Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-236/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katib Şükürov Rauf Azər oğlunun katibliyi, Şikayətçi Şikayət verən şəxs iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarına əsasən Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin icraata qəbul edilmədən geri qaytarılmasına dair materiala Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayətlə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin icraata qəbul edilmədən geri qaytarılması qərara alınmışdır. Şikayətçi Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin icraata qəbul edilmədən geri qaytarılmasına dair material ##.##.2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən şikayətçi Şikayət verən şəxs onun tərəfindən apellyasiya şikayəti ilə müraciət olunmadığını, iş materiallarında olan şikayət ərizəsinin məhz qərarı qəbul etmiş birinci instansiya məhkəməsinə ünvanlandığını və birinci şikayətinə cavab verilsə də, ikinci şikayətinə hələ cavab verilmədiyini qeyd etdi. Məhkəmə kollegiyası şikayətçi Şikayət verən şəxs çıxışını dinləyərək belə hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından apellyasiya şikayəti daxil olmadığından Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin icraata qəbul edilmədən geri qaytarılmasına dair material birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 381.1-ci maddəsinə əsasən birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin Məcəllənin 382.2-ci maddəsinə əsasən məhkəmə nəzarəti qaydasında birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qərarlardan apellyasiya şikayəti və ya apellyasiya protesti üzrə icraat bu Məcəllənin 452—454-cü maddələrinin müddəalarına müvafiq olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən aparılır. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət təhqiqatçının və ya müstəntiqin hərəkətindən və ya qərarından - ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora; ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətindən və ya qərarından - yuxarı prokurora; bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə; bu Məcəllədə nəzərdə tutulmuş hallarda məhkəmənin hərəkətlərindən və ya qərarlarından - yuxarı məhkəməyə verilir. Həmin Məcəllənin 442.1-ci maddəsinə əsasən məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Hazırki işin materiallarından görünür ki, Şikayət verən şəxs ##.##.2026-cı il tarixli məhkəmə nəzarəti qaydasında şikayətlə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaqa Nəzarət İdarəsinin fəaliyyətsizliyinin qanunsuz hesab edilməsini, faktların bir icraatda birləşdirilməsini, Səkinə Xudiyevanın barəsində cinayət işi başlanmasını, qərarların yoxlanılmasını, ekspertizanın yenidən aparılmasını və məsul şəxslərə hüquqi qiymət veriməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin icraata qəbul edilmədən geri qaytarılması qərara alınmışdır ki, şikayətçi Şikayət verən şəxs yenidən ##.##.2026-cı il tarixdə, yəni birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə mindikdən sonra yeni şikayət ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək ##.##.2024-cü il tarixli qərarın qanuniliyinin araşdırılmasını və hüquqlarını bərpasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətçi Şikayət verən şəxs onun apellyasiya şikayəti vermək hüququndan istifadə etməməsi, habelə birinci şikayəti ilə bağlı qərarı əldə etdikdən sonra yeni şikayət ərizəsi ilə məhz həmin birinci instansiya məhkəməsinə müraciət etməklə apellyasi şikayəti vermədiyi barədə çıxışını nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından apellyasiya şikayəti daxil olmadığından Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin icraata qəbul edilmədən geri qaytarılmasına dair material birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanlara əsasən, QƏRARA A L D İ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından apellyasiya şikayəti daxil olmadığından Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin icraata qəbul edilmədən geri qaytarılmasına dair material birinci instansiya məhkəməsinə geri qaytarılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev
Məhkəmə qərarları › İş №6(3-6)-236/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-236/2026
04.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver