Məhkəmə qərarları › İş №6(3-10)-47/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-10)-47/2026

23.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 6(3-10)-47/2026 23.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Hərəkətindən (qərarından) şikayət verilən orqan Istintaq Bölməsinin müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) iştirakı ilə, Hərəkətindən (qərarından) şikayət verilən orqan Istintaq Bölməsinin müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) Şikayət verən şəxs müraciəti əsasında toplanılmış material üzrə ## ###### 2026-cı il il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarının qanuni hesab edilməsinə dair Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarından şikayətçi “xxxx” MMC-nin direktoru Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq müəyyən etdi: Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən RPŞ IB-nin müstəntiqi, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) ## ###### 2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarının ləğv edilərək material üzrə əlavə, hərtərəflı, tam və obyektiv araşdırmanın aparılması üçün materialın yenidən ibtidai araşdırma orqanına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Balakən RPŞ IB-nin müstəntiqi, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) ## ###### 2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı qanunsuz, natamam araşdırmaya əsaslandığından və CinayətProsessual Məcəlləsinin tələblərini kobud şəkildə pozduğundan həmin qərardan narazıdır. O, “xxxx” MMC-nin direktoru olaraq ## ###### 2026-cı il tarixdə Hərəkətindən (qərarından) şikayət verilən orqan müraciət edərək klinikada müqavilə əsasında çalışan Furkan Altıntaşın rentgen və mammoqrafiya avadanlıqlarına qəsdən müdaxilə etməsi, cihazların işlək vəziyyətini pozması və bunun nəticəsində müəssisəyə xeyli maddi zərər vurması barədə məlumat vermişdir. Lakin aparılmış araşdırma birtərəfli olmuş, yalnız Furkan Altıntaş və onun həyat yoldaşı Bahar Altıntaşın özlərini müdafiə edən izahatları əsas götürülmüş, təqdim etdiyi faktlar isə obyektiv qiymətləndirilməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, mammoqrafiya cihazı Furkan Altıntaş tərəfindən sökülmüş vəziyyətdə, rentgen generatorunun qapaqları açılmış vəziyyətdə olmuşdur. Cihazlara müdaxilə faktı isə inkar edilməmiş, Furkan Altıntaş özü izahatında cihazı sökdüyünü və hissələrinə müdaxilə etdiyini etiraf etmişdir. Belə olan halda müstəntiq heç bir texniki ekspertiza keçirmədən həmin müdaxilənin cihazın sıradan çıxmasına səbəb olubolmaması barədə hüquqi nəticəyə gəlmişdir. Bu isə yalnız xüsusi bilik tələb edən məsələdir və yalnız məhkəmə ekspertizası ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələbinə əsasən istintaq orqanı xüsusi bilik tələb olunan hallarda mütləq ekspertiza təyin etməlidir. Lakin qərarın məzmunundan da göründüyü kimi belə ekspertiza keçirilməmişdir. Bundan başqa o, cihazda əvvəllər müəyyən nasazlıq olması faktını gizlətmir. Lakin əvvəlki nasazlıqlar sonradan aradan qaldırılmış və cihazlar işlək vəziyyətə gətirilmişdir. Son hadisə zamanı isə Furkan Altıntaş cihazların daxili hissələrini sökərək onların işlək vəziyyətini tam pozmuşdur. Məhz həmin müdaxilədən sonra klinika xidmət göstərə bilməmiş, çoxsaylı xəstələrin müayinəsi təxirə salınmış, ödənilmiş vəsaitlər geri qaytarılmış, müəssisənin nüfuzuna ciddi zərbə vurulmuşdur. Müstəntiq bu halların heç biri üzrə araşdırma aparmamışdır. Araşdırma zamanı həmçinin rentgen və mammoqrafiya cihazlarının texniki ekspertizası təyin edilməmiş, cihazlara vurulmuş ziyanın məbləği müəyyən edilməmiş, klinikanın maddi zərəri hesablanmamış, klinikada çalışan digər əməkdaşlar və xidmət ala bilməyən xəstələrin izahatları alınmamış, kamera görüntüləri tam şəkildə götürülərək ekspertiza edilməmiş, Furkan Altıntaşın cihazlara hansı müdaxilələri etdiyi müəyyən edilməmişdir. Qərarda göstərilir ki, cihazlar “zədələnməmişdir”. Halbuki baxış protokolunda cihazların qapaqlarının açıq vəziyyətdə olması təsbit edilmişdir. Bu fakt özü-özlüyündə cihazlara müdaxilə olunduğunu sübut edir. Müdaxilənin nəticəsinin cinayət tərkibi yaradıb-yaratmaması isə ekspertiza ilə müəyyən edilməli idi. Belə ekspertiza keçirilmədən araşdırma zamanı toplanmış materiallarda cinayət hadisəsinin olmaması nəticəsinə gəlmək qanunsuzdur. Müstəntiq yalnız Furkan Altıntaşın özünü müdafiə edən izahatını əsas götürmüşdür. Lakin onun izahatı cinayət hadisəsinin olmamasını sübut edən əsas sübut hesab edilə bilməz. Bundan başqa, Furkan Altıntaş izahatında cihazları sökdüyünü, generatorun qapağını açdığını, müxtəlif hissələri yoxladığını, Türkiyədə olan şəxslərlə əlaqə saxlayaraq cihazlara müdaxilə etdiyini etiraf etmişdir. Bu faktlar artıq cihazlara fiziki müdaxilənin mövcudluğunu təsdiq edir. Belə olan halda həmin müdaxilənin qanuni olub- olmaması, səlahiyyətli şəxs tərəfindən həyata keçirilib-keçirilməməsi və nəticələrinin müəyyən edilməsi zəruri idi. Birinci instansiya məhkəməsi iclasında şikayətçi Şikayət verən şəxs şikayəti müdafiə edərək şikayətin məzmununa uyğun izahat vermişdir. O, əlavə olaraq göstərmişdir ki, Furkan Altıntaş rentgen və mammoqrafıya avadanlıqlarına kod qoymuş, bununla da bu cihazların istifadəsinə imkan verməmişdir. Həmçinin kod açıldıqda mamoqrafiya cihazı işləməmişdir. Odur ki, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında qərarından şikayət verilmiş Hərəkətindən (qərarından) şikayət verilən orqan Istintaq Bölməsinin müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) məhkəmə iclasında göstərmişdir ki, ## ###### 2026-cı il tarixdə Balakən rayonu Qazma kənd sakini Şikayət verən şəxs Balakən RPŞ-yə ərizə ilə müraciət edərək, Balakən şəhəri Səttar Gözəlov küçəsində yerləşən və direktoru olduğu "xxxxdə” müqaviləli işləyən Furkan Altıntaşın ## ###### 2026-cı il tarixdə rentgen otağında işlətdiyi rentgen və mamoarafiya cihazlarını qəsdən yararsız vəziyyətə gətirərək həmin cihazların işlək vəziyyətinə müdaxilə etdiyini və bununla ona maddi ziyan vurduğunu bildirərək, bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Qeyd edilən müraciət ## ###### 2026-cı il tarixdə Balakən RPŞ-nin * nömrəli Hadisələr Kitabında HK-1-47 nömrəsi ilə qeydiyyata alınaraq icrası ona həvalə edilmişdir. Araşdırma zamanı Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən xxxxasında baxış keçirilmiş, baxış zamanı rentgen otağının klinikanın birinci mərtəbəsində yerləşdiyi rentgen otağının olduğu mərtəbənin koridorunda iki fərqli yerdə video müşahidə aparılması barədə məlumat lövhələrinin yerləşdirildiyi, rentgen otağına daxil olduqda orada rentgen və mamoqrafiya cihazlarının idarə etmə sistemi olduğu və həmin otaqda da video müşahidə kamerasının olduğu, həmin otaqdan digər otağa keçdikdə orada rentgen və mamoqrafiya cihazlarının olduğu məlum olmuşdur. Baxış zamanı rentgen və mamoqrafiya cihazlarının zədələnmədiyi və məhv edilmədiyi, həmin cihazların təmir ilə bağlı qapaqların açıq vəziyyətdə olması, Furkan Altıntaş həmin cihazların əvvəllər də nasaz olduqlarını və sonradan təmir olunduqlarını bildirərək, cihazları test etdiyi zaman rentgen cihazının işlək vəziyyətdə olması, lakin mamoqrafiya cihazının işlək vəziyyətdə olmadığı məlum olmuşdur. Həmçinin araşdırma zamanı X2 təqdim etdiyi "whatsapp” yazışmalarının olduğu disk materiala əlavə olunmuş, həmin diskdəki yazışmalara baxış keçirdikdə Şikayət verən şəxs ilə Furkan Altıntaş arasında rentgen və mamoqrafiya cihazlarının əvvəllər də nasaz olması, həmin cihazların təmir edilməsi ilə bağlı Şikayət verən şəxs və Furkan Altıntaş arasında danışıqlar olması məlum olmuşdur. Beləlikə araşdırma zamanı Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən xxxxasının rentgen otağında yerləşən rentgen və mamoqrafiya cihazlarının X2 tərəfindən zədələnmədiyi və məhv edilmədiyi, həmin cihazların texniki cəhətdən müəyyən nasazlıqları olduğu məlum olmuşdur. Şikayət verən şəxs müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından ## ###### 2026-cı il tarixli qərarla material üzrə cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul edilmişdir. Şikayətin dəlillərini əsassız hesab edir. Odur ki, şikayətin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarı ilə Hərəkətindən (qərarından) şikayət verilən orqan Istintaq Bölməsinin müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) Şikayət verən şəxs müraciəti əsasında toplanılmış material üzrə ## ###### 2026-cı il il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarının qanuni hesab edilməsi müəyyən edilmişdir. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarından narazı qalan şikayətçi “xxxx” MMC-nin direktoru Şikayət verən şəxs apellyasiya qaydasında şikayət verərək Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarının ləğv edilərək Balakən RPŞ-nin IB-nin müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən ## ###### 2026-cı il tarixdə qəbul edilmiş "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarının qanunsuz və əsassız hesab edilərək material üzrə tam, hərtərəfli və obyektiv əlavə araşdırmanın aparılması üçün işin aidiyyəti üzrə ibtidai araşdırma orqanına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında Hərəkətindən (qərarından) şikayət verilən orqan Istintaq Bölməsinin müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. O əlavə olaraq bildirdi ki, Balakən rayonu Qazma kənd sakini Şikayət verən şəxs Balakən RPŞ-yə ərizə ilə müraciət edərək, Balakən şəhəri Səttar Gözəlov küçəsində yerləşən və direktoru olduğu "xxxxdə” müqaviləli işləyən Furkan Altıntaşın ## ###### 2026-cı il tarixdə rentgen otağında işlətdiyi rentgen və mamoarafiya cihazlarını qəsdən yararsız vəziyyətə gətirərək həmin cihazların işlək vəziyyətinə müdaxilə etdiyini və bununla ona maddi ziyan vurduğunu bildirərək, bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Tərəflərin izahatları alınan zaman məlum olmuşdur ki, Furkan Altıntaş və onun həyat yoldaşına heç bir xəbərdarlıq edilmədən onların iş otağında kamera quraşdırılmışdır. Furkan Altıntaş və onun həyat yoldaşı "xxxxdə” səs-küy salaraq paltarlarını həmin otaqda dəyişdiklərini bildirmiş və onlara məlumat vermədən kamera quraşdırılması ilə bağlı etirazlarını bildirmişdirlər. Qeyd olunan hadisədən sonra Şikayət verən şəxs "xxxxdə” müqaviləli işləyən Furkan Altıntaşın ## ###### 2026-cı il tarixdə rentgen otağında işlətdiyi rentgen və mamoarafiya cihazlarını qəsdən yararsız vəziyyət gətirməsi ilə bağlı şikayət vermişdir. Altıntaş Furkanın təqdim etdiyi "whatsapp” yazışmalarının olduğu diskə baxış keçirildikdə rentgen və mamoqrafiya cihazlarının əvvəllər də nasaz olması, həmin cihazların təmir edilməsi ilə bağlı Şikayət verən şəxs və Furkan Altıntaş arasında danışıqlar olması müəyyən olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi “xxxx” MMC-nin direktoru Şikayət verən şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında üzrlü səbəblərdən iştirak etməməsi ilə bağlı məhkəməyə hər hansı sənəd təqdim etməmiş, bu səbəbdən də məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquqi məsələlər: Məhkəmə kollegiyası materialda olan sənədləri tədqiq edib, tərəflərin izahatlarını və çıxışlarını dinləyib, sübutlаrа hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, şikayətçi “xxxx” MMC-nin direktoru Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Balakən rayonu Qazma kənd sakini Şikayət verən şəxs Balakən RPŞ-nə ərizə ilə müraciət edərək, Balakən şəhəri Səttar Gözəlov küçəsində yerləşən və direktoru olduğu "xxxx” MMC-də müqavilə əsasında işləyən Furkan Altıntaşın ## ###### 2026-cı il tarixdə rentgen otağında işlətdiyi rentgen və mamoqrafiya cihazlarını qəsdən yararsız vəziyyətə gətirərək həmin cihazların işlək vəziyyətinə müdaxilə etdiyini və bununla ona maddi ziyan vurduğunu bildirərək, bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Qeyd edilən müraciət ## ###### 2026-cı il tarixdə Balakən RPŞ-nin * nömrəli Hadisələr kitabında HK-1-47 nömrəsi ilə qeydiyyata alınaraq icrası müstəntiq Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) həvalə edilmişdir. Araşdırma zamanı Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən xxxxasında rentgen otağına baxış keçirilmiş, baxış zamanı rentgen otağının klinikanın birinci mərtəbəsində yerləşdiyi, rentgen otağına daxil olduqda orada rentgen və mamoqrafiya cihazlarının idarə etmə sisteminin olduğu, rentgen və mamoqrafiya cihazlarının zədələnmədiyi və məhv edilmədiyi, həmin cihazların təmir ilə bağlı qapağının açıq vəziyyətdə olması, cihazları test etdiyi zaman rentgen cihazının işlək vəziyyətdə olması, lakin mamoqrafiya cihazının işlək vəziyyətdə olmadığı, Altıntaş Furkanın təqdim etdiyi "whatsapp” yazışmalarının olduğu diskə baxış keçirildikdə rentgen və mamoqrafiya cihazlarının əvvəllər də nasaz olması, həmin cihazların təmir edilməsi ilə bağlı Şikayət verən şəxs və Furkan Altıntaş arasında danışıqlar olması müəyyən olunmuşdur. Müstəntiq Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) Balakən şəhəri S.Gözəlov küçəsində yerləşən “xxxx”in rentgen otağında yerləşən rentgen və mamoqrafiya cihazlarının X2 tərəfindən zədələnmədiyi və məhv edilmədiyi, həmin cihazların texniki cəhətdən müəyyən nasazlıqları olmasına əsaslanaraq ## ###### 2026-cı il tarixdə material üzrə cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs Şikayət verən şəxs özü də göstərdi ki, Furkan Altıntaş “xxxx”də texnik vəzifəsində işləmiş, rentgen və mamoarafiya cihazlarını işlətmişdir. Həmin cihazlar yeni olmamış, “ikinci əl”-dən alınmış cihazlar olmuşdur. Furkan Altıntaş həmin cihazlara “kod” qoyaraq bu cihazların başqa şəxslər tərəfindən istifadəsinə maneçilik törətmiş, bununla da klinikaya külli miqdarda ziyan vurmuşdur. Beləliklə məhkəmə iclasında da müəyyən olundu ki, Furkan Altıntaş “xxxx” MMC-də hər hansı əmlakı, o cümlədən rentgen və mamoqrafiya cihazlarını məhv etməmiş, onları zədələməmişdir. Cinayət Məcəlləsinin 186-cı maddəsinə görə özgənin əmlakının qəsdən məhv edilməsi və ya zədələnməsi zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti yaranır. Furkan Altıntaş “xxxx” MMC-də hər hansı əmlakı, o cümlədən rentgen və mamoarafiya cihazlarını məhv etmədiyindən və onları zədələmədiyindən birinci instansiya məhkəməsi hesab etmişdir ki, şikayətin dəlilləri əsassızdır, Hərəkətindən (qərarından) şikayət verilən orqan Istintaq Bölməsinin müstəntiqi, Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cinayət işinin ibtidai istintaqı zamanı bütün zəruri istintaq hərəkətləri aparılmışdır. Hərəkətindən (qərarından) şikayət verilən orqan Istintaq Bölməsinin müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən bütün zəruri tədbirlər görülmüş və sonda fakta düzgün olaraq hüquqi qiymət verilmişdir. Iş üçün əhəmiyyət kəsb edən bütün hallar araşdırılmışdır. Hər hansı bir halın araşdırılması və işin nəticəsinə hər hansı bir formada təsir edə biləcək natamamlıq kollegiya tərəfindən müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Şikayət verən şəxs müraciəti əsasında toplanılmış material üzrə ## ###### 2026-cı il il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərar qanuni və əsaslı olduğundan onun ləğv edilməsi barədə verilmiş şikayət təmin edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 450.6.5-ci maddəsinə əsasən, hakim cinayət prosesini həyata keçirən orqanın prossesual qərarlarının qanuni və əsaslı olub-olmaması barədə bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələbləri, özünün daxili inamı əsasında qərar çıxarır. Həmin Məcəllənin 451.1-ci mаddəsinə əsаsən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim aşağıdakı qərarlardan birini çıxarır: barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə; barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, “xxxx” MMC-nin direktoru Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449-451-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayətçi “xxxx” MMC-nin direktoru Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn kassasiya qaydasında şikаyət və yа protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar