Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 6(3-10)-52/2026 24.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Səmədov Xəqani Hacı oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, Şikayət verən şəxs Şikayət verən şəxs, Zaqatala rayon prokurorluğunun müstəntiqi, R X2 iştirakları ilə, Zaqatala Rayon Polis X30 müstəntiqi, polis Rı Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarının qanunsuz hesab edilməsi və həmin qərarın ləğv edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından Zaqatala rayon prokuroru vəzifəsini icra edən, R X6 tərəfindən verilmiş apellyasiya protestinə qapalı məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şikayət verən şəxs şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, müraciəti əsasında toplanmış HK-*/**** nömrəli material üzrə Hərəkətindən (qərarından) şikayət verilən orqan-nin IB-nin müstəntiqi, polis R-leyntenantı Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın ləğv edilməsi və fakta görə cinayət işinin başlanmasının təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət verən şəxs şikayətini onunla əsaslandırmışdır ki, o, ##.##.2025-ci il tarixdə Zaqatala şəhər sakini X11 onun tərəfindən işlədilən mağazaya mal gətirmək adı ilə etibarından sui-istifadə etməklə onu aldadaraq ümumilikdə 137500 (bir yüz otuz yeddi min beş yüz) manat pulunu ələ keçirməklə ona qarşı dələduzluq etməsi barədə Hərəkətindən (qərarından) şikayət verilən orqan-nə ərizə ilə müraciət etmişdir. Həmin müraciəti HK-İ/1170 nömrə ilə qəydiyyata alındıqdan sonra Hərəkətindən (qərarından) şikayət verilən orqan-nin IB-nin müstəntiqi, polis R-leyntenantı Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən ##.##.2026-cı il tarixdə material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. ##.##.2026-cı il tarixdə ##.##.2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar Zaqatala rayon Prokurorunun müavini, R Vüqar Orucov tərəfindən ləğv edilərək əlavə araşdırma aparılması üçün Hərəkətindən (qərarından) şikayət verilən orqan-nə göndərilmişdir. Lakin yenidən müstəntiq Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən ## #### 2026-cı il tarixdə əsassız və qanunsuz olaraq törədilmiş cinayət (dələduzluq) faktı gizlədilərək material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Qeyd etmək istəyir ki, X11 etibarından sui-istifadə edərək ona məxsus 137000 manat pulu ələ keçirib ona qarşı dələduzluq etməsi barədə kifayət qədər sübutlar vardır. Belə ki, aparılmış araşdırma zamanı izahatları alınmış X14, X9, X7, X3, X4, X10 və X5 öz izahatlarında X11 ona məxsus 137000 manat pulu ələ keçirməklə ona qarşı dələduzluq etməsi faktını təsdiq etmişlər. Bundan başqa tərəfindən istintaqa təqdim edilmiş çoxsaylı audio (səs) yazılarından da Elnarə Aslanovanın ondan qeyd etdiyi pulları alması və hansı məqsədlə alması açıq-aşkar məlum olur. Bunlardan başqa qeyd edir ki, qeyd olunan şəxslərdən əlavə başqa şəxslər də hadisələrin şahidləridir və qeyd etdiyi faktları təsdiq edə bilərlər. Lakin göründüyü kimi X11 tərəfindən ona qarşı külli miqdarda dələduzluq edilməsi faktı istər şahid ifadələri, istərsə də səs yazıları ilə sübuta yetirilsə də, onlara məlum olmayan səbəblərdən müstəntiq tərəfindən qərəzli, qanunsuz və əsassız qərarlar qəbul edilərək gizlədilmiş və beləliklə də cinayət törədən şəxslərin cəzasız qalmasına şərait yaradılmışdır. Onu da qeyd edir ki, müstəntiq Ilqar Əiyev tərəfindən sözügedən “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar ona qəbul edildiyi zaman göndərilməmiş və ya təqdim edilməmiş, onun tərəfindən cənab Baş Prokuror Kamran Əliyevin ## #### 2026-cı il tarixdə keçirdiyi vətəndaş qəbulu zamanı etdiyi müraciətə cavab olaraq Baş Prokurorluğun DIO-nun istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsindən göndərilmiş məktub vasitəsi ilə müstəntiq tərəfindən rədd qərarının qəbul edilməsi ona məlum olmuş və yalnız bundan sonra Hərəkətindən (qərarından) şikayət verilən orqan-nə gedib həmin qərarın surətini ala bilmişdir. Birinci instansiya məhkəməsi iclasında şikayət vermiş şəxs Şikayət verən şəxs şikayətinin məzmununa uyğun izahat verərək şikayətinin təmin olunmasını və həmin qərar ləğv edilərək fakta görə cinayət işinin başlanmasının təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında Zaqatala Rayon Polis X30 müstəntiqi, R X12 izahat verərək, Zaqatala Rayon Polis X30 müstəntiqi, polis Rı Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş qərardan verilmiş şikayətin təmin edilib edilməməsini məhkmənin mülahizəsinə buraxdığını bildirərək obyektiv qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında Zaqatala rayon prokurorunun nümayəndəsi Zaqatala rayon prokurorluğunun müstəntiqi, R X2 yekun sözündə Zaqatala Rayon Polis X30 müstəntiqi, polis Rı Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş qərar qanuni olduğundan şikayət vermiş şəxs Şikayət verən şəxs şikayətinin təmin edilməməsini və cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## #### 2026-cı il tarixli qərarın qanuni hesab edilməsini məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından Zaqatala rayon prokuroru vəzifəsini icra edən, R X6 tərəfindən apellyasiya protesti verilmişdir. apellyasiya protesti və proses iştirakçılarının dəlilləri: Zaqatala rayon prokuroru vəzifəsini icra edən, R X6 verdiyi apellyasiya protestində Hərəkətindən (qərarından) şikayət verilən orqan-nin Istintaq Bölməsinin icraatında Şikayət verən şəxs şikayəti əsasında toplanmış material üzrə qəbul edilmiş Hərəkətindən (qərarından) şikayət verilən orqan-nin müstəntiqi, polis Rı Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) ## #### 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarından Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətinin qismən təmin edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırmışdır ki, toplanmış materiallarda və məhkəmənin qərarında Elnarə Aslanovanın pul vəsaitini əldə etdiyi zaman əvvəlcədən aldatma niyyətinin olması, Şikayət verən şəxs aldadaraq, etibarından sui-istifadə etməklə əmlakını ələ keçirmək məqsədi güdməsini təsdiq edən mötəbər və kifayət qədər sübutlar mövcud deyildir. Həmçinin, məhkəmənin hakimi Vüqar Məmmədov qərarında Şikayət verən şəxs məhkəməyə təqdim etdiyi, sonuncunun oğlu Qurbanla, Elnarə Aslanovanın əri Fazil arasında keçən söhbəti əks etdirən səs yazısında Fazil yoldaşı Elnarənin Arzuya yalnız 5000 manat borcunun olmasınından xəbərdar olmasını, həmin borcun 3600 manatının özü tərəfindən qaytarılmasını, yoldaşından nə məqsədlə borc almasını soruşması, yoldaşının isə həmin pulları uşaqların təhsil xərci, mağazası və borcları üçün sərf etməsi şəklində izah verməsi barədə məlumat versə də, sonuncunun bu mövzu ətrafında dindirilmədiyini qeyd etmişdir. Lakin, Şikayət verən şəxs məhkəmə çıxışında bildirdiyi kimi qeyd edilən səs yazısı araşdırmaya təqdim edilmədiyindən həmin səs yazısından araşdırmanı aparan müstəntiqin məlumatı olmamışdır. Araşdırmanı aparan Zaqatala Rayon Polis X30 müstəntiqi, polis Rı Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarında Şikayət verən şəxs araşdırmaya təqdim etdiyi səs yazılarına qiymət verilərək qeyd edilmişdir ki, həmin səs yazısında Şikayət verən şəxs X11 ondan aldığı pulları geri qaytarmasını tələb etməsi, E.Aslanova isə müxtəlif bəhanələr gətirərək aldığı pulu qaytarmadığı, imkanı olanda qaytaracağını bildirməsi, Şikayət verən şəxs aldığı pulun məbləğinin 100000 (yüz min) manat olduğunu hansısa qohumuna deməsi, daha sonra pulu verəcəyini, kart hesabına göndərəcəyini, hətta aldığı on yeddi min manatdan ödəniş etməsini deməsi, Şikayət verən şəxs həmin on yeddi min manat pulun oğluna məxsus olmasını, onun 137000 (yüz otuz yeddi min) manat pulunu nəyə görə qaytarmamasını deməsi, daha sonra Elnarə Aslanova «bu pulda atıldı, vəssalam gedin nə istəyirsiniz edin» deməsi öz əksini tapmışdır. Lakin hakim tərəfindən həmin səs yazıları ətraflı təhlil edilmədiyindən Şikayət verən şəxs və X11 arasında olan münasibətlərin mülki xarakter daşımasına, həmin faktın səs yazılarında da təsdiq olunmasına diqqət yetirməmişdir. Belə olan halda nəticəsi əvvəlcədən məlum olan (mülki xarakterli) material üzrə əlavə araşdırma aparılması şəxsin əsassız olaraq cinayət təqibinə məruz qalmasına, Cinayət- Prosessual Məcəllənin prinsiplərinin pozulması hallarına gətirib çıxarmaqla yanaşı iş yükünün əsassız artırılmasına gətirib çıxaracaq. Məhkəmə kollegiyası iclаsındа iştirak edən Zaqatala rayon prokurorluğunun müstəntiqi, R X2 apellyasiya protestinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası iclаsındа iştirak edən şikayət vermiş şəxs Şikayət verən şəxs apellyasiya protestinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası proses iştirakçılarının izahat və çıxışlarını dinləyərək, material üzrə məhkəmə təqdim olunmuş sənədləri nəzərdən keçirərək, toplanmış materiallarla əlaqəli şəkildə apellyasiya protestinin dəlillərini araşdıraraq hesab edir ki, Zaqatala rayon prokuroru vəzifəsini icra edən, R X6 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarından görünür ki, Zaqatala rayon, Çökək kənd sakini Şikayət verən şəxs ##.##.2025-ci il tarixdə Hərəkətindən (qərarından) şikayət verilən orqan-nə ərizə ilə müraciət edərək, Zaqatala şəhər sakini X11 mağazaya mal gətirmək adı ilə onu aldadıb, ümumilikdə 137500 (bir yüz otuz yeddi miş beş yüz) manat pulunu ələ keçirib ona qarşı dələduzluq etdiyini bildirmiş, pulunun X11 alınıb qaytarılmasında ona köməklik olunmasını və həmin şəxsin barəsində tədbir görülməsini xahiş etmişdir. Ərizə Hərəkətindən (qərarından) şikayət verilən orqan-nin növbətçi hissəsində törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında HK-1/1170 nömrə ilə qeydiyyata alınaraq, araşdırmanın aparılması Zaqatala Rayon Polis X30 müstəntiqi, polis Rı Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) həvalə edilmişdir. Araşdırma nəticəsində Zaqatala Rayon Polis X30 müstəntiqi, polis Rı Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) ##.##.2026-cı il tarixli qərarı ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmiş, ##.##.2026-cı il tarixdə Zaqatala rayon prokurorunun müavini R Vüqar Orucov tərəfindən qeyd edilən qərar ləğv edilərək əlavə yoxlama aparılmasından ötrü Zaqatala rayon polis şöbəsinin istintaq bölməsinə qaytarılmış, ## #### 2026-cı il tarixli qərarla cinayət hadisəsi olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarından, ona əlavə edilmiş səs yazılarından, şahid ifadələrindən X13 Şabanovaya müəyyən miqdarda pul borclu olması təsdiq olunsa də, qeyd edilən pulun hansı niyyətlə Elnarə Aslanova tərəfindən Şikayət verən şəxs alınması araşdırılmamış, bu istiqamətdə hərtərəfli və obyektiv istintaq aparılmamışdır. Belə ki, X11 ##.##.2026-cı il tarixdə verdiyi izahatında Şikayət verən şəxs hər hansı bir adla, hər hansı bir məbləğdə pul almadığını bildirsə də, Şikayət verən şəxs məhkəməyə təqdim etdiyi, onunla X11 arasında keçən telefon danışıqlarında və sosial şəbəkə vasitəsilə göndərdikləri səs yazılarında X13 Şabanovaya pulunu qəpiyinə qədər qaytaracağını deməsi, hazırda uşaqlarının təhsil və banka olan borcu səbəbindən ödəniş edə bilməməsi əks olunmuşdur. Bu halda Elnarə Aslanovanın nə üçün izahatında Şikayət verən şəxs heç bir borcunun olmamasını qeyd etməsi, əgər Şikayət verən şəxs tərəfindən Elnarə Aslanovaya böhtan ataıldığı halda nə üçün “pulunu qəpiyinə qədər ödəyəcəyini” bildirməsi, Şikayət verən şəxs qeyd edilən pulun nə məqsədlə alınması ətrafında müfəssəl suallar müstəntiq tərəfindən verilməmiş, səs yazıları təfərrüatı ilə araşdırılmamış, həmin səs yazılarının kontekstində Elnarə Aslanovaya suallar verilməmişdir. Həmçinin qeyd edilən səs yazılarında Şikayət verən şəxs məxsus karta pul vurulması göstərilsə də, müstəntiq tərəfindən bu hal araşdırılmamış, Şikayət verən şəxs məxsus karta nə zaman pul mədaxil edilməsi, mədaxilin təyinatı, kim tərəfindən həyata, nə məqsədlə həyata keçirilməsi aydınlaşdırılmamışdır. Bundan əlavə Elnarə Aslanovanın həqiqətən hər hansı bankdan kredit alıb-almaması, hal-hazırda borcunun olub-olmaması, uşaqlarının təhsil xərcinin nədən ibarət olması araşdırılmamışdır. Eyni zamanda Şikayət verən şəxs məhkəməyə təqdim etdiyi, sonuncunun oğlu Qurbanla, Elnarə Aslanovanın əri Fazil arasında keçən söhbəti əks etdirən səs yazısında Fazil yoldaşı Elnarənin Arzuya yalnız 5000 manat borcunun olmasınından xəbərdar olmasını, həmin borcun 3600 manatının özü tərəfindən qaytarılmasını, yoldaşından nə məqsədlə borc almasını soruşması, yoldaşının isə həmin pulları uşaqların təhsil xərci, mağazası və borcları üçün sərf etməsi şəklində izah verməsi barədə məlumat versə də, sonuncu bu mövzu ətrafında dindirilməmişdir. Beləliklə, X13 Şabanovaya borcu olduğu halda və ərinin də bu borcun müəyyən hissəsindən məlumatlı olduğu halda ##.##.2026-cı il tarixdə verdiyi izahatında bu halı inkar etməsi onun qeyri-səmimi ifadə verməsinə dəlalət edir. Iş materiallarına əlavə edilmiş izahatlardan görünür ki, işin hər bir xüsusatı ətraflı araşdırılmamış, Elnarə Aslanovaya verilmiş pulun miqdarı, pulun hansı məqsədlərlə verilməsi, həmin pulun verilməsini təsdiq edən Şikayət verən şəxs tarəfindən izahatları alınmış şahidlərin göstərdikləri halların hansı əsaslarla nəzərə alınmamamsını, ##.##.2026-cı il tarixdə izahatı alınmış X8 Şikayət verən şəxs pul almamasına dair izahatının hansı digər sübutlarla təsdiq olunduğunu, izahatın həqiqəti əks etdirdiyi öz təsdiqini tapmadığı halda isə hansı səbəbə görə müstəntiq tərəfindən həqiqət kimi nəzərə alınması qərarda qeyd olunmamışdır. Iş materiallarına əlavə edilmiş, məhkəmə prosesində və ilkin araşdırma vaxtı dinlənilmiş CD diskdə olan səs yazıları ilə əlaqədar E.Aslanovaya hadisənin araşdırılmasına yönəldilmiş sualların verilməməsi aparılmış araşdırmanın birtərəfli aparıldığına dəlalət edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. CPM-nin 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2 ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2015-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə nəzarətinin formal olması məhkəmə nəzarəti funksiyasını “passiv legitimləşdirmə” fəaliyyətinə oxşar edə bilər. Bu terminin izahı ətraflı olaraq Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1ci maddələrinin şərh edilməsinə dair” ## ### 2014-cü il tarixli Qərarında verilmişdir. Lakin məhkəmə qarşısında məhkəməyədək mərhələdə nəzarətə dair xüsusi prosessual vəzifəinsan və vətəndaş hüquq və azadlıqlarına qanunsuz müdaxilənin qarşısının alınması vəzifəsi qoyulmuşdur. Nəzərə alınmalıdır ki, məhkəmə nəzarətinin obyekti iki əsas elementdən ibarətdir: 1) konstitusiya hüquq və azadlıqlarının qorunması; 2) həmin hüquq və azadlıqların qorunması ilə əlaqədar təhqiqat, istintaq və prokurorluq orqanları tərəfindən qəbul edilən qərarların qanuniliyi və əsaslılığı. Bu elementlərə nəzarətin təminatı üçün məhkəmələrin kifayət qədər məhkəmə nəzarəti funksiyalarını həyata keçirmək səlahiyyətləri olmalıdır. Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində isə şəxsin tutulmasının (həbs olunmasının) tam əsasları göstərilmişdir və həmin əsaslardan kənar şəxsin həbsə məruz qalması Konvensiyasının 5-ci maddəsinin pozuntusu kimi qiymətləndirilir. Insan Hüquqları Üzrə Avropa Məhkəməsi Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinin (c) yarımbəndində nəzərdə tutulmuş şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsasların olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınmasını hüquq pozuntusunun törədilməsində əsaslı şübhə meyarı ilə əlaqələndirir. Belə ki, «Lukanov Bolqarıstana qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, hüquq pozuntusunun törədilməsində əsaslı olaraq şübhəli bilinən şəxsin tutulması və həbs üçün 3 əsas mövcud olmalıdır: 1-həmin hüquq pozuntusu həbsin əsası kimi daxili hüquqda faktiki olaraq nəzərdə tutulmalıdır. 2-hüquq pozuntusunun törədilməsində şübhəli bilinən şəxsin tutulması onun səlahiyyətli məhkəmə orqanı qarşısında durması məqsədilə həyata keçirilməlidir. 3-hüquq pozuntusunun törədilməsi barədə şübhə əsaslı olmalıdır. «X15rşı» işdə Avropa Məhkəməsi xüsusi vurğulamışdır ki, şəxsin hüquq pozuntusu törətməsində şübhə yalnız o halda əsaslı sayıla bilər ki, şübhə şəxsin güman edilən cinayətlə əlaqəsi olduğunu obyektiv olaraq göstərən faktlara və ya informasiyaya əsaslansın. Azərbaycan RespublikasıCinayət Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ###### 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, Insan hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra-Avropa Məhkəməsi) presedent hüququnda CPM-dən fərqli qayda müəyyən edilmişdir. Bununla əlaqədar qeyd olunmalıdır ki, Avropa Konvensiyasının maddələrinin şərh edilməsi sahəsində Avropa Məhkəməsi tərəfindən konkret işlər üzrə qəbul olunmuş qərarlar mühüm əhəmiyyət daşıyır və presedent hüququ kimi Avropa Məhkəməsi tərəfindən və Avropa Şurasına üzv qəbul olunmuş ölkələrin milli məhkəmələri tərəfindən tətbiq olunur. Avropa Konvensiyasının 13-cü maddəsində deyilir ki, bu konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Cinayət Prosessual Məcəlləsinin 451-ci maddəsinin tələbinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə və ya barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərar çıxarır. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il ## #### tarixli Qərarı). Bu mənada cinayət tərkibinin formalaşmasında zəruri və fakültativ əlamətlərin böyük əhəmiyyəti vardır. Zəruri əlamətlər hər bir cinayət tərkibinə məxsus elə əlamətlərdir ki, onlar mövcud olmadıqda cinayət tərkibi yaranmır. Fakültativ əlamətlər isə bütün cinayət tərkibləri üçün zəruri olmayan və fərqli tərkiblərdə müxtəlif rol oynayan əlamətlərdir. Belə əlamətlərə cinayətin obyektiv tərəfini səciyyələndirən cinayətin törədilmə vaxtı, yeri, üsulu, cinayətin subyektiv tərəfini xarakterizə edən motiv və məqsəd və s. aiddir. Cinayət tərkibi əlamətlərinin zəruri və fakültativ əlamətlərə bölünməsi ayrı-ayrı cinayət tərkiblərinin müəyyənləşdirilməsi və oxşar cinayətlərin bir-birindən fərqləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair” 2018-ci il ## ##### tarixli Qərarı). Belə ki, Cinayət Məcəlləsinin 178-ci maddəsi isə dələduzluq cinayətini etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi müəyyən etmişdir. Dələduzluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir və subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. Dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində zərərçəkmişin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Təqsirkar şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Aldatma dedikdə, özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək məqsədi güdən şəxs tərəfindən bilərəkdən həqiqətə uyğun olmayan, yalan məlumatların verilməsi, həqiqi məlumatların isə gizlədilməsi və ya qəsdən əmlakın ələ keçirilməsinə yönəlmiş başqa hərəkətlərin edilməsi (məsələn, alğı-satqı müqaviləsinin predmeti olan saxta əşyaların təqdim edilməsi, malın alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və sair) nəzərdə tutulur. Etibardan sui-istifadə isə özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək niyyətində olan şəxs tərəfindən əmlakın mülkiyyətçisi, əmlaka sahiblik edən və ya əmlak üzərində sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən suiistifadə olunmasıdır. Etibardan sui-istifadə, həmçinin şəxsin əmlakı və ya ona olan hüququ əvəzsiz şəkildə ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı hallarda yaranmış olur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Zaqatala rayon prokuroru vəzifəsini icra edən, R X6 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449- 451, 453.10 və 454-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Zaqatala rayon prokuroru vəzifəsini icra edən, R X6 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı dəyişdirilmədən saxlansın. Hazırkı qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-10)-52/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-10)-52/2026
24.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver