Məhkəmə qərarları › İş №6(3-6)-277/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-277/2026

18.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-277/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Boroyev Əli Əhməd oğlunun katibliyi, Şikayətçi Şikayət verən şəxs iştirakı ilə, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 6(5-93)- ***/**** nömrəli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayət verən şəxs məhkəməyə müraciət edərək, Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis Rı Elnur Əsədovun ## ###### 2026-cı il tarixli, HK-*/**** saylı qərarının ləğv edilərək işin yenidən araşdırılması üçün Binəqədi Rayon Polis qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 6(5-93)- ***/**** nömrəli qərarı ilə (hakim Aynurə Sadıqova) Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilməmişdir. Qərardan narazı qalan Şikayət verən şəxs apellyasiya şikayəti verib, şikayətinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən ** saylı poliklinikasında operator işləyir. Beləliklə də, təxminən 18 ilə yaxındır ki, onunla eyni poliklinikada tibb bacısı işləyən Namazova Ü vivyə Allahverən qızı ilə iş yoldaşı kimi münasibəti vardır. 2024-cü ilin dekabr ayında Ülviyyə Namazova ona yaxınlaşaraq, onunla eyni ünvanda yaşayan doğma oğlu Sahib Cəbraylov hazırda təhsil aldığı universitetdə kəsirləri olması ilə bağlı, universitetdə problemi olduğunu bildirmiş, eyni zamanda ondan borca pul istəmişdir. Daha sonra isə aralarında olan səmimi söhbətdən sonra Ülviyyə Namazova ondan 6000 manat pul borc istəmişdir. O, da həmin günü ilkin olaraq, Ülviyyə Namazovaya 2000 manat pulu işlədiyi poliklinikada vermişdir. Daha sonra isə Ülviyyə Namazova təkrar ondan borca pul istədikdə, işlədiyi poliklinikada 1600 manat pul vermişdir. Ondan sonra 1000 manat pul vermiş, daha sonra iso 1400 manat pul vermişdir. Ülviyyə Namazova ondan ümumilikdə 6000 qaytarmaq şərti ilə borc pul almış və həmin pulu 1 ay ərzində qaytaracağına vəd vermişdir. Bununla da, bir aydan sonra Ülviyyə Namazovaya borc halında veriyi 6000 manat pulu geri istədikdə, lakin Ülviyyə Namazova müxtəlif bəhanələr gətirərək, guya onun ailə üzvlərinə məxsus torpaq sahəsi olduğunu, həmin torpaq sahəsində onun pay olması və torpaq sahəsinin satışı ilə bağlı elan verilmiş, qısa müddət ərzində torpaq sahəsi satıldıqdan sonra ondan aldığı 6000 manat borcunu qaytaracağına vəd vermişdir. Beləliklə ona məlum olmuşdur ki, Ülviyyə Namazova ondan aldığı 6000 manat pulu qaytarmaqdan boyun qaçırmışdır. O da dəfələrlə ondan borcunu istədikdə, Ülviyyə Namazova təkrar yalan vədlər verməyə davam edirmiş, 2025-ci ilin yanvar ayının sonlarında Ülviyyə Namazova onu yayındırmaq məqsədi ilə müxtəlif təkliflər vermişdir. Belə ki, Ülviyyə Namazova ona bildirmişdir ki, hazırda yaşadığı, ünvan 1 ünvanında yerləşən bir mərtəbəli fərdi yaşayış evini satmaq üçün elan vermişdir. Ondan sonra Ülviyyə Namazova ona təklif etmişdir ki, ondan aldığı 6000 manatı geri qaytara bilmir və bu səbəbdən də, əlavə pul verilərsə, sözügedən fərdi yaşayış evini onun adına keçirsin. Bütün bunlardan sonra o, tərəddüd etsə də, lakin düşünmüşdür ki, ona verdiyi 6000 manat pulu geri ala bilmir və bu səbəbdən də həmin tarixdə Ülviyyə Namazova ila birlikdə sözügedən fərdi yaşayış evinə baxmaq üçün getmişdir. Onlar həmin ünvanda olan zaman, çarəsizlikdən qərar vermişdir ki, fərdi yaşayış evini almaq istəyir. Bununla da, Ülviyyə Namazova həmin evin satış qiyməti 36000 manat olduğunu, lakin onun ona 6000 manat borcu olması səbəbindən, aralarında olan razılaşmaya əsasən həmin evi almaq üçün, ondan 30 000 manat pul istəmişdir. Qeyd etmişdir ki, həmin zaman o, da 30.000 manat pul olmasa da lakin fərdi yaşayış evini almaq istədiyini bildirmişdir. Bununla da o qonşuluqda yaşayan Arzu Məmmədovadan 10.000 manat borc pul almış, 15.000 manat pulu “Unibank”dan kredit şərti ilə götürmüş və yerdə qalan 5000 manatı əldə etmək məqsədilə özünə məxsus olan qızıl-zinət əşyalarını Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən lombarda girov qoyaraq 5000 manat pul götürmüşdür. Beləliklə də 30.000 manat pul əldə edərək Ülviyyə Namazoväya işlədiyi poliklinikada vermişdir. Daha sonra isə ona məlum olmuşdur ki, Ülviyyə Namazova ona təklif etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mirzə Abdin küçəsi, ** saylı birmərtəbəli fərdi yaşayış evinin hüquqi sənədləri yoxdur, lakin mənzil kommunal (qaz və elektrik) sayğacları onun həyat yoldaşı X4 adındadır. Ondan sonra ona məlum olmuşdur ki, Ülviyyə Namazova bu kimi dələduzluq əməllərini başa çatdırmaq məqsədi ilə onun 36.000 manat pulunu ələ keçirmişdir. Ülviyyə Namazova bu kimi dələduzluq əməllərindən kifayətlənməyərək, onun bacısının xəstə olması səbəbindən müalicə xərcləri və əməliyyat olunması üçün ondan 3000 manat nağd pul istəmiş, əlavə olaraq 2000 manat əvəzinə özünə məxsus olan 27 qramlıq, 583 əyar olan qızıl zinət əşyasını lombarda girov qoyaraq 2000 manat pul götürmüş, Ülviyyə Namazova 2024-cü ilin dekabr ayından bu vaxta kimi, ona qarşı dələduzluq edərək 41.000 manat pulunu ələ keçirmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis Rı Elnur Əsədovun ## ###### 2026-cı il tarixli, HK-*/**** saylı qərarının ləğv edilərək işin yenidən araşdırılması üçün Binəqədi Rayon Polis qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş şəxs Şikayət verən şəxs apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, hərəkətindən şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, məhkəmə kollegiyası materiala həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalı, verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. 122.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından şikayət məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə verilir. 212.3-cü maddəsinə əsasən təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər. 212.4.2-ci maddəsinə əsasən məhkəmə nəzarəti funksiyalarını həyata keçirən məhkəmə təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında verilmiş şikayət üzrə göstərilən qərarı ləğv edir və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətini bu Məcəllənin 207, 209 və 210-cu maddələrinin tələblərinin pozulmasına cəlb etməklə bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi barədə qərar qəbul edir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır. 124.1.2-ci maddəsinə görə hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar yalnız sübutlar vasitəsilə müəyyən edilir. 139.0.1 və 139.0.3-cü maddələrinə görə cinayət hadisəsinin baş vermə faktı və halları, eləcə də cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayət əlamətlərinin mövcudluğu cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, Şikayət verən şəxs X6 onun etibarından sui-istifadə edərək 41.000 (qırx bir min) manat pulunu ələ keçirməklə dələduzluq etdiyini bildirsə də, X6 əməlində dələduzluq cinayətinin tərkibi olmadığından, Şikayət verən şəxs ilə Ülviyyə Namazova arasında yaranmış mübahisə mülki xarakterli olduğundan Binəqədi RPİnin İŞ-nin baş müstəntiqi, polis Rı Elnur Əsədov tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.1, 449.2.1 və 449.3.5-ci maddələrinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət işinin başlanmasının rədd edilməsi haqqında cinayət prosesini həyata keçirən orqanın qərarından məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 451.1.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim, barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 454-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması həmin Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar