Məhkəmə qərarları › İş №6(3-6)-259/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-259/2026

15.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-259/2026 15.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Emin Zöhrab oğlunun sədrliyi və məruzəsilə, X3 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, Bakı şəhəri Sabunçu RPI-nin IŞ-nin müstəntiqi X2, müdafiəçi - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs iştirakları ilə, Şikayət verən şəxs, Bakı şəhəri Sabunçu RPI-nin IŞ-nin müstəntiqi Fərid Rzayev tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli “cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərardan məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin qismən təmin olunması haqqında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarından, müdafiəçi Müdafiəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş istintaq materiallarından görünür ki, Şikayət verən şəxs, tanışı X4 rayonların birinə Icra Hakimiyyəti başçısı vəzifəsinə təyin olunacağı və onu özü ilə köməkçi və ya sürücü kimi aparacağına dair yalan vəd verib aldadaraq 50.000 manat pulunun dələduzluq yolu ilə ələ keçirməsi barədə Bakı şəhəri Sabunçu RPI-nə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Sabunçu RPI-nin IŞ-nin müstəntiqi X2 tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli qərardan görünür ki, Şikayət verən şəxs müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan, Şikayət verən şəxs, məhkəmə nəzarəti qaydasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim G.İ.Məmmədova) ## ### 2026-cı il tarixli qərarından görünür ki, şikayət qismən təmin edilərək, toplanmış material üzrə araşdırmanın davam etdirilməsi üçün Bakı şəhəri Sabunçu RPI-nin IŞ-nin müstəntiqi Fərid Rzayev tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar ləğv olunmuş və qərarın icrasına nəzarət ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora həvalə edilmişdir. Qərardan, barəsində şikayət verilmiş şəxs X4 mənafeyinə aid hissədə müdafiəçi Müdafiəçi məhkəmə nəzarəti ilə apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin xüsusatlarına diqqət yetirmədən, ərizəçinin yalan ifadələrinə əsaslanmış, hadisələrin baş vermə ardıcıllığında mövcud olan uyğunsuzluqları və ərizəçini xarakterizə edən amillərə diqqət yetirməmişdir. Bundan başqa, Şikayət verən şəxs Həsən oğlunun məhkəmədə verdiyi izahatlarda da, guya Z.Rəhimovun onu özünə sürücü və ya köməkçi kimi düzəldəcəyini şifahi qaydada bildirsədə, qeyd etdiyi xüsusatlarla əlaqədar heç bir sübut təqdim edə və tələbini əsaslandıra bilməmiş, zaman xronologiyasını və məbləğləri ümumiyyətlə cavablıya bilməmiş, məhkəmə iclası zamanı onun yalandan iddia qaldırdığı müəyyən olunmuşdur. Məhkəmə iclasında, müdafiəçi Müdafiəçi, şikayətin dəlillərinə uyğun çıxış edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında, müstəntiq X2, məhkəmə nəzarəti qaydasında şikayət vermiş Şikayət verən şəxs müraciəti üzrə qəbul olunmuş ## ##### 2026-cı il tarixli “cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərarın əsaslı olduğunu qeyd etmişdir. Məhkəmə iclasında, məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş şikayəti, iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi, Şikayət verən şəxs, Bakı şəhəri Sabunçu RPI-nin IŞ-nin müstəntiqi Fərid Rzayev tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli qərardan məhkəmə nəzarəti qaydasında verdiyi şikayətə münasibətdə qərar qəbul edərkən, daxil olmuş şikayətin məzmununa uyğun olaraq, işin araşdırılmamış hallarına, qanunun tələbinə istinad edərək gəldiyi nəticəni əsaslandırmışdır. Həmin nəticə qanunun tələbinə və şikayətin məzmununa uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, verilmiş şikayət, mübahisələndirilən qərarın qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən, Şikayət verən şəxs vermiş olduğu şikayət üzrə aparılmış araşdırmanın nəticəsi olaraq qəbul olunmuş prosessual qərarın, birinci instansiya məhkəməsinin qərarında qeyd olunan, “konkret pul məbləğləri və tarixlər, müxtəlif vaxtlarda və müxtəlif formalarda pulun verilməsi halları, bank əməliyyatları, audio və yazışmanın mövcudluğu, habelə pulun verilməsini təsdiqləyən şahidlərin izahatı” ilə və digər xüsusatlarla bağlı zəruri halların araşdırılmamasına münasibətdə kifayət qədər əsaslı olmadığını nəzərə alır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Şikayət verən şəxs, məhkəmə nəzarəti qaydasında verdiyi şikayətdə, “Bank ödənişləri, audio və video materiallar, şahid ifadələri və digər sübutlar”, haqqında qeyd etdiyi məlumatların mötəbərliyi və mümkünlüyü, habelə aparılan araşdırma işi ilə əlaqəli sübutu əhəmiyyətə malik olub-olmaması yoxlanılmalı və həmin xüsusatlara məcmu halda, işin həqiqi halları ilə müqayisədə hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 207.4-cü maddəsinə əsasən, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ərizəçilərdən əlavə sənədləri, onlardan və digər şəxslərdən izahatları tələb edə, bu maddə ilə nəzərdə tutulmuş istintaq və digər prosessual hərəkətlərini apara və ekspertiza təyin edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Şikayət verən şəxs müraciəti üzrə Bakı şəhəri Sabunçu RPI-nin IŞ-nin müstəntiqi Fərid Rzayev tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarın ləğv olunmasının əsaslarına dair, birinci instansiya məhkəməsinin qərarında göstərilən xüsusatlar, işin mübahisəli hallarına və qanunvericiliyin tələblərinə uyğundur. Odur ki, yuxarıda qeyd olunan xüsusatlara, maddi və prosessual hüquq normalarının tələblərinə əsasən, şikayət təmin edilməməli və Bakı şəhəri Sabunçu RPI-nin IŞ-nin müstəntiqi X2 tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarın ləğv olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 454-cü maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 453.6.1-ci maddəsinə əsasən, qərarın qanuniliyinin və əsaslılığının yoxlanılması üzrə məhkəmə iclasının yekununda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlaması barədə qərar qəbul edir. Şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 453-454-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L D İ: Müdafiəçi Müdafiəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu RPI-nin IŞ-nin müstəntiqi X2 tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarın ləğv olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilməsin. Qərar qətidir, ondan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar