Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-238/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi, müdafiəçi - Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və şikayət vermiş şəxs Mirzəyev İlham İbrahim oğlunun iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Mirzəyev İlham İbrahim oğlunun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Mirzəyev İlham İbrahim oğlunun müdafiəçisi Müdafiəçi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Nümayəndə tərəfindən qəbul edilmiş “cinayət işi üzrə icraatın dayandırılması haqqında” ## ####### 2025-ci il tarixli qərardan məhkəmə nəzarəti qaydasında şikayətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, AR CM-nin 178.3.2- ci maddəsi ilə təqsirləndirilən şəxs Mirzəyev İlham İbrahim oğlunun müdafiəçisi kimi ona xidmət göstərir. Həmin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində qoşulmuş və iş materialları ilə tanış olmuşdur. Cinayət işi materialları ilə tanış olarkən məlum olmuşdur ki, işin materiallarında Bakı şəhəri Binəqədi Polis İdarəsinin müstəntiqi Nümayəndə cinayət işi üzrə icraatın dayandırılması haqqında ## ####### 2025-ci il tarixli qərarı mövcuddur. Həmin qərarda qeyd edilir ki, guya İlham Mirzəyev istintaqa dəvət edilmiş, lakin o, xəstə olduğunu bildirərək sağalandan sonra gələcəyini bildirmişdir. Lakin, bu tamamilə səhv məlumat olmaqla müddəti dayandırmaq üçün edilib. Həmin qərarın təqsirləndirilən şəxsə və onun müdafiəçisinə təqdim edilməsi və onun xəstəliyi ilə bağlı hər hansı sənəd iş materiallarında mövcud deyil. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarına əsasən Mirzəyev İlham İbrahim oğlunun müdafiəçisi Müdafiəçi tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət baxılmadan geri qaytarılmışdır. Qərardan narazı qalan Mirzəyev İlham İbrahim oğlunun müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsini, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Nümayəndə tərəfindən qəbul edilmiş “cinayət işi üzrə icraatın dayandırılması haqqında” ## ####### 2025-ci il tarixli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs Mirzəyev İlham İbrahim oğlu və müdafiəçisi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Mirzəyev İlham İbrahim oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Mirzəyev İlham İbrahim oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin istintaqı Binəqədi Rayon Polis İdarəsinin İstintaq İdarəsində aparılmış, istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Mirzəyev İlham İbrahim oğlunun müdafiəçisi Müdafiəçi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən hazırlıq iclasında hazırki şikayətə uyğun vəsatətlə məhkəməyə müraciət etmiş, lakin onun bu vəsatəti təmin edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.2-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə məsələyə baxılır. Həmin Məcəllənin 300.1.5-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri kimi cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Göründüyü kimi cinayət prosessual qanunvericilik məhkəmənin hazırlıq iclasında ibtidai araşdırma zamanı pozuntulara, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına yol verilib-verilməməsi barədə məsələyə baxılmasını, belə pozuntulara yol verildiyi təqdirdə cinayət işinin baxılmasına xitam verilməsini və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını imperativ qaydada iş icraatına daxil olmuş məhkəmənin vəzifəsi kimi müəyyən etmişdir. Hazırki məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, şikayət vermiş şəxs eyni məzmunlu vəsatəti işin baxılmağa hazırlanması zamanı işə mahiyyəti üzrə baxan Bakı Ağır Cinayətlər Məhkəməsində qaldırmış, onun bu vəsatəti təmin edilməyərək iş məhkəmə baxışına təyin olunmuşdur. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2015-ci il tarixli qərarında göstərilir: “Məhkəmə prosessual funksiyaların bölüşdürülməsi prinsipini rəhbər tutaraq, əməliyyataxtarış və ya ibtidai araşdırma subyektlərinin fəaliyyəti sahəsində bütövlükdə qanunçuluğa nəzarət etmək vəzifəsini daşımır. Belə ki, cinayət barədə məlumatların qeydiyyatı, ibtidai araşdırmanın başlanması haqqında qərar və ya digər insan hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə bağlı olmayan prosessual tədbirlər məhkəmə nəzarətinin predmeti ola bilməz. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” # ###### 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə nəzarəti icraatında məhkəmə əsasən iki vəzifə daşıyır: cinayət təqibi üzrə müvəkkil edilmiş orqanlar və vəzifəli şəxslər tərəfindən edilən ayrı-ayrı hərəkətlərin və qəbul olunan qərarların qanuniliyinin təmin olunması; cinayət prosesi iştirakçılarının hüquq və azadlıqlarının qorunması (əsassız və qanunsuz məhdudlaşdırılmasının istisna edilməsi, hüquqların pozulmasına son qoyulması və pozulmuş hüquqların bərpası). Beləliklə, prokuror nəzarətindən fərqli olaraq, məhkəmə nəzarətinin predmetini - insan və vətəndaş hüquq və azadlıqlarının təminatı ilə əlaqədar təhqiqat, istintaq və prokurorluq orqanları tərəfindən qəbul edilən qərarların qanuniliyi və əsaslılığı təşkil edir. Qeyd edildiyi kimi, məhkəmə nəzarəti Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyində nisbətən yeni institutdur. 2000-ci il # ######## tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikasının CPM-in 442.2-ci maddəsi məhkəmə nəzarətinin obyektini müəyyən edərək göstərir ki, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə aşağıdakılara baxır: hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq, mülkiyyət hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair vəsatət və təqdimatlara, bununla yanaşı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə. Məhkəmə nəzarəti sahəsinə aid olan məsələlər, habelə onların həyata keçirilməsi qaydası CPM-in 443-454-cü maddələri ilə müəyyən edilir.” Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” ## #### 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunla nəzərdə tutulmuş məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən bu prosessual hərəkət və qərarların dairəsi qətidir və cinayət prosesini həyata keçirən orqanın digər prosessual hərəkət və qərarlarından şikayət verilməsi yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki şikayətçi Mirzəyev İlham İbrahim oğlunun müdafiəçisi tərəfindən verilmiş şikayət ərizəsi düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmışdır. Odur ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*- **)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 451-453-cü maddələrini rəhbər tutaraq, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARA ALDI: Şikayətçi Mirzəyev İlham İbrahim oğlunun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-6)-238/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-238/2026
04.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver