Məhkəmə qərarları › İş №6(3-6)-261/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-261/2026

14.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-261/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Murad Akif oğlu və Ibrahimov Zamin Vəliyəddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Şübhəli şəxs müdafiəçisi Müdafiəçi Suraxanı rayon Polis Idarəsinin müstəntiqi Orxan Allahquliyevin «cinayət işi üzrə icraatın dayandırılması haqqında» ## #### 2026-cı il tarixli qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq müəyyən e t d i: Şübhəli şəxs müdafiəçisi Müdafiəçi Suraxanı rayon Polis Idarəsinin müstəntiqi Orxan Allahquliyevin «cinayət işi üzrə icraatın dayandırılması haqqında» ## #### 2026-cı il tarixli qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayəti ## ##### 2026-cı il tarixdə Suraxanı Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs Şübhəli şəxs müdafiəçisi kimi ona hüquqi xidmət göstərir. Həmin cinayət işi üzrə Şübhəli şəxs ibtidai istintaq dövründən hüquqi yardım göstərir. Qeyd edir ki, cinayət işi materialları ilə tanış olarkən məlum olmuşdur ki, işin materiallarında Bakı şəhəri Suraxanı Polis Idarəsinin müstəntiqi Orxan Allahquliyevin cinayət işi üzrə icraatın dayandırılması haqqında ## #### 2026-cı il tarixli qərarı mövcuddur. Həmin qərarda qeyd olunur ki, guya ## #### 2026-cı il tarixdə müstəntiq onunla əlaqə saxlamış və o bildirmişdir ki, təqsirləndirilən şəxs xəstədir və istintaqda iştirak edə bilmir. Lakin belə bir hal ümumiyyətlə baş verməmişdir. Bu hal tamamilə səhv məlumat olmaqla, müddəti dayandırmaq üçün edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarına əsasən Şübhəli şəxs müdafiəçisi Müdafiəçi Suraxanı rayon Polis Idarəsinin müstəntiqi Orxan Allahquliyevin «cinayət işi üzrə icraatın dayandırılması haqqında» ## #### 2026-cı il tarixli qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməmişdir. Həmin qərardan narazı qalan müdafiəçi Müdafiəçi şikayətlə eyni məzmunlu apellyasiya şikayəti verərək cinayət işi üzrə Bakı şəhəri Suraxanı rayon Polis Idarəsinin müstəntiqi Orxan Allahquliyevin cinayət işi üzrə icraatın dayandırılması haqqında ## #### 2026-ci il tarixli qərarında cinayət işinin ibtidai istintaqının Cinayət-Prosessual Məcəlləsinin 53.1.4-cü maddəsinə əsasən dayandırılması qeyd olunmuşdur. Lakin həmin qərarın təqsirləndirilən şəxsə və onun müdafiəçi kimi ona təqdim edilməsi və onun xəstəliyi ilə bağlı hər hansı sənəd iş materiallarında mövcud deyil. Bununla belə birinci instansiya məhkəməsi əsassız olaraq şikayəti təmin etdiyindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini və şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Şübhəli şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasınında prokurorluğun nümayəndəsi və müstəntiq iştirak etmədiyindən məhkəmə iclasının onların iştirakı olmadan davam etdirilməsi mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, şikayətdə göstərilənləri müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Suraxanı rayon Polis Idarəsinin Istintaq Şöbəsinin müstəntiqi, R Orxan Allahquliyev tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli arayışdan görünür ki, təqsirləndirilən şəxs Şübhəli şəxs müdafiəçisi Müdafiəçi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi üzərindən zəng edib Şübhəli şəxsla istintaq hərəkətlərinin keçirilməsi üçün onu istintaq şöbəsinə dəvət edərkən təqsirləndirilən şəxs Yevlax rayonunda olduğuna və xəstə olduğuna görə, onunla keçirilməli olan istintaq hərəkətlərində iştirak edə bilməyəcəyini və sağaldığı təqdirdə özü istintaq şöbəsinə gələcəyini bildirmişdir. Suraxanı rayon Polis Idarəsinin IŞ-in baş müstəntiqi Orxan Allahquliyevin «cinayət işi üzrə icraatın dayandırılması haqqında» ## #### 2026-cı il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Şübhəli şəxs xəstə olması nəzərə alınaraq cinayət işi üzrə icraat dayandırılmışdır. Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq hesab etmişdir ki, Şübhəli şəxs müdafiəçisi Müdafiəçi şikayəti təmin olunmamalıdır. Belə ki, qərardan şikayət vermiş müdafiəçi Müdafiəçi Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli hazırlıq iclasında ## #### 2026-cı il tarixli iş üzrə icraatın dayandırılması haqqında müstəntiqin qərarından məhkəmə nəzarəti qaydasında ## ##### 2026-cı il tarixdə Suraxanı Rayon Məhkəməsinə şikayət verməsini qeyd etsə də həmin xüsusat üzrə məhkəmə tərəfindən hazırlıq iclası təxirə salınmadan iş məhkəmə baxışına verilmişdir. Həmçinin, Suraxanı rayon Polis Idarəsinin müstəntiqi Orxan Allahquliyevin ## #### 2026-cı il tarixli cinayət işi üzrə icraatın dayandırılması barədə qərarının ləğv edilməsi üçün əsas yoxdur. Buna səbəb isə həmin qərardan sonra dayandırma halını aradan qaldıran ## #### 2026-cı il tarixli iş üzrə icraatın təzələnməsi barədə qərarın qəbul edilməsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 442.2.2-ci maddəsinə əsasən, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: 449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); 449.1.2. tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin; 449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; 449.1.4. müstəntiqin; 449.1.5. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: 449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; 449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; 449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər. 449.3-cü maddəsinə uyğun olaraq bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.4-1. şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; 449.3.4-2. şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; 449.3.4-3. ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. 451-ci maddəsinin tələbinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi və ya barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərar çıxarır. 454-cü maddəsinə əsasən istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası birinci instansiya məhkəsinin qərarı ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlillərində müdafiəçi Müdafiəçi tərəfindən qərarın ləğv edilməsi və ya dəyişdirilməsinə əsas ola biləcək heç bir sübut əlavə edilməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 453.6.1-ci maddəsini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Qərara a l d ı: Müdafiəçi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şübhəli şəxs müdafiəçisi Müdafiəçi Suraxanı rayon Polis müstəntiqi Orxan Allahquliyevin «cinayət işi üzrə icraatın dayandırılması haqqında» ## #### 2026-cı il tarixli qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət və ya protest verilə bilməz. Sədrlik edən: Qədim Babayev Hakimlər: Murad Məmmədov Zamin Ibrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar