Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-279/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Şikayətçi Şikayət verən şəxs iştirakı ilə, Şikayət verən şəxs Binəqədi rayon Polis İdarəsinin hərəkətsizliyindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin geri qaytarılması barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şikayətçi Şikayət verən şəxs birinci instansiya məhkəməsinə müraciət edərək qeyd etmişdir ki, o, cinayət hadisəsi haqqında məlumat ərizəsi ilə Binəqədi rayon Polis İdarəsinə müraciət etsə də, sonuncu onun ərizəsini qəbul etməkdən imtina etmişdir. Odur ki, sonuncunun hərəkətsizliyinin qanunsuz hesab edilməsini xahiş edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Şikayət verən şəxs Binəqədi rayon Polis İdarəsinin hərəkətsizliyindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin geri qaytarılması qərara alınmışdır. Həmin qərardan Şikayət verən şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin icraata götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iştirak edən Şikayət verən şəxs məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti ilə əlaqədar materialı araşdırıb hesab edir ki, Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Şikayət verən şəxs Binəqədi rayon Polis İdarəsinin hərəkətsizliyindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin geri qaytarılması barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət təhqiqatçının və ya müstəntiqin hərəkətindən və ya qərarından - ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora; ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətindən və ya qərarından - yuxarı prokurora; bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə; bu Məcəllədə nəzərdə tutulmuş hallarda məhkəmənin hərəkətlərindən və ya qərarlarından - yuxarı məhkəməyə verilir. Həmin Məcəllənin 442.1-ci maddəsinə əsasən məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: 449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); 449.1.2. tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin; 449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; 449.1.4. müstəntiqin; 449.1.5. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: 449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; 449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; 449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.4-1. şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; 449.3.4-2. şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; 449.3.4-3. ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması; Həmin Məcəllənin 450.1-ci maddəsinə əsasən əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayətə onun daxil olduğu andan 10 (on) gün müddətinə qapalı məhkəmə iclasında hakim tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 451.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə yaxud barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərarlardan birini çıxarır. Həmin Məcəllənin 450.6.5-ci maddəsinə əsasən hakim cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuni və əsaslı olubolmaması barədə bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələbləri və özünün daxili inamı əsasında qərar çıxarır və məhkəmə iclasında iştirak edən şəxslərə dərhal elan edir. Şikayətçi Şikayət verən şəxs tərəfindən Binəqədi rayon Polis İdarəsinə ünvanlanmış ərizədən görünür ki, Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Süleymanov İsa Afiq oğlunun icraatında olmuş barəsində cinayət işi üzrə ##.##.2024-cü il tarixli əsassız qərarı ilə ayrılmış ********* nömrəli cinayət işi üzrə artıq 1 il 7 aydır ki, heç bir istintaq hərəkəti getmir, əsassız olaraq dayandırılmış, daha sonra cinayət işinin icraatı R X2 həvalə olunmuşdur. Məhkəmə qərarları ilə cinayət işinin ayrılması, icraatın dayandırılması qanunsuz hesab edilməklə ləğv olunmuşdir. Lakin buna baxmayaraq hələ də heç bir istintaq hərəkəti getmir, bununla da bununla da onun konstitusion hüquqlarını tapdalayır və CPM-in tələblərini də pozur. Odur ki, pozulmuş hüquqların bərpası, müstəntiq haqqında xüsusi qərar qəbul edilməsini, cinayət işinin istintaqının davam etdirilməsini xahiş etmişdir. İş materiallarından olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 6(001)- ***/**** saylı qərarı ilə şikayət qismən təmin edilmiş, Şikayət verən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin hərəkətsizliyi qanunsuz hesab edilmiş, şikayətçi Şikayət verən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun baxılması qərara alınmış, şikayət qalan hissədə təmin edilməmişdir. İş materiallarından olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı qərarı ilə şikayət qismən təmin edilmiş, Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi R Süleymanov İsa Afiq oğlu tərəfindən qəbul edilmiş Şikayət verən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə icraatın dayandırılması barədə qərar qanunsuz hesab edilməklə ləğv edilmiş, şikayətçi Şikayət verən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin tələblərinə uyğun baxılması qərara alınmış, şikayət qalan hissədə təmin edilməmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, şikayətçi tərəfindən irəli sürülən tələblər mahiyyət etibarilə artıq məhkəmə nəzarətindən keçmiş və həmin məsələ üzrə məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir. Belə ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə eyni cinayət işi üzrə istintaq orqanının hərəkətsizliyi qanunsuz hesab edilmiş və işin CPM-in tələblərinə uyğun aparılması istintaq orqanına həvalə olunmuşdur. Eyni zamanda, ##.##.2026- cı il tarixli qərarla həmin cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilərək istintaqın davam etdirilməsi zəruriliyi bir daha təsdiq edilmişdir. Bu hallar göstərir ki, şikayətçinin hazırkı müraciətində göstərdiyi pozuntular artıq məhkəmə tərəfindən araşdırılmış və müvafiq hüquqi nəticələr çıxarılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə nəzarəti qaydasında verilmiş şikayətlər üzrə eyni predmet və eyni əsaslar üzrə təkrar müraciətlərə baxılması yolverilməzliyi baxımından məhkəmə şikayətçi Şikayət verən şəxs şikayət ərizəsinin icraata götürülməsindən imtina edilməsi barədə qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası materialı araşdırıb belə nəticəyə gəlir ki, Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Şikayət verən şəxs Binəqədi rayon Polis İdarəsinin hərəkətsizliyindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin geri qaytarılması barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 450-454-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L D İ: Şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şikayət verən şəxs Binəqədi rayon Polis İdarəsinin hərəkətsizliyindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin geri qaytarılması barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: İbrahim İbrahimli Faiq Qəniyev
Məhkəmə qərarları › İş №6(3-6)-279/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-279/2026
19.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver