Məhkəmə qərarları › İş №6(3-6)-203/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-203/2026

20.04.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-203/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi və məruzəsilə, Hakimlər X1 və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Şikayətçi Şikayət verən şəxs Zakram oğlunun iştirakı ilə, Şikayətin baxılmadan geri qaytarılmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından şikayətçi Şikayət verən şəxs Zakram oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Təqdim olunmuş materiallardan görünür ki, Şikayət verən şəxs məhkəməyə müraciət edərək Azərbayan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin icraata qəbul edilmədən geri qaytarılması qərara alınmışdır. Şikayətçi Şikayət verən şəxs Zakram oğlu apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi Şikayət verən şəxs Zakram oğlu apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat bildirməmişdir. Odur ki, məhkəmə kollegiyası səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materialları nəzərdən keçirib, apellyasiya şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 28.4.4-cü maddəsinə əsasən cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq məhkəmələrin vəzifəsidir. Məhkəmə nəzarətinin həyata keçirilməsi qaydaları həmin Məcəllənin Lll fəsli (Azərbaycar Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442-454-cü maddələri) ilə tənzimlənir. Həmin Məcəllənin 442.2.2-ci maddəsinə əsasən məhkəmələr məhkəmə nəzarəti qaydasında həm də cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxırlar. Belə ki, Şikayət verən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qərarlarla bağlı hakimlər barədə Azərbayan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinə ünvanladığı müraciətə dair hərəkətsizliyin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında şikayət verilsə də, şikayətin əsas məzmunu məhkəmə tərəfindən qəbul edilmiş qərarlar ilə bağlı olduğundan, həmin müraciətə məhkəmə nəzarəti qaydasında baxıla bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 449.3-cü maddəsində konkret olaraq hansı hərəkət və qərarlardan məhkəmə nəzarəti qaydasında şikayət verilməsi göstərilmiş və hazırkı müraciətdə göstərilən xüsusat həmin maddənin təsir altına düşmür. Məhkəmə, şikayətçi Şikayət verən şəxs müraciətini və iş materiallarını tədqiq edərək, əsaslı olaraq şikayətin mahiyyəti üzrə baxılmasının yolverilməzliyi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu fundamental hüquq, ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinin və hüquqi dövlətin təməl prinsiplərindən olan qanunun aliliyinin təminatıdır. Lakin məhkəmə müdafiəsi hüququ, öz təbiətinə görə, hüquqi müəyyənlik (legal certainty) və artıq həll edilmiş iş (res judicata) prinsipləri ilə məhdudlaşdırılır. Bu prinsiplər qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyini, toxunulmazlığını təmin etməklə, eyni predmet və eyni əsaslar üzrə mübahisələrə təkrarən baxılmasını istisna edir və bununla da hüquq sistemində sabitliyə və proqnozlaşdırıla bilənliyə zəmanət verir. Qeyd olunur ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyil və müəyyən məhdudiyyətlərə məruz qala bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” ## #### 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şikayət etmək hüququ olan şəxslər məhkəmə nəzarəti qaydasında təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun məhkəməyədək icraat zamanı bütün prosessual qərar və hərəkətlərindən (hərəkətsizliyindən) deyil, yalnız qanunda nəzərdə tutulan prosessual hərəkət və qərarlarından şikayət verə bilərlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 122.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Həmin Məcəllənin 122.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından şikayət məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə verilir. Həmin Məcəllənin 122.6-cı maddəsinə əsasən şikayət cinayət prosesi iştirakçısı və ya cinayət prosesində iştirak edən digər şəxs və ya onun nümayəndəsi tərəfindən imzalanmadıqda, yaxud şikayət edilən hərəkət və ya qərar göstərilmədikdə, baxılmadan saxlanıla və ya geri qaytarıla bilər. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Brumaresku Rumıniyaya qarşı iş üzrə” ## ####### 1999-cu il tarixli Qərarda göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi həmçinin tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası CPM-in 451-ci maddəsinin tələbinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi və ya barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərar çıxarır. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək və yuxarda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, şikayətçi Şikayət verən şəxs Zakram oğlu tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin geri qaytarılmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 122.6, 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Şikayətçi Şikayət verən şəxs Zakram oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Şikayət verən şəxs Zakram oğlu tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin geri qaytarılmasına dair ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar