Məhkəmə qərarları › İş №6(3-10)-31/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-10)-31/2026

22.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 6(3-10)-31/2026 22.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi ilə, hakimlər Səmədov Xəqani Hacı oğlu və Şükürov Imanverdi Həşimxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi Xəlilov Ramin Ramiz oğlunun katibliyi, şikayətçi Şikayət verən şəxs iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-*/**** saylı qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Şikayət verən şəxs şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Hərəkətindən (qərarından) şikayət verilən orqan ##.##.2026-cı il tarixli və ##.##.2026-cı il tarixli məhkəmə qərarlarını icra etməməsi ilə bağlı nümayiş etdirdiyi prosessual hərəkətsizliyin qanunsuz hesab edilməsini, qərarın icra edilməsi üçün prokurorluğa konkret 37 (otuz yeddi) saat müddət müəyyən edilməsini, Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə aktlarını icrasız qoymaqla konstitusion prinsipləri pozan vəzifəli şəxslər barəsində xüsusi qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-*/**** saylı qərarı ilə, Şikayət verən şəxs Hərəkətindən (qərarından) şikayət verilən orqan ##.##.2026- cı il tarixli və ##.##.2026-cı il tarixli məhkəmə qərarlarını icra etməməsi ilə bağlı hərəkətsizliyindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin baxılmadan geri qaytarılması qərara alınmışdır. ŞIKAYƏTIN DƏLILLƏRI Şikayətçi Şikayət verən şəxs apellyasiya şikayəti verərək, Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-*/**** saylı qərarının ləğv edilməsini və şikayətin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. PROSES IŞTIRAKÇILARININ DƏLILLƏRI Məhkəmə kollegiyasının iclasında iştirak edən şikayətçi Şikayət verən şəxs apellyasiya şikayətinin təmin edilməsini və Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*- ***)-*/**** saylı qərarının ləğv edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq Zaqatala Rayon Prokuroru məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası hаzırki məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 382.2-ci maddəsinə əsasən, məhkəmə nəzarəti qaydasında birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qərarlardan apellyasiya şikayəti və ya apellyasiya protesti üzrə icraat bu Məcəllənin 452-454-cü maddələrinin müddəalarına müvafiq olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən aparılır. CPM-in 454-cü maddəsində isə göstərilir ki, istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hakimin qanuniliyi və əsaslılığı artıq yoxlanılmış qərarından şikayətə və ya protestə təkrarən baxılmasına yol verilmir (CPM-in 453.10-cu maddəsi). Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-*/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Şikayət verən şəxs Hərəkətindən (qərarından) şikayət verilən orqan ##.##.2026-cı il tarixli və ##.##.2026-cı il tarixli məhkəmə qərarlarını icra etməməsi ilə bağlı hərəkətsizliyindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılmalıdır. Belə ki, qanunvericilikdə məhkəmə nəzarətinin predmetinə insan və vətəndaş hüquq və azadlıqlarını qanuni məhdudlaşdıran istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair vəsatət və təqdimatlara, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayətlərə baxılması aid edilmişdir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 442.2-ci maddəsi). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmə belə qənaətə gələrkən səhvə yol verməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.2.2-ci və 449.2.3-cü maddələrində qeyd edilir ki, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1.cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2.tutma və həbsdə saxlanılması; 449.3.3.tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4.həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.4-1. şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; 449.3.4-2. şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; 449.3.4-3. ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7.təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” ## #### 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şikayət etmək hüququ olan şəxslər məhkəmə nəzarəti qaydasında təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun məhkəməyədək icraat zamanı bütün prosessual qərar və hərəkətlərindən (hərəkətsizliyindən) deyil, yalnız qanunda nəzərdə tutulan aşağıdakı prosessual hərəkət və qərarlarından şikayət verə bilərlər: - cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; - tutulma və həbsdə saxlanması; - tutulmuş şəxslərin hüquqlarının pozulması; - həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; - cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; - məhkəmənin qərarı olmadan istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; -təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.3.1- 449.3.7-ci maddələri). Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən bu prosessual hərəkət və qərarların dairəsi qətidir və cinayət prosesini həyata keçirən orqanın digər prosessual hərəkət və qərarlarından şikayət verilməsi yolverilməzdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, yalnız Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.3-cü maddəsində konkret olaraq göstərilmiş hallarla bağlı təhqiqatçının, tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilə bilər. Qаnunvericilikdə, о cümlədən CPM-nin 149-cu mаddəsində prоkurоrluğun məhkəmə qərаrlаrını icrа etməməsi ilə bаğlı hərəkətsizliyindən məhkəmə nəzarəti qаydаsındа şikаyət verilməsi və məhkəmənin həmin şikаyətə bаxılmаsı nəzərdə tutulmаmışdır. Iş mаteriаllаrındаn görünür ki, Mаhmudоvа Həbibə Ibrаhim qızının Zаqаtаlа Rаyоn Prоkurоrluğunun ##.##.2026-cı il tаrixli və ##.##.2026-cı il tаrixli məhkəmə qərаrlаrını icrа etməməsi ilə bаğlı hərəkətsizliyindən verdiyi şikаyət məhkəmə nəzаrəti qаydаsındа bаxılmаlı оlаn şikаyətlərə аid deyildir. CPM-in 453.6.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlaması barədə qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Şikayət verən şəxs Zаqаtаlа Rаyоn Prоkurоrluğunun ##.##.2026-cı il tаrixli və ##.##.2026-cı il tаrixli məhkəmə qərаrlаrını icrа etməməsi ilə bаğlı hərəkətsizliyindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayətini bаxılmаdаn geri qаytаrmаqdа haqlı olmuşdur. Ona görə də kоllegiyа hesаb edir ki, Şikayət verən şəxs şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-*/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kоllegiyаsı şərh edilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 452, 453 və 454-cü mаddələrini rəhbər tutаrаq, QƏRАRА АLDI: Şikayət verən şəxs şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-*/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və kassasiya prоtesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar