Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-281/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Hüseyn Cavid Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, şikayətçi Şikayət verən şəxs iştirakı ilə, Şikayətçi Şikayət verən şəxs Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, R X6 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxış keçirərək, MÜƏYYƏN ETDI: Təqdim edilmiş materiallardan müəyyən edilir ki, Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, R X6 tərəfindən ## #### 2026-cı il tarixdə X7 intihar etməsi faktı ilə əlaqədar toplanmış 2-2-316-838C-25 materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsində nəzərdə tutulan cinayət hadisəsinin əlamətləri müəyyən edilmədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmiş, “JVA Teknik Havacılık Limited Şirkəti” AR-dakı filialının direktoru X1 əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsin ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən həmin fakt üzrə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması məsələsinə baxılması üçün materiallar rayon prokurorluğuna təqdim edilmişdir. Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, R X6 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və materialın əlavə araşdırma aparılması üçün aidiyyəti üzrə geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, 27 aprel 2026-cı il tarixli qərarı ilə şikayətçi Şikayət verən şəxs Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, R X6 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarından verilmiş şikayət ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan şikayətçi Şikayət verən şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilərək materialın əlavə və hərtərəfli araşdırmanın aparılamsı üçün aidiyyəti üzrə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, iş materiallarını araşdırıb, aşağıdakı əsaslara görə belə hesab edir ki, apellyasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 452.1, 454-cü maddələrinə əsasən, məhkəmə nəzarəti qaydasındakı birinci instansiya məhkəməsinin qərarlarından apellyasiya instansiyası məhkəməsinə protest və ya şikayət həmin qərarlar elan olunduqdan sonra üç gün müddətində verilə bilər. Işin materiallarından göründüyü kimi, şikayət vermiş şəxs Şikayət verən şəxs tərəfindən verilmiş məhkəmə nəzarəti qaydasında şikayətə Bakı şəhəri Nizami Rayon Məhkəməsində ## ##### 2026-cı il tarixdə baxılıb qərar qəbul edilmiş, həmin qərardan şikayətçi tərəfindən verilmiş apellyasiya şikayəti ## ### 2026-cı il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, şikayətçi apellyasiya şikayətinin verilməsi üçün 3 (üç) günlük prosessual müddəti ötürmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 203.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 203.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir. Beləliklə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş apellyasiya şikayəti, şikayət vermə müddəti ötürülməklə verildiyindən, buraxılmış müddətin bərpası məsələsinə baxmaq isə qərarından şikayət verilmiş məhkəmənin səlahiyyətinə aid olduğundan apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilib-edilməməsi məsələsinə baxılması üçün material birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 452.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə R A R A A L DI : Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, 27 aprel 2026-cı il tarixli qərarından Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş apellyasiya şikayətinə baxılmadan material birinci instansiya məhkəməsinə qaytarılsın. Şikayət verən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, 27 aprel 2026-cı il tarixli qərarından apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddətin üzrlü hesab edilərək bərpa olunmasına dair vəsatət vermək hüququnun olması izah edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Aqil Musayev Cavid Hüseyn
Məhkəmə qərarları › İş №6(3-6)-281/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-281/2026
19.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver