Məhkəmə qərarları › İş №6(3-10)-32/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-10)-32/2026

25.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 6(3-10)-32/2026 25.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, hakimlər-Səmədov Xəqani Hacı oğlu və Şükürov Imanverdi Həşimxan oğlundan ibarət tərkibdə Xəlilov Ramin Ramiz oğlunun katibliyi, şikayət vermiş şəxs Şikayət verən şəxs, Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi X4 iştirakları ilə, Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarından Hərəkətindən (qərarından) şikayət verilən orqan tərəfindən verilmiş apellyasiya protestinə qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qəbələ rayon prokurorunun “cinayət işi başlanmasının rədd edilməsi barədə” ##.##.2025-ci il tarixli qərarı ilə ##.##.2024-cü il tarixdə Qəbələ rayon Polis Şöbəsindən rayon prokurorluğuna Qəbələ rayon Böyük Pirəli kənd sakini Şikayət verən şəxs AR DIN-nin 102 xidmətinə zəng edərək TTTYŞ-nin feldşeri Ziya Məmmədov tərəfindən tibbi yardım edilən zaman səhhətinin pisləşməsi və sağ ayağının funksiyasının itirməsi barədə şikayəti ilə əlaqədar toplanmış **c-** nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Şikayət verən şəxs məhkəməyə şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarı ilə şikayətin təmin olunması, Qəbələ rayon prokurorunun böyük müstəntiqi R X4 “cinayət işinin başlanması rədd edilməsi haqqında” ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi və Hərəkətindən (qərarından) şikayət verilən orqan **c-** nömrəli material üzrə əlavə araşdırma aparılmasının həvalə olunması qərara alınmışdır. Qəbələ Rayon Prokuroru vəzifəsini icra edən R Emil Kərimov məhkəmənin həmin qərarından apellyasiya protesti vermişdir. apellyasiya protestinin dəlilləri: Qəbələ Rayon Prokuroru vəzifəsini icra edən R Emil Kərimov verdiyi apellyasiya protestində Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarının ləğv olunmasını xahiş etmişdir. proses iştirakçılarının çıxışları: Məhkəmə kollegiyası iclаsındа iştirak edən Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi X4 apellyasiya protestinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şikayətçi Şikayət verən şəxs apellyasiya protestinin dəlillərini qəbul etməyərək, Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarının qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclаsının vаxtı və yeri hаqqındа lаzımi qаydаdа xəbərdаr edilməsinə bаxmаyаrаq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qəbələ Rayon Prokuroru vəzifəsini icra edən, R Emil Kərimov məhkəmə iclаsınа gəlməmiş və bunun səbəbləri bаrədə məhkəmə kоllegiyаsınа məlumаt verməmişdir. Məhkəmə kоllegiyаsı işə оnun iştirаkı оlmаdаn bаxılmаsını mümkün hesаb etmişdir. Belə ki, Аzərbаycаn Respublikаsı CPM-nin 454-cü mаddəsinə əsаsən istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi, cinayət təqibi üzrə qiyabi icraatın açılması, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Аzərbаycаn Respublikаsı CPM-nin 453.3-cü mаddəsinə əsаsən həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, yaxud bundan imtina barədə qərarın qanuniliyinin və əsaslılığının yoxlanılmasına dair məhkəmə iclasında şikayət vermiş şəxs, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya müvafiq prokuror, təqsirləndirilən şəxsin müdafiəçisi və ya qanuni nümayəndəsi iştirak etmək hüququna malikdirlər. Apellyasiya instansiyası məhkəməsi izahat vermək üçün məhkəmə iclasına, həmçinin təhqiqatçını (təhqiqat aparan şəxsi), müstəntiqi, habelə zərər çəkmiş şəxsi çağıra bilər. Yuxarıda göstərilən protest və ya şikayətin baxılmasının müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış şəxslərin gəlməməsi məhkəmə iclasının keçirilməsinə mane olmur. hüquqi məsələlər: Məhkəmə nəzarəti cinayət-prosessual qanunvericiliyi sahəsində əsasən məhkəməyədək icraat mərhələsində öz funksional yükünü daşıyır. Məhkəmə nəzarəti cinayət prosesi çərçivəsində təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun fəaliyyəti nəticəsində insan və vətəndaş hüquq və azadlıqlarına qanunsuz müdaxilələrin qarşısını almağa, pozulmuş hüquqların bərpasına xidmət edən məhkəmə fəaliyyətinin müstəqil növüdür (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il ## ###### tarixli Qərarı). “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 453.10-cu maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 449.3.5-ci maddəsinin məzmununa uyğun olaraq, məhkəmə nəzarəti qaydasında yoxlanılması mümkün olan prosessual hərəkətlərin və qərarların sırasında cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar da göstərilmişdir. Cinayət işi üzrə icraata xitam verilməsinə dair qərarın qanuniliyi və əsaslılığı üzərində məhkəmə nəzarəti, hüquqları pozulmuş və ya pozulma təhlükəsi altına qoyulmuş şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi və bərpası üçün vacib funksiyanı yerinə yetirərək, məhkəməyə müraciət etmək konstitusiya hüququnun həyata keçirilməsini təmin edir. Cinayət işi üzrə icraata xitam verilməsinə dair qərarın qanuniliyi və əsaslılığı üzərində məhkəmə nəzarətinin mahiyyəti ondan ibarətdir ki, adıçəkilən nəzarət müstəqil və qərəzsiz məhkəmə hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin orqan, nəzarət obyekti kimi çıxış edən qərarın əsasında dayanmış faktiki halların obyektiv qiymətləndirilməsi nəticəsində öz əsaslandırılmış qərarını qəbul edir və bununla da şəxslərin hüquqları və qanuni mənafeləri təmin olunur. Cinayət işi üzrə icraata xitam verilməsinə dair qərarın qanuniliyi və əsaslılığı üzərində məhkəmə nəzarətinin nəticəsi hamı üçün məcburi olan, qanuni, əsaslandırılmış və ədalətli məhkəmə qərarının qəbulunda ifadə olunur. Həmin qərar dövlət məcburiyyəti ilə təmin olunur və mübahisəli məsələnin mahiyyəti üzrə həll olunduğu ədalət mühakiməsi aktı qismində çıxış edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 282-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan təqsirləndirilən şəxs, yaxud onun müdafiəçisi, zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və ya onların nümayəndələri tərəfindən qərarın surəti onlara verildiyi vaxtdan 10 (on) gün müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət verilə bilər. Iş materiallarından müəyyən edilir ki, Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi, R X4 tərəfindən ##.##.2024-cü il tarixdə Qəbələ rayon polis şöbəsindən rayon prokurorluğuna Qəbələ rayon Böyük Pirəli kənd sakini Şikayət verən şəxs Azərbaycan Respublikası DIN-nin 102 xidmətinə zəng edərək TTTYŞ-nin feldşeri Ziya Məmmədov tərəfindən tibbi yardım edilən zaman səhhətinin pisləşməsi və sağ ayağının funksiyasının itirməsi barədə şikayəti ilə əlaqədar toplanmış **c-** nömrəli material üzrə aparılan araşdırma zamanı Şikayət verən şəxs səhhətində yaranmış “sağda sensor və motor liflərin tutulduğu oturaq sinirin (siyatik sinir) ağır dərəcəli nevropatiyası” diaqnozlu xəstəliyinin Qəbələ rayon TTTYŞ-nin həkimi X1 tərəfindən ona göstərilmiş tibbi xidmət nəticəsində yaranması və tibbi manipulyasiya ilə əlaqədar olduğundan ağırlıq dərəcəsi müəyyən olunmadığından material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2025-ci il tarixli qərar qəbul edilmişdir Iş materiallarından görünür ki, Şikayət verən şəxs ##.##.2023-cü il tarixdə “Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, belin aşağı hissəsində ağrı”, ##.##.2023cü il tarixdə “Prostat vəzinin dəqiqləşdirilməmiş iltihabi xəstəliyi”, ##.##.2023-cü il tarixdə “Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiyası”, ##.##.2024-cü il tarixdə “Böyrək və sidik axarlarının daşları”, “Belin aşağı hissəsində ağrı”, ##.##.2024-cü il tarixdə “Böyrək sancısı”, ##.##.2024-cü il tarixdə “Dəqiqləşdirilməmiş böyrək sancısı”, “Prostat vəzinin dəqiqləşdirilməmiş iltihabi xəstəliyi”, “Belin aşağı hissəsində ağrı”, ##.##.2024-cü il tarixdə “Oturaq sinirin nevralgiyası”, ##.##.2024-cü il tarixlərdə “Oturaq sinirinin zədələnməsi”, ##.##.2024, ##.##.2024, ##.##.2024 və ##.##.2024-cü il tarixlərdə “Aşağı ətrafın mononevropatiyaları”, ##.##.2024-cü il tarixdə “Aşağı ətrafın mononevropatiyaları” kimi şikayətləri ilə Qəbələ RMX-na və Qəbələ rayon TTTYŞ-nə müraciət etmişdir. Iş materiallarından görünür ki, Qəbələ TTTYŞ tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məlumatda göstərilmişdir ki, “Respublika Təcili və X2 Yardım Mərkəzi PHŞ-nin Qəbələ rayon TTTYŞ-nin feldşeri X1 ##.##.2024-cü il tarixdə Qəbələ rayon Böyük Pirəli kənd sakini Şikayət verən şəxs çağırışını icra edərkən yol verdiyi pozuntu ##.##.2025-ci il tarixdə Qəbələ rayon TTTYŞ-də keçirilan iclas zamanı stansiyanın tibb işçiləri arasında müzakirə edilmiş, gələcəkdə belə halların baş verməməsi üçün təlimat verilmiş və feldşer Məmmədov Ziya Qabil oğluna yol verdiyi pozuntu ilə əlaqədar “xəbərdarlıq” elan edilmişdir. Iş materiallarında olan komisyon məhkəmə-tibbi ekspertizasının ##.##.2024-cü il tarixli ****/KES nömrəli ekspert rəyində göstərilmişdir ki, Şikayət verən şəxs Respublika Təcili və X2 Yardım Mərkəzi PHŞ-nin Qəbələ rayon TTTYŞ-nin feldşeri X1 tərəfindən ##.##.2024-cü il tarixdə qarın nahiyəsində sancı şikayətləri ilə əlaqədar “ağrıkəsici” iynəsi sağ sağrı nahiyəsinə inyeksiya edilmişdir. Şikayət verən şəxs “X7”-da ##.##.2024-cü il tarixdə ENMQ müayinəsindən keçmiş və onda “Sağda sensor və motor liflərin tutulduğu oturaq sinirin (siyatik sinir) ağır dərəcəli neyropatiyası”-nın olduğu müəyyən edilmişdir ki, bunun da inyeksiyanın texniki cəhətdən düzgün icra edilməməsi ilə əlaqədar yaranması istisna edilmir. Qeyd olunan hal tibbi manipulyasiya ilə əlaqədar olduğundan sağlamlığa zərərvurmanın dərəcəsinin təyinində nəzərə alınmır. Iş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-**/**** nömrəli qərarından görünür ki, şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** saylı qərarı ləğv edilmiş, Şikayət verən şəxs Qəbələ rayon prokurorunun sabiq böyük köməkçisi, R X9 25-3-2-2-431-0236 **c** nömrəli materialı üzrə ## ###### 2025-ci il yanvar tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" Qərarı qanunsuz hesab edilməklə ləğv edilmiş və cinayət işinin prosessual hərəkətlərin davam etdirilməsi üçün Hərəkətindən (qərarından) şikayət verilən orqan qaytarılması barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayət ərizəsi təmin edilərək qərar ləğv edilmiş, Hərəkətindən (qərarından) şikayət verilən orqan həmin material üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-**/**** nömrəli qərarının əsaslandırıcı hissəsində göstərilənlərə uyğun əlavə araşdırma aparılmasını həvalə etmişdir. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-**/**** nömrəli qərarında məhkəmə kollegiyası öz qərarının əsaslandırıcı hissəsində göstərmişdir ki, hazırki iş üzrə verilmiş ekspert rəyi tədqiq olunan zaman müəyyən olunur ki, Şikayət verən şəxs “Gəncə International HospitaT’da ##.##.2024-cü tarixdə ENMQ müayinəsindən keçmiş və onda "Sağda sensor və motor liflərin tutulduğu oturaq sinirin (siyatik sinir) ağır dərəcəli neyropatiyası"nın olduğu müəyyən edilmişdir ki, bunun da inyeksiyanın texniki cəhətdən düzgün icra edilməməsi ilə əlaqədar yaranması istisna edilməmişdir. Lakin ekspert rəyində “Sağda sensor və motor” liflərin tutulduğu oturaq sinirin (siyatik sinir) ağır dərəcəli neyropatiyasının tibbi manipulyasiya ilə əlaqədar olduğundan sağlamlığa zərərvurmanm dərəcəsinin təyinində nəzərə alınmadığı qeyd olunmuş, rəyin təsviri və əsaslandırıcı hissəsində həmin xüsusatın Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin hansı normativ aktlarına, təlimatlarına və ya metodik tövsiyyləərinə əsaslandığı qeyd olunmamış, həmin hissədə əlavə ekspertiza təyin olunmamış, ekspert dindirilərkən həmin xüsusatla bağlı ona suallar verilməmiş, eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə tibbi manipulyasiya ilə əlaqədar sağlamlığa zərərvurmanın vurulmuş zərərin dərəcəsinin təyinində nəzərə alınıb-alınmadığı ilə bağlı sorğu verilməmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Qəbələ rayon prokurorunun böyük müstəntiqi, R X4 “cinayət işinin başlanması rədd edilməsi haqqında” ##.##.2025-ci il tarixli qərar qəbul edilərkən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-**/**** nömrəli qərarında yuxarıda qeyd olunan xüsusatlar üzrə araşdırma aparmamış, ekspert rəyində “Sağda sensor və motor” liflərin tutulduğu oturaq sinirin (siyatik sinir) ağır dərəcəli neyropatiyasının tibbi manipulyasiya ilə əlaqədar olduğundan sağlamlığa zərərvurmanm dərəcəsinin təyinində nəzərə alınmadığı xüsusatının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin hansı normativ aktlarına, təlimatlarına və ya metodik tövsiyylərinə əsaslandığının qeyd olunmamasına hüquqi qiymət verməməklə həmin hissədə əlavə ekspertiza təyin etməmiş, həmin xüsusatla bağlı eksperti yenidən dindirməmiş, eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə tibbi manipulyasiya ilə əlaqədar sağlamlığa zərərvurmanın vurulmuş zərərin dərəcəsinin təyinində nəzərə alınıb-alınmadığı ilə bağlı sorğu verilməmiş, Şikayət verən şəxs sağlamlığına dəymiş zərərin dərəcəsi müəyyən edilməmişdir. Bu xüsusatlar üzrə müstəntiq tərəfindən araşdırılma aparılması zərurəti olduğu halda, müstəntiq Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli *(***)- **/**** nömrəli qərarında göstərilən xüsusatları araşdırmaqdan yayınmışdır. Ona görə də Qəbələ Rayon Məhkəməsi ## ### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarı ilə əsaslı olaraq Şikayət verən şəxs şikayətini təmin etmiş, Qəbələ rayon prokurorunun böyük müstəntiqi R X4 “cinayət işinin başlanması rədd edilməsi haqqında” ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi və Hərəkətindən (qərarından) şikayət verilən orqan **c-** nömrəli material üzrə əlavə araşdırma aparılmasının həvalə olunmasını müəyyən etmişdir. Qeyd оlunаnlаrа əsаsən məhkəmə kоllegiyаsı hesаb edir ki, prоtestin dəlilləri Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarının ləğv edilməsi üçün əsаslı deyildir. Beləliklə, apellyasiya protestinin dəlillərini cinayət təqibi ilə bağlı materiallarla birlikdə təhlil edən məhkəmə kollegiyası belə bir yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi sözügedən şəxs tərəfindən verilmiş şikayətdə göstərilən xüsusatların yenidən araşdırılaraq hüquqi qiymət verilməsi üçün Qəbələ rayon prokurorunun böyük müstəntiqi, R X4 “cinayət işinin başlanması rədd edilməsi haqqında” ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi və Hərəkətindən (qərarından) şikayət verilən orqan **c-** nömrəli material üzrə əlavə araşdırma aparılmasının həvalə olunması qanuni və əsaslı hesab edilməlidir. Kollegiya qeyd edir ki, obyektiv həqiqətin müəyyən edilməsi, proses iştirakçılarında olan şübhə və anlaşılmazlıqların aradan qaldırılması, proses iştirakçılarının istintaqın tam, hərtərəfli və obyektiv aparıldığına inamının bərqərar olması cinayət prosesi qanunvericiliyinin əsas tələbləridir və işin vəziyyətindən asılı olaraq hər hansı istintaq hərəkətlərinin təkrar və ya əlavə olaraq aparılması təmin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 450.6.5-ci maddəsinə əsasən, hakim cinayət prosesini həyata keçirən orqanın prossesual qərarlarının qanuni və əsaslı olub-olmaması barədə bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələbləri, özünün daxili inamı əsasında qərar çıxarır. Azərbaycan Respublikası CPM-nin 451.1-ci mаddəsinə əsаsən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim aşağıdakı qərarlardan birini çıxarır: barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə; barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə. Azərbaycan Respublikası CPM-nin 451.3.1-ci maddəsinə əsasən şikayət edilmiş hərəkət və ya qərar qanunsuz hesab edildikdə, hakimin qərarına əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror şikayət vermiş şəxsin hüquq və azadlıqlarının yol verilmiş pozuntularına son qoyulması, pozulmuş hüquq və azadlıqların bərpa edilməsi üçün təxirəsalınmaz zəruri tədbirlər görür. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarının qanunsuz və əsassız olması barədə apellyasiya protestinin dəlilləri əsassızdır. Ona görə də Qəbələ Rayon Prokuroru vəzifəsini icra edən, R Emil Kərimov tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarı baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 450, 452-454-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Qəbələ Rayon Prokuroru vəzifəsini icra edən, R Emil Kərimov tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarı baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn kassasiya qaydasında şikаyət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar