Məhkəmə qərarları › İş №6(3-10)-54/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-10)-54/2026

28.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 6(3-10)-54/2026 28.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi, hakimlər Səmədov Xəqani Hacı oğlu və X1 ibarət tərkibdə, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, HK-*/*** nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə Oğuz rayon X2 Bölməsinin baş müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) ##.##.2026-cı il tarixli qərarından şikayət verən şəxs2 Mənsim oğlu və şikayət verən şəxs1 tərəfindən verilmiş şikayətlərin təmin edilməməsinə dair Oğuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarından şikayətçilər şikayət verən şəxs2 Mənsim oğlu və şikayət verən şəxs1 nümayəndəsi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin (hakim Rəşad Əliyev) ## ###### 2026-cı il tarixli, *(*-***)- */**** saylı qərarı ilə, HK-*/*** nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə Oğuz rayon X2 Bölməsinin baş müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) ##.##.2026-cı il tarixli qərarından şikayət verən şəxs2 Mənsim oğlu və şikayət verən şəxs1 tərəfindən verilmiş şikayətlərin təmin edilməməsi müəyyən edilmişdir. Oğuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarından şikayətçilər şikayət verən şəxs2 Mənsim oğlu və şikayət verən şəxs1 nümayəndəsi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Müdafiəçi verdiyi apellyasiya şikayətində Oğuz Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli, *(*-***)-*/**** saylı qərarının ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Şikayətçilər şikayət verən şəxs2 Mənsim oğlu və şikayət verən şəxs1 nümayəndəsi Müdafiəçi məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Cinаyət-Prosessuаl Məcəlləsinin 390.4-cü maddəsinə əsasən, bu Məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. Həmin Məcəllənin 396-cı maddəsinə əsasən, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Beləliklə, şikayətçilər şikayət verən şəxs2 Mənsim oğlu və şikayət verən şəxs1 nümayəndəsi Müdafiəçi Oğuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarından verilmiş apellyasiya şikayətindən imtina edərək onu geri götürdüyünü və apellyasiya şikayətinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdiyindən, məhkəmə kollegiyası hesab edir ki, həmin apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Qeyd edilənlərə əsаsən və Cinayət Prosesual Məcəlləsinin 390, 396 və 410-cu mаddələrini rəhbər tutаrаq məhkəmə kollegiyаsı, qərara aldı: Şikayətçilər şikayət verən şəxs2 Mənsim oğlu və şikayət verən şəxs1 nümayəndəsi Müdafiəçi Oğuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarından vermiş olduğu apellyasiya şikayətindən imtinası qəbul edilsin və həmin apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar