Məhkəmə qərarları › İş №6(3-6)-249/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-249/2026

08.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-249/2026 08.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər – İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), İbrahimov Zamin Vəliyəddin oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 qızının iştirakı ilə, Şikayətçi Şikayət verən şəxs Prokurorluq orqanlarının davamlı hərəkətsizliyi, korrupsiya faktlarının gizlədilməsi və effektiv hüquqi müdafiə vasitələrindən məhrum etməsinə dair məhkəmə nəzarəti qaydasında verilmiş şikayəti baxılmadan geri qaytarılması barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şikayət verən şəxs Prokurorluq orqanlarının davamlı hərəkətsizliyi, korrupsiya faktlarının gizlədilməsi və effektiv hüquqi müdafiə vasitələrindən məhrum etməsinə dair məhkəmə nəzarəti qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim G.Əsədova) ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı ilə şikayətçi Şikayət verən şəxs Prokurorluq orqanlarının davamlı hərəkətsizliyi, korrupsiya faktlarının gizlədilməsi və effektiv hüquqi müdafiə vasitələrindən məhrum etməsinə dair məhkəmə nəzarəti qaydasında verilmiş şikayəti baxılmadan geri qaytarılmışdır. Məhkəmənin həmin qərarından Şikayət verən şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarın ləğv edilməsini, Hərəkətindən (qərarından) şikayət verilən orqan prokuror nəzarəti qaydasında yuxarı instnasiyaların göstərişlərini icra etməməsi və CPM-nin 207-ci maddəsini pozaraq ##.##.2026-cı il tarixli və ##.##.2026-cı il tarixli müraciətlərini cavabsız qoyması qanunsuz hərəkətsizlik kimi tanınması, şikayətinin mahiyyəti üzrə baxılması üçün işi birinci instansiya məhkəməsinə geri göndərilməsini xahiş etmişdir. Şikayət verən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı ilə şikayətçi Şikayət verən şəxs Prokurorluq orqanlarının davamlı hərəkətsizliyi, korrupsiya faktlarının gizlədilməsi və effektiv hüquqi müdafiə vasitələrindən məhrum etməsinə dair məhkəmə nəzarəti qaydasında verilmiş şikayəti baxılmadan geri qaytarılmışdır. Şikayət ərizəsində konkret olaraq ***-C-** nömrəli material, Baş Prokurorluğun və Bakı Şəhər Prokurorluğunun icra olunmayan rəsmi göstərişləri göstərilsə də, hakim bu faktlara hüquqi qiymət verməkdən yayınmışdır. Prokurorluğun CPM-in 207-ci maddəsini pozması: Mənim ##.##.2026 və ##.##.2026-cı il tarixli ərizələrim üzrə prokurorluq CPM-in 207-ci maddəsinə əsasən 3 gündən (zəruri halda 10 gündən) gec olmayaraq cinayət işinin başlanması və ya rədd edilməsi haqqında qərar qəbul etməli idi. Prokurorluğun aylarla davam edən "susqunluğu" sadəcə inzibati ləngimə deyil, vətəndaşın hüquqlarım müdafiəsiz qoyan və korrupsiya faktlarım gizlədən prosessual hərəkətsizlikdir. Maddi sübutların və rəsmi sənədlərin mövcudluğu: Şikayətimdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, habelə FHN-in tikintinin qanunsuzluğu barədə rəsmi rəyləri, polis əməkdaşlarının (sahə müvəkkili Mehman Əhmədov,rəisi Anar Rüstəmov-İdarə rəisi Arzu Heydərov, əməliyyatçı Asif,özünü Müşfiq kimi təqdim edən polis işçisinin, obyekt yiyəsi Elşən Mişiyev, icarədar bıçaq çıxaran saqqallılar və Nemət İdrisli),ustalar rüşvət və hədə-qorxu faktlarım əks etdirən video görüntülər xatırladılmışdır. Məhkəmə bu qədər konkret fakt qarşısında "məzmun aydın deyil" deyərək əslində mühakimə icraatından imtina etmişdir. Əlavə olaraq bildirmək istəyirəm ki, ##.##.2024 tarixdə Nərimanov rayon ı məhkəməsinə məhkəmə nəzarəti qaydasmda müraciət etmişəm (möhürlü məhkəmə sənədi, çox sayda sübut-sənəd və disk təqdim etmişəm) lakin hakim Vüsal Qurbanov işimi təmin etməmişdir (İŞ № * (005)-67/2024). Səbail rayon məhkəməsinin hakimi Afət Quliyeva ##.##.2025 tarixli qərarında 6(009)-164/2025 qeyd edib ki, ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurorun hərəkət və hərəkətsizliyindən şikayət verilə bilər. Hakim Gültəkin xanım Əsədova 6(005)- 234/2025 (hakimin qeyd etdiyi 16-ci polis Amur Məmmədli) və Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasinm hakimi Məmmədov Əli 6(103)- 480/2025, subyektiv hüququm olaraq adıma gələn cavab məktublarma əsasən Prokurorluq tərəfindən Qərarlarm mən vətəndaşa təqdim olunmadığım bildikləri halda vəsatətlərini velə təmin etməyiblər. ##.##.2025 tarixdə Nərimanov Rayon Məhkəməsinə ( maddə 42) cinayət işindən əmələ gələn aidiyyatı üzrə təqdim.... - etdiyi iddia ərizəsini hakim X3 2(005)-5226/2025 təmin-etməmişdir; hakimin bir neçə qanunsuz əməlləri ilə bağlı ##.##.2025 tarixdə məhkəmə hüquq şurasına şikayət ərizəsi təqdim etmişdir. ##.##.2025 tarixli şikayətini 6(005)-300/2025 hakim Xaliqə Əlisoy və Apellasiya Məhkəməsinin Cinayət Kollegiyasinm hakimi Habil Məmmədli 6(103)- 583/2025 təmin etməmişdirlər. ##.##.2025-ci il tarixli hakim Gültəkin xanım Əsədova 6(005)- 331/2025 və ##.##.2025 tarixli Apellasiya Məhkəməsinin Cinayət Kollegiyasinm hakimi Faiq Qəniyev işimi təmin etməmişdirlər. ##.##.2026 tarixli hakim Tural Musayev 6(5-97)-16/2026 və##.##.2026-cı il tarixli Apellasiya Məhkəməsinin Cinayət Kollegiyasma hakimi Emin Mehdiyev rüşvət aldıqlarına görə işimi təmin etməmişdirlər 6(3-6)-57/2026 . ##.##.2026-cı il tarixli hakim Tural Musayev 6(5-97)-35/26 və ##.##.2026 tarixli Apellasiya Məhkəməsinin Cinayət Kollegiyasinm hakimi Zamin İbrahimov rüşvət aldıqlarına görə işimi təmin etməmişdirlər 6(3-6)-115/2026. ##.##.2026 tarixli hakim Gültəkin Əsədova 6(5-97)-64/2026 və ##.##.2026 tarixli Apellasiya Məhkəməsinin Cinayət Kollegiyasinm hakimi Cavid Hüseynov 6(3-6)-169/2026 işimi təmin etməmişdirlər. ##.##.2026 tarixli işimi 6(5-97)- 90/2026 Nərimanov Rayon məhkəməsinin SƏDRİ X2 (ətraflı əsaslandırmışam və sübutlar) rüşvət aldığına görə təmin etməmişdir. ##.##.2026 tarixli işimi 6(5-97)- 95/2026 hakim Kamal Babayev rüşvət aldığma görə təmin etməmişdir. ##.##.2026 tarixli şikayətimi hakim Gültəkin Əsədova 6(5-97)-99/2026 işimi təmin etməmişdir. AİHK-nm 6-cı maddəsi (Ədalətli məhkəmə araşdırması hüququ): Məhkəmənin formal bəhanə ilə şikayəti geri qaytarması mənim məhkəməyə müraciət etmək hüququmun (access to court) mahiyyətini zədələyir. AİHM presedentlərinə görə (məsələn, X5rşı), məhkəməyə müraciət hüququ illüzor deyil, praktiki və effektiv olmalıdır. AİHK-nm 13-cü maddəsi (Effektiv hüquqi müdafiə vasitələri hüququ): Baş Prokurorluğun (Fəqan Mahmudovun ##.##.2024 tarixli məktubu) və Bakı Şəhər Prokurorluğunun (##.##.2024 tarixli məktub)rəsmi göstərişləri aşağı prokurorluq tərəfindən icra edilmir və məhkəmə buna müdaxilə etmirsə, bu, dövlət daxilində heç bir effektiv müdafiə vasitəsinin qalmadığım sübut edir. AİHK-nm 8-ci maddəsi (Şəxsi və ailə həyatma hörmət hüququ): Evimin eyvanına - mətbəxinə bitişik qanunsuz böyük artırma və təhlükəli elektrik naqilləri hər iki bina sakinlərinin (imzaları) təhlükəsizliyinə birbaşa təhdiddir. Dövlətin pozitiv. Nərimanov Rayon Məhkəməsinin qərarı CPM-in 449-cu maddəsinin tələblərinə uyğun deyil və vətəndaşın hüquqlarını qorumaq funksiyasını yerinə yetirmir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, şikayətçi Şikayət verən şəxs məhkəmə iclasına gəlməmişdir və gəlməməsi barədə heç bir məlumat erməmişdir. Məhkəmə kollegiyası şikayətə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 450.3-cü maddəsinə əsasən onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, məhkəmə nəzarəti qaydasında şikayət baxılmadan geri qaytarılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin LII fəsli (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442-454-cü maddələri) ilə tənzimlənir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 28.4.4-cü maddəsinə əsasən isə cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq məhkəmələrin vəzifəsidir. Həmin Məcəllənin 442.2.2-ci maddəsinə əsasən məhkəmələr məhkəmə nəzarəti qaydasında həm də cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxırlar. Göründüyü kimi, birinci instansiyanın iş materialları məhkəmə nəzarəti qaydasında öyrənilərkən qeyd etmişdir ki, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin məzmunundan hərəkətsizliyini mübahisələndirdiyi orqana nə barədə müraciət etdiyi və bu müraciətin məzmununun nədən ibarət olduğu aydın olmur, bu da məhkəməyə verilən şikayətin cinayət-prosessual qanunvericilikdə məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən prosessual hərəkətlərə aid olub olmamasını müəyyən edilməsini qeyri-mümkün etdiyindən şikayətçi Şikayət verən şəxs şikayəti baxılmadan geri qaytarılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə qərara gəlmişdir. İş materallarına əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdir. Şikayətdə göstərilən dəlillərlə razılaşmır və hesab edir ki, mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 449.2.3-cü maddəsində qeyd edilir ki, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1.cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2.tutma və həbsdə saxlanılması; 449.3.3.tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4.həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.5.cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6.məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7.təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” ## #### 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şikayət etmək hüququ olan şəxslər məhkəmə nəzarəti qaydasında təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun məhkəməyədək icraat zamanı bütün prosessual qərar və hərəkətlərindən (hərəkətsizliyindən) deyil, yalnız qanunda nəzərdə tutulan aşağıdakı prosessual hərəkət və qərarlarından şikayət verə bilərlər: - cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; - tutulma və həbsdə saxlanması; - tutulmuş şəxslərin hüquqlarının pozulması; - həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; - cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; - məhkəmənin qərarı olmadan istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; -təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.3.1- 449.3.7-ci maddələri). Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən bu prosessual hərəkət və qərarların dairəsi qətidir və cinayət prosesini həyata keçirən orqanın digər prosessual hərəkət və qərarlarından şikayət verilməsi yolverilməzdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, yalnız Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 449.3-cü maddəsində konkret olaraq göstərilmiş hallarla bağlı hərəkətlərdən və ya qərarlardan məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, məhkəmə nəzarəti qaydasında Şikayət verən şəxs şikayətinin baxılmadan geri qaytarılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarının ləğv edilməsi üçün hazırki vəziyyətdə əsaslar, eləcə də cinayət prosessual qanunvericiliyinin və digər qanunların tələblərinin, eləcə də Avropa Konvensiyasının müddəalarının pozulması halları müəyyən edilmədiyindən, məhkəmənin həmin qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 452, 453 və 454 -cü maddələrini rəhbər tutaraq qərara alır: Məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Şikayətçi Şikayət verən şəxs Prokurorluq orqanlarının davamlı hərəkətsizliyi, korrupsiya faktlarının gizlədilməsi və effektiv hüquqi müdafiə vasitələrindən məhrum etməsinə dair məhkəmə nəzarəti qaydasında verilmiş şikayəti baxılmadan geri qaytarılması barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: Zamin İbrahimov Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar