Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-240/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Boroyev Əli Əhməd oğlunun katibliyi, Şikayətçi Şikayət verən şəxs iştirakları ilə, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanladığı cinayət hadisələri barədə ərizələrinin qəbulundan imtinanın qanunsuz hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı ilə (hakim Aynurə Sadıqova) Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilməmişdir. Qərardan narazı qalan Şikayət verən şəxs apellyasiya şikayəti verib, şikayətinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şikayəti əsasında Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qəbul etdiyi qərarı əsassız və qanunsuz hesab edir. Belə ki, KQMBİ-yə ünvanladığı cinayət hadisəsi haqqında ərizəsini qəbul etməkdən imtina edir. Belə olan halda şikayətinin əsaslı və qanuni olduğunu və təmin olunmasını zəruri hesab edir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş şəxs Şikayət verən şəxs apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, hərəkətindən şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, məhkəmə kollegiyası materiala həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalı, verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. 122.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından şikayət məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə verilir. 212.3-cü maddəsinə əsasən təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər. 212.4.2-ci maddəsinə əsasən məhkəmə nəzarəti funksiyalarını həyata keçirən məhkəmə təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında verilmiş şikayət üzrə göstərilən qərarı ləğv edir və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətini bu Məcəllənin 207, 209 və 210-cu maddələrinin tələblərinin pozulmasına cəlb etməklə bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi barədə qərar qəbul edir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır. 124.1.2-ci maddəsinə görə hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar yalnız sübutlar vasitəsilə müəyyən edilir. 139.0.1 və 139.0.3-cü maddələrinə görə cinayət hadisəsinin baş vermə faktı və halları, eləcə də cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayət əlamətlərinin mövcudluğu cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ##.##.2026-cı il tarixli *-*-***/*-******/**** nömrəli məktubundan görünür ki, vətəndaş Şikayət verən şəxs müraciəti əsasında, eləcə də qeyd edilən şəxslə bağlı Baş İdarədə cinayət işi üzrə ibtidai istintaq və hər hansı cinayət xarakterli məlumat üzrə araşdırma aparılmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.1, 449.2.1 və 449.3.5-ci maddələrinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət işinin başlanmasının rədd edilməsi haqqında cinayət prosesini həyata keçirən orqanın qərarından məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 451.1.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim, barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 454-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması həmin Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-6)-240/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-240/2026
04.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver