Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-270/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə, Şikayət verən şəxs Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin baş müstəntiqi X2 “barəsində həbs qətimkan tədbiri seçilməsi” haqqında vəsatətinin qanunsuz hesab edilməsi və ləğv olunması barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin geri qaytarılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Şikayət verən şəxs Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin baş müstəntiqi X2 “barəsində həbs qətimkan tədbiri seçilməsi” haqqında vəsatətinin qanunsuz hesab edilməsi və ləğv olunması barədə məhkəmə nəzarəti qaydasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, ## ###### 2024-cü ildə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin həbs qətimkan tədbiri qərarı prokurorun təqdimatına, prokurorun təqdimatı isə müstəntiqin barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında vəsatətinə əsaslanmışdır. Ibtidai istintaq həbs qətimkan tədbirini qanunsuz olaraq ## #### 2024-cü ildə Afiyyədin Sadıqovun barəsində verdiyi şikayət ərizəsindəki yalanlar və onun istintaqdan yayınmaq təhlükəsinin olması ilə əsaslanmışdır. O, istintaqdan yayınmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş şikayətin baxılmadan ona geri qaytarılması qərara alınmışdır. Məhkəmənin həmin qərarından şikayətçi Şikayət verən şəxs qərarın qanunsuz və əsassız olmasını qeyd edərək, apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarın ləğv edilməsini və ilkin şikayətin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış şikayətçi məhkəmə iclasına gətirilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 450.3-cü maddəsinə əsasən şikayətə qeyd olunan şikayətçinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin dəlillərini araşdıraraq, belə hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, məhkəmə nəzarəti qaydasında şikayətinin baxılmadan geri qaytarılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin LII fəsli (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 442-454-cü maddələri) ilə tənzimlənir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 28.4.4-cü maddəsinə əsasən isə cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq məhkəmələrin vəzifəsidir. Həmin Məcəllənin 442.2.2-ci maddəsinə əsasən məhkəmələr məhkəmə nəzarəti qaydasında həm də cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxırlar. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunda cinayət prosesini həyata keçirən orqanın məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən prosessual hərəkətlərinin və ya qərarlarının dairəsi dəqiq müəyyən edilmiş, “barəsində həbs qətimkan tədbiri seçilməsi” haqqında vəsatətdən məhkəmə nəzarəti qaydasında şikayət verilməsi nəzərdə tutulmamışdır. Ona görə məhkəmə nəzarəti qaydasında şikayətə baxıla bilməz, ona görə də şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsində qeyd edilir ki, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1.cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan digər şəxslər müddəasının şərh edilməsinə dair” ## #### 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şikayət etmək hüququ olan şəxslər məhkəmə nəzarəti qaydasında təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun məhkəməyədək icraat zamanı bütün prosessual qərar və hərəkətlərindən (hərəkətsizliyindən) deyil, yalnız qanunda nəzərdə tutulan aşağıdakı prosessual hərəkət və qərarlarından şikayət verə bilərlər: cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; tutulma və həbsdə saxlanması; tutulmuş şəxslərin hüquqlarının pozulması; həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; məhkəmənin qərarı olmadan istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.3.1-449.3.7-ci maddələri). Yuxarıda qeyd olunanlardan göründüyü kimi, yalnız Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 449.3-cü maddəsində konkret olaraq göstərilmiş hallarla bağlı hərəkətlərdən və ya qərarlardan məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilə bilər. Qeyd edilənlər şikayətin əsassız olmasını təsdiq edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə nəzarəti qaydasında şikayətinin geri qaytarılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsi və apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin həmin qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 452, 453 və 454-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkəmə nəzarəti qaydasında şikayət vermiş Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Şikayətçi Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin geri qaytarılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı məhkəmə nəzarəti qaydasında şikayət vermiş Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Aqil Musayev Qədim Babayev
Məhkəmə qərarları › İş №6(3-6)-270/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-270/2026
18.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver