Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-224/2026 01.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, şikayətçi Şikayət verən şəxs müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Şikayət verən şəxs müdafiəçisi müdafiəçi1 Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında" və “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarların qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin baxılmadan geri qaytarılmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 6(5-98)-37/2026 saylı, ## ##### 2026-cı il tarixli qərarından müdafiəçi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Şikayət verən şəxs müdafiəçisi müdafiəçi1 məhkəmə nəzarəti qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş ## ##### 2026cı il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında" və “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarların qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Solmaz Mustafayeva) Şikayət verən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında" və “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarların qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi barədə məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Qərardan müdafiəçi müdafiəçi1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsi, məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin mahiyyəti üzrə baxılması üçün materialın Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə geri qaytarılması, apellyasiya baxışı onun və müdafiə etdiyi şəxsin iştirakı ilə keçirilməsi, zərurət olduqda ilkin şikayətin predmeti üzrə qiymətləndirmə aparmaq üçün Hərəkətindən (qərarından) şikayət verilən orqan mübahisələndirilən ## ##### 2026-cı il tarixli prosessual qərarların və onlara istinad edilən aidiyyəti materialların təqdim edilməsi təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi şikayəti geri qaytararkən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.3-cü maddəsinə və Konstitusiya Məhkəməsinin ## #### 2015-ci il tarixli qərarında qeyd olunan “məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən prosessual hərəkət və qərarların dairəsinin qəti olması” mövqeyinə istinad etmiş, lakin təqdim edilmiş şikayətin faktiki məzmununu təhlil etməmişdir. Məhkəmənin qərarında müdafiə tərəfinin ilkin şikayətdə irəli sürdüyü konkret hüquqi dəlillərə ümumiyyətlə münasibət bildirilməmiş, şikayətin niyə məhz bu mübahisə üzrə məhkəmə nəzarəti predmetinə aid edilmədiyi fərdi əsaslarla izah olunmamışdır. Məhkəmə aktının əsas qüsuru ondan ibarətdir ki, şikayətin predmetini maddi-hüquqi təqsirləndirmə ilə prosessual qanunilik mübahisəsi arasında fərqləndirməmişdir. Halbuki müdafiə tərəfi ittihamın sübut olunubolunmamasını deyil, ittihamı formalaşdıran prosessual qərarların konkretlik, müəyyənlik, fərdiləşdirmə və motivləndirmə standartlarına uyğun olub- olmadığını mübahisələndirmişdir. Əgər məhkəmə belə hesab edirdisə ki, şikayətin bəzi hissələri birbaşa Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.3- cü maddəsinin predmetinə düşmür, onda o, ən azı şikayətin məhz hansı hissələrinin nə üçün kənarda qaldığını, hansı hissələrinin isə müdafiə hüququnun məhdudlaşdırılması kontekstində nəzərdən keçirilə biləcəyini ayrıca əsaslandırmalı idi. Bunu etmədən şikayətin bütövlükdə geri qaytarılması müdafiə tərəfinin məhkəməyə çıxış hüququnun həddindən artıq dar təfsiri deməkdir. Məhkəmə kollegiyasının iclasında müdafiəçi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, qərarın ləğv edilərək məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin mahiyyəti üzrə baxılması üçün materialın Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə geri qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin dəlillərini araşdıraraq belə hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, məhkəmə nəzarəti qaydasında şikayətinin baxılmadan geri qaytarılmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 6(5-98)-37/2026 saylı, ## ##### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin LII fəsli (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 442-454-cü maddələri) ilə tənzimlənir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 28.4.4-cü maddəsinə əsasən isə cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq məhkəmələrin vəzifəsidir. Həmin Məcəllənin 442.2.2-ci maddəsinə əsasən məhkəmələr məhkəmə nəzarəti qaydasında həm də cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxırlar. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə prosessual funksiyaların bölüşdürülməsi prinsipini rəhbər tutaraq, əməliyyat-axtarış və ya ibtidai araşdırma subyektlərinin fəaliyyəti sahəsində bütövlükdə qanunçuluğa nəzarət etmək vəzifəsini daşımır. Belə ki, cinayət barədə məlumatların qeydiyyatı, ibtidai araşdırmanın başlanması haqqında qərar və ya digər insan hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə bağlı olmayan prosessual tədbirlər məhkəmə nəzarətinin predmeti ola bilməz. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, yalnız Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.3-cü maddəsində konkret olaraq göstərilmiş hallarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilə bilər. Birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, Şikayət verən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında" və “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarların qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi barədə məhkəmə nəzarəti qaydasında verilmiş şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsində qeyd edilir ki, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1.cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan digər şəxslər müddəasının şərh edilməsinə dair” ## #### 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şikayət etmək hüququ olan şəxslər məhkəmə nəzarəti qaydasında təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun məhkəməyədək icraat zamanı bütün prosessual qərar və hərəkətlərindən (hərəkətsizliyindən) deyil, yalnız qanunda nəzərdə tutulan aşağıdakı prosessual hərəkət və qərarlarından şikayət verə bilərlər: cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; tutulma və həbsdə saxlanması; tutulmuş şəxslərin hüquqlarının pozulması; həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; məhkəmənin qərarı olmadan istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması (Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 449.3.1-449.3.7-ci maddələri). Yuxarıda qeyd olunanlardan göründüyü kimi, yalnız Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 449.3-cü maddəsində konkret olaraq göstərilmiş hallarla bağlı hərəkətlərdən və ya qərarlardan məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi şikayətdə göstərilən əsaslar, apellyasiya şikayətinin xahiş etdi hissəsində istənilən məsələlər barədə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkət və qərarlarından məhkəmə nəzarəti qaydasında şikayət verilməsi cinayət prosessual qanunvericiliklə nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası belə hesab edir ki, məhkəmə nəzarəti qaydasında şikayətin geri qaytarılmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 6(5-98)-37/2026 saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsi və apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin həmin qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 452, 453 və 454-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkəmə nəzarəti qaydasında şikayət vermiş Şikayət verən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Şikayətçi Şikayət verən şəxs müdafiəçisi müdafiəçi1 Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında" və “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarların qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin baxılmadan geri qaytarılmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 6(5-98)-37/2026 saylı, ## ##### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Aqil Musayev Murad Məmmədov
Məhkəmə qərarları › İş №6(3-6)-224/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-224/2026
01.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver