Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 6(3-10)-28/2026 22.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, hakimlər-Səmədov Xəqani Hacı oğlu və Şükürov Imanverdi Həşimxan oğlundan ibarət tərkibdə Xəlilov Ramin Ramiz oğlunun katibliyi, şikayət vermiş şəxs Şikayət verən şəxs, Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi X8 və Qəbələ rayon prokurorunun nümayəndəsi X1 iştirakları ilə, Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarından Hərəkətindən (qərarından) şikayət verilən orqan tərəfindən verilmiş apellyasiya protestinə qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi, R Seyfulla Bağırov tərəfindən qəbul edilmiş “Cinayət işi üzrə icraata hissəvi xitam verilməsi və işin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” ## ###### 2026-ci il tarixli qərarla Azərbaycan Respublikası CMnin 162-1.1, 178.2.4 və 179.3.2-ci maddələri ilə istintaq olunan ********* saylı cinayət işinin icraatına V.Y.Xəlilovun barəsində həmin Məcəllənin 162-1.1 və 179.3.2ci maddələri ilə istintaq olunan hissəsi üzrə hissəvi xitam verilməsi, V.Xəlilovun Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair istintaq olunan ********* nömrəli cinayət işinin istintaqın davam etdirilməsi üçün Qəbələ Rayon Polis Şöbəsinə göndərilməsi, həmçinin V.Xəlilovun Şikayət verən şəxs icarəyə götürdüyü teleskopik dirəklərin sonradan konkret olaraq hansı tikinti obyektlərində istifadə olunduğunun müəyyən olunması, teleskopik dirəklərin hansı şəraitdə itməsinin, yararsız hala düşməsinin, məhv olmasının, hansı tikinti obyektlərində istifadə edilməsinin, ucuz metal kimi üçüncü şəxslərə satılıb-satılmamasının araşdırılması və həmin xüsusuatla bağlı V.Xəlilovun həmin əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi əlamətlərinin olub-olmaması məsələsinə hüquqi qiymət verilməsi qərara alınmışdır. Həmin Qərardan ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs Şikayət verən şəxs tərəfindən şikayət verilərək, Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi, R Seyfulla Bağırovun ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsinə dair ## ###### 2026-cı il tarixli qərarın ləğv edilməsi, həmin cinayət işinin yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılması xahiş edilmişdir. Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarı ilə şikayətin qismən təmin edilməsi, Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi, R X8 tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli “cinayət işi üzrə icraata hissəvi xitam verilməsi və işin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərarının qismən, X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-cü maddəsi ilə cinayət işi üzrə icraata xitam verilməsi hissəsində ləğv edilməsi və material üzrə araşdırmanın davam etdirilməsi, şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qəbələ Rayon Prokuroru vəzifəsini icra edən R Emil Kərimov məhkəmənin həmin qərarından apellyasiya protesti vermişdir. apellyasiya protestinin dəlilləri: Qəbələ Rayon Prokuroru apellyasiya protestində Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarının ləğv olunmasını xahiş etmişdir. proses iştirakçılarının çıxışları: Məhkəmə kollegiyası iclаsındа iştirak edən Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi X8 və Qəbələ rayon prokurorunun nümayəndəsi X1 apellyasiya protestinin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında maraqlarına toxunan şəxs Şikayət verən şəxs apellyasiya protestinin dəlillərini qəbul etməyərək, Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. hüquqi məsələlər: Məhkəmə nəzarəti cinayət-prosessual qanunvericiliyi sahəsində əsasən məhkəməyədək icraat mərhələsində öz funksional yükünü daşıyır. Məhkəmə nəzarəti cinayət prosesi çərçivəsində təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun fəaliyyəti nəticəsində insan və vətəndaş hüquq və azadlıqlarına qanunsuz müdaxilələrin qarşısını almağa, pozulmuş hüquqların bərpasına xidmət edən məhkəmə fəaliyyətinin müstəqil növüdür (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il ## ###### tarixli Qərarı). “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 453.10-cu maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 449.3.5-ci maddəsinin məzmununa uyğun olaraq, məhkəmə nəzarəti qaydasında yoxlanılması mümkün olan prosessual hərəkətlərin və qərarların sırasında cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar da göstərilmişdir. Cinayət işi üzrə icraata xitam verilməsinə dair qərarın qanuniliyi və əsaslılığı üzərində məhkəmə nəzarəti, hüquqları pozulmuş və ya pozulma təhlükəsi altına qoyulmuş şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi və bərpası üçün vacib funksiyanı yerinə yetirərək, məhkəməyə müraciət etmək konstitusiya hüququnun həyata keçirilməsini təmin edir. Cinayət işi üzrə icraata xitam verilməsinə dair qərarın qanuniliyi və əsaslılığı üzərində məhkəmə nəzarətinin mahiyyəti ondan ibarətdir ki, adıçəkilən nəzarət müstəqil və qərəzsiz məhkəmə hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin orqan, nəzarət obyekti kimi çıxış edən qərarın əsasında dayanmış faktiki halların obyektiv qiymətləndirilməsi nəticəsində öz əsaslandırılmış qərarını qəbul edir və bununla da şəxslərin hüquqları və qanuni mənafeləri təmin olunur. Cinayət işi üzrə icraata xitam verilməsinə dair qərarın qanuniliyi və əsaslılığı üzərində məhkəmə nəzarətinin nəticəsi hamı üçün məcburi olan, qanuni, əsaslandırılmış və ədalətli məhkəmə qərarının qəbulunda ifadə olunur. Həmin qərar dövlət məcburiyyəti ilə təmin olunur və mübahisəli məsələnin mahiyyəti üzrə həll olunduğu ədalət mühakiməsi aktı qismində çıxış edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 282-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan təqsirləndirilən şəxs, yaxud onun müdafiəçisi, zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və ya onların nümayəndələri tərəfindən qərarın surəti onlara verildiyi vaxtdan 10 (on) gün müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət verilə bilər. Belə ki, iş materiallarından müəyyən edilir ki, ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorunun müavini, II dərəcəli R Elmar Camalov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 162-1.1 və 179.3-cü maddələri ilə cinayət işi başlanmış və istintaqın davam etdirilməsi üçün Hərəkətindən (qərarından) şikayət verilən orqan göndərilmiş, ##.##.2025-ci il tarixdə həmin cinayət işi Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi X8 tərəfindən icraatına qəbul edilmişdir. Cinayət işinin başlanmasına əsas və səbəb X2 tərəfindən 2024-cü il ərzində müxtəlif vaxtlarda Qəbələ rayonunda aparılan yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisi zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi ( kontraktı) hüquqi qüvvəyə minmədən X3 və digərləri (12 nəfər) də daxil olmaqla xeyli sayda işçilərin usta və fəhlə işlərinin yerinə yetirilməsinə cəlb edilmələri, bundan başqa, Şikayət verən şəxs 2021-ci ilin may ayında X2 icarəyə verilməklə etibar etdiyi hər biri 25 manat olmaqla, ümumilikdə külli miqdar təşkil edən 164.150 manat dəyərində 6566 ədəd dəmir teleskopik dirəkin 2024-cü il ərzində talanaraq ələ keçirilməsi ilə ilə bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində toplanmış material olmuşdur. Qeyd olunanlar Şikayət verən şəxs Baş Prokurorluğa daxil olmuş müraciətləri, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılmış araşdırma ilə əlaqədar alınmış izahatlar, X13 Sistemindən əldə edilmiş əmək müqaviləsinə dair məlumatlar, Şikayət verən şəxs təqdim etdiyi video görüntülər və digər sənədlərlə təsdiq olunmuşdur. Cinayət işi ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Hərəkətindən (qərarından) şikayət verilən orqan göndərilmiş və Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi X8 tərəfindən icraata qəbul edilmişdir. Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi X8 tərəfindən qəbul edilmiş ## ####### 2025ci il tarixli “cinayət işi üzrə icraata hissəvi xitam verilməsi və işin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərara əsasən Azərbaycan Respublikası CM-nin 162-1.1, 178.2.4 və 179.3.2-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinin icraatına V.Y.Xəlilovun barəsində həmin Məcəllənin 162-.1.1 və 179.3.2- ci maddələri ilə istintaq olunan hissəsi üzrə hissəvi xitam verilmiş, V.Xəlilovun barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanmış cinayət işi istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Qəbələ rayon Polis Şöbəsinə göndərilmişdir. Həmin qərardan Şikayət verən şəxs tərəfindən Qəbələ Rayon Məhkəməsinə şikayət verilmiş, Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)- */**** nömrəli qərarı ilə şikayət təmin edilmiş, Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi X8 tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli “cinayət işi üzrə icraata hissəvi xitam verilməsi və işin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərar qanunsuz hesab edilərək ləğv edilmiş və material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmışdır. Həmin qərardan Qəbələ Rayon Prokuroru, R Nazim Babayev tərəfindən verilmiş apellyasiya protestinə baxılaraq Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qərarı ilə protest təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-*/**** nömrəli qərarı ləğv edilmiş, şikayət verilmiş şəxs Şikayət verən şəxs şikayəti qismən təmin edilmiş, Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi X8 tərəfindən qəbul edilmiş ## ####### 2025ci il tarixli “cinayət işi üzrə icraata hissəvi xitam verilməsi və işin istintaq aidiyyəti üzrə göndəriməsi haqqında” qərarı V.Y.Xəlilov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2cü maddəsi ilə cinayət işi üzrə icraata xitam verilməsi hissəsində ləğv edilməsi və material üzrə araşdırmanın həmin hissədə davam etdirilməsi qərara alınmışdır. Daha sonra Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi, R Seyfulla Bağırov tərəfindən qəbul edilmiş “Cinayət işi üzrə icraata hissəvi xitam verilməsi və işin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” ## ###### 2026-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 162-1.1, 178.2.4 və 179.3.2-ci maddələri ilə istintaq olunan ********* saylı cinayət işinin icraatına V.Y.Xəlilovun barəsində həmin Məcəllənin 162-1.1 və 179.3.2-ci maddələri ilə istintaq olunan hissəsi üzrə hissəvi xitam verilmiş, V.Xəlilovun Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair istintaq olunan ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsi üçün Qəbələ Rayon Polis Şöbəsinə göndərilmiş, həmçinin, V.Xəlilovun Şikayət verən şəxs icarəyə götürdüyü teleskopik dirəklərin sonradan konkret olaraq hansı tikinti obyektlərində istifadə olunduğunun müəyyən olunması, teleskopik dirəklərin hansı şəraitdə itməsinin, yararsız hala düşməsinin, məhv olmasının, hansı tikinti obyektlərində istifadə edilməsinin, ucuz metal kimi üçüncü şəxslərə satılıb-satılmamamsının araşdırılması və həmin xüsusuatla bağlı V.Xəlilovun həmin əməlində Azərbaycan Respublikası CM-nin 178ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi əlamətlərinin olub-olmaması məsələsinə hüquqi qiymət verilməsi qeyd edilmişdir. Həmçinin Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qərarında V.Y.Xəlilov barəsində Azərbaycan Respublikası CM-nin 162- 1.1-ci maddəsi ilə xitamının əsaslı olmasına hüquqi qiymət verildiyindən məhkəmə şikayətin Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi, R Seyfulla Bağırovun ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsinə dair ## ###### 2026-cı il tarixli qərarın bütövlükdə ləğv edilməsini əsaslı saymamış, məhkəmə şikayətə yalnız cinayət işinin icraatına Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə istintaq olunan hissəsi üzrə hissəvi xitam verilməsi hissəsində hüquqi qiymət vermişdir. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qərarında məhkəmə kollegiyası öz qərarının əsaslandırıcı hissəsində göstərmişdir ki, X2 Şikayət verən şəxs həmin teleskopik dirəkləri götürməsi V.Xəlilovun izahatı ilə təsdiqini tapmışdır. Lakin həmin dirəklərin pulunun tam şəkildə ödəniləcəyi təqdirdə V.Xəlilov tərəfindən istintaqa hər hansı sübut təqdim olunmamışdır. Bundan əlavə həmin dirəklərin hansı şərtlər daxilində V.Xəlilova verilməsi də istintaq orqanı tərəfindən araşdırılmamışdır. Məhkəmə iclasında izahat verərkən böyük müstəntiq S.Bağırov qeyd etmişdir ki, şəxsin etibar məsələsi ilə bağlı hüquqi əsas olmadığına görə və icarə şərtlərinin pozulmasını nəzərə alaraq 179.3.2 maddəsinə xitam verilmişdir. Həmçinin iş materiallarından görünür ki, V.Xəlilov həmin dirəklərin “itib-batdığını” bildirmişdir. Lakin istintaq orqanı tərəfindən həmin dirəklərin hansı şəraitdə itməsi, həmçinin V.Xəlilov tərəfindən həmin dirəklərin etibardan istifadə edərək mənimsəmə faktının olub-olmaması tam araşdırılmamış, bundan əlavə həmin teleskopik dirəklərin iş icrası nəticəsində yararsız hala düşmə, məhv olma ehtimalları da araşdırılmamışdır. Bundan əlavə ibtidai istintaq dövründə aparılan araşdırma zamanı həmin dirəklərin həqiqətən də həmin tikintilərdə istifadə olunması öz təsdiqini tapmamışdır, izahatı alınan heç bir fəhlə və ya ustalar bu faktı təsdiq etməmişlər. Həmçinin əgər teleskopik dirəklərin hər birinə görə müəyyən məbləğdə ödəniş etdikdən sonra həmin dirəklərin V.Xəlilovda qalması ilə bağlı tərəflər arasında razılıq var idisə, bu icarə yox, lizinq münasibatlərini əmələ gətirmiş olardı. Lakin iş materiallarından müəyyən olunur ki, həmin dirəklər icarəyə verilmiş və geri qaytarılmamışdır. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, istintaq zamanı ifadə verən fəhlələr, ustalar onların iş gördükləri “obyektlərdə” həmin dirəkləri görmədiklərini bildirmişlər. Belə olan halda V.Xəlilov tərəfindən qəbul edilmiş həmin dirəklər harada istifadə olunmuş və hansı müddətdə istifadə olunmuşdur sualına istintaq orqanı cavab verməmişdir. Bundan əlavə şikayətçi Şikayət verən şəxs verdiyi ifadələrində bir müddət həmin dirəklərin istifadə olunması ilə bağlı yerində baxış keçirdiyini bildirmişdir. Lakin istintaq orqanı dirəklərin konkret olaraq harada istifadə olunması ilə bağlı heç bir araşdırma aparmamışdır. Belə ki, V.Xəlilovun işlətdiyi “obyektlərdə” olan fəhlə və ustalar həmin dirəkləri görmədiklərini bildirmişlər. Həmçinin istintaq orqanı tərəfindən qeyd olunan dirəklərin “metallom” kimi müvafiq məntəqələrə satılması ilə bağlı hər hansı bir araşdıma aparılmamış, şikayətçinin ərizələrində dəfələrlə bu vurğulansa da, bu ümumiyyətlə araşdırma predmeti olmamışdır. Bununla əlaqədar məhkəmə kollegiyasl qeyd edir ki, Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi, R Seyfulla Bağırov tərəfindən “cinayət işi üzrə icraata hissəvi xitam verilməsi və işin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” ## ###### 2026-cı il tarixli qərar qəbul edilərkən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qərarında yuxarıda qeyd olunan xüsusatlar üzrə araşdırma aparılmamış, xüsusən də dirəklərin hansı şəraitdə itməsi, həmçinin V.Xəlilov tərəfindən həmin dirəklərin etibardan istifadə edərək mənimsəmə faktının olub-olmaması tam araşdırılmamış, bundan əlavə həmin teleskopik dirəklərin iş icrası nəticəsində yararsız hala düşmə və ya məhv olma ehtimalları da araşdırılmamışdır. Bu xüsusatlara təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin yenidən tam və ətraflı dindirilməsi ilə araşdırılaraq hüquqi qiymət verilməli idi. Lakin müstəntiq göstərilənlərin əksinə olaraq işi aidiyyəti üzrə polis orqanına göndərməklə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qərarında göstərilən xüsusuatları araşdırmaqdan yayınmışdır. Həmçinin kollegiya qərarında araşdırma zamanı istintaq orqanının şəxsin əməlində eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkib əlamətlərinin olub-olmamasına qiymət verilməli olduğunu qeyd etmişdir. Lakin “cinayət işi üzrə icraata hissəvi xitam verilməsi və işin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” ## ###### 2026-ci il tarixli qərarda digər zərər çəkmiş şəxslərə münasibətdə V.Y.Xəlilov tərəfindən yol verilmiş dələduzluq hallarına istinad edilsə də təqsirləndirilən şəxs V.Y.Xəlilovun Şikayət verən şəxs münasibətdə əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkib əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməmişdir. Iş mаteriаllаrındаn görünür ki, Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi, R X4 Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2026-cı il tarixli *(*- **)-**/**** nömrəli qərarında göstərilən hаllаrı tаm аrаşdırmаmış, zərərçəkmiş şəxs Muxtаrоv Rаmаl Аkif оğlunun əlavə izаhаt və yа ifаdəsi аlınmаmış, V.Xəlilovun Şikayət verən şəxs icarəyə götürdüyü teleskopik dirəklərin sonradan konkret olaraq hansı tikinti obyektlərində istifadə olunmаsı, teleskopik dirəklərin hansı şəraitdə itməsi, yararsız hala düşməsi, məhv olması və yа mənimsənilib-mənimsənilməməsi hаllаrı, о cümlədən V.Xəlilоvun həmin dirəkləri Yаşаr аdlı şəxsin həyətinə bоşаltmаsı və оrаdаn sоnrаdаn аpаrmаsı hаlını ətrаflı аrаşdırılmаmış, həmin teleskоp dirəklərlə bаğlı təqsirləndirilən şəxsin əməlində Аzərbаycаn Respublikаsı CM-nin 179-cu mаddəsinin tərkib əlаmətlərinin оlub-оlmаmаsı xüsusatı ətrаflı аrаşdırılmаyаrаq bunа müvаfiq hüquqi qiymət verilməmişdir. Belə ki, Аzərbаycаn Respublikаsı CPM-nin 215.3.1-ci mаddəsinə əsаsən Azərbaycan Respublikası CM-nin 179-cu mаddəsində nəzərdə tutulmuş cinаyətlərə dаir işlər üzrə ibtidаi istintаq prоkurоrluq tərəfindən аpаrılmаlıdır. Bunun əksinə olaraq, Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi, R Seyfulla Bağırov tərəfindən “cinayət işi üzrə icraata hissəvi xitam verilməsi və işin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” ## ###### 2026-ci il tarixli qərarla V.Xəlilovun Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair istintaq olunan ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsi üçün Qəbələ Rayon Polis Şöbəsinə göndərilmiş, göstərilən xüsusuatla bağlı V.Xəlilovun həmin əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi əlamətlərinin olub-olmaması məsələsinə hüquqi qiymət verilməsi qeyd edilmişdir. Ona görə də Qəbələ Rayon Məhkəməsi ## ### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarı əsaslı olaraq Şikayət verən şəxs şikayətinb qismən təmin etmiş, Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi, R X8 tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli “cinayət işi üzrə icraata hissəvi xitam verilməsi və işin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərarını qismən, X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-cü maddəsi ilə cinayət işi üzrə icraata xitam verilməsi hissəsində ləğv etmişdir. Beləliklə, apellyasiya protestinin dəlillərini cinayət təqibi ilə bağlı materiallarla birlikdə təhlil edən məhkəmə kollegiyası belə bir yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi sözügedən şəxs tərəfindən verilmiş şikayətdə göstərilən xüsusatların yenidən araşdırılaraq hüquqi qiymət verilməsi üçün ## ###### 2026-cı il tarixli “cinayət işi üzrə icraata hissəvi xitam verilməsi və işin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərarın qismən, X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-cü maddəsi ilə cinayət işi üzrə icraata xitam verilməsi hissəsində ləğv edilməsi qanuni və əsaslı hesab edilməlidir. Obyektiv həqiqətin müəyyən edilməsi, proses iştirakçılarında olan şübhə və anlaşılmazlıqların aradan qaldırılması, proses iştirakçılarının istintaqın tam, hərtərəfli və obyektiv aparıldığına inamının bərqərar olması cinayət prosesi qanunvericiliyinin əsas tələbləridir və işin vəziyyətindən asılı olaraq hər hansı istintaq hərəkətlərinin təkrar və ya əlavə olaraq aparılması təmin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 450.6.5-ci maddəsinə əsasən, hakim cinayət prosesini həyata keçirən orqanın prossesual qərarlarının qanuni və əsaslı olub-olmaması barədə bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələbləri, özünün daxili inamı əsasında qərar çıxarır. Azərbaycan Respublikası CPM-nin 451.1-ci mаddəsinə əsаsən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim aşağıdakı qərarlardan birini çıxarır: barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə; barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə. Azərbaycan Respublikası CPM-nin 451.3.1-ci maddəsinə əsasən şikayət edilmiş hərəkət və ya qərar qanunsuz hesab edildikdə, hakimin qərarına əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror şikayət vermiş şəxsin hüquq və azadlıqlarının yol verilmiş pozuntularına son qoyulması, pozulmuş hüquq və azadlıqların bərpa edilməsi üçün təxirəsalınmaz zəruri tədbirlər görür. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarının qanunsuz və əsassız olması barədə apellyasiya protestinin dəlilləri əsassızdır, ona görə də protest təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 454-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Qəbələ rayon prokuroru vəzifəsini icra edən, R Emil Kərimov tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarı baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn kassasiya qaydasında şikаyət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-10)-28/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-10)-28/2026
22.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver