Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 6(3-10)-51/2026 24.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Eyvazov Akif Məhərləm oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, şikayətçi İsmayılov Zaur Calal oğlunun və müdafiəçisi Müdafiəçi iştirakları ilə Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) ## ####### 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının qanuni hesab edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından İsmayılov Zaur Calal oğlunun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim Zərifə Məmmədova) ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında ## ####### 2025-ci il tarixli qərarından şikayətçi İsmayılov Zaur Calal oğlu tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından İsmayılov Zaur Calal oğlunun müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Şikayətçi İsmayılov Zaur Calal oğlunun müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayətində Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının, eyni zamanda Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, **c-** saylı “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının əsassız və qanunsuz hesab edilərək ləğv edilməsi və materialların araşdırılmanın davam etdirilməsi üçün Hərəkətindən (qərarından) şikayət verilən orqan göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İsmayılov Zaur Calal oğlunun müdafiəçisi Müdafiəçi çıxış edərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi İsmayılov Zaur Calal oğlu 2023-cü ilin yanvar ayında Daxili İşlər Nazirliyinə Zaqatala rayon sakini İsa Abdullayev tərəfindən pul və əmlaklarının qanunsuz yollarla ələ keçirilməsi barədə şikayət verib. Şikayətə baxan Zaqatala RPŞ ## #### 2023-cü il tarixində "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərar çıxarıb. Həmin qərar Baş prokurorluq tərəfindən ləğv edilərək, işin yenidən araşdırılması üçün Zaqatala RPŞ-nə göndərilib. ## ###### 2023-cü il tarixində Zaqatala RPŞ ikinci dəfə "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərar çıxarıb. Həmin qərar da Zaqatala Rayon Məhkəməsi tərəfindən ## ####### 2023-cü il tarixində (iş № *(033)-12/2023) ləğv edilərək, şikayətin araşdırılması üçün yenidən Zaqatala RPŞ-yə göndərilib. ## ####### 2025-ci il tarixində Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən 87c-'** nömrəli araşdırma üzrə "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" 7-ci dəfə qərar qəbul edilib. Hərəkətindən (qərarından) şikayət verilən orqan qərarının əsassız və qanunsuz hesab edilərək ləğv edilməsi barədə Zaqatala Rayon Məhkəməsinə verilmiş şikayət məhkəmə tərəfindən təmin edilməyərək rədd edilib. Zaqatala prokurorluğu tərəfindən iş üçün əhəmiyyətli bütün hallar araşdırılmayıb, şikayətçi tərəfindən təqdim edilən sübutların yoxlanılması və qiymətləndirilməsi Cinayət- Prosessual Məcəllənin tələblərinə uyğun olaraq aparılmayıb. Bu iş yalnız cinayət işinin başlanmasının rədd edilməsinə dair verilmiş şikayət deyil. İşin mahiyyəti ondan ibarətdir ki, eyni faktlar, eyni şəxslər və eyni maddi sübut - səs yazıları - üzrə müxtəlif dövlət orqanları tamamilə əks hüquqi nəticələrə gəliblər. Odur ki, şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İsmayılov Zaur Calal oğlu vəkilinin dedikləri ilə razı olduğunu və heç bir əlavəsi olmadığını bildirdi. İsmayılov Zaur Calal oğlu və müdafiəçisi Müdafiəçi məhkəmə kollegiyasına birlikdə vəsatətlə müraciət edərək ##.##.2026-cı il tarixdə Hərəkətindən (qərarından) şikayət verilən orqan tərəfindən Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ####### 2025-ci il tarixli qərarın ləğv edildiyi üçün apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş etdilər. İş materiallarında olan Hərəkətindən (qərarından) şikayət verilən orqan ## ###### 2026cı il tarixli qərarından görünür ki, həmin qərarla Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən **c-** nömrəli material üzrə qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında ## ####### 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın ləğv edilməsi, materialın əlavə araşdırma aparılması üçün Zaqatala rayon polis şöbəsinin istintaq bölməsinə göndərilməsi, əlavə araşdırma zamanı qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərin araşdırılaraq qanuni və əsaslı qərar qəbul edilməsinin təmin edilməsi və qərar barədə maraqlı tərəflərə məlumat verilməsi müəyyən edilmişdir. Cinаyət-Prosessuаl Məcəlləsinin 390.4-cü maddəsinə əsasən, bu Məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. Həmin Məcəllənin 396-cı maddəsinə əsasən, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Cinаyət-Prosessuаl Məcəlləsinin 391.3-cü maddəsində göstərilir ki, apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq aşağıdakı qərarlardan birini qəbul edir: 391.3.10. apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında. Beləliklə, şikayətçi İsmayılov Zaur Calal oğlu və müdafiəçisi Müdafiəçi Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından verilmiş apellyasiya şikayətindən imtina edərək onu geri götürdüklərini və apellyasiya şikayətinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdiklərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, həmin apellyasiya şikayətinin baxılmasına xitam verilməlidir. Qeyd edilənlərə əsаsən və Cinayət-Prosessual Məcəlləsinin 390, 391.3.10 və 396-cı mаddələrini rəhbər tutаrаq məhkəmə kollegiyаsı, qərara aldı: Şikayətçi İsmayılov Zaur Calal oğlu və müdafiəçisi Müdafiəçi Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından verilmiş apellyasiya şikayətindən imtinası qəbul edilsin və həmin apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Qərar qətidir, ondan kassasiya şikayəti və kassasiya protesti verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-10)-51/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-10)-51/2026
24.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver