Məhkəmə qərarları › İş №6(3-6)-286/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-286/2026

21.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-286/2026 21.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Murad Akif oğlu və Ibrahimov Zamin Vəliyəddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Şikayətin qismən təmin edilərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin Istintaq Idarəsinin baş müstəntiq X2 ## ###### 2025-ci il tarixli “Təqsirləndirilən şəxsin etap olunması haqqında” qərarı qanunsuz hesab edilərək ləğv edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarından şikayətçinin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq müəyyən e t d i: Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin Istintaq Idarəsinin baş müstəntiq X2 və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Azərbaycan Respublikası Baş prokurorunun müavini, R Elçin Məmmədovun hərəkətlərindən (hərəkətsizliyindən) şikayətçi X3 vəkili Müdafiəçi məhkəmə nəzarəti qaydasında şikayətlə məhkəməyə müraciət edərək, BMCMI-nin Istintaq Idarəsinin baş müstəntiqi Orxan Quliyev tərəfindən təqsirləndirilən Şikayət verən şəxs Bakı Istintaq Təcridxanasından Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin MSY-yə etap edilməyi barədə ## ###### 2025-ci il tarixli “Təqsirləndirilən şəxsin etap olunması haqqında”. qərarın ləğv edilməsi və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin baş müstəntiqi Orxan Quliyev və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Elçin Məmmədovun cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması üçün müəyyən edilmiş 48 saat prosessual müddəti ciddi və kobud şəkildə pozaraq 48 saat müddət başa çatdıqdan sonra barəsində həbs qətimkan tədbirinin seçilməyi barədə vəsatət və təqdimata baxılmağı üçün Şikayət verən şəxs məhkəmə qarşısına çıxarmalarının qanunsuz hesab edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “cinayət işi üzrə icraat materiallarından görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin Istintaq Idarəsinin baş müstəntiqi Orxan Quliyev tərəfindən ## ###### 2025-ci il tarixdə “Təqsirləndirilən şəxsin etap olunması haqqında” qərar qəbul edilmiş və cinayət işi üzrə təqsirləndirilən Şikayət verən şəxs ## ###### 2025-ci il tarixdə Bakı Istintaq Təcridxanasından Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin Müvəqqəti saxlama yerinə etap edilərək üzləşdirmə istintaq hərəkəti aparılmışdır Həmin qərarda təqsirləndirilən Şikayət verən şəxs iştirakı ilə onun həbsdə saxlanıldığı Bakı istintaq Təcridxanasından kənarda istintaq hərəkətinin yerinə yetirilməsinin zəruriliyi bildirilərək Bakı Istintaq Təcridxanasından kənarda keçirilməli olan istintaq hərəkətinin adı açıqlanmasa da, ## ###### 2025-ci il tarixli üzləşdirmə istintaq hərəkətinə dair protokoldan görünür ki, həyata keçirilmiş istintaq hərəkəti üzləşdirmə istintaq hərəkəti olmuşdur və həmin istintaq hərəkətinin Bakı Istintaq Təcridxanasının Istintaq otağında aparılmasının qeyri-mümkünlüyü əsaslandırılmamışdır. Eləcə də, 01 oktyabr və ## ###### 2025-ci il tarixli digər üzləşdirmə istintaq hərəkətlərinin aparılmasına dair protokollardan görünür ki, həmin istintaq hərəkətləri Bakı Istintaq Təcridxanasının istintaq otağında həyata keçirilmişdir. Həmçinin baş müstəntiq Orxan Quliyev həmin qərarda Cinayət-Prossesual Məcəlləsinin 85.4.2 və 161.0.12-ci maddələrini rəhbər tutaraq qərarı əsaslandırmağa çalışsa da, həmin maddələr təqsirləndirilən şəxsin Bakı istintaq Təcridxanasından Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin MSY –yə müstəntiqin qərarı ilə etap edilməsini nəzərdə tutmur. Belə ki, Cinayət-Prossesual Məcəlləsinin 85.4.2 -ci maddəsi müstəntiqin şübhəli şəxsi tutmaq, onu, zərər çəkmiş şəxsi, şahidi dindirmək, ekspertiza təyin etmək, tanınmaya təqdim etmək, baxış, axtarış, götürmə, müayinə (şəxsi müayinə) və digər istintaq hərəkətlərini aparmaq hüquqlarını, Cinayət- Prossesual Məcəlləsinin 161.1.12-ci maddəsi isə Istintaq təcridxanasının müdiriyyətinin həbs edilmiş şəxslərin istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etməkdən imtina etməsi barədə protokol tərtib etmək vəzifəsini nəzərdə tutur. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun 8.1-ci maddəsinə əsasən, Istintaq təcridxanasını yerləşdiyi yaşayış məntəqəsindən uzaq yerdə istintaq hərəkətlərinin aparılması və ya həbs edilmiş şəxsin məhkəmə icraatında iştirakının təmin edilməsi zərurəti olduqda və onun hər gün gətirilib aparılması mümkün olmadıqda, həbs edilmiş şəxs məhkəməyədək icraat zamanı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun, məhkəmə icraatı zamanı məhkəmənin əsaslandırılmış qərarı ilə 1 ayda 10 gündən artıq olmayan müddətə istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilə bilər. Cinayət-Prossesual Məcəlləsinin 159-1.1-ci maddəsinə əsasən istintaq təcridxanasının yerləşdiyi yaşayış məntəqəsindən uzaq yerdə istintaq hərəkətlərinin aparılması və ya həbs edilmiş şəxsin məhkəmə icraatında iştirakının təmin edilməsi zərurəti olduqda və onun hər gün gətirilib aparılması mümkün olmadıqda, həbs edilmiş şəxs məhkəməyədək icraat zamanı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun, məhkəmə icraatı zamanı məhkəmənin əsaslandırılmış qərarı ilə 1 ayda 10 gündən artıq olmayan müddətə istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilə bilər. Həbs edilmiş şəxsin vəsatəti əsasında həmin müddət məhkəmənin əsaslandırılmış qərarı ilə məhkəmə icraatının sonunadək uzadıla bilər. Göründüyü kimi, təqsirləndirilən Şikayət verən şəxs ibtidai araşdırmaya prosessual rəhbərliyi həyatakeçirən prokurorun qərarı olmadan Cinayət-Prossesual Məcəlləsinin baş müstəntiqi Orxan Quliyevin ## ###### 2025-ci il tarixdə “Təqsirləndirilən şəxsin etap olunması haqqında” qərar ilə Cinayət-Prossesual Məcəlləsinin MSY-yə etap edilərək üzləşdirmə istintaq hərəkəti aparılmışdır. Odur ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin Istintaq Idarəsinin baş müstəntiqi Orxan Quliyev tərəfindən təqsirləndirilən Şikayət verən şəxs barədə qəbul edilmiş Bakı istintaq Təcridxanasından Cinayət-Prossesual Məcəlləsinin MSY-yə etap edilməyi haqqında ## ###### 2025-ci il tarixli “Təqsirləndirilən şəxsin etap olunması haqqında” qərar və Şikayət verən şəxs etap edilməsinin qanunsuz hesab edilməsini xahiş etmişdir. 2. Cinayət işinin başlanması barədə ## ##### 2025-ci il tarixli qərardan görünür ki, Şikayət verən şəxs ## ##### 2025-ci il tarixdə saat 11:27 radələrində Şəmkir r. Çinarlı qəsəbəsində yaşadığı evin yaxınlığında polislər tərəfindən saxlanılmışdır. Şübhəli şəxsin tutulması haqqında ## ##### 2025-ci il tarixli qərar və protokoldan görünür ki, Şikayət verən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni ## ##### 2025ci il tarixdə saat 11:27 dəqiqədən tutulmuş hesab edilir. Lakin, Nərimanov Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli *(***)-***/**** saylı qərarından görünür ki, saat 12:00-da, yəni Şikayət verən şəxs şübhəli şəxs qismində tutulmasından 48 saat keçdikdən sonra onun barəsində 04 ay müddətinə həbs qətimkan tədbirinin seçilməyi barədə qərar qəbul edilmişdir. Iş materiallarından görünür ki, təqsirləndirilən şəxs Şikayət verən şəxs barədə 04 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin Istintaq Idarəsinin baş müstəntiqi Orxan Quliyev, bu barədə təqdimat isə Azərbaycan Respublikasının Baş Prokurorunun İ müavini Elçin Məmmədov tərəfindən verilmişdir. Göründüyü ki, baş müstəntiq Orxan Quliyev, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Elçin Məmmədov və hakim Hafiz Kamranov Cinayət-Prossesual Məcəlləsinin 148.6-cı maddəsinə nəzərdə tutulmuş 48 saat prosessual müddəti ciddi və kobud şəkildə pozmuş, nəticədə isə Şikayət verən şəxs Cinayət-Prossesual Məcəlləsində nəzərdə tutulmuş 48 saat müddətdən artıq müddətdə saxlanıldıqdan sonra barəsində həbs qətimkan tədbirinin seçilməyi barədə vəsatət və təqdimata baxılmağı üçün məhkəmə qarşısına çıxarılmışdır”. Odur ki, baş müstəntiq Orxan Quliyev və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Elçin Məmmədov tərəfindən Cinayət-Prossesual Məcəlləsinin 148.6-cı maddəsinə nəzərdə tutulmuş 48 saat prosessual müddət ciddi və kobud şəkildə pozularaq Şikayət verən şəxs Cinayət-Prossesual Məcəlləsinin nəzərdə tutulmuş 48 saat müddətdən artıq müddətə saxlanıldıqdan sonra barəsində həbs qətimkan tədbirinin seçilməyi barədə vəsatət və təqdimata baxılmağı üçün məhkəmə qarşısına çıxarılmağı qanunsuz hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarına əsasən şikayət qismən təmin edilərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin Istintaq Idarəsinin baş müstəntiq X2 ## ###### 2025-ci il tarixli “Təqsirləndirilən şəxsin etap olunması haqqında” qərarı qanunsuz hesab edilərək ləğv edilmişdir. Şikayət ərizəsi təqsirləndirilən şəxsin 48 saat keçdikdən sonra məhkəmə qarşısına çıxarılmasının qanunsuz hesab edilməsi hissəsində təmin edilməmişdir. Həmin qərardan narazı qalan şikayətçi Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi şikayətlə eyni məzmunlu apellyasiya şikayəti verərək Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-**/**** saylı qərar ## ##### 2026-cı il taixdə məhkəmə nəzarəti qaydasında verilmiş şikayətə münasibətdə qismən təmin edilmədiyi hissədə ləğv edilməsini və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin baş müstəntiqi Orxan Quliyevin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Elçin Məmmədovun cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması uçun müəyyən edilmiş 48 saat prosessual müddəti ciddi və kobud şəkildə pozaraq 48 saat müddət başa çatdıqdan sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət və təqdimata baxılmağı üçün cinayət işi üzrə təqsirləndirilən şəxs Şikayət verən şəxs məhkəmə qarşısına çıxarması qanunsuz hesab edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müdafiəçi Müdafiəçi apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasınında prokurorluğun nümayəndəsi və müstəntiq iştirak etmədiyindən məhkəmə iclasının onların iştirakı olmadan davam etdirilməsi mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, şikayətdə göstərilənləri müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” ## ##### 2025-ci il tarixli protokoldan görünür ki, Şikayət verən şəxs ## ##### 2025-ci il tarixdə saat 11:27 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. -Elektron Məhkəmə Informasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Şikayət verən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Azərbaycan Respublikası Baş prokurorunun müavini, R Elçin Məmmədovun təqdimatı ## ##### 2025-ci il tarixdə saat 11:14-də məhkəmənin dəftərxanasında qeydiyyata alınmışdır. -Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2025-ci il tarixli qərarından görünür ki, Şikayət verən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, məhkəmənin qərarı saat 12:00-da elan edilmişdir. Birinci instansiya məhkəməsi məhkəməyə təqdim edilmiş materialları araşdıraraq hesab etmişdir ki, şikayət ərizəsi qismən təmin edilməlidir. Belə ki, qeyd olunan faktların bir hissəsi Şikayət verən şəxs Azərbaycan Respublikasının Konstitusiyası və cinayətprosessual qanunvericiliyi ilə təminat verilən hüquqlarının pozulduğunu təsdiq etsə də, digər hissədə əsassızdır. Belə ki, ## ###### 2025-ci il tarixli qərarın məzmunundan görünür ki, Şikayət verən şəxs Bakı Istintaq Təcridxanasından Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin Müvəqqəti saxlama yerinə keçirilməsi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin Istintaq Idarəsinin baş müstəntiqi tərəfindən göstəriş verilməklə həyata keçirilmişdir. Halbuki qanunverici həbs edilmiş şəxsin azadlıq hüququna əlavə məhdudiyyət tətbiq edən bu qərarın qəbul edilməsi səlahiyyətini yalnız prokurora aid etmişdir və müstəntiqin belə bir səlahiyyəti yoxdur. Bundan başqa, mübahisələndirilən qərarın əsaslandırma hissəsində Bakı Istintaq Təcridxanasından kənarda istintaq hərəkətinin aparılmasının obyektiv zərurəti açıqlanmamış, hansı istintaq hərəkətlərinin keçirilməli olması qeyd edilməmiş və formal şəkildə “Bakı Istintaq Tecridxanasndan kənarda istintaq hərəkətinin yerinə yetirilməsi zərurəti yarandığı” qeyd edilmişdir. Iş materiallarında digər üzləşdirmə protokollarından isə görünür ki, oxşar istintaq hərəkətləri Bakı Istintaq Təcridxanasının istintaq otağında problemsiz şəkildə yerinə yetirilmişdir. Göründüyü kimi, Istintaq Təcridxanasından MSY-ə keçirilmə kifayət qədər əsaslandırılmamış və buna zərurət də olmamışdır. 48 saat müddətinin pozulması və məhkəmə qarşısına çıxarılmanın qanunsuz olması barəsində isə qeyd edilməlidir ki, Şikayət verən şəxs ## ##### 2025-ci il tarixdə saat 11:27də tutulmuş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiq Orxan Quliyevin vəsatəti və Baş prokurorun birinci müavini Elçin Məmmədovun təqdimatı ## ##### 2025-ci il tarixdə saat 11:14-də Nərimanov Rayon Məhkəməsinə daxil olmuş, yəni təqsirləndirilən şəxs 48 saatlıq prosessual müddət başa çatanadək məhkəmə qarşısına çıxarılmışdır. Cinayət prosesini həyata keçirən orqanın üzərinə düşən vəzifə bu məqamda yerinə yetirilmişdir. Nərimanov Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərarının saat 12:00-da elan edilməsi, vəsatət və təqdimatın əsaslılığının yoxlanılması, ilkin sübutların təhlili və tərəflərin mövqelərinin dinlənilməsi tələblərindən yaranan məsələdir. Cinayət-Prosessual Məcəlləsinin 148.6-cı və 150.3-cü maddələrindəki "təxirə salmadan baxmalı" qaydası məhkəmənin işə ağlabatan tezlikdə baxmasını nəzərdə tutur, lakin məhkəmə araşdırmasının və qərarın qəbul edilməsinin dərhal və araşdırılmadan 48 saatlıq müddət çərçivəsində tamamlanmasını şərtləndirmir. Belə şərh, yəni sırf 48 saatlıq müddət bitənə kimi formal qərar qəbul edilməsi hakimin müstəqil və obyektiv qiymətləndirmə vəzifəsini, eləcə də tərəflərin müdafiə hüququnu heçə endirərdi ki, bu da ədalət mühakiməsinin məqsədləri ilə uzlaşa bilməz. Məhkəmənin müzakirə və qərarın qəbul edilməsi üçün sərf etdiyi zaman istintaq orqanına və ya prokurora aid prosessual hərəkət hesab edilə bilməz. Konstitusiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarında da qeyd edilmişdir ki, şəxsin şübhəli şəxs qismində tutulması müddəti 48 saatdan artıq ola bilməz. Lakin, obyektiv səbəblərdən məhkəmənin həmin təqdimata 48 saat müddətində baxa bilməməsi, onun hərəkətlərinin qanunsuz hesab edilməsi kimi qiymətləndirilə bilməz. Təsadüfi deyildir ki, Konstitusiya Məhkəməsi həmin qərarında Milli Məclisə müddətlərin dəqiqləşdirilməsi ilə bağlı tövsiyə etmişdir ki, bu məsələnin qanunvericiliklə dəqiq tənzimləməsi, bu kimi mübahisələrin həlli ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 148.6-cı maddəsinə əsasən cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması 48 saatdan artıq davam edə bilməz. Həmin müddət keçənədək tutulmuş şəxsə ittiham elan edilməli, həbslə bağlı prokurorun təqdimatı olduqda isə o, məhkəməyə gətirilməli, məhkəmə təxirə salmadan işə baxmalı və həmin şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və ya onun azad edilməsi haqqında qərar çıxarmalıdır. 159-1.1-ci maddəsinə əsasən istintaq təcridxanasının yerləşdiyi yaşayış məntəqəsindən uzaq yerdə istintaq hərəkətlərinin aparılması və ya həbs edilmiş şəxsin məhkəmə icraatında iştirakının təmin edilməsi zərurəti olduqda və onun hər gün gətirilib aparılması mümkün olmadıqda, həbs edilmiş şəxs məhkəməyədək icraat zamanı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun, məhkəmə icraatı zamanı məhkəmənin əsaslandırılmış qərarı ilə 1 ayda 10 gündən artıq olmayan müddətə istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilə bilər. Həbs edilmiş şəxsin vəsatəti əsasında həmin müddət məhkəmənin əsaslandırılmış qərarı ilə məhkəmə icraatının sonunadək uzadıla bilər. 442.2.2-ci maddəsinə əsasən, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: 449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); 449.1.2. tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin; 449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; 449.1.4. müstəntiqin; 449.1.5. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: 449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; 449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; 449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər. 449.3-cü maddəsinə əsasən Bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi. 451-ci maddəsinin tələbinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi və ya barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərar çıxarır. 454-cü maddəsinə əsasən istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 453.6.1-ci maddəsini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Qərara a l d ı: Şikayətçi Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şikayətin qismən təmin edilərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin Istintaq Idarəsinin baş müstəntiq X2 ## ###### 2025-ci il tarixli “Təqsirləndirilən şəxsin etap olunması haqqında” qərarı qanunsuz hesab edilərək ləğv edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət və ya protest verilə bilməz. Sədrlik edən: Qədim Babayev Hakimlər: Murad Məmmədov Zamin Ibrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar