Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 6(3-10)-55/2026 31.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Tahirov Zamin Cəbrayıl oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi şikayət vermiş şəxs Şikayət verən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, Şikayət verən şəxs tərəfindən verilmiş şikayətin əsassız olduğudan rədd edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından Şikayət verən şəxs tərəfindən verilmiş şikayətə qapalı məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin (hakim Fidan Ələkbərova) ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə Şikayət verən şəxs tərəfindən verilmiş şikayətin əsassız olduğundan rədd edilməsi qərara alınmışdır. İşin halları X12 saxlanılan təqsirləndirilən şəxs Şikayət verən şəxs Ağdaş Rayon Polis X7 Yerində naməlum dərman həblərindən zəhərlənməsi ilə bağlı hərəkətindən (qərarından) şikayət verilən orqan1 məlumat verilsə də araşdırma aparılmaması və rayon prokurorluğu tərəfindən hüquqlarının pozulmasına dair məhkəmə nəzarəti qaydasında şikayəti ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında şikayətçi Şikayət verən şəxs izahat verərək göstərmişdir ki, Ağdaş Rayon Polis X7rkən ona verilmiş dərman həblərindən zəhərlənməsi barədə atası tərəfindən DİN-in 102 xidmətinə, özü tərəfindən isə ##.##.2026-cı il tarixdə hərəkətindən (qərarından) şikayət verilən orqan1 məlumat verilmiş, lakin bu müraciətlərə baxılmamış, onun izahatı alınmamış, hadisənin araşdırılması üçün ondan zəruri nümunələr götürülməmişdir. Bundan başqa oxşar hallara artıq polis şöbəsi və rayon prokurorluğu tərəfindən dəfələrlə yol verildiyindən, gələcəkdə belə hallara yol verilməməsi üçün məsul şəxslər barəsində xüsusi qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Ağdaş rayon prokurorunun köməkçisi X2 izahat verərək göstərmişdir ki, Şikayət verən şəxs Ağdaş Rayon Polis X7 Yerində dərman həblərindən zəhərlənməsi ilə bağlı məlumatı rayon prokurorluğunda cinayət xarakterli məlumatların qeydiyyatı kitabında qeydə alınmaqla, hazırda həmin müraciət əsasında onun tərəfindən araşdırma aparılır. Həmçinin şikayətçinin dedikləri həqiqəti əks etdirmir, belə ki, sonuncunun məlumatla bağlı izahatı alınmış, material üzrə ekspertiza təyin edilməklə hazırda araşdırma davam etdirilir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 6(5-108)- **/**** nömrəli qərarından Şikayət verən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Şikayətin və proses iştirakçılarının dəlilləri Şikayət verən şəxs verdiyi apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə Ağdaş rayon polis X7 yerində dərman həblərindən zəhərlənməsi ilə bağlı ##.##.2026-cı il tarixdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə, Ədliyyə Nazirliyinin Tibb İdarəsinə, Baş Prokurorluğun 961 qaynar xəttinə və ##.##.2026-cı il tarixdə hərəkətindən (qərarından) şikayət verilən orqan1 rəsmi ərizə ilə müraciət edilməsinə baxmayaraq, ##.##.2026-cı il tarixə kimi Ağdaş rayon polis şöbəsi və hərəkətindən (qərarından) şikayət verilən orqan1 tərəfindən heç bir prosessual hərəkətlər edilməmiş və araşdırma aparılmamışdır. Yuxarıda qeyd olunan hüquq-mühafizə orqanlarının hərəkətsizlik edərək prosessual pozuntulara yol vermələrinə hüquqi qiymət verilməsi üçün Ağdaş rayon məhkəməsinə müraciət etsə də, məhkəmə qeyd olunan qurumlar tərəfindən prosessual pozuntulara yol verilməməsi qənaətinə gələrək ##.##.2026-cı il tarixdə qərar qəbul etmişdir. Hesab edir ki, Ağdaş rayon məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı tamamilə əsassızdır və Ağdaş rayon polis şöbəsinin və hərəkətindən (qərarından) şikayət verilən orqan1 müdafiəsi xarakterini daşıyır. Odur ki, iştirakı təmin olunmaqla məhkəmə prosesinin keçirilməsinin təmin edilməsini, Ağdaş rayon prokuroru Anar Əliyevin və Ağdaş rayon polis şöbəsinin rəisi Vəfalı Həsənəliyevin prosesdə iştirakının təmin edilməsini, Ağdaş rayon məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının əsassız olduğundan ləğv edilməsini, zəhərlənmə ilə bağlı müraciəti bir ay müddətində icrasız saxlanıldığından və Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadığından, hərəkətindən (qərarından) şikayət verilən orqan1 və Ağdaş rayon polis şöbəsinin hərəkətsizliyi barədə Azərbaycan Respublikası CPM-nin 65.5ci maddəsinin müddəalarını rəhbər tutaraq xüsusi qərar qəbul edilməklə aidiyyəti orqanlara göndərilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında şikayət verən şəxs Şikayət verən şəxs bildirdi ki, Ağdaş Rayon Məhkəməsində keçirilən prosesdə iştirak etməsi üçün ##.##.2026-cı il tarixdə X12 köçürülən zaman Ağdaş Rayon Polis X7 yerində saxlanılmışdır. Orada o, ac-susuz saxlanılmışdır. Bununla əlaqədar olaraq hərəkətindən (qərarından) şikayət verilən orqan1 müraciət etsə də müraciəti qeydiyyata alınmamışdır. Qida qəbul etmədiyi üçün səhhətində problemlər yaranmış, baş ağrısı, baş gicəllənməsi olmuşdur. Bununla bağlı həkim istəmiş, həkim gələrək ona iki ədəd tanımadığı dərman verərək ağrı kəsici olduğunu bildirmişdir. Həmin dərmanları qəbul etdikdən sonra X9 gələn zaman mədəsində ağrılar hiss etmiş, qaytarma halları olmuşdur. Hesab etmişdir ki, dərmanlardan zəhərlənmişdir. Bununla bağlı atasına məlumat vermiş, atası da DİN-in 102 xidmətinə və Penitensiar Xidmətin 889 qaynar xəttinə zəng edərək bu barədə bildirmişdir. Özü də ərizə ilə hərəkətindən (qərarından) şikayət verilən orqan1 məlumat vermişdir. Müraciəti hərəkətindən (qərarından) şikayət verilən orqan1 daxil olduqdan sonra 20-25 gün ərzində müraciəti icrasız saxlanılmış və heç bir istintaq hərəkəti aparılmamışdır. Belə olduqda zəhərlənmə əlamətləri itmişdir. Zəhərlənmə ilə bağlı həkimə müraciət etdikdə hər bir həkim çalışır ki, xəstəni vəziyyətdən çıxarsın. Həmin vaxt həkim xəstənin dərmandan və ya qidadan zəhərlənməsini müəyyən edə bilmir. Bunu istintaq orqanı, maraqlı olan tərəflərlə, ekspertlə gələrək tədqiqat nümunələri götürməli və zəhərlənmənin hansı dozada olmasını müəyyən etməlidirlər. Çox təəssüf ki, ##.##.2026-cı il tarixdə izahatı alınan zaman hərəkətindən (qərarından) şikayət verilən orqan1 bu barədə bildirsə də üzərində səpkilər olmasına baxmayaraq hər hansı tədqiqat nümunələrinin götürülməsi təmin edilməmişdir. Həmin vaxt hərəkətindən (qərarından) şikayət verilən orqan1 nümayəndəsi Elman Abbasov ekspertiza təyin etdiyini bildirsə də ekspert hadisədən demək olar ki, iki ay yarım sonra X12 müayinədən keçirmişdir. Zəhərlənmə hadisəsi 18 iyunda baş vermişdir. Hadisədən iki ay yarım sonra insan orqanizmində zəhərlənmə qala bilməz. Buna görə də ekspertin verdiyi qərarın heç bir əhəmiyyəti yoxdur. hərəkətindən (qərarından) şikayət verilən orqan1 bu cür qərarını Ağdaş rayon Məhkəməsi qüvvədə saxlayan zaman məhkəmə nəzarəti qaydasında Şəki Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının mövqeyinə görə araşdırmanın vaxtında aparılmaması, ekspertizanın vaxtında keçirilməməsi Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinin pozulmasıdır. Ekspertiza uzun müddət keçdikdən sonra keçirildikdə hallar itir, buna görə obyektiv qərar qəbul edilməsi mümkün olmur və insan hüquqlarının pozulması ilə nəticələnir. Bütün bunları Ağdaş Rayon Məhkəməsində deməsinə baxmayaraq məhkəmə bunları nəzərə almamışdır. O, heç kimlə qərəzli deyildir. Belə ki, X12 saxlanıldığı müddətdə orada işləyən bir nəfər nəzarətçi ona qarşı aqressiv davranmışdır. Həmin əməkdaş sonradan narkotik və psixiotrop maddələrə görə saxlanılmış, iki gün bundan əvvəl özündən getdikdə əlini ağzına salaraq dilinin qatlanmasının qarşısını almışdır. hərəkətindən (qərarından) şikayət verilən orqan1 bu cür əməlləri ilə polis şöbəsində olan hadisəni gizlətməyə çalışır. hərəkətindən (qərarından) şikayət verilən orqan1 apellyasiya məhkəməsinin mövqeyini bildirdikdə prokuror ona “məhkəmə öz fikrini bildirsin, bizim öz mövqeyimiz var” demişdir. Ağdaş Rayon Məhkəməsi sanki hərəkətindən (qərarından) şikayət verilən orqan1 asılı vəziyyətdədir və buna görə də nüfuzunu aşağı salır. Ona görə də xahişi ondan ibarətdir ki, iş təkrar istintaqa qaytarılsın və iki ay müddətində ekspertizanı təyin etməməkdə məqsədlərinin nə olduğu barədə sual qoyulsun. Odur ki, Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Şikayət verən şəxs müdafiəçisi X1 apellyasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq hərəkətindən (qərarından) şikayət verilən orqan1 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası materialda olan sənədləri tədqiq edib, tərəflərin çıxışlarını dinləyib, sübutlаrа hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şikayət verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 6(5-108)- **/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialına əlavə edilmiş Ağdaş rayon prokurorunun köməkçisi X2 təqririnin surətindən görünür ki, Şikayət verən şəxs dərman həblərindən zəhərlənməsi barədə rayon prokurorluğuna daxil olmuş müraciəti prokurorluqda cinayət xarakterli məlumatların qeydiyyatı kitabında 20C-26 nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Şikayət verən şəxs hərəkətindən (qərarından) şikayət verilən orqan1 verdiyi ##.##.2026-cı il tarixli izahatının surətindən görünür ki, ##.##.2026-cı il tarixdə Ağdaş Rayon Polis X7 verilmiş dərman həblərindən zəhərlənməsi ilə bağlı müraciəti üzrə izahatı alınmışdır. hərəkətindən (qərarından) şikayət verilən orqan2-nin TQ-nun baş inspektoru Mahir Məmmədovun ##.##.2026-cı il tarixli arayışından görünür ki, Şikayət verən şəxs dərman həblərindən zəhərlənməsi barədə X4 DİN-in 102 xidmətinə şikayəti əsasında şikayətçi izahat verməkdən imtina etmiş, bu səbəbdən toplanmış material RPŞ-nin dəftərxanasında işə alınmışdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərarı belə əsaslandırmışdır ki, Şikayət verən şəxs Ağdaş Rayon Polis X7 Yerində dərman həblərindən zəhərlənməsi ilə bağlı müraciəti hərəkətindən (qərarından) şikayət verilən orqan1 cinayət xarakterli məlumatların qeydiyyatı kitabında qeydə alınmaqla, müraciət əsasında **C-** saylı material üzrə rayon prokurorunun köməkçisi tərəfindən araşdırma aparıldığından, həmçinin X4 DİN-in 102 xidmətinə şikayəti əsasında şikayətçi izahat verməkdən imtina etdiyindən müraciət üzrə toplanmış material RPŞ-nin dəftərxanasında işə alındığından Şikayət verən şəxs rayon prokurorluğuna ünvanlandığı müraciətinə baxılmaması və rayon prokurorluğu tərəfindən hüquqlarının pozulmasına dair şikayətində göstərilən xüsusatlar öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası da hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Şikayət verən şəxs tərəfindən verilmiş şikayətin əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul etmişdir. Belə ki, iş materiallarında olan Ağdaş rayon prokurorunun köməkçisi X2 təqririnin surətindən görünür ki, Şikayət verən şəxs dərman həblərindən zəhərlənməsi barədə rayon prokurorluğuna daxil olmuş müraciəti prokurorluqda cinayət xarakterli məlumatların qeydiyyatı kitabında 20C-26 nömrəsi ilə qeydə alınmış, Şikayət verən şəxs hərəkətindən (qərarından) şikayət verilən orqan1 verdiyi ##.##.2026-cı il tarixli izahatının surətindən görünür ki, ##.##.2026-cı il tarixdə Ağdaş Rayon Polis X7 verilmiş dərman həblərindən zəhərlənməsi ilə bağlı müraciəti üzrə izahatı alınmış və hərəkətindən (qərarından) şikayət verilən orqan2-nin TQ-nun baş inspektoru Mahir Məmmədovun ##.##.2026-cı il tarixli arayışından görünür ki, Şikayət verən şəxs dərman həblərindən zəhərlənməsi barədə atası X4 DİN-in 102 xidmətinə şikayəti əsasında şikayətçi izahat verməkdən imtina etdiyi üçün toplanmış material RPŞ-nin dəftərxanasında işə alınmışdır. Həmçinin məhkəmə kollegiyasına təqdim edilmiş Ağdaş rayon prokurorunun köməkçisi, İ dərəcəli hüqüqşünas X2 tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, böyük feldşer Srac Qəhrəmanlının pasiyent Şikayət verən şəxs Ağdaş rayon polis X7 yerininin tibb otağında bir ədəd “Tempalgin” dərmanının qəbulu zamanı düzgün tibbi yardım göstərdiyi, işə vicdansız və ya laqeyd münasibət göstərmədiyi, tibb işçiləri tərəfindən Şikayət verən şəxs tibbi yardımın müvafiq normalara uyğun olaraq göstərilməsi, tibb işçilərinin apardığı müalicə və müayinə ilə baş vermiş hadisə arasında səbəbli əlaqə müəyyən edilmədiyindən toplanmış materialda cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, Şikayət verən şəxs rayon prokurorluğuna ünvanlandığı müraciətinə baxılmaması və rayon prokurorluğu tərəfindən hüquqlarının pozulmasına dair şikayətində göstərilən xüsusatlar öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 450.6.5-ci maddəsinə əsasən, hakim cinayət prosesini həyata keçirən orqanın prosessual qərarlarının qanuni və əsaslı olub-olmaması barədə bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələbləri, özünün daxili inamı əsasında qərar çıxarır. Həmin Məcəllənin 451.1-ci mаddəsinə əsаsən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim aşağıdakı qərarlardan birini çıxarır: barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə; barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalı, Şikayət verən şəxs məhkəmə baxışı zamanı göstərdiyi 4 (dörd ) saat hüquqi yardıma görə 44 (qırx dörd) manat vəsait Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Börüsunun vəkili X1 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449-451-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Material üzrə Ağdaş Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 6(5-108)- **/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Şikayət verən şəxs məhkəmə baxışı zamanı göstərdiyi 4 (dörd ) saat hüquqi yardıma görə 44 (qırx dörd) manat vəsait Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Börüsunun vəkili X1 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn kassasiya qaydasında şikаyət və yа protest verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-10)-55/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-10)-55/2026
31.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver