Məhkəmə qərarları › İş №6(3-6)-196/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-196/2026

20.04.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-196/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq İdarəsinin 2-ci şöbəsinin müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS), şikayət vermiş “xxxx” LTD şirkətinin nümayəndəsi Müdafiəçi iştirakları ilə, “xxxx” LTD şirkətinin nümayəndəsi Müdafiəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq İdarəsinin 2-ci şöbəsinin müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) “maddi sübut kimi tanınması və saxlanılma yerlərinin müəyyən olunması haqqında” qərarının ləğv olunması və maddi sübutun qanuni sahibinə qaytarılmasına dair məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından “xxxx” LTD şirkətinin nümayəndəsi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “xxxx” LTD şirkətinin nümayəndəsi Müdafiəçi iş üzrə “DAF” markalı “XF 460 FT yük№ modelli 77JE 334 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi və “SHMİTZ” markalı, “Cargobull” modelli furqon soyuducu tipli ** YD *** qeydiyyat nişanlı yarımqoşqunun maddi sübut qismində tanınması barədə qərarın ləğv edilməsi və mülkiyyətçisi və “xxxx” LTD şirkətinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Sevinc Quliyeva) “xxxx “ LTD şirkətinin nümayəndəsi Müdafiəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq İdarəsinin 2-ci şöbəsinin müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) “hərəkətsizliyinin” qanunsuz hesab edilməsinə dair məhkəmə nəzarəti qaydasında verdiyi şikayət geri qaytarılmışdır. Həmin qərardan “xxxx” LTD şirkətinin nümayəndəsi Müdafiəçi apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri onunla əsaslandırılmışdır ki, cinayət işinin başlanılması haqqında ## ###### 2026-cı il tarixli qərardan görünür ki, faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış, ## ###### 2026-cı il tarixdə Novruzov Eldar İdris oğlu şübhəli şəxs qismində tutulmuş, ## ###### 2026-cı il tarixdə Novruzov Eldar İdris oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Həmin tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 4(5-104)- ***/**** nömrəli qərarı ilə Novruzov Eldar İdris oğlunun barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə “DAF” markalı, “XF 460 FT Yük” modelli, **JE*** qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi və “SCHMİTZ” markalı, “Cargobull” modelli, furqon soyuducu tipli, **YD*** qeydiyyat nişanlı yarımqoşqu maddi sübut qismində istintaq orqanında saxlanılmışdır. Qanunverici nəqliyyat vasitəsinin maddi sübut kimi tanınması və müsadirəsi üçün təqsirkar şəxsin mülkiyyətində olmasını və xüsusi saxlanc yerləri ilə təchiz olunmasını şərt kimi qoymuşdur. İstintaq materiallarından görünür ki, “DAF” markalı, „XF 460 FT Yük“ modelli, **JE*** qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi və “SCHMİTZ” markalı, “Cargobull” modelli, furqon soyuducu tipli, **YD*** qeydiyyat nişanlı yarımqoşqu Novruzov Eldar İdris oğluna deyil, Şikayət verən şəxs şirkətinə məxsusdur və narkotik vasitə avtomobilin konstruktiv hissələrində və ya gizli saxlanc yerlərində deyil, məhz daşınan yükün — 22 paletdən 2-də olan kahıların arasında aşkar edilmişdir. Buna baxmayaraq, istintaq orqanı nəqliyyat vasitələrini maddi sübut statusunda saxlamağa davam edir və onları mülkiyyətçiyə qaytarmır. Mülkiyyətin istifadədən məhrum edilməsi şirkətin konstitusion hüquqlarının və iqtisadi fəaliyyət azadlığının kobud şəkildə pozulması ilə nəticələnir. Kommersiya təyinatlı yük avtomobilinin əsassız olaraq istifadədən kənarlaşdırılması Şikayət verən şəxs şirkətinə hər gün ciddi iqtisadi zərər vurur. Şikayət verən şəxs şirkəti beynəlxalq daşımalarla məşğul olan hüquqi şəxsdir. Nəqliyyat vasitəsinin sürücüsü Eldar Novruzovun əməlində cinayət tərkibinin olub-olmaması istintaq tərəfindən araşdırılsa da, mülkiyyətçi şirkətin bu qəsddən məlumatlı olması və ya iştirakı barədə heç bir sübut yoxdur. X3 Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş “DAF” markalı, “XF 460 FT Yük” modelli, **JE*** qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi və “SCHMİTZ” markalı, “Cargobull” modelli, furqon soyuducu tipli, **YD*** qeydiyyat nişanlı yarımqoşqunun maddi sübut qismində tanınması barədə qərar da məhz bu qəbildən olmaqla mülkiyyətçisi Şikayət verən şəxs şirkətinin Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş mülkiyyət hüququnu pozmuşdur. Apellyasiya baxışı zamanı şikayətçi “xxxx” LTD şirkətinin nümayəndəsi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsinin İstintaq İdarəsinin 2-ci şöbəsinin müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) qərarın qəbul edilməsiin məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək, belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ləğv olunmalı və material şikayətin icraata qəbul edilib mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsiin 451-ci maddəsinə əsasən çıxarılan qərarlar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsiin 449.3-cü maddəsində sadalanan hərəkət və qərarların qanuniliyinin yoxlanılması nəticəsində mümkündür. Hazırkı şikayət Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsiin 449.3-cü maddəsində sadalanan hərəkətlər və qərarlarla bağlı olmadığından məhkəmə hesab etmişdir ki, şikayətə məhkəmə nəzarəti qaydasında baxıla bilmədiyi üçün geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 28.4.4-cü maddəsinə əsasən cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq məhkəmələrin vəzifəsidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 442.2.2-ci maddəsinə əsasən məhkəmələr məhkəmə nəzarəti qaydasında həm də cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllədə xüsusi icraatlar sırasında məhkəmə nəzarətinin həyata keçirilməsinə dair icraat (442-454-cü maddələr) hüquq və azadlıqların pozulmasına dair məlumatlar olduğu halda cinayət təqibini həyata keçirən (əməliyyat-axtarış, təhqiqat, istintaq, prokurorluq) orqanların vəzifəli şəxslərinin hərəkət və qərarlarının qanuniliyi üzərində məhkəmə nəzarətini işə salır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 449-cu maddəsi isə cinayət proesesi iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunmasına, pozulmuş hüquq və azadlıqların bərpa edilməsinə və təmin olunmasına xidmət edir. Belə ki, bu maddənin əsas məqsədi cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkət və qərarlarından şikayət verilməsi və onlara məhkəmə nəzarəti qaydasında yenidən baxılması cinayət işlərinin ibtidai araşdırılmasının keyfiyyətini və tamlığını təmin etməyə və bu zaman yol veriləcək hüquq pozuntularının aradan qaldırılmasına yönəlmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: 449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; 449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; 449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış, ## ###### 2026-cı il tarixdə Novruzov Eldar İdris oğlu şübhəli şəxs qismində tutulmuş, ## ###### 2026-cı il tarixdə Novruzov Eldar İdris oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq İdarəsinin 2-ci şöbəsinin müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) “Əşyaların maddi sübut kimi tanınması və saxlanılma yerlərinin müəyyən olunması haqqında” ## ###### 2026-cı il tarixli qərarının ikinci bəndi ilə Novruzov Eldar İdris oğlunun idarə etdiyi “DAF” markalı, “XF 460 FT Yük” modelli, **JE*** qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi və “SCHMİTZ” markalı, “Cargobull” modelli, furqon soyuducu tipli, **YD*** qeydiyyat nişanlı yarımqoşqu onun ittiham olunduğu cinaət əməllərinin törədilməsində isifadə edilmiş alət hesab edilərək maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azerterminalkompleks” Birliyinə təhvil verilmməsi qərara alınmışdır. Şikayətin mahiyyətinə əsasən “xxxx” LTD şirkətinin nümayəndəsi Müdafiəçi “Əşyaların maddi sübut kimi tanınması və saxlanılma yerlərinin müəyyən olunması haqqında” ## ###### 2026-cı il tarixli qərarın ikinci bəndinə münasibətdə ləğv edilməsi üçün icraata götürülməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırki şikayətin qanunla nəzərdə tutulmuş məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən prosessual hərəkət və qərarların dairəsinə aid olmadığını qeyd edərək məhkəmə nəzarəti verilən şikayətin geri qaytarılması barədə əsasssız nəticəyə gəlmişdir. Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin # #### 2016-cı il tarixli Plenum Qərarında göstərilir ki, təqsirkar şəxsə məxsus nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onun malların və ya digər əşyaların gizlədilməsi üçün xüsusi saxlanc yerləri (malların gizlədilməsi üçün hazırlanmış, eləcə də nəqliyyat vasitələrində eyni məqsədlər üçün əvvəlcədən sökülmə və yığılmaya məruz qalmış konstruktiv tutum və əşyalarla təchiz olunmuş və düzəldilmiş gizli yerlər) ilə təchiz olunması müəyyən edildikdə, həmin nəqliyyat vasitəsi cinayətin törədilməsində istifadə olunmuş alət kimi qiymətləndirilərək Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsiin 132.0.1-ci maddəsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsiin 99-1.1-ci maddəsinə əsasən müsadirə olunur. Qaçaqmalçılıq cinayətinin predmetinin xüsusi olaraq gizlədilməsi üçün alət kimi istifadə olunmuş və maddi sübut kimi tanınmış mallara və ya digər əşyalara münasibətdə də məsələ bu qaydada həll edilir. İş materiallarından göründüyü kimi, “DAF” markalı, „XF 460 FT Yük“ modelli, **JE*** qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi və “SCHMİTZ” markalı, “Cargobull” modelli, furqon soyuducu tipli, **YD*** qeydiyyat nişanlı yarımqoşqu Novruzov Eldar İdris oğluna deyil, Şikayət verən şəxs şirkətinə məxsusdur. Birinci instansiya məhkəməsinin qənaətinin əksinə olaraq kollegiya hesab edir ki, şikayətdə iddia edilən dəlillər, yəni, müstəntiqin ## ###### 2026-cı il tarixli qərarı ilə “DAF” markalı, “XF 460 FT Yük” modelli, **JE*** qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi və “SCHMİTZ” markalı, “Cargobull” modelli, furqon soyuducu tipli, **YD*** qeydiyyat nişanlı yarımqoşqunun mülkiyyətçisi Şikayət verən şəxs şirkətinin Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş mülkiyyət hüququnun pozulub-pozulmaması faktı araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər" müddəası cinayət prosesinin iştirakçıları və tərəfləri olmayan, lakin cinayət prosesində iştirak edən və ya hər hansı bir formada cinayət-prosessual hüquq və ya vəzifələri həyata keçirən şəxslərin Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təsbit olunmuş hüquq və azadlıqları prosessual qərar və ya hərəkətlər ilə pozulduğu təqdirdə bu qərar və ya hərəkətlərdən şikayət vermək hüququnu istisna etmir. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququ olan şəxslərin dairəsi isə Cinayət Prosessual Məcəlləsinin 449.2-ci maddəsində nəzərdə tutulmuşdur. Cinayət Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) prosessual hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti qaydasında şikayət verə bilərlər. Məhkəmə kollegiyası belə hesab edir ki, qeyd edilən qanunvericilik normalarının tələbləri və Konstitusiya Məhkəməsinin şərh barədə qərarlarında olan hüquqi mövqe birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış və nəticədə şikayət hüququ olan şəxsin şikayətinə mahiyyəti üzrə baxmadan əsassız olaraq şikayət və ona əlavə olunmuş sənədləri geri qaytarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 2-ci bəndinə və 60-cı maddəsinin 1-ci bəndinə görə dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə, eləcə də məhkəmədə müdafiəsinə təminat verir. Digər tərəfdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Yəni, qanunun mənasına görə, apellyasiya instansiya məhkəməsi artıq birinci instansiya məhkəməsinə baxılmış, araşdırılmış və barəsində qərar qəbul edilmiş məsələ üzrə qəbul edilmiş qərarın düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şikayətçinin konstitusion hüquqlarının və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin prinsiplərinin təmin edilməsi baxımından hazırki halda birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və işin birinci instansiya məhkəməsində baxılması üçün geri qaytarılması məqsədə müvafiqdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin müvafiq qərarı ilə verilmiş şikayətin dəlillərinə münasibət bildirmədən şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmış, yəni şikayətə mahiyyəti üzrə baxılmamışdır ki, hazırda həmin şikayətə apellyasiya qaydasında mahiyyəti üzrə baxılmaqla şikayətçinin şikayətində qeyd etdiyi hal birinci instansiya məhkəməsində şikayətin məhkəmə baxışını tələb etmək hüququnu pozur ki, bu hal cinayət prosessual qanunvericiliyin prinsiplərinə zidd olmaqla yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.3.6-cı maddəsinə əsasən məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi və ya əməliyyataxtarış tədbirinin həyata keçirilməsindən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər məhkəməyə şikayət vermək hüququna malikdirlər. Məhkəmə kollegiyası belə hesab edir ki, mübahisələndirilən qərar şikayətçinin güman edilən hüquqlarının məhdudlaşdırılmasına səbəb ola biləcəyindən birinci instansiya məhkəməsinin şikayətin predmetinin 449-cu maddəsinin dairəsinə daxil olmaması barədə mövqeyi məhdudlaşdırıcı olmaqla əsassızdır. Məhkəmə kollegiyasının fikrincə, material üzrə yuxarıda göstərilən hallar, həmçinin araşdırmanın gedişində müəyyən olunmuş digər hallar araşdırılmalı, toplanmış həmin sübutlara, habelə iş materiallarında olan digər sübutlara obyektiv hüquqi qiymət verilərək qanuni nəticəyə gəlinməlidir. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, şikayətçi “xxxx” LTD şirkətinin nümayəndəsi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ##### 2026cı il tarixli qərarı ləğv edilməli, məhkəmə nəzarəti qaydasında şikayətə mahiyyəti üzrə baxılması üçün hazırkı material həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 452, 453-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Şikayətçi “xxxx” LTD şirkətinin nümayəndəsi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. “xxxx” LTD şirkətinin nümayəndəsi Müdafiəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq İdarəsinin 2-ci şöbəsinin müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) “maddi sübut kimi tanınması və saxlanılma yerlərinin müəyyən olunması haqqında” qərarının ləğv olunması və maddi sübutun qanuni sahibinə qaytarılmasına dair məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin geri qaytarılmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ləğv edilsin. Material şikayətə mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərar qətidir, ondan kassasiya şikayəti və kassasiya protesti verilə bilməz. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Cavid Hüseyn Aqil Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar