Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-278/2026 21.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X5 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Şikayət vermiş şəxs Şikayət verən şəxs nümayəndəsi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Şöbəsinin baş təhqiqatçısı, polis Rı X8 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarından Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından şikayət vermiş şəxs Şikayət verən şəxs nümayəndəsi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavəyə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şikayət verən şəxs şikayətə ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Şöbəsinin baş təhqiqatçısı, polis Rı X8 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə, Şikayət verən şəxs şikayət təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Şöbəsinin baş təhqiqatçısı, polis Rı X8 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qanuni hesab edilmişdir. Qərardan narazı qalan şikayət vermiş şəxs Şikayət verən şəxs nümayəndəsi Müdafiəçi apellyasiya şikayəti verib Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsini, eləcədə cinayət işinin başlanmasının rədd edilmısinə dair təhqiqat orqanın verdiyi qərarın ləğv edilərək işi yenidən araşdırılması üçün təhqiqat və istintaq orqanına göndərilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, "Binəqədi Rayon Polis İdarəsinin 6-ci Polis Bölməsinin təhqiqatçısı, polis Rı X8 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı ilə cinayət və cinayet prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Şikayət verən şəxs ##.##.2026-cı ildə saat 14:16-da DIN-nin "102" xidməti-zəng mərkəzi sisteminə zəng vuraraq xalası qızı Cəmiləyə 45.000 manat pul verməyini, lakin həmin pulun qaytarılmamasını, pulunu tələb etmək üçün Cəmilənin evinə getdikdə Cəmilənin əri Dilqəmin onu bıçaqla hədələməsi barədə məlumat vermişdir. Binəqədi RPI-nin 6-cı PB-nin baş təhqiqatçısı, polis Rı X8 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarında göstərilir ki, guya o, həmin məbləği bir dəfədə vermişdir. Lakin bu məbləği Cəmilə bir neçə hissə olmaqla müxtəlif tarixlərdə götürmüş, hər dəfə müxtəlif iş görmək adı ilə götürmüş və etibardan sui-istifadə edərək həmin məbləğlərin bir qismini qaytarmaqla özünə inam yaratmış, lakin niyyəti ilk gündən həmin pulları mənimsəmək olmuşdur. Cəmilə hər dəfə həmin məbləği bankdan pul götürüb qaytaracağını bildirmişdir. Bankdan onlara kredit xətti açılanda da özləri üçün pul götürmüşlər. Açıq-aşkar görünür ki, ər-arvad ona oyun qurmuşdur. Guya bu məsələni əri Dilqəmə bildirdiyinə görə Cəmilə əsəbləşib, pulu qaytarmayacağını bildirmişdir. Əslində, Dilqəm və Cəmilə birlikdə hərəkət edərək onun pullarını mənimsəmək məqsədilə ondan pul alıb qaytararaq güvən qazanmış, bəzən qaytarılan məbləğin üzərində müəyyən məbləğ artıq ödəyərək onu şirnikləndirmiş və yekunda 45 min manat məbləğində pulunu mənimsəmişlər. Bu ər-arvad oyunbazlıq edərək işi aparan hüquq-mühafizə orqanı ilə əlbir olaraq cinayətə mülki don geyindirərək məsuliyyətdən yaxa qurtarmaq istəyirlər. 6-cı Polis Şöbəsində izahatı alınmış X1 yalan məlumat ver r k göstermişdir ki, "2020-ci ildə 2-ci Qarabağ döyüşlərində olanda arvadı X2 xalası qızı Şikayət verən şəxs, yəni məndən aylıq 8 faiz olmaqla 5000 manat pul götürmüşdür. O, müharibədən qayıtdıqdan sonra həmin 5000 manat pulun faizini versə də özü qalmışdır. Sonra Sevdadan (yəni ondan) əlavə 500 0 manatı eyni qaydada almış, bir neçə faizi ödədikdən sonra başqa şəxsdən borc alaraq onun 5000 manat pulunu qaytarmışlar. Əlavə olaraq hissə-hissə ona 1800 manat pul da vermişlər. Hal-hazırda ona 3200 manat pul borcu qalmışdır. O, onun yalan məlumat verdiyini, onların ondan 45.000 manat borc pul almaqdıqlarını, sadəcə olaraq onun onlara verdiyi pulların faizin hesablayaraq 45.000 manat göstərdiyimn, 1 ay öncə onun onlara gələrək Cəmilədən pulunu istediyini, lakin həmin vaxt onu hedelemediyini, ümumiyyətlə onda bıçaq olmadığını bildirmişdir. Bunlar hamısı yalandır. Qərarda göstərilənlərin əksəriyyəti təhqiqatçının təxəyyülünün məhsuludur. Təhqiqatçı Dilqəm və Cəmiləyə hamilik edir. Həmçinin, izahatı alınmış Yaqubova Cəmilə İmran qızı əri X3 izahatına uyğun izahat verərək dediklərini analoji olaraq təsdiq etmişdir. Onların hər ikisinin ifadəsi yalandır. Təhqiqatçı qərarda qeyd edir ki, aparılmış araşdırma zamanı X3 ilə Şikayət verən şəxs arasında baş vermiş sözlü mübahisə faktında hər hansı bir cinayət hadisəsinin tərkib əlamətinin olması müəyyən edilməmişdir. Lakin burada onun pulunu aldatma və etibardan sui istifadə etməklə mənimsəmişlər. O hissəyə təhqiqatçı toxunmur. Burada sözlü mübahisə və xəsarətdən daha çox onun ifadələrm dediyi formada yazılmamış, ona onları oxumadan imzalatdıraraq sanki mübahisənin mülki xarakterli olması görünüşü verilmişdir. Qərarda qeyd edilir ki, tərəflər arasında yaranmış borc mübahisəsi mülki xarakter daşıdığından onlara mülki qaydada məhkəməyə müraciət etmək hüququ olmalan izah edilməlidir. Aralarında borcdan söhbət getmir. Ər və arvad iş görmək adı ilə ondan süni güvən yaradaraq, etibarından sui istifadə edərək iş görmək adı ilə aldıqları pullan mənimsədikleri üçün cinayət məsuliyyətinə cəlb edilməlidir. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, işə baxan hakim işi qərəzli şəkildə sanki təhqiqat orqanının diktəsi ilə apardı. Hakim prosesin ilk dəqiqələrindən araşdırma aparmamış işə özü mülki don geyindirməyə və işə sanki mülki iş görüntüsü verərək yönləndirici suallar verməyə başladı. Hakim zərər vuranın deyil, zərərçəkənin niyyətini araşdırmağa başladı və prosesin başından sonuna izah edə bilmədik ki, buarada Sevda xanımın borcumu qaytarmır deyə şikayət etməsi quran ayəsi deyil, qarşı tərəfin niyyəti Sevda xanımı aldatmaq və pulunu mənimsəmək olub. Belə ki. biz məhkəməyə sübutlar təqdim etdik ki, Cəmilə xanım və ərinin təhqiqata verdiyi ifadə yalnışdır, yəni onlar bildirirlər ki, 2020-ci ildə faizə 5000 pul alıblar \ə guya Sevda xanım həmin pulun faizini, 45 min manatı tələb edir. Biz məhkəməyə l’ min manatlıq qəbz təqdim etdik ki. hansı ki bu qəbzlər 2024 və 2025-cı illərə aiddir. 45 min manat bütöv şəkildə alınmayıb. Müxtəlif iş görmək adı ilə alınmış və geri verilməmişl5 min manat; məbləğində pulların üstünə heç kim 30 min manat bir ilin içində verməz. Həqiqət belədir ki, tərətlər xalaqızıdır \ə Cəmilə bildirib ki, əri Dilqəmin guya bu işdən xəbəri yoxdur, ona deməsin amma Dilqəm ipoteka ilə pul götürəcək bankdan, narahat olmasın o pul istəyəndə hər dəfə problemsiz versin. 2024-2025-ci illər içərisində 10 ay ərzində hissə-hissə həmin krediti bəhanə edərək Cəmilə xanım dəfələrlə 1000-3000 arası hər dəfə gəlib pul almış, bir dəfəsində hətta lizinqdə olan avtomobili birlikdə işlətmək adı ilə 3100 manat pul almışdır. Pullar alınarkən həmin məbləğlərin alınmasının guya Dilqəmin mənzili ipotekadan çıxaran kimi kredit götürüb verəcəyi bəhanəsi ilə özünə inam yaradaraq götürmüşdür. Lakin bu pulları qabaqcadan qaytarmamaq niyyəti ilə almışdır. Belə ki, Dilqəmin guya bu məsələni bilməməsi, sonradan Sevda xanım ona dedikdən sonra Cəmilənin bunu bəhanə edərək heç bir pul qaytarmayacağını bildirməsi absurddur Hamısı Cəmilə və Dilqəmin qabaqcadan əlbir olan bir qrup şəxs şəklində Sevda xanımın 45 min manat pulunu mənimsəməsinə işarə edir. Borc alan bildirir ki, 45 min borcum var verəcəm. Lakin 2020-ci ildə 5-cə min pul götürmüşəm, faizləri 45 min edir demir. Kimdənsə 3-5 manat pul alıb, onun üstündə 1-2 manat pul verməklə özünə güvən qazanaraq sonradan böyük məbləğdə pulları etibardan istifadə edərək mənimsəmək dələduzluq cinayətinin tərkibini yaradır. 102 məlumatında HK1 məlumatında yazılan borc sözünü və əl yazısı ilə yazılan borc sözünü bəhanə edən hakim çox qəribə və qərəzli şəkildə digər sübutlara baxmadan işin mülki xarakterli olması qənaətinə gələ bilir. Sevda xanım vəkil və ya hakim deyil, o şikayət edəndə nə yazmalı idi, yazmalı idi ki, 178-ci maddə ilə mənə qarşı cinayət törədiblər?! Bunu təhqiqatçı araşdırmalıdı. Təhqiqatçının mənim məhkəməyə verdiyim 17 min manatlıq qəbzdən və qalan pullann hissə-hissə hansı məbləödə olmasından, eləcədə bunların şahidlərinin olmasından xəbəri olmamışdır. O məhkəmədə bunları öyrəndi. Buradadan da görünür ki, təhqiqatçı işi tam, hərtərəfli araşdırmamışdır. Hakim isə çox çox maraqlıdır ki, tez tez vəkilə bu sualı verirdi:”sizin bu işi mülki qaydada məhkəməyə verməyinizə nə mane olur”. Bu sualı o məqsədli şəkildə verirdi ki, sonradan qərar verəndə ona nümayəndəni bəhanə edərək işə mülki don geyindirsin. Biz hakimə dəfələrlə bidirdik ki, iş cinayət işidir, biz bunu mülki qaydada verə bilmərik, hətta versək belə orada təhqiqat və istintaqdakı araşdırma etmək səlahiyyəti iddiaçıda olmur. 17 min manatlıq qəbz var. Lakin digər hissələrdə də şahidlər var. Bizim bu cümlələri yozaraq iş mülkidir, sanki vəkil cinayət işində sübut axtarır görüntüsü yaradan hakim ədalət mühakiməsinə kölgə salır. Belə məhkəmə təcrübəsinin yaranması, hamuıın bir birində 3-5 manat borc alıb, sonradan böyük miqdar pul atmasına səbəb ola bilər. Bir dalıa vurğulavıram ki, qarşı tərəf aldatmaq yolu ilə pulları almasa pul məblələrini etiraf edər, ən azından aldığı tarixləri düz deyər, ər və arvad bizdə olan məlumata görə rəsmi şəkildə boşanıblar. Onlar amma ər və arvad kimi yaşayırlar. Ümumiyyətlə onlar təhqiqata niyə yalan ifadə vermələrini izah etməlidir. 5 min manat 2020-ci ildə alınıbsa 17 min məbləğ 2024-2025-ci illərdə nə mqəsədlə alınıb və niyə təhqiqatdan gizlədilir. Niyə görə mənzilin ipotekada olması və ipotekadan çıxan kimi kreditlə aralarındakı haqq hesabın bağlanacağı bəhanəsi ilə inanı yaradılaraq hissə hissə pulların götürülməsinə cavab verilməlidir. Şahidlər dindirilməli və işə hüquqi qiymət verilməlidir. Rədd qərarında göstərilən avtomobil almaq məqsədilə bütöv şəkildə 45 min manatın verilmsinə dair ifadə həqiqəti əks etdirmir. Sevda xanım pulları hissə-hissə verib, təhqiqatçı üzü bu ifadəni belə yazıb. Verilmiş qəbzlər də bunu sübut edir. Eləcədə qarşı tərəf özü də bildirir ki. iki dəfə 5 min manat pul alıb. 45 min manatın bütöv şəkildə verilməsi bizim tərəfimizdən təkzib edilsə də, hakim qərarın əsaslandırılmasında bildirir ki, guya biz 45 mini bütöv verilməsini sübut edə bilməmişik. Çox gülməlidir, zatən biz özümüz deyirik ki. pul bütöv verilməyib. Hissə-hissə verilib. Qarşı tərəfə sahib çıxan təhqiqat orqanı qanunu kobdu şəkildə pozaraq heç bir araşdırma elmədən rədd qərarı çıxarmış, hakim isə Sevda xanımın “cəmilə borcumu qaytarmır” cümləsini bayraq edərək işə mülki don geyindirməsi, manupulyativ sual verərək vəkildən bu işi niyə mülki qaydada verməməsini soruşması və s. hakimin açıq qərəzini ortaya qoyur. Məhkəmə iclasında Şikayət verən şəxs nümayəndəsi Müdafiəçi şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Şöbəsinin baş təhqiqatçısı, polis Rı X8 məhkəmə iclasına gəlməmişdir. CPM-nin 450.3-cü maddəsinə əsasən şikayətə qeyd olunan şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, Şikayət verən şəxs nümayəndəsi Müdafiəçi məhkəmə nəzarəti qaydasında şikayətinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: ##.##.2026-cı il tarixli, HK-*** saylı raportdan görünür ki, Şikayət verən şəxs DİN 102 Xidmətinə müraciət edərək xalası qızı Cəmiləyə 45000 manat verməsini, lakin pulu verməsi üçün ev ünvanına getdikdə Cəmilənin həyat yoldaşı Dilqəmin bıçaqla hədələməsini bildirmişdir. ##.##.2026-cı il tarixli Şikayət verən şəxs Binəqədi RPİ-nin 6-cı PŞnin rəisi Polis R leytinantı Cavid Usuba ünvanladığı və öz əlyazması ilə yazdığı ərizəsində göstərmişdir ki, “1 il əvvəl xalam qızı Yaquvova Cəmilə İmran qızına hissəhissə olmaqla 45000 manat borc pul vermişəm, lakin borcu qaytarmır. Xahiş edirəm 45 min manat pulumu Yaqubova Cəmilə İmran qızından alınıb mənə verilməsinə kömək edəsiniz.” Şikayət verən şəxs Əlisalım qızı araşdırma zamanı verdiyi izahatında göstərmişdir ki, Yaqubova Cəmilə İmran qızı onun xala qızıdır, təxminən 1 il əvvəl Cəmilə avtomobil almaq istədiyini bildirərək ondan borc pul verməsini xahiş etmişdir. O, hissə-hissə olmaqla Cəmiləyə ümumilikdə 45.000 manat borc pul vermiş, Cəmilə həmin borcu hissə-hissə ödəyəcəyinə söz vermişdir. Həmçinin Cəmilənin ondan borc pul almasını əri Dilqəm bilməmişdir. Sonradan Cəmilənin borcunu qaytara bilmədiyini gördüyünə görə bu barədə Dilqəmə məlumat vermiş, bundan sonra isə Cəmilə ilə münasibətləri pozulmuş və aralarında narazılıqlar yaranmışdır. O, Dilqəmdən pulunu tələb etdikdə Dilqəmin borcu verməkdən boyun qaçırmış, hazırda Cəmilənin ona 45.000 manat borclu var və həmin məbləği qaytarmır. Daha sonra o izahatında göstərmişdir ki, təxminən bir ay əvvəl Cəmilənin evinə gedərək pulunu tələb etdiyi zaman Dilqəm səs-küy salaraq, onun xəbəri olmadan arvadı Cəmiləyə pul verdiyinə görə ona irad bildirmiş və pulu verməkdən boyun qaçırmışdır. Həmin vaxt onların mətbəxdə söhbət etdiklərini, Dilqəmin əsəbiləşərək əlinə bıçaq götürdüyünü, Dilqəmin bıçaq götürməsinə görə 102 xidmətinə belə məlumat vermişdir, lakin konkret olaraq Dilqəmin onu bıçaqla hədələmədiyini göstərmişdir. Həmçinin izahatında qeyd etmişdir ki, hadisə zamanı deyil, sonradan Cəmilənin borcu qaytarmadığı üçün ##.##.2026-cı il tarixdə 102 xidmətinə məlumat vermişdir. Bundan başqa Cəmilə Yaqubova və Dilqəm Yaqubovun onun Cəmiləyə hissə-hissə olmaqla 10.000 manat pulu aylıq 8 faizlə sələmə verməsi və hazırda yalnız 3200 manat borcun qalması barədə verdikləri izahatlarla razılaşmadığını bildirmişdir. O, Cəmiləyə 10.000 manat deyil, hissə-hissə olmaqla ümumilikdə 45.000 manat pul verdiyini, həmin vəsaiti sələmə deyil, borc olaraq verdiyini göstərmişdir. Həmçinin qeyd etmişdir ki, Cəmilə ona, aldığı borc pulu digər şəxslərə sələmə verərək qazanc əldə etmək istədiyini deyirmiş. Bununla bağlı konkret canlı şahidinin olmadığını bildirmişdir. Sonda əlavə edəcəyi başqa halın olmadığını, izahatın onun sözləri ilə yazıldığını, doğru və düzgün olduğunu bildirərək imzası ilə təsdiq etmişdir. X3 araşdırma zamanı verdiyi izahatında göstərmişdir ki, 2020-ci ildə 2-ci Qarabağ döyüşlərində olarkən yoldaşı Yaqubova Cəmilə İmran qızı pul lazım olduğu üçün Şikayət verən şəxs müraciət etmişdir. Sevda 5000 manat pulu Cəmiləyə 8 faizlə sələmə vermişdir. Sonra o müharibədən qayıtdıqdan sonra 2021-ci ilin sentyabr ayında təqaüdə çıxmışdır. Sevdadan alınmış pulun faizini ödəmiş, lakin 5000 manat qalmışdır. Sonra yenə pul lazım olmuş və yenə Sevdadan 5000 manat pul 8 faizlə sələmə götürülmüşdür. Götürdükdən sonra hər ay 400 manat Sevdaya vermişlər. Sonra isə qonşudan 5000 manat pul alıb Sevdanın pulunu qaytarmışlar. 2025- ci ilin noyabr ayında 500 manat, təxminən 4 gün sonra Sevdaya 1000 manat vermişdir. 2020-ci ildən 2025-ci ilədək hər ay 400 manat Sevdaya yoldaşının götürdüyü həmin 5000 manatın faizini vermişdir. Əlavə olaraq 300 manat da vermişlər, halhazırda 3200 manat borc qalmışdır. Sevda onlara 45000 manat verməmiş, o da Sevdanı bıçaqla hədələməmişdir. Yaqubova Cəmilə İmran qızının izahatından görünür ki, o, X3 ilə eyni məzmunlu izahat vermişdir. ##.##.2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şikayət verən şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, yaranmış borc mübahisəsinin mülki xarakter daşıdığından tərəflərə mülki qaydada məhkəməyə müraciət etmək hüququ olmaları izah edilmişdir. ##.##.2025-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, Şikayət verən şəxs tərəfindən Yaqubova Cəmilə İmran qızının “Kapital Bank” kart hesabına ümumillikdə 1800 (min səkkiz yüz) manat vəsait köçürülmüşdür. ##.##.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Şikayət verən şəxs tərəfindən Yaqubova Cəmilə İmran qızının “Kapital Bank” kart hesabına 300 (üç yüz) manat vəsait köçürülmüşdür. ##.##.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Şikayət verən şəxs tərəfindən Yaqubova Cəmilə İmran qızının “Kapital Bank” kart hesabına 700 (yeddi yüz) manat vəsait köçürülmüşdür. ##.##.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Şikayət verən şəxs tərəfindən Yaqubova Cəmilə İmran qızının “Kapital Bank” kart hesabına 430 (dörd yüz otuz) manat vəsait köçürülmüşdür. ##.##.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Şikayət verən şəxs tərəfindən Yaqubova Cəmilə İmran qızının “Kapital Bank” kart hesabına 595 (beş yüz doxsan beş) manat vəsait köçürülmüşdür. ##.##.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Şikayət verən şəxs tərəfindən Yaqubova Cəmilə İmran qızının “Kapital Bank” kart hesabına 50 (əlli) manat vəsait köçürülmüşdür. ##.##.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Şikayət verən şəxs tərəfindən Yaqubova Cəmilə İmran qızının “Kapital Bank” kart hesabına 100 (yüz) manat vəsait köçürülmüşdür. ##.##.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Şikayət verən şəxs tərəfindən Yaqubova Cəmilə İmran qızının “Kapital Bank” kart hesabına 200 ( iki yüz) manat vəsait köçürülmüşdür. ##.##.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Şikayət verən şəxs tərəfindən Yaqubova Cəmilə İmran qızının “Kapital Bank” kart hesabına 55 (əlli beş) manat vəsait köçürülmüşdür. ##.##.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Şikayət verən şəxs tərəfindən Yaqubova Cəmilə İmran qızının “Kapital Bank” kart hesabına 50 (əlli) manat vəsait köçürülmüşdür. ##.##.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Şikayət verən şəxs tərəfindən Yaqubova Cəmilə İmran qızının “Kapital Bank” kart hesabına 1300 (min üç yüz) manat vəsait köçürülmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının: 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; 125-ci maddəsinin VII-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 8.0.3-cü maddəsinə əsasən cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, həmin Məcəllənin 8.0.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək cinayət mühakimə icraatının vəzifəsidir; 207.1.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə əlaqədar və ya bu Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmaq hərəkətləri yerinə yetirməlidir; 449.3.5-ci maddəsinə əsasən, cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi ilə bağlı məhkəməyə şikayət verilə bilər. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli qərarının 6-cı bəndinə əsasən ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Məhkəmə baxışında tədqiq olunmuş şikayətçinin müraciəti əsasında toplanılmış rədd materialdan müəyyən edilmişdir ki, cinayət əməli törədilməsi barədə məlumat üzrə araşdırma hərtərəfli, tam və obyektiv aparılmamış, iş üzrə şikayətçinin qeyd etmiş olduğu hallar, yəni pulların borc olaraq alınması, yoxsa etibardan sui istifadə edilərək mənimsə kimi alınması, həmçinin pul verilən zaman bu hala kimlərin şahidlik etdiyi araşdırılmamışdır. Bundan başqa Dilqəm Yaqubov və Cəmil Yaqubovanın 2020-ci il üçün etiraf etdiyi 5000 manatdan əlavə qəbzlərlə 2024 və 2025-ci illərdə verilmiş pulların, eləcə də Şikayət verən şəxs iddia etdiyi ümumilikdə 45000 manat pulun hansı hissələrlə alınması, bununla bağlı qəbzlər əsasında Dilqəm Yaqubov və Cəmil Yaqubova dindirilməmiş, eləcə də Şikayət verən şəxs sübutları araşdırılmamışdır. X7 İmran qızı izahatında Şikayət verən şəxs 5000 manat aldığını etiraf etmiş, şikayətçi isə ona 45.000 manat pul verdiyini bildirsə də, təhqiqat orqanı bu halı aydınlaşdırmamışdır. Halbuki şikayətçi tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, əlavə pullar Dilqəm Yaqubov və Cəmil Yaqubovanın kart hesablarına göndərilmişdir. Lakin birinci instansiya məhkəməsi cinayət işinin rədd edilməsinə dair materialları araşdırarkən yuxarıda qeyd edilmiş halları ətraflı araşdırmayaraq bu məsələyə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə qeyd edir ki, qeyd olunan hallar ətrafı araşdırılmalı, şikayətçinin dəlillərinə qiymət verilməli və yalnız bunlardan sonra müvafiq qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər; 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər; 451.1.2-ci maddəsinin tələblərinə görə, cinayət prosesini həyata keçirən orqanın prosessual qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərar qəbul edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, şikayət vermiş şəxs Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin rədd edilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ləğv edilməli, Şikayət verən şəxs şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Şöbəsinin baş təhqiqatçısı, polis Rı X8 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edilməli, toplanmış materiallar əlavə araşdırma aparılması üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Şöbəsinin göndərilməli, Şikayət verən şəxs və nümayəndəsinin şikayətində göstərdiyi və hazırkı qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılmalıdır. Azərbaycan Respublikası CPM-nin 210.1-ci maddəsinə əsasən Bu Məcəllənin 209-cu maddəsində nəzərdə tutulmuş hallarda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz səlahiyyətləri daxilində cinayət işinin başlanması barədə qərar çıxarır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 449-454-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət vermiş şəxs Şikayət verən şəxs nümayəndəsi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şikayət verən şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Şöbəsinin baş təhqiqatçısı, polis Rı X8 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ləğv edilsin. Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayəti təmin edilsin. Şikayət verən şəxs müraciəti əsasında toplanmış material üzrə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Şöbəsinin baş təhqiqatçısı, polis Rı X8 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edilsin. Şikayət verən şəxs şikayətində göstərdiyi və hazırkı qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılsın. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqəti Azərbaycan Respublikası CPM-in 207, 209, 210-ci maddələrinin tələblərinin pozulmasına cəlb edilsin və bu tələblərin yerinə yetirilməsi təmin edilsin. Toplanmış materiallar əlavə araşdırma aparılması üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Şöbəsinə göndərilsin. Qərar qətidir, ondan kassasiya şikayəti və kassasiya protesti verilə bilməz. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev və Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №6(3-6)-278/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-278/2026
21.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver