Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-227/2026 30.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X3 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi ilə, Müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil Bürsounun vəkili Şikayət verən şəxs iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından təqsirləndirilən şəxs X1 müdafiəçisi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqdim edilmiş materialdan görünür ki, Müdafiəçi Şikayət verən şəxs şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasının rəhbərliyinin ##.##.2026-cı il tarixdə Bakı İstintaq Təcridxanasında saxlanılan məhkum - X1 vəkillə görüşünə icazə verilməməsini qanunsuz hesab edilməsi və İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinin “b” və “c” bəndlərinin, 8-ci maddəsinin və Azərbaycan Respublikası Kostitusiyasının 61-ci maddəsinin pozuntusu kimi qiymətləndirilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə X1 müdafiəçisi Şikayət verən şəxs tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcrixanasının rəhbərliyinin hərəkətindən verilmiş şikayəti təmin edilməmişdir. Məhkəmənin həmin qərarından təqsirləndirilən şəxs X1 müdafiəçisi Şikayət verən şəxs apellyasiya şikayəti verib Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının tamamilə ləğv edilməsi və şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə və həmin nəticəni əsaslandırmaq üçün qərardakı mövqeyi tamamilə əsassızdır. Həmin qərar tamamilə ləğv edilməli və şikayətin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki: ##.##.2026-cı il tarixdə Bakı İstintaq Təcridxanasında görüşə icazə verilmədikdən sonra emehkeme.gov.az portalı vasitəsilə Ali Məhkəmənin icraatında olan *(***)-****/**** saylı cinayət işi üzrə Tofiq Yaqublunun müdafiəçisi qismində qeydə alınmağım barədə vəkil sorğusu ünvanlamışam. Həmin sorğu qeydə alındıqdan sonra məhkumla görüşmək üçün icazə verilməsi barədə sorğunu həm elektron qaydada, həm də poçt vasitəsilə həmin məhkəməyə göndərmişəm. Bundan əlavə, Bakı İstintaq Təcridxanası rəhbərliyinin hərəkətlərinin qanunsuz olması ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi, generalR Mirsaleh Seyidova (ünvan 1) həm poçt vasitəsilə müvafiq müraciət və sorğu ünvanlamış, həm də cari ilin mart ayının 11-də həmin ünvana gedərək təkrarən yazılı müraciətimi təqdim etmişəm. Eyni zamanda, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının rəisinə məktub-sorğu ilə müraciət edərək, hansı səbəbdən məhkumla görüşə icazə verilməməsi barədə yazılı arayış verilməsini xahiş etmişəm. Ancaq həmin müraciətə İstintaq Təcridxanası tərəfindən indiyədək cavab verilməmişdir. Məhkəmə qərarında mənim ##.##.2026-cı il tarixdən sonra məhkumla görüşə cəhd etmədiyim qeyd edilsə də, yuxarıda göstərilən müraciətlərim bunun tamamilə əksini sübut edir. Məhkəmənin Bakı İstintaq Təcridxanasının təqdim etdiyi arayışa və qurum nümayəndəsinin izahatına əsaslanaraq, guya mənim görüşü gözləmədən könüllü şəkildə müəssisəni tərk etməyim barədə gəldiyi qənaət də tamamilə əsassızdır. Belə ki, uzunmüddətli vəkillik fəaliyyətim dövründə heç vaxt belə bir hal qeydə alınmamışdır." Bunu, 03.03.26-cı il tarixdə İstintaq Tərcridxanasının gözləmə otağında məhkumun gətirilməsini gözləyərkən həmin otağa qeydiyyat şöbəsinin müdirinin yaxınlaşmasından və mənə orderlə görüşə icazə verilməyəcəyini və Ali Məhkəmənin razılıq məktubunun tələb edilməsi barədə söhbətindən sonra mənim oranı tərk etməyimi təsdiq edən videogörüntülərə baxış keçirməklə də müəyyən etmək mümkündür. "Məhkəmənin ##.##.2026-cı il tarixli iclasında izahat verən məhkum Tofiq Yaqublu siyasi fəaliyyətinə görə həbs həyatı yaşadığını bildirmişdir. O, ##.##.2026-cı il tarixində İstintaq Təcridxanasının rəhbərliyi tərəfindən əsassız olaraq 7 gün müddətinə cərimə kamerasına salınmasına etiraz əlaməti olaraq aclıq aksiyasına başladığını qeyd etmişdir. T.Yaqublu həm ailə üzvləri ilə görüşlərinin məhdudlaşdırılmasını, həm də ##.##.2026-cı il tarixdə — aclığın 8- ci günündə vəkillə görüşünə icazə verilməməsini ona qarşı qərəzli münasibətin təsdiqi kimi qiymətləndirmişdir." Məhkəmə ##.##.2026-cı il tarixli qərarında şikayətdə göstərilən müdafiə hüququna dair milli və beynəlxalq hüquqi aktlarda nəzərdə tutulan normaları da nəzərə almamışdır. Baxmayaraq ki, Azərbaycan Respublikası Konstitusiyasının Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnu təsbit edir. Qeyd edilən hüquq vəkillə maneəsiz və məxfi ünsiyyəti nəzərdə tutduğundan görüşə icazə verilməməsi dövlətin şəxsə səmərəli hüquqi yardım mexanizmini təmin etmək öhdəliyini yerinə yetirməməsidir. Vəkil orderi bu halda qanuni səlahiyyəti təsdiq edən yeganə sənəddir və əlavə "icazə" tələbi qanunsuzdur. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Şikayət verən şəxs şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək təmin edilməsini xahiş etmişdir. Şikayətə baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış Bakı İstintaq Təcridxanası və prokurorun nümayəndəsi, həmçinin müstəntiq məhkəmə iclasına gəlməmişlər. Müdafiəçi Şikayət verən şəxs məhkəməyə teleqram ünvanlayaraq qeyd etmişdir ki, təqsirləndirilən şəxs X1 öz istəyi ilə onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası CPM-nin 450.3-cü maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Şikayət ərizəsində müdafiəçi hələ də məhkumla görüşə bilməməsini qeyd etsə də, məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, müdafiəçi ##.##.2026-cı il tarixdən sonra ümumiyyətlə məhkumla görüşə getməmişdir. Müdafiəçi sonradan məhkumla görüşə getməməsini görüş üçün icazə verilməməsi və hazırki şikayət ərizəsi ilə əlaqədar yekun məhkəmə qərarının qəbul edilməsini gözləməsi ilə əlaqələndirmişdir. Lakin məhkəmə qeyd edir ki, qüvvədə olan qanunvericiliyə əsasən müdafiəçinin məhkumla görüşməsi üçün hər hansı əlavə icazənin və ya məhkəmə qərarının alınması tələb olunmur. İş materialları və birinci instansiya məhkəməsi iclasında araşdırılmış hallar göstərir ki, Azərbaycan Republikası Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında müdafiəçiyə görüş üçün müvafiq şərait yaradılmış, o cümlədən order təqdim edildikdən sonra tələbnamə verilmiş, görüş otağına daxil olması təmin edilmiş və görüşün qeydiyyatı aparılmışdır. Bu hallar müdafiəçinin məhkumla görüşmək imkanının faktiki olaraq mövcud olduğunu təsdiq edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 449.1-ci və 449.2-ci maddələrinə əsasən, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın: təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyataxtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindən və ya qərarlarından şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; tutma və həbsdə saxlanılması; tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməs; ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri, eləcə də cinayət işinin materiallarını tədqiq edərək vəkil Şikayət verən şəxs tərəfindən verilmiş məhkəmə nəzarəti qaydasında şikayətin təmin edilməməsi barədə yekun qənaətə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının mövqeyi ilə razılaşır. Belə ki, Bakı İstintaq Təcridxanasının Qeydiyyat şöbəsinin rəisi R Sənan Məmmədov tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş ##.##.2026-cı il tarixli Arayışda qeyd olunmuşdur ki, ##.##.2026-cı il tarixdə Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Şikayət verən şəxs Bakı istintaq təcridxanasına günün birinci yarısında gələrək həbs olunmuş şəxs X2 ilə istintaq otağında görüşdükdən sonra müəssisəni tərk etmişdir. Həmin gün nahardan sonra vəkil Şikayət verən şəxs Qeydiyyat şöbəsinə yeni order təqdim etməklə məhkum X1 ilə görüşməsi üçün tələbnamə alaraq istintaq otağına düşmüş, görüşlərin qeydiyyat kitabına yeni görüşünü yazdırmış, lakin bir az sonra təcili getməli olduğunu bildirərək Bakı istintaq təcridxanasını tərk etmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının rəhbərliyi və əməkdaşları tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının pozuntusuna yol verilməmiş, müdafiəçi sonradan məhkumla görüşə getməməsini görüş üçün icazə verilməməsi və hazırki şikayət ərizəsi ilə əlaqədar yekun məhkəmə qərarının qəbul edilməsini gözləməsi ilə əlaqələndirmişdir ki, qanunvericiliyə əsasən müdafiəçinin məhkumla görüşməsi üçün hər hansı əlavə icazənin və ya məhkəmə qərarının alınması tələb olunmur. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, təqsirləndirilən şəxs X1 müdafiəçisi Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətinin təmin edilməməsi haqqında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və CPM-nin 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Təqsirləndirilən şəxs X1 müdafiəçisi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov.
Məhkəmə qərarları › İş №6(3-6)-227/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-227/2026
30.04.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver