Məhkəmə qərarları › İş №6(3-6)-239/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-239/2026

04.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-239/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimov Anar Firdovsi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, təqsirləndirilən şəxs Şikayət verən şəxs müdafiəçisi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq olunan ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs Şikayət verən şəxs müdafiəçisi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından təqsirləndirilən şəxs Şikayət verən şəxs müdafiəçisi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim olunmuş materiallardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq olunan ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs Şikayət verən şəxs müdafiəçisi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət daxil olmuşdur. Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi şikayətində göstərmişdir ki, “Şikayət verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə ittiham olunur. Sonuncu ilə ## ###### 2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasında görüşmüş, təqsirləndirilən şəxs hadisə barədə əlavə məlumat vermişdir. Təqsirləndirilən şəxsin yenidən dindirilməsi barədə vəsatət və vəkil orderinin işə əlavə edilməsi barədə ərizəni ## ###### 2026cı il tarixdə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə göndərmişdir. X11 bu günə qədər vəsatətə münasibət bildirməyib, onu müdafiəçi olaraq təqsirləndirilən şəxsə təqdim etməmişdir. ## ###### 2026-cı il tarixdə və ## #### 2026-cı il tarixdə həbsin uzadılması barədə məhkəməyə təqdimat verilmiş və təqsirləndirilən şəxsin öz vəkili olmasını dediyi halda müdafiə tərəfinə məlumat verilməmiş, müdafiə tərəfini iş materialları ilə tanış etməmişlər. Təqsirləndirilən şəxs dövlət hesabına vəkillə təmin edilmiş, lakin məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiə hüququ keyfiyyətli şəkildə həyata keçirilməmişdir. Həbs qətimkan tədbirindən, eləcə də həbs müddəinin uzadılması barədə qərardan şikayət etməmişdir. Odur ki, məhkəmədən Şikayət verən şəxs barəsində 11 dekabr 025-ci il tarixli, EO-373VK ***** saylı vəkil orderinin qəbul edilməsi və müvafiq sənədlərin surətlərinin verilməsi öhdəliyinin Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi Natiq Allahverdiyevin üzərinə qoyulması, Şikayət verən şəxs barəsində Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinin – müdafiə hüququnun pozuntusunun tanınması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur.” Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq olunan ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs Şikayət verən şəxs müdafiəçisi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Şikayət verən şəxs barəsində Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinin – müdafiə hüququnun pozuntusunun tanınması barədə qərar qəbul edilməsinə dair məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan təqsirləndirilən şəxs Şikayət verən şəxs müdafiəçisi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi apellyasiya şikayəti verərək, qərarın maddi və prosessual pozuntularla qəbul edildiyini əsas gətirərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)- ***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarın ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs Şikayət verən şəxs müdafiəçisi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin və Bakı şəhəri Binəqədi Rayon Prokurorluğunun nümayəndəsinin iştirakları təmin edilməmiş və kollegiya onların iştirakları olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətin dəlillərini müzakirə edərək, proses iştirakçısını dinləyib, belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 28.4.4-cü maddəsinə əsasən cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq məhkəmələrin vəzifəsidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 442.2.2-ci maddəsinə əsasən məhkəmələr məhkəmə nəzarəti qaydasında həm də cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxırlar. Belə ki, “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2015-ci il qərarında qeyd edilmişdir ki, məhkəmə nəzarəti cinayət-prosessual qanunvericiliyi sahəsində əsasən məhkəməyədək icraat mərhələsində öz funksional yükünü daşıyır. Məhkəmə nəzarəti cinayət-prosesi çərçivəsində təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun fəaliyyəti nəticəsində insan və vətəndaş hüquq və azadlıqlarına qanunsuz müdaxilələrin qarşısını almağa, pozulmuş hüquqların bərpasına xidmət edən məhkəmə fəaliyyətinin müstəqil növüdür. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasının qanuniliyinin məhkəmələr tərəfindən həll edilməsi məhz Konstitusiyanın 71-ci maddəsinin VII hissəsindən irəli gəlir. Belə ki, Konstitusiyanın həmin normasına görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəs əmin olmalıdır ki, dövlət orqanları tərəfindən hər hansı qanuni təqib həyata keçirilirsə, həmin fəaliyyətə müstəqil məhkəmə orqanı tərəfindən nəzarət mövcuddur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsində azadlıq və toxunulmazlıq hüququnun təminatında məhkəmə nəzarətinin vacibliyi birbaşa vurğulanmışdır. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində məhkəməyədək icraat mərhələsində məhkəmə nəzarəti nisbətən yeni institutdur. Prokuror nəzarətindən fərqli olaraq, məhkəmə nəzarəti məhkəməyədək icraat mərhələsində ibtidai araşdırma subyektlərinin fəaliyyətinin insan hüquq və azadlıqlarına qanunsuz müdaxiləsinin qarşısının alınmasına yönəlmişdir. Prokuror nəzarəti ümumilikdə təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunçuluğa riayət edilməsinə yönəldiyi halda, məhkəmə nəzarəti əməliyyat-axtarış fəaliyyəti subyektləri tərəfindən insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasının qanuniliyi, əsaslılığı, mütənasibliyi, məqsədəmüvafiqliyi və təxirəsalınmazlığının yoxlanılması funksiyasını daşıyır. Şikayət vermək hüququ şəxsin hüquqi statusunu təşkil edən hüquq və vəzifələrin ayrılmaz hissəsi olmaqla, qanunvericilikdə birbaşa nəzərdə tutulan hallar istisna olmaqla məhdudlaşdırılmamalı və hər bir şəxs üçün təmin olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin şikayətin təmin edilməməsinə dair mövqeyini əsaslı və qanuni hesab edir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: ## ###### 2025-ci il tarixli “Cinayət işinin başlanması və icraata qəbul etmək haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəllənin 234.2 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır. ## ###### 2025-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Şikayət verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəllənin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ###### 2026-cı il tarixli, qərarından görünür ki, Şikayət verən şəxs həbsdə saxlama müddəti ## #### 2026-cı il tarixədək uzadılmışdır. Məhkəmə iclasında müdafiəçi qismində Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili X3 iştirak etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli, qərarından görünür ki, Şikayət verən şəxs həbsdə saxlama müddəti ## ##### 2026-cı il tarixədək uzadılmışdır. Məhkəmə iclasında müdafiəçi qismində Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili X3 iştirak etmişdir. ## ##### 2026-cı il tarixli “Cinayət işinin icraata qəbul edilməsi barədə” qərardan görünür ki, ********* nömrəli cinayət işi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, R X5 tərəfindən icraata qəbul edilmişdir. ## ##### 2026-cı il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Şikayət verən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından görünür ki, Şikayət verən şəxs həbsdə saxlama müddəti ## ### 2026-cı il tarixədək uzadılmışdır. Məhkəmə iclasında müdafiəçi qismində Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirak etmişdir. Məhkəmə nəzarəti qaydasında verilmiş şikayətdə Şikayət verən şəxs barəsində ## ###### 2025-ci il tarixli, EO-***VK-***** saylı vəkil orderinin qəbul edilməsi və müvafiq sənədlərin surətlərinin verilməsi öhdəliyinin Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi Natiq Allahverdiyevin üzərinə qoyulması, Şikayət verən şəxs barəsində Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinin – müdafiə hüququnun pozuntusunun tanınması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuş, məhkəmə iclasında müdafiəçi artıq vəsatətə münasibət bildirilməsini bildirməklə şikayətin birinci hissəsindən imtina etməsini və yalnız Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinin – müdafiə hüququnun pozuntusunun tanınması barədə tələbi müdafiə etdiyini bildirmişdir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Ədalətli məhkəmə araşdırması hüququna aid edilmiş 6-cı maddəsinin 3-cü bəndində cinayət törətməkdə ittiham olunan hər kəsin ən azı aşağıdakı hüquqlara malik olması göstərilmişdir: a) ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq; b) öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq; c) şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək; d) onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsi hüququna malik olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlərin çağırılması və dindirilməsi hüququna malik olmaq; e) məhkəmədə istifadə olunan dili başa düşmürsə və ya bu dildə danışa bilmirsə, tərcüməçinin pulsuz köməyindən istifadə etmək. Şikayətin məzmuna və müdafiəçinin məhkəmə iclasında bildirdiklərinə əsasən bir qərara gəlmək mümkündür ki, müdafiə tərəfi təqsirləndirilən şəxsin “şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək” hüququnun şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək hissəsində pozulduğunu hesab edir. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, məhkəmə təqdim edilmiş materiallarda Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ## ###### 2025-ci il tarixli vəkil orderinin mövcud olması öz təsdiqini tapır. Cinayət işi materialları ilə Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiəçi qismində iştirakının süni şəkildə məhdudlaşdırılması, ona hər hansı bir maneə yaradılması öz təsdiqini tapmamışdır. Müdafiəçi əsasən 2 dəfə həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətə onun iştirakı olmadan baxılmasına istina etsə də, həmin hal heç bir halda müdafiə hüququnun pozulması hesab edilə bilməz. Belə ki, müdafiəçinin qeyd etdiyi həmin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatət və təqdimatlara baxılması ilə əlaqədar keçirilmiş məhkəmə iclaslarında təqsirləndirilən şəxsə təyin edilmiş dövlət hesabına müdafiəçi iştirak etmişdir. Nəzərə alınmalıdır ki, həmin müdafiəçi cinayət işinin ilkin mərhələsindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün təyin edilmişdir. Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət işinə müdafiəçi qismində qoşulması barədə ərizə verdikdən sonra təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçidən imtina etməmişdir, həmçinin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatət və təqdimata baxılması zamanı keçirilmiş məhkəmə iclaslarında da müqavilə üzrə müdafiəçisinin iştirakı ilə baxılması barədə heç bir tələbi olmamışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 92.2-ci maddəsində konkret olaraq göstərilmişdir ki, şübhəli və ya təqsirləndirilən şəxsin bir neçə müdafiəçisi ola bilər. Müdafiəçinin iştirakı məcburi olan prosessual hərəkətlər aparılarkən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçilərindən hər hansının iştirak etməməsi bu hərəkətlərin qanunsuz hesab edilməsinə əsas ola bilməz. Şikayət verən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlərə baxılması zamanı digər müdafiəçinin iştirak etməsi sonuncunun müdafiə hüququnun təmin edilməsinin göstəricisi kimi çıxış edir ki, bu halda müdafiə hüququnun pozulması iddiası əsassızdır. Məhkəmə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, məhkəmənin şikayətin əsassız olmasını göstərən dəlilləri şikayətdə mübahisələndirilməmişdir. Belə olduğu təqdirdə kollegiya apellyasiya şikayətini əsassız hesab edir və bu isə öz növbəsində mübahisələndirilən qərarın ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 122.2.3 və 449.3-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından, təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından - məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilir. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi (maddə 449.2.1); zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi (maddə 449.2.2); qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər (maddə 449.2.3) şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 451-ci maddəsinin tələbinə görə, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi və ya barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq olunan ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs Şikayət verən şəxs müdafiəçisi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Təqsirləndirilən şəxs Şikayət verən şəxs müdafiəçisi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq olunan ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs Şikayət verən şəxs müdafiəçisi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Anar İbrahimov Aqil Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar