Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 6(3-10)-53/2026 28.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Səmədov Xəqani Hacı oğlu və X1 ibarət tərkibdə, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Şikayətçi Şikayət verən şəxs iştirakı ilə, Şikayət verən şəxs Hərəkətindən (qərarından) şikayət verilən orqan ##.##.2026-cı il tarixli məhkəmə qərarını icra etməməsi ilə bağlı hərəkətsizliyindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin baxılmadan geri qaytarılmasına dair Zaqatala Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 6(5-167)-11/2026 saylı qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə qapalı məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şikayət verən şəxs şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Hərəkətindən (qərarından) şikayət verilən orqan ##.##.2026-cı il tarixli məhkəmə qərarından sonra keçən müddət ərzində nümayiş etdirdiyi prosessual hərəkətsizliyi qanunsuz hesab edilməsini, məhkəmə iclasına Hərəkətindən (qərarından) şikayət verilən orqan məsul nümayəndəsi çağırılaraq, məhkəmə qərarlarının icra olunmamasının və sayğısızlığın səbəbləri barədə dindirilməsini, məhkəmə qərarlarının icrasını qəsdən gecikdirən və polisin qanunsuz əməllərini faktiki olaraq himayə edən vəzifəli şəxslər barəsində Xüsusi Qərardad çıxarılmasını, pozulmuş hüquqlarımın bərpası məqsədilə konkret və qısa vaxt qrafiki müəyyən edilməklə prokurorluğun üzərinə effektiv prosessual tədbirlər görmək öhdəliyi qoyulmasına dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə Şikayət verən şəxs Hərəkətindən (qərarından) şikayət verilən orqan ##.##.2026-cı il tarixli məhkəmə qərarını icra etməməsi ilə bağlı hərəkətsizliyindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin baxılmadan geri qaytarılması müəyyən edilmişdir. Zaqatala Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 6(5-167)-11/2026 saylı qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli rəsmi qərarı və Şəki Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə yerli polisin mənə qarşı hərəkətləri rəsmən qanunsuz hesab edilmiş və pozulmuş hüquqlarımın bərpası prokurorluğa həvalə olunmuşdur. Əgər məhkəmə nəzarəti qaydasında qəbul edilmiş qanuni və qəti qərarlar icraatçı orqan (prokurorluq) tərəfindən aylarla icra olunmursa, bu, elə məhkəmə nəzarəti institutunun de-fakto effektiv olmaması deməkdir. Məhkəmə nəzarəti yalnız kağız üzərində qərar çıxarmaqla yetinməməli, həmin qərarların real icrasına mütləq nail olmalıdır. Birinci instansiya məhkəməsinin "prokurorluğun susması məhkəmə nəzarətinin predmetinə daxil deyil" məntiqli yanaşması hüquqi cəfəngiyyatdır. Əgər dövlət adından çıxarılan qərar icra olunmursa, bu qanunsuzluq və sayğısızlıq birbaşa məhkəmə nəzarətinin predmetidir (praqmatikasıdır). Məhkəmə öz çıxardığı qərarların icrasına nəzarət etməkdən imtina edərsə və prosesi izləməzsə, bu instansiya vətəndaşın gözündə öz konstitusion gücünü və hüquqi təsir mexanizmini tamamilə itirəcəkdir. Məhkəmə CPM-nin maddələrini hərfi və dar mənada şərh edərək vətəndaşı hüquqi dalana dirəməməlidir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin "Hornsby Yunanıstana qarşı" (1997) işi üzrə qəbul etdiyi fundamental qərarda açıq şəkildə vurğulanır: “Məhkəməyə müraciət hüququ, qəti və məcburi məhkəmə qərarının icra olunması mərhələsini də əhatə etməlidir. Qərarın icra olunmaması Konvensiyanın 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) pozulmasıdır”. Məhkəmə kollegiyası iclasında iştirak edən şikayətçi Şikayət verən şəxs apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda çıxış edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Hərəkətindən (qərarından) şikayət verilən orqan nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquqi məsələlər: Məhkəmə kollegiyası materialda olan sənədləri tədqiq edib, proses iştirakçılarının izahat və çıxışını dinləyib, sübutlаrа hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şikayət verən şəxs Hərəkətindən (qərarından) şikayət verilən orqan ##.##.2026-cı il tarixli məhkəmə qərarını icra etməməsi ilə bağlı hərəkətsizliyindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin baxılmadan geri qaytarılmasına dair Zaqatala Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 6(5-167)-11/2026 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, yalnız Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.3-cü maddəsində konkret olaraq göstərilmiş hallarla bağlı təhqiqatçının, tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilə bilər. Odur ki, Hərəkətindən (qərarından) şikayət verilən orqan ##.##.2026-cı il tarixli məhkəmə qərarını icra etməməsi ilə bağlı hərəkətsizliyindən Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayət baxılmadan geri qaytarılmalıdır. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi Şikayət verən şəxs şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edərək düzgün nəticəyə gəlmişdir. Belə ki, qanunvericilikdə məhkəmə nəzarətinin predmetinə insan və vətəndaş hüquq və azadlıqlarını qanuni məhdudlaşdıran istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair vəsatət və təqdimatlara, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayətlərə baxılması aid edilmişdir (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 442.2-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.2.2-ci və 449.2.3-cü maddələrində qeyd edilir ki, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1.cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2.tutma və həbsdə saxlanılması; 449.3.3.tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4.həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.4-1. şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; 449.3.4-2. şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; 449.3.4-3. ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7.təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” ## #### 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şikayət etmək hüququ olan şəxslər məhkəmə nəzarəti qaydasında təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun məhkəməyədək icraat zamanı bütün prosessual qərar və hərəkətlərindən (hərəkətsizliyindən) deyil, yalnız qanunda nəzərdə tutulan aşağıdakı prosessual hərəkət və qərarlarından şikayət verə bilərlər: - cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; - tutulma və həbsdə saxlanması; - tutulmuş şəxslərin hüquqlarının pozulması; - həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; - cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; - məhkəmənin qərarı olmadan istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; -təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.3.1- 449.3.7-ci maddələri). Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən bu prosessual hərəkət və qərarların dairəsi qətidir və cinayət prosesini həyata keçirən orqanın digər prosessual hərəkət və qərarlarından şikayət verilməsi yolverilməzdir. Qeyd olunanlardan əlavə “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və IV hissələri və 71-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 122.2.3 və 449.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2026-cı il tarixli qərarında qeyd olunmuşdur ki, Bu baxımdan qanunvericinin məhkəmə nəzarəti qaydasında şikayət hüququnu qeyri-məhdud şəkildə müəyyən etməməsi və onu müəyyən meyarlarla məhdudlaşdırması Cinayət-Prosessual Məcəllədə xüsusi mexanizm kimi qəbul edilən məhkəmə nəzarəti institutunun hüquqi mahiyyəti, təyinatı və məqsədlərindən irəli gəlmişdir. Belə ki, cinayət-prosessual qanunvericiliyində məhkəməyədək icraat üzərində məhkəmə nəzarətinin məqsədi ibtidai araşdırmanın aparılmasına müdaxilə etmək və ya cinayət təqibi orqanlarının hər bir qərarını, hərəkətini yoxlamaq deyil. Bu institutun əsas vəzifəsi yuxarıda da qeyd edildiyi kimi şəxsin azadlıq, şəxsi toxunulmazlıq, mülkiyyət və digər fundamental hüquqlarına birbaşa təsir göstərən qərarların və hərəkətlərin (hərəkətsizliyin) qanuniliyini və əsaslılığını yoxlamaq, həmin hüquqların qanunsuz məhdudlaşdırılmasının qarşısını almaqdır. Bu səbəbdən HYPERLINK "https://eqanun.az/framework/46950" \o "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi" \t "_blank" Cinayət-Prosessual Məcəllənin 449.3-cü maddəsində elə prosessual hərəkət və qərarlar göstərilmişdir ki, onlardan şikayət verilməsi və belə şikayətlərə məhkəmə nəzarəti qaydasında baxılması ibtidai araşdırmanı həyata keçirən orqanın qanunvericiliklə üzərinə qoyulmuş prosessual vəzifələri yerinə yetirməsinə, cinayət təqibi üzrə icraatın qanunla müəyyən edilmiş müddətlərdə aparılmasına maneə yaratmır. Odur ki, cinayət təqibi üzrə icraatın təşkili və gedişi ilə bağlı olan, şəxsin hüquq və vəzifələrinə birbaşa təsir göstərməyən, habelə müstəqil hüquqi nəticə doğurmayan hərəkət və qərarlar məhkəmə nəzarətinin predmeti hesab edilə bilməz. Göründüyü kimi təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisinin cinayət prosesini həyata keçirən orqanın hansı prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malik olmaları CPM-in 449.3-cü maddəsində imperativ qaydada müəyyən edilmişdir. Həmin maddədə prokurorluq orqanlarının məhkəmə qərarını icra etməməsi ilə bağlı hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi nəzərdə tutulmamışdır. Belə olan halda isə həmin şikayətə məhkəmə nəzarəti qaydasında baxıla bilməz. Odur ki, şikayət prosessual qanunvericilikdə nəzərdə tutulmadığından baxılmadan geri qaytarılmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şikayət verən şəxs Hərəkətindən (qərarından) şikayət verilən orqan ##.##.2026-cı il tarixli məhkəmə qərarını icra etməməsi ilə bağlı hərəkətsizliyindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin baxılmadan geri qaytarılmasına dair Zaqatala Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 6(5-167)-11/2026 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449-451-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şikayət verən şəxs Hərəkətindən (qərarından) şikayət verilən orqan ##.##.2026-cı il tarixli məhkəmə qərarını icra etməməsi ilə bağlı hərəkətsizliyindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin baxılmadan geri qaytarılmasına dair Zaqatala Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 6(5-167)-11/2026 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn kassasiya qaydasında şikаyət və yа protest verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-10)-53/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-10)-53/2026
28.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver