Məhkəmə qərarları › İş №6(3-6)-267/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-267/2026

18.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-267/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, şikayət vermiş şəxs Şikayət verən şəxs Zəkram oğlunun iştirakları ilə, Şikayət verən şəxs Zəkram oğlunun Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru X4 ***-C-** saylı material üzrə "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" ## ###### 2025-ci il tarixli qərarının qanunsuz hesab edilməsi, pozulmuş hüquq və azadlıqlarının bərpa edilməsi üçün təxirəsalınmaz zəruri tədbirlərin görülməsinə dair qərar qəbul edilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)- **/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından Şikayət verən şəxs Zəkram oğlu tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavəyə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs Zəkram oğlu məhkəmə nəzarəti qaydasında şikayət verərək, Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru X4 ***-C-** saylı material üzrə "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" ## ###### 2025-ci il tarixli qərarının qanunsuz hesab edilməsi, pozulmuş hüquq və azadlıqlarının bərpaedilməsi üçün təxirəsalınmaz zəruri tədbirlərin görülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, saxlanıldığı Penitensiar Xidmətin Umbakı müəssisəsində işgəncə, qəddar, qeyri-insani və ləyaqəti alçaldan hərəkətlərə məruz qalmışdır. Bununla bağlı müəssisədən kənar vasitələrlə Prokurorluğun Xidməti Araşdırmalar Idarəsinə müraciət olunmuşdur. Araşdırma nəticəsində cinayət işinin başladılmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Hesab edir ki, iş üçün əhəmiyyət kəsb edən, şikayətin əsaslılığının yoxlanılması, zəruri olan sənəd və maddi sübutlar-***-C-** nömrəli, ## ###### 2025-ci il tarixli materialı məhkəmə iclası başlananadək bütün materialların əvvəlcədən öyrənilməsi üçün adıçəkilən idarədən tələb edilməlidir. Yuxarıdakıları nəzərə alıb, həmin idarənin prokuroru Ramil Qurbanovun 05 noyfabr 2025-ci il tarixli qərarının qanunsuz hesab edilməsi, pozulmuş hüquq və azadlıqlarının bərpa edilməsi üçün təxirəsalınmaz zəruri tədbirlərin görülməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Ülviyyə Şükürova) Şikayət verən şəxs Zəkram oğlunun Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru X4 ***-C-** saylı material üzrə "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" ## ###### 2025-ci il tarixli qərarının qanunsuz hesab edilməsini, pozulmuş hüquq və azadlıqlarının bərpa edilməsi üçün təxirəsalınmaz zəruri tədbirlərin görülməsi barədə qərar qəbul edilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayət təmin edilməmiş, Azərbaycan Respublikası Baş Prokuroruluğunun Xidməti Araşdırmalar Idarəsinin ## ###### 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı qanuni hesab edilmişdir. Həmin qərardan şikayətçi Şikayət verən şəxs Zəkram oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, barəsində tətbiq olunmuş cəza ədalətsizdir. Müəssisəyə gəldiyi gündən hüquq və azadlıqları, məhkəməyə şikayət etmək hüquqları qanunsuz olaraq məhdudlaşdırılmışdır. Həmçinin, qərardan Şikayət verən şəxs Zəkram oğlu apellyasiya şikayətinə əlavə verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilərək qanunsuz hesab eidlməsi və işin araşdırılmasını aidiyyatı üzrə prokurorluq orqanlarına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əlavənin dəlilləri onunla əsaslandırılmışdır ki, ibtidai araşdırmanı aparan prokuror məhbus şahidlərin yazılı izahatını almamış, izahatında adlarını çəkdiyi Fərahim adlı məhkum da həmin zaman eyni işgəncə, qəddar, qeyri-insani və ləyaqəti alçaldan hərəkətlərə məruz qalmışdır. Həm də ona qarşı edilən işgəncələrə şahid olmuşdur. Bundan əlavə yazılı izahatları alınan vəzifəli şəxslərin izahatlarında izahatın tarixi, yeri göstərilməmişdir. Mütəmadi belə hərəkətlərlə bağlı hər dəfə eyni yazılı qaydada müraciətlərindən sonra hər hansı yazılı izahatı alınmamışdır. Belə hallarda araşdırmanı aparan şəxslərin maraqlarının olmasını istisna etmir. Izahatını alan Teymur T-va ekspert ilə birlikdə müəssisəyə gəlməsinə icazə verilsə də, o, eksperti gətirməmiş, xəsarəti özləri ilə görmüşdür. Yalnız 2 ya 14 gün keçəndən sonra digər şəxslə birlikdə ekspert gəlmişdir ki, o zaman xəsarətlər və izlər itmişdir. Hesab edir ki, araşdırma səthi aparılmış, qəbul edilən qərar qanunsuzdur. Məhkəmə kollegiyasının iclasında məhkəmə nəzarəti qaydasında şikayət vermiş Şikayət verən şəxs Zəkram oğlu apellyasiya şikayətinin və əlavənin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin və apellyasiya şikayətinə əlavənin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, işdə iştirak edən şəxslərin çıxışlarını dinləyərək, belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)- **/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Baş Prokuroruluğunun Xidməti Araşdırmalar Idarəsinin ## ###### 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, materiala əlavə edilmiş Səhiyyə Nazirliyinin “xxxx” X3 Qaradağ rayon şöbəsinin ##.##.2025-ci il tarixli *** nömrəli rəyindən görünür ki, Şikayət verən şəxs Zəkram oğlunun məhkəmə-tibbi ekspertizası zamanı bədəni səthində xəsarət aşkar edilməmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. Qeyd olunan Məcəllənin 449.2-ci maddəsinin tam mətnindən göründüyü kimi cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi (maddə 449.2.1); zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi (maddə 449.2.2); qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər (maddə 449.2.3). Həmin Məcəllənin 449.3-cü maddəsində göstərilir ki, bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət prosesini həyata keçirən orqanın cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi, tutulma və həbsdə saxlanılması, tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması, həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi, cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi, məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat axtarış tədbirinin həyata keçirilməsi, təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması ilə bağlı prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 449.3.5-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər məhkəməyə şikayət vermək hüququna malikdirlər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, təhqiqat orqanı düzgün olaraq izahatlara və Səhiyyə Nazirliyinin “xxxx” X3 Qaradağ rayon şöbəsinin ##.##.2025-ci il tarixli *** nömrəli rəyinə mötəbər sübut kimi istinad edərək Şikayət verən şəxs Zəkram oğlunun məhkəmə-tibbi müayinəsi zamanı ## ###### 2025-ci il tarixə bədəni səthində xəsarət aşkar edilmədiyindən toplanmış material üzrə cinayət işi başlanmasını rədd etməkdə haqlı olmuşdur. Həmçinin məhkəmə araşdırması zaman şikayət verən şəxs Şikayət verən şəxs Zəkram oğlu tərəfindən qərarın ləğvi ilə bağlı heç bir mötəbər sübut təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ###### 2025-ci il tarixli qərarından qərarının ləğv edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, yenidən araşdırma zamanı bütün zəruri tədbirlər həyata keçirilmiş, həmçinin, şikayət verilmiş Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru X4 ***-C-** saylı material üzrə "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" ## ###### 2025-ci il tarixli qərar cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmiş, iş üzrə toplanmış materiallar yetərincə araşdırılmış və əldə olunan dəlillər əsasında əməldə cinayət tərkibinin olması öz təsdiqini tapmamışdır. Kollegiya belə hesab edir ki, birinci instaniya məhkəməsi barəsində şikayət verilən qərar üzrə və həmin qərarın qəbul edilməsinə əsas olmuş material üzrə ibtidai araşdırma aparmış şəxs kifayət qədər araşdırma aparmışdır, cinayət hadisəsinin olub-olmamasını müəyyən etmək üçün bütün prosessual hərəkətlər yerinə yetirilmiş, sübutlar araşdırılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusundan müəyyən edilmişdir ki, Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru X4 prosessual qanunvericiliyin tələblərinə əməl edərək sübutların toplanması, araşdırma apararaq və digər prosessual hərəkətlər həyata keçirərək, əməldə cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanmasının rədd olunması barədə qərarı qanuni hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti və əlavə ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan sənədləri və ifadələri birinci instansiya məhkəməsi ətraflı araşdıraraq, istintaq orqanının qərarının qanuniliyini yoxlayarkən düzgün, əsaslı və qanuni nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, məhkəmə və prokuror tərəfindən işin halları tam və hərtərəfli araşdırılmış, iş üçün mühüm əhəmiyyət kəsb edən hallara hüquqi qiymət verilmişdir. Ona görə də, məhkəmə kollegiyası belə hesab edir ki, Şikayət verən şəxs Zəkram oğlu tərəfindən verilmiş apellyasiya şikayəti və əlavə əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şikayətçi Şikayət verən şəxs Zəkram oğlu tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin edilməsin. Şikayət verən şəxs Zəkram oğlunun Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru X4 ***-C-** saylı material üzrə "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" ## ###### 2025-ci il tarixli qərarının qanunsuz hesab edilməsi, pozulmuş hüquq və azadlıqlarının bərpa edilməsi üçün təxirəsalınmaz zəruri tədbirlərin görülməsi barədə qərar qəbul edilməsinə dair məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)- **/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından Şikayət verən şəxs Zəkram oğlu tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Qədim Babayev Aqil Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar