Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-258/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Murad Akif oğlu və Ibrahimov Zamin Vəliyəddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Şikayət verən şəxs “Əməliyyat axtarış fəaliyyəti haqqında” Qanunun 4-cü maddəsinə əsasən əməliyyat axtarış tədbirinin qanunsuz hesab edilməsi və əməliyyat-qeydiyyat işinin materiallarının məhkəməyə təqdim olunması haqqında verilmiş məhkəmə nəzarəti qaydasında şikayətin baxılmasından imtina edilərək şikayətin geri qaytarılmasına dair Bakı şəhər Xəzər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-**/**** saylı qərarından şikayətçinin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında həmin qərarın qanuniliyini və əsaslığını yoxlayaraq Müəyyən e t d i: Iş materiallarından görünür ki, Şikayət verən şəxs şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanunun 4-cü maddəsinin V hissəsinin tələblərini rəhbər tutaraq, Şikayət verən şəxs barəsində daxil olmuş "əməliyyat məlumatı"nın həqiqiliyini, daxil olma tarixini və saatını yoxlamaq məqsədilə, HNBGI-dən həmin məlumatın qeydiyyata alındığı əməliyyat-qeydiyyat işinin materiallarının (məlumatı verən şəxsin kimliyini sirr saxlamaq şərti ilə) məhkəməyə təqdim edilməsi barədə məcburi qərar qəbul edilməsi, Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük Idarəsi tərəfindən ## ####### 2025-ci il tarixdə Şikayət verən şəxs barəsində heç bir əsaslı əməliyyat məlumatı olmadan həyata keçirilmiş əməliyyat-axtarış tədbirinin, o cümlədən bu tədbirə əsas olmuş ## ####### 2025-ci il tarixli raportun və Qərarın qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarına əsasən Şikayət verən şəxs “Əməliyyat axtarış fəaliyyəti haqqında” Qanunun 4-cü maddəsinə əsasən əməliyyat axtarış tədbirinin qanunsuz hesab edilməsi və əməliyyat-qeydiyyat işinin materiallarının məhkəməyə təqdim olunması haqqında verilmiş məhkəmə nəzarəti qaydasında şikayətin baxılmasından imtina edilərək şikayət geri qaytarılmışdır. Həmin qərardan narazı qalan şikayətçinin müdafiəçisi apellyasiya şikayəti verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında şikayətçinin müdafiəçisi yazılı ərizə ilə müraciət edərək apellyasiya şikayətindən imtina etdiyini bildirərək şikayətə baxılmasına xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 396-cı maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayətindən imtina qəbul olunmalı və verilmiş şikayətə baxılmasına xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 396-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərəra a l ı r: Apellyasiya şikayətindən imtina qəbul olunsun. Şikayət verən şəxs “Əməliyyat axtarış fəaliyyəti haqqında” Qanunun 4-cü maddəsinə əsasən əməliyyat axtarış tədbirinin qanunsuz hesab edilməsi və əməliyyat-qeydiyyat işinin materiallarının məhkəməyə təqdim olunması haqqında verilmiş məhkəmə nəzarəti qaydasında şikayətin baxılmasından imtina edilərək şikayətin geri qaytarılmasına dair Bakı şəhər Xəzər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-**/**** saylı qərarından şikayətçinin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Qərardan şikayət və ya protest verilə bilməz. Sədrlik edən: Qədim Babayev Hakimlər: Murad Məmmədov Zamin Ibrahimov
Məhkəmə qərarları › İş №6(3-6)-258/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-258/2026
13.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver