Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-242/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Emin Zöhrab oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin icraata qəbul edilməsindən imtina edilməsi haqqında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarından məhkəmə nəzarəti ilə apellyasiya qaydasında verdiyi şikayətə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Daxi olmuş iş materiallarından görünür ki, Şikayət verən şəxs, Bakı şəhəri Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi Vüsal Quliyevin hərəkət və hərəkətsizliyinin və qərarlarının, həmçinin onun şübhəli şəxs kimi dindirilməsi protokolunun qanunsuz hesab edilərək ləğv edilməsi haqqında məhkəmə nəzarəti qaydasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim V.R.Qurbanov) ## ##### 2026-cı il tarixli qərarından görünür ki, şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Qərardan, Şikayət verən şəxs, məhkəmə nəzarəti ilə apellyasiya qaydasında şikayət vermişdir. Məhkəmə kollegiyası, Şikayət verən şəxs, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarından apellyasiya qaydasında verdiyi şikayəti nəzərdən keçirərək hesab edir ki, şikayət prosessual müddət buraxılmaqla verildiyindən birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 452.1-ci maddəsinə əsasən, elan olunduqdan sonra 3 (üç) gün müddətində həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, hakimin qərarından aşağıdakı qaydada ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror tərəfindən protest, təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi, habelə zərər çəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən isə şikayət verilə bilər. Sənədlərə əsasən, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli qərarından şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş 3 (üç) gün prosessual müddətin Şikayət verən şəxs tərəfindən buraxıldığı müəyyən edilmişdir. Belə ki, Şikayət verən şəxs, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarından apellyasiya qaydasında verdiyi şikayət, Umbakı Penitensiar Müəssisəsində ##.##.2026-cı il tarixdə qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası CPM-nin 202.4-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı şikayət və ya digər sənəd müddət keçənədək poçta, həbsdə olan və tibbi müəssisələrə yerləşdirilmiş şəxslər üçün isə şikayət və ya digər sənəd müddət keçənədək həbsdə saxlama yerinin və ya tibb müəssisəsinin müdiriyyətinə verilmişsə, müddət buraxılmış sayılmır. Şikayətin və ya digər sənədin poçta verilməsi tarixi poçtun ştempeli, həbsdə saxlama yerinin və ya tibb müəssisəsinin müdiriyyətinə verilmə tarixi isə dəftərxananın, yaxud həmin müəssisələrin vəzifəli şəxslərinin qeydlərinə əsasən müəyyən edilir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Beləliklə, qanunvericiliyin tələblərinə əsasən, Şikayət verən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarından prosessual müddət buraxılmaqla məhkəmə nəzarəti ilə apellyasiya qaydasında verdiyi şikayət materiallarla birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 203, 454 və 452.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayət verən şəxs, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarından prosessual müddət buraxılmaqla məhkəmə nəzarəti ilə apellyasiya qaydasında verdiyi şikayət materiallarla birlikdə birinci instansiya məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №6(3-6)-242/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-242/2026
04.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver