Məhkəmə qərarları › İş №6(3-6)-276/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-276/2026

18.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-276/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Babayev Qədim Xalid oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Murad Akif oğlu və Ibrahimov Zamin Vəliyəddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Şikayətçi Şikayət verən şəxs MMC-nin təsisçisi X1 oğlunun iştirakları ilə, Şikayət verən şəxs MMC-nin təsisçisi X1 məhkəmə nəzarəti qaydasında verdiyi şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarından Şikayət verən şəxs MMC-nin təsisçisi X1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı baxış iclası keçirərək müəyyən e t d i: Hüquqi şəxs Şikayət verən şəxs MMC-nin təsisçisi X1 məhkəmə nəzarəti qaydasında şikayətlə məhkəməyə müraciət edərək, sübutların qiymətləndirilməsi haqqında qərarın 6-ci hissəsinə uyğun qəbul olunmuş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi, müstəntiq Ziyafət Quliyevin hərəkətlərinin qanunsuz hesab olunması və Şikayət verən şəxs MMC-nin pozulmuş hüquq və azadlıqlarının bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 2022-ci il ## ###### tarixində H.Əliyev prospektində beynəlxalq yükdaşımaları həyata keçirmək üçün verilən icazələrin verilməməsinə görə - korrupsiyaya görə şirkət tərəfindən dinc aksiya edildiyinə görə qanunsuz olaraq həbs olunmuşdur. Açılmış cinayət işi araşdırılması üçün Bakı şəhər Baş Polis Idarəsinə göndərilmişdir. Işin istintaqını aparan müstəntiq Tofiq Namazov yuxarıda qeyd edilən korrupsiya faktının araşdırılması üçün ## ##### 2022-ci il tarixli qərarla material şəklində ayıraraq aidiyyəti üzrə Nərimanov rayon prokurorluğuna göndərmişdir. Buna uyğun əvvəllər də saxlanıldığı * saylı Istintaq Təcridxanasında həmin rayonun müstəntiqi Aytəkin Əhmədova izahatını almışdır. Bundan sonra iş araşdırmanın davam etdirilməsi üçün ## ### 2022-ci il tarixində Bakı şəhər prokurorluğuna, ## ### 2022-ci ildə isə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinə göndərilmişdir. Bunun nəticələrini öyrənmək üçün ## ##### 2025-ci il tarixində həmin idarəyə, ## #### 2025-ci il tarixində Azərbaycan Respublikası Insan Hüquqları üzrə Müvəkkili Səbinə xanım Əliyevaya ## ######## 2025-ci il tarixində isə hər iki göstərilən yerlərin rəhbərlərinə müraciət etmişdir. Buna uyğun cavab alınmadığı üçün məhkəmə nəzarəti qaydasında ## ####### 2025-ci il tarixində Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir və iclas zamanı ona məlum olmuşdur ki, cinayət işinin başladılmasının rədd edilməsi barədə ## #### 2023-cü il tarixli qərar qəbul olunmuşdur. Lakin bu barədə hər hansı bir məlumat və ya qərar qanunvericiliyə uyğun daxil olmamışdır və iclas zamanı bu qərarı bir daha istəsə də, məhkəmə tərəfindən ona təqdim olunmamışdır. Qeyd edilən araşdırmaya görə faktiki olaraq cinayət işi açılsa da, onlara elan edilməyən səbəblərdən araşdırmanın aparılması dayandırılmış, daha sonra icraat təzələnmiş və cinayət işinin başladılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Yeni əsaslar yarandığından müraciətləri zəruridir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarına əsasən Hüquqi şəxs Şikayət verən şəxs MMC-nin təsisçisi X1 Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin Istintaq Idarəsi tərəfindən qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında qərarın 6-ci hissəsinə uyğun qəbul olunmuş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardan narazı qalan Şikayət verən şəxs MMC-nin təsisçisi X1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının icalsında şikayətçi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, şikayətdə göstərilənləri müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hüquqi şəxs Şikayət verən şəxs MMC-nin təsisçisi X1 Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin Istintaq Idarəsi tərəfindən qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında qərarın 6-ci hissəsinə uyğun qəbul olunmuş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından məhkəmə nəzarəti qaydasında verilmiş şikayət və ona əlavə edilmiş digər sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)- ***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarından görünür ki, X1 Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin Istintaq Idarəsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş ## #### 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan şikayət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 6(3-6)- **/**** saylı, ## ###### 2026-cı il tarixli qərarına əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)- ***/**** saylı, ## ###### 2026-cı il tarixli qərarından verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 122.2-ci maddəsinə əsasən “Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət aşağıdakılara verilir: 122.2.1. təhqiqatçının və ya müstəntiqin hərəkətindən və ya qərarından — ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora; 122.2.2. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətindən və ya qərarından — yuxarı prokurora; 122.2.3. bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından — məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə; 122.2.4. bu Məcəllədə nəzərdə tutulmuş hallarda məhkəmənin hərəkətlərindən və ya qərarlarından — yuxarı məhkəməyə”. 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. 449.2-ci maddəsinin tələbinə əsasən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.4-1. şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; 449.3.4-2. şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; 449.3.4-3. ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkəmə nəzarəti qaydasında verilmiş şikayətə mahiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərar qəbul edilmiş, eyni zamanda sözügedən qərar Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-**/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bu səbəbdən də, Şikayət verən şəxs MMC-nin təsisçisi X1 məhkəmə nəzarəti qaydasında verilmiş şikayət və ona əlavə olunmuş sənədlərin geri qaytarılmalısı barədə birinci instansiya məhkəməsinin qərarı əsaslıdır. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 450.6.5-ci maddəsinin tələblərinə əsasən hakim cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuni və əsaslı olub-olmaması barədə bu Məcəllənin, Azərbaycan Respublikası cinayət və digər qanunlarının tələbləri və özünün daxili inamı əsasında qərar çıxarır və məhkəmə iclasında iştirak edən şəxslərə dərhal elan edilir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 453.6.1-ci maddəsini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Qərara a l d ı: Şikayətçi Şikayət verən şəxs MMC-nin təsisçisi X1 oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şikayət verən şəxs MMC-nin təsisçisi X1 məhkəmə nəzarəti qaydasında verdiyi şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət və ya protest verilə bilməz. Sədrlik edən: Qədim Babayev Hakimlər: Murad Məmmədov Zamin Ibrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar