Məhkəmə qərarları › İş №6(3-6)-220/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-220/2026

27.04.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-220/2026 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Qaraqurbanlı Ramin Afad oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 qızının iştirakı ilə, Şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş Bakı şəhəri Xətai rayon prokurorunun hərəkət və qərarlarının (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi barədə verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqdim olunmuş materiallardan görünür ki, şikayətçi Şikayət verən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xətai rayon prokurorunun hərəkət və qərarlarının qanunsuz hesab ediməsi ilə bağlı şikayət vermiş, prokuror tərəfindən onun müraciətinin hər hansı qərar qəbul edilmədən, məktubla istintaq orqanına göndərməsi hərəkətinin qanunsuz olmasını bildirmişdir. Odur ki, Xətai rayon prokurorunun hərəkət və qərarlarının (hərəkətsizliyinin) qanunsuz hesab edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X4 barəsində Azərbaycan Respublikası CM-in 182-ci maddəsi ilə cinayət işi başlanmasına dair ərizə ilə Bakı şəhəri Xətai rayon prokuroruna müraciət etmiş, lakin, prokuror tərəfindən hərəkətsizlik nümayiş etdirilərək, onun ərizəsinə dair hər hansı qərar qəbul edilməmiş, ona hər hansı cavab verilməmişdir. Odur ki, Bakı şəhəri Xətai rayon prokurorunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, ## ##### 2026-cı il tarixli məhkəmə iclasında Şikayət verən şəxs ərizəsində əlavə və dəqiqləşmələr apararaq yenidən məhkəməyə ərizə təqdim etmişdir. O, qeyd edilən ərizəsində Bakı şəhəri Xətai rayon prokurorunun hərəkət və qərarlarının qanunsuz hesab ediməsi ilə bağlı şikayət vermiş, prokuror tərəfindən onun müraciətinin hər hansı qərar qəbul edilmədən, məktubla istintaq orqanına göndərməsi hərəkətinin qanunsuz olmasını bildirmişdir. Odur ki, Xətai rayon prokurorunun hərəkət və qərarlarının (hərəkətsizliyinin) qanunsuz hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** saylı (hakim O.Əlizadə) qərarı ilə şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş Bakı şəhəri Xətai rayon prokurorunun hərəkət və qərarlarının (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi barədə şikayəti təmin olunmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarından şikayətçi Şikayət verən şəxs apellyasiya şikayəti verərək həmin qərardan narazı olduğunu, məhkəmə nəzarəti qaydasında ərizəsinin əsası Azərbaycan Respublikası CPMnin 449.3.1-ci maddəsi ilə, qərarla cavabsızlıq, cinayət hadisəsi barədə ərizəsi qəbulundan imtinadır. Buda hərəkətindən şikayət verdiyi şəxsin qanunsuz hərəkətdir birmənalıdır. Odur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarın ləğv edilməsini və ərizəsinin təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, şikayətçi Şikayət verən şəxs iştirakını təmin etməmişlər və Bakı şəhər Xətai prokurorluğunun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə şikayətə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 450.3-cü maddəsinə əsasən onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətlə əlaqədar iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Hərəkətindən (qərarından) şikayət verilən orqan ##.##.2025-ci il tarixdə daxil olmuş ərizədən görünür ki, Şikayət verən şəxs Bakı şəhər Xətai rayon Prokuroruna müraciət edərək bildirmişdir ki, “Nissa LTD” və “Vaqif” Biznes Konsaltinq arasında olan müqavilə üzrə X3 pulu hədə-qorxu ilə tələb edərək pulu qaytarmayacağı halda onun üzünə “kislota” atacağını bildirmişdir. Bu səbəbdən, X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182ci maddəsi ilə cinayət işinin başlanmasını xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Hərəkətindən (qərarından) şikayət verilən orqan ## ###### 2025-ci il tarixli, ****-Ş/**** saylı məktubundan görünür ki, Şikayət verən şəxs X3 tərəfindən hədə-qorxu ilə pulunun ələ keçirilməsinə dair müraciəti baxılması üçün Xətai RPİnin İstintaq Şöbəsinə göndərilmişdir. Həmin məktubdan görünür ki, surəti məlumat üçün Şikayət verən şəxs saxlanıldığı AR ƏN PX-nin * saylı İstintaq Təcridxanasına göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsinin baş təhqiqatçısı, R Ramil İbrahimov tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmadığından, müraciətdə göstərilmiş faktlar öz təsdiqini tapmadığından və toplanmış materialda cinayət işinin başlanması üçün kifayət qədər səbəb olmadığından material üzrə cinayətişinin başlanılmasının rədd edilmişdir. İş materiallarında olan ## ###### 2025-ci il tarixli, */*-***** nömrəli məktubdan görünür ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsinin baş təhqiqatçısı, R Ramil İbrahimov tərəfindən Şikayət verən şəxs müraciətinə dair qəbul edilmiş ## ###### 2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surəti Bakı şəhər Xətai rayon prokuroru, R Sərdar İmanova və şikayət vermiş şəxs Şikayət verən şəxs oğluna göndərilmişdir. Məhkəmə nəzarətinin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin Lll fəsli (Azərbaycar Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442-454-cü maddələri) ilə tənzimlənir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, həmin Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə əsasən qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 28.4.4-cü maddəsinə əsasən cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq məhkəmələrin vəzifəsidir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Həmin Məcəllənin 122.2.3-cü maddəsinə əsasən, təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərərkətlərindən və ya qərarlarından - məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 442.2.2-ci maddəsinə əsasən məhkəmələr məhkəmə nəzarəti qaydasında həm də cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxırlar. Həmin Məcəllənin 449.2-ci maddəsinin tələbinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi, tutma və həbsdə saxlanılması, tutulmuş və ya həbs edilmiş şəxsin hüquqlarının pozulması, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi, həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi, cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi, məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi, təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 451-ci maddəsinin tələbinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi və ya barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərar çıxarır. Birinci instansiya məhkəməsinin qərarına əsasən Bakı şəhəri Hərəkətindən (qərarından) şikayət verilən orqan ## ###### 2025-ci il tarixdə daxil olmuş Şikayət verən şəxs digər şəxsin barəsində AR CM-in 182-ci maddəsi ilə cinayət işinin başlanılmasına dair ərizəsi həmin tarixdə Bakı şəhər Hərəkətindən (qərarından) şikayət verilən orqan tərəfindən aidiyyəti üzrə Bakı şəhər Xətai rayon Polis İdarəsinə göndərilmişdir. AR CPM-in 207.5-ci maddəsinə əsasən məlumatı istintaq aidiyyəti üzrə göndərmək prokurorun qəbul edəcəyi qərarlardan biridir. Həmçinin, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə AR Prezidentinin Fərmanının 3-cü bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə istintaqın aparılması üçün Azərbaycan Respublikasının daxili işlər (polis) orqanları müəyyən edilmişdir. Eyni zamanda, müraciət aidiyyatı üzrə göndərildikdən sonra material üzrə “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul olunmuşdur. Gösətirlənləri nəzərə alaraq, məhkəmə şikayətçi Şikayət verən şəxs Bakı şəhəri Xətai rayon prokurorunun hərəkət və qərarlarının (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi barədə şikayəti təmin etməmişdir. İş materallarına əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdir. Şikayətdə göstərilən dəlillərlə razılaşmır və hesab edir ki, mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Beləliklə, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası toplanmış materialları və birinci instansiya məhkəmə iclasında tədqiq olunmuş sübutları nəzərə alaraq hesab edir ki, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətində göstərmiş olduğu xüsusatlar öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsi tərəfindən şikayətin təmin edilməməsi əsaslı olmuşdur. Odur ki, məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, şikayətçi Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi sözügedən şikayətinin təmin edilməməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*- **)-**/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 450-454-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Şikayətçi Şikayət verən şəxs Bakı şəhəri Xətai rayon prokurorunun hərəkət və qərarlarının (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi barədə verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*- **)-**/**** saylı qərarı Şikayət verən şəxs apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar