Məhkəmə qərarları › İş №6(3-6)-230/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-230/2026

30.04.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-230/2026 30.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Ibrahimov Zamin Vəliyəddin oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Şikayətçi Şikayət verən şəxs iştirakı ilə, Şikayət verən şəxs Bakı şəhəri Nərimanov rayon Polis Idarəsinin 16-cı Polis Şöbəsinin ## ######## 2025-ci il tarixli 3-13-50-1/2-№**** nömrəli məktubunun qanunsuz və əsassız olmasına dair məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarından şikayətçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq müəyyən e t d i: Iş materiallarından görünür ki, Şikayət verən şəxs məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Bakı şəhəri Nərimanov rayon Polis Idarəsinin 16-cı Polis Şöbəsinin ## ######## 2025-ci il tarixli 3-13-50-1/2-№**** nömrəli məktubunun qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini, iş üzrə materialların araşdırılmasının davam etdirilməsi üçün və araşdırmanın hallarından asılı olaraq qanuna uyğun qərar qəbul edilməsi üçün iş materialının Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinə göndərilməsinə dair qərar qəbul eilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ilə Şikayət verən şəxs Bakı şəhəri Nərimanov rayon Polis Idarəsinin 16-cı Polis Şöbəsinin ## ######## 2025-ci il tarixli 3-13-50-1/2-№**** nömrəli məktubunun qanunsuz və əsassız olmasına dair məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardan narazı qalan şikayətçi Şikayət verən şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayətlə bağlı işin materiallarını araşdırıb məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyindən material baxılmadan birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materialından görünür ki, mübahisə edilən qərar birinci instansiya məhkəməsi tərəfindən ilə ## ##### 2026-cı il tarixdə elan edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 454-cü maddəsinə əsasən istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanların qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 452.1-ci maddəsinə görə hakimin bu barədə çıxardığı qərarlardan apellyasiya instansiyası məhkəməsinə protest və şikayət qərar elan olunduqdan sonra üç gün müddətində verilir. Göründüyü kimi, hakimin çıxardığı qeyd olunan həmin qərarlardan apellyasiya instansiyası məhkəməsinə protest və şikayət qərar əldə olunduğu vaxtdan deyil, elan olunduğu vaxtdan üç gün müddətində verilir. Hazırki halda isə şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya şikayəti vermə müddəti başa çatdıqdan sonra, yəni ## ##### 2026-cı il tarixi tərtib edilərək məhkəməyə göndərilmiş, həmçinin müddətin bərpa olunması ilə bağlı məhkəməyə vəsatət təqdim olunmamışdır. Belə olan halda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyindən və ötürülmüş müddətin bərpa olunmasına dair vəsatət şikayətə əlavə olunmadığından material baxılmadan birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda izah edir ki, apellyasiya şikayəti vermə müddətini üzrlü səbəbdən ötürmüşdürsə, buraxılmış müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 452 və 454-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l ı r: Şikayət verən şəxs Bakı şəhəri Nərimanov rayon Polis Idarəsinin 16-cı Polis Şöbəsinin ## ######## 2025-ci il tarixli 3-13-50-1/2-№**** nömrəli məktubunun qanunsuz və əsassız olmasına dair məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarından şikayətçi tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyindən material baxılmadan birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardan şikayət və protest verilə bilməz. Sədrlik edən: Qədim Babayev Hakimlər: Zamin Ibrahimov Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar