisəsi olmadığı üçün Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməli olduğu halda, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Belə ki, o, xidmətini davam etdirmək üçün ## ###### 2024-cü il tarixdə Qusar rayonu ərazisində Rusiya Federasiyası ilə sərhəddə yerləşən «Samur» sərhəd nəzarəti şöbəsinə göndərilmiş və «Şirvanlı» sərhəd nəzarəti bölməsində nəzarətçi vəzifəsində, R hərbi rütbəsində xidmət edir. ## ### 2026-cı il tarixdə müayinə olunmaq məqsədi ilə ondan Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalının Laboratoriyasında sidik nümunəsi götürülmüş, Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin məhkəmə-kimyəvi aktına əsasən narkotik vasitə hesab edilən 9 tetra-hidro kannabinolun metaboliti olan tetrahidrokannabinol turşusu (THC-COOH) aşkar olunmuşdur. O, bu aktla razı deyil. Belə ki, Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında analizinin təmiz olduğu bildirilmişdir. Ondan götürülmüş nümunələr təmiz olduğu halda, hansı zərurətə görə nümunələrin götürülməsindən 3 gün sonra nümunələr Patoloji Anatomiya Birliyinə göndərilmişdir? Əgər Patoloji Anatomiya Birliyinə getmək zəruri idisə, özünü şəxsən göndərib yeni nümunələr ala bilərdilər. Lakin bu edilməmişdir. Nümunələrin götürülməsindən 3 gün sonra Patoloji Anatomiya Birliyinə göndərilməsi, hansı şəraitdə göndərilməsi, yolda hansı şəraitdə aparılması və s. bu kimi hallar kifayət qədər şübhəli əsaslar yaradır. Hətta araşdırma zamanı izahatları alınmış hərbi qulluqçuların hər biri onun narkotik vasitələrin istifadəçisi olmadığını, heç vaxt belə bir halın şahidi olmadıqlarını da bildirmişlər. Lakin araşdırma zamanı bu halların heç biri nəzərə alınmamışdır. Bakı Hərbi Məhkəməsinin *-*(*-**)-**/**** nömrəli, ## ######## 2026-cı il tarixli qərarı (hakim C.Ramazanov) ilə X3 qrupunun rəhbəri R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2026-ci il tarixli qərarının qanuni hesab edilməsi, X3 qrupunun rəhbəri R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2026-ci il tarixli qərarın qanunsuz hesab edilərək ləğv edilməsinə dair İsbəndiyarov Bəhlul Əziz oğlu tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. İsbəndiyarov Bəhlul Əziz oğlu qərardan apellyasiya şikayəti verərək, Bakı Hərbi Məhkəməsinin ## ######## 2026–cı il tarixli 6–1(4–16)–**/**** saylı qərarının və X2 qrupunun rəhbəri Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## #### 2025–ci il tarixli qərarının ləğv edilərək Azərbaycan Respublikası İXM–nin 206–cı maddəsi üzrə gəlinmiş nəticənin yenidən araşdırılması və həmin hissədə də icraata xitam verilməsi, Azərbaycan Respublikası CM–nin 234–cü və digər maddələrinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası CPM–nin 39.1.2–ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi hissəsinin də ləğv edilərək Azərbaycan Respublikası CPM– nin 39.1.1–ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul edilməsi üçün materialların araşdırılması üçün həmin Təhqiqat qrupuna göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X2 qrupunun rəhbəri Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## #### 2025–ci il tarixli qərarı ilə barəmdə Azərbaycan Respublikası CM–nin 234–cü və digər maddələrinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası CPM–nin 39.1.2–ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş və barəmdə Azərbaycan Respublikası İXM–nin 206–cı maddəsinin tərkib əlamətlərinin olması nəzərə alınaraq barəmdə həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün toplanmış materialları Sumqayıt Hərbi Prokurorluğuna təqdim edilmişdir. Lakin həmin qərarda qeyd edilən hallar ətraflı araşdırılmamış, heç bir əsaslı səbəb olmadan barəmdə Azərbaycan Respublikası CM–nin 234–cü və digər maddələrinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası CPM–nin 39.1.2–ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Lakin hansı səbəbdən barəsində Azərbaycan Respublikası CM–nin 234–cü maddəsi ilə araşdırma aparılması zərurətinin yaranması qərarın məzmunundan bəlli deyil. Heç bir cinayət hadisəsi olmadığı halda Azərbaycan Respublikası CPM–nin 39.1.1–ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməli olduğu halda, Azərbaycan Respublikası CPM–nin 39.1.2–ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Belə ki, o, xidmətimi davam etdirmək üçün ## ###### 2024–cü il tarixdə Qusar rayonu ərazisində Rusiya Federasiyası ilə sərhəddə yerləşən «Samur» sərhəd nəzarəti şöbəsinə göndərilmişəm və «Şirvanlı» sərhəd nəzarəti bölməsində nəzarətçi vəzifəsində, R hərbi rütbəsində xidmət edir. ## ### 2026–cı il tarixdə müayinə olunmaq məqsədi ilə məndən Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalının Labarotoriyasında sidik nümunəsi götürülmüş, Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin məhkəmə–kimyəvi aktına əsasən narkotik vasitə hesab edilən 9 tetra–hidro kannabinolun metaboliti olan tetrahidrokannabinol turşusu (THC–COOH) aşkar olunması ilə razı deyil, Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında analizinin təmiz olduğu ona bildirilmişdir. Necə ola bilər ki, ondan götürülmüş nümunələr təmiz olduğu halda, hansı zərurətə görə nümunələrin götürülməsinən 3 gün sonra nümunələr Pataloji Anatomiya Birliyinə göndərilir? Əgər Pataloji Anatomiya Birliyinə getmək zəruri idisə, özümü şəxsə göndərib yeni nümunələr ala bilərdilər. Lakin bu edilməmişdir. Nümunələrin götürülməsindən 3 gün sonra Pataloji Anatomiya Birliyinə göndərilməsi, hansı şəraitdə göndərilməsi, yolda hansı şəraitdə aparılması və s. bu kimi hallar kifayət qədər şübhəli əsaslar yaradır. Hətta araşdırma zamanı izahatları alınmış hərbi qulluqçuların hər biri onun narkotik istifadəçisi olmadığını, heç vaxt belə bir halın şahidi olmadıqlarını da bildirmişlər. Lakin araşdırma zamanı bu halların heç biri nəzərə alınmamışdır. Həmin qərardan məhkəmə nəzarəti qaydasında vermiş olduğum şikayət Bakı Hərbi Məhkəməsinin ## ######## 2026–cı il tarixli 6–1(4–16)–**/**** saylı qərarı ilə təmin edilməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi olan Bakı Hərbi Məhkəməsi şikayətini əsassız olaraq təmin etməmişdir. Qeyd etdiyi halları təhqiqat orqanı tərəfindən araşdırılmamış, birinci instansiya məhkəməsi qismində işə baxmış Bakı Hərbi Məhkəməsi də qeyd olunan hallara əhəmiyyət verməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Cinayət Prosessual Məcəllənin 122.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından — məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilir. Həmin Məcəllənin 454-cü maddəsinə əsasən istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edib, cinayət prosesi iştirakçılarının izahatlarını dinləyərək, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MəhkəməTibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin ##.##.2026-cı il tarixli, ****/K nömrəli məhkəmə-kimyəvi aktından görünür ki, ##.##.2026-cı il tarixdə İsbəndiyarov Bəhlul Əziz oğlundan götürülmüş sidik nümunəsində 0,090 mq/l 9-Tetra-hidro kannabinolun metaboliti olan tetrahidrokannabinol turşusu (THC- COOH) aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ##.##.2026-cı il tarixli, **** nömrəli rəyinə əsasən, həmin tarixdə ekspress-test üsulu ilə götürülmüş sidik nümunəsində yoxlanılan narkotik vasitələr aşkar edilməmiş, İsbəndiyarov Bəhlul Əziz oğlunda narkomaniya xəstəliyinin əlamətlərinin olmadığı və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MəhkəməTibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin ##.##.2026-cı il tarixli, ****/K nömrəli məhkəmə-kimyəvi ekspert rəyinə əsasən, ##.##.2026-cı il tarixdə Birliyin Məhkəmə-kimya şöbəsinə “İBƏ-1998” kodu ilə daxil olmuş İsbəndiyarov Bəhlul Əziz oğlundan götürülmüş qan və sidik nümunələrində ##.##.2026cı ildən ##.##.2026-cı ilədək aparılmış tədqiqat nəticəsində sidik nümunəsində 0,090 mq/l miqdarında THC-COOH aşkar edilmişdir. Eyni rəydə ##.##.2026-cı il tarixdə götürülmüş qan və sidik nümunələrində ekspert rəyinə əlavə edilmiş cədvəllərdə göstərilən narkotik vasitələrin, psixotrop və dərman maddələrinin aşkar olunmadığı, habelə “Gofen”, “Aksen Fort” və “Pentalgin” preparatlarının tərkibində THCCOOH olmadığı və həmin preparatların insan orqanizmində metabolik çevrilməsi nəticəsində bu metabolitin əmələ gəlmədiyi göstərilmişdir. Həmin rəyə əsasən kannabinoidlər çəkilən zaman bir neçə dəqiqə ərzində qana sorulur, 5-30 dəqiqədən sonra onun qanda miqdarı maksimuma çatır. Aktiv metabolizm və toxumalara paylanma (qaraciyərdə və digər toxumalarda ehtiyat halında toplanması) səbəbindən onun miqdarı qanda sürətlə azalır. Kannabinoidlərin daxilə qəbulu zamanı qanda miqdarı yavaşyavaş artır və 1,5-3 saatdan sonra maksimuma çatır. Kannabinoidlər lipidlərdə (piylərdə) çox yaxşı həll olur və buna görə də beyində, piy toxumasında, qaraciyərdə, sümük iliyində və böyrəklərdə toplanır və uzun müddətli istifadə zamanı istifadəçinin orqanizminin xüsusiyyətlərindən asılı olaraq kannabinoidlərin metobolitləri 15-30 gün müddətində qanda aşkar oluna bilər. Kannabinoidlərin metabolitlərinin analizi məqsədilə sidikdə aparılan kimyəvitoksikoloji tədqiqatın ilkin mərhələsi hesab edilən immunoferment üsul ilə müayinə zamanı belə xroniki istifadəçilərdə son qəbuldan sonra 45-77 gün müddətində, epizodik istifadədə isə 29 gün müddətində aşkar edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 207-ci maddəsinin 1-ci bəndinin məzmununa görə, təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və kütləvi informasiya vasitələrində əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə almalı və ona baxmalı, zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması, habelə bu Məcəllənin 207.4-cü maddəsində nəzərdə tutulmuş iki və ya daha artıq istintaq və ya prosessual hərəkətlərin həyata keçirilməsi ilə əlaqədar və ya bu Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmalı, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının (aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 37, 38, 39, 41 və 46cı maddələrinin tələblərinə əsasən cinayət təqibi yalnız əməldə konkret cinayət tərkibinin əlamətlərini təsdiq edən kifayət qədər sübutlar olduqda həyata keçirilə bilər və belə sübutlar mövcud olmadıqda başlanılmış cinayət təqibinə xitam verilməsi qanunun tələbidir. Belə ki, CPM-nin 46.3-cü maddəsinə əsasən cinayət işinin başlanması üçün əsas cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Eyni zamanda CPM-nin 39.1.2-ci maddəsinə görə əməldə cinayət tərkibi olmadıqda başlanılmış cinayət təqibinə xitam verilməlidir. CPM-nin 41.1-ci maddəsi də təhqiqatçı, müstəntiq və ya prokurorun cinayət təqibini istisna edən hallar müəyyən edildikdə cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul etməsini imperativ qaydada nəzərdə tutur. Qeyd edilməlidir ki, B.Ə.İsbəndiyarovun barəsində narkotik vasitə istifadəsinə görə barəsində araşdırılma aparılmış, lakin narkotik vasitə (psixotrop maddə və ya güclü təsiredici maddə) aşkar edilməsə də, istifadə edildiyi müəyyən edilmişdir. B.Ə.İsbəndiyarov qərarı mübahisələndirərək, ümumiyyətlə narkotik vasitə istifadə etmədiyini, barəsində İXM-nin əlamətlərinin də olmadığını mübahisələndirsə də, ekspertiza rəyi ilə narkotik vasitə istifadə etdiyi müəyyən edilmişdir. Cinayət Prosessual Məcəllənin 124.1.2-ci maddəsinə görə hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar yalnız sübutlar vasitəsilə müəyyən edilir. Həmin Məcəllənin 139.0.1 və 139.0.3-cü maddələrinə görə cinayət hadisəsinin baş vermə faktı və halları, eləcə də cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayət əlamətlərinin mövcudluğu cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 146.1-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, ##.##.2026-cı il tarixli ekspert rəyinə görə, kannabinoidlərin metabolitlərinin analizi məqsədilə sidikdə aparılan kimyəvi-toksikoloji tədqiqatın ilkin mərhələsi hesab edilən immunoferment üsulu ilə müayinə zamanı xroniki istifadəçilərdə son qəbuldan sonra 45-77 gün müddətində, epizodik istifadədə isə 29 gün müddətində aşkar edilməsi mümkündür. Yəni, sidik nümunəsində THC-COOH metabolitinin aşkar edilməsi üçün şəxsin müayinədən bilavasitə əvvəl kannabinoid qəbul etməsi zəruri deyildir. Metabolitin orqanizmdə müəyyən müddət ərzində qalması səbəbindən onun sidikdə aşkar olunması əvvəlki dövrdə baş vermiş kannabinoid istifadəsinin nəticəsi də ola bilər. Respublika Narkoloji Mərkəzinin ##.##.2026-cı il tarixli müayinəsində nəticənin mənfi olması ##.##.2026-cı il tarixdə götürülmüş nümunə üzrə müəyyən edilmiş müsbət nəticəni aradan qaldırmır. Müayinələr arasında təxminən əlli gün vaxt fərqi vardır və ##.##.2026-cı il tarixli ekspert rəyində THC-COOH metabolitinin epizodik istifadə zamanı son qəbuldan sonra 29 gün, xroniki istifadə zamanı isə 45-77 gün müddətində sidikdə aşkar edilə bilməsi göstərilmişdir. Buna görə sonrakı nümunədə narkotik vasitə və ya onun metabolitinin aşkar edilməməsi əvvəlki nümunə üzrə ekspert nəticəsi ilə ziddiyyət təşkil etmir. Narkoloji müayinədə İsbəndiyarov Bəhlul Əziz oğlunda narkomaniya xəstəliyinin müəyyən edilməməsi də onun əvvəllər narkotik vasitəni epizodik qaydada istehlak etməsini istisna etmir. Göründüyü kimi, B.Ə.İsbəndiyarovun şikayət ərizəsində mübahisələndirilən hallar məhkəmə iclasında dəyərləndirilərkən material üzrə göstərilən xüsusatlarla bağlı araşdırılma aparıldığı, rədd materialı üzrə nəticəyə gəlinərkən yekun hüquqi qiymət verildiyi müəyyən edilir. Cinayət Prosessual Məcəllənin 46.3-cü maddəsinə əsasən cinayət işinin başlanması üçün əsas cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini və cinayət təqibini istisna edən halların olmadığını güman etməyə əsaslar mövcuddursa, öz səlahiyyətləri daxilində fəaliyyət göstərən təhqiqatçı, müstəntiq və ya prokuror dərhal cinayət işi başlamalıdır. Cinayət Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən cinayət təqibini həyata keçirərkən müstəntiq qanunun tələblərini rəhbər tutaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişlərinə və öz daxili inamına əsaslanaraq, zəruri prosessual qərarlar qəbul edir, istintaq və ya digər prosessual hərəkətləri həyata keçirir. Həmin Məcəllənin 212.1-ci maddəsinə əsasən cinayət işinin başlanması üçün əsasın olmadığı halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, şikayətdə göstərilən xüsusatlarla bağlı gəlinən nəticədə sual yaradacaq hallar üzrə dəyərləndirilmə aparılması rədd materialı ilə müəyyən edildiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq cinayət işinin başlanmasının rədd olunmasına dair qərarı qanuni hesab etmişdir. Apellyasiya şikayətində göstərilən dəlilləri mahiyyəti üzrə qanuni və əsaslı olan qərarın ləğvi üçün formal mülahizə kimi dəyərləndirilməklə əsaslı hesab edilməməlidir. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilməli, Bakı Hərbi Məhkəməsinin *-*(*-**)-**/**** nömrəli, ## ######## 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 453.6.1 və 454-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı Hərbi Məhkəməsinin *-*(*-**)-**/**** nömrəli, ## ######## 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilməsin. Qərar qətidir, ondan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar