Məhkəmə qərarları › İş №6(3-6)-288/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-288/2026

22.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-288/2026 22.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, şikayət vermiş şəxs Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi iştirakları ilə, Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin icraata qəbul edilməkdən imtina olunması barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ### 2026-cı il tarixli qərarından şikayətçi Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Şikayətçi Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən Bakı şəhəri Suraxanı Rayon Polis Idarəsi tərəfindən Şikayət verən şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması qanunsuz hesab edilməklə onun ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin aradan qaldırılması barədə məhkəmə nəzarəti qaydasında şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hüquqlarını müdafiə etdiyi Nigeriya respublikasının vətəndaşı Iyenoma Osamvvonyinin ölkədən çıxışına Suraxanı rayon Polis Idarəsinin Istintaq Şöbəsi tərəfindən əsassız şəkildə məhdudiyyət qoyulmuşdur. Belə ki, Şikayət verən şəxs ## ##### 2026-cı il tarixində Bakı-Istanbul-Lagos istiqamətində aldığı təyyarə bileti ilə öz ölkəsinə qayıtmaq istəyərkən Heydər Əliyev adına beynəlxalq hava limanında pasport nəzarəti zamanı onun ölkədən çıxışına məhdudiyyət olduğu bildirilmiş və hava limanından ilk əvvəl Bakı şəhəri Suraxanı Rayon Polis Idarəsinin 33-cü Polis Bölməsinə, daha sonra isə Suraxanı rayon polis idarəsinə aparılmışdır. Polis idarəsində ona şəxsən tanımadığı digər bir Nigeraya vətəndaşının törətdiyi cinayətlə əlaqədar suallar verilmişdir. Şikayət verən şəxs qeyd olunan cinayət işi ilə heç bir əlaqəsi yoxdur, cinayəti törədən şəxsləri tanımır. Lakin o, aparılan istintaqa köməklik etmək məqsədi ilə polis əməkdaşları ilə tam əməkdaşlıq edərək verilən suallara tam və hərtərəfli cavab vermişdir. Qeyd olunan tarixdən artıq bir aydan artıq müddət keçməsinə baxmayaraq və tərəfindən Şikayət verən şəxs ölkədən getmək hüququnun bərpa olunması üçün Bakı şəhəri Suraxanı Rayon Polis Idarəsinə vəsatətlə müraciət etməyinə baxmayaraq, onun hüququ hələdə məhdudlaşdırılmışdır. Bundan başqa, onun ölkədən getmək hüququ əsassız olaraq məhdudlaşdırıldığı üçün baha qiymətə aldığı təyyarə biletindən istifadə edə bilmədiyi üçün ona maddi zərər də dəymişdir. Hazırki iş üzrə isə yuxarıda qeyd olunan halların heç biri ona şamil olunmur. Belə olan halda onun ölkdən çıxışına məhdudiyyət qoyulması tam qanunsuz və əsassızdır. Göstərilənləri nəzərə alaraq Suraxanı rayon polis idarəsi tərəfindən Şikayət verən şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması qanunsuz hesab edilməklə onun ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin aradan qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ilə Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin icraata qəbul edilməkdən imtina olunması qərara alınmışdır. Məhkəmənin həmin qərarından Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, ilkin şikayətdə qeyd etdiyi eyni əsasları göstərərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə məhkəmə iclasında çıxış edən Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi şikayəti müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluğun nümayəndəsi və prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilmiş cinayət prosesini həyata keçirən oqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 450.3-cü maddəsinə əsasən şikayətə qeyd olunan şəxslərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materialları nəzərdən keçirib, proses iştirakçısıını dinləyərək, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ləğv olunmalı və material şikayətin icraata qəbul edilib baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin qərarından görünür ki, Müdafiəçi məhkəmə nəzarəti qaydasında verdiyi şikayətində Bakı şəhəri Suraxanı Rayon Polis Idarəsi tərəfindən Şikayət verən şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması qanunsuz hesab edilməklə onun ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin aradan qaldırılması xahiş edilsə də, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 449.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın həmin prosessual qərarından məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin göstərmiş olduğu bu mövqe ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 28.4.4-cü maddəsinə əsasən cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq məhkəmələrin vəzifəsidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 442.2.2-ci maddəsinə əsasən məhkəmələr məhkəmə nəzarəti qaydasında həm də cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllədə xüsusi icraatlar sırasında məhkəmə nəzarətinin həyata keçirilməsinə dair icraat (442-454-cü maddələr) hüquq və azadlıqların pozulmasına dair məlumatlar olduğu halda cinayət təqibini həyata keçirən (əməliyyat-axtarış, təhqiqat, istintaq, prokurorluq) orqanların vəzifəli şəxslərinin hərəkət və qərarlarının qanuniliyi üzərində məhkəmə nəzarətini işə salır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 449-cu maddəsi isə cinayət proesesi iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunmasına və təmin olunmasına xidmət edir. Belə ki, bu maddənin əsas məqsədi cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkət və qərarlarından şikayət verilməsi və onlara məhkəmə nəzarəti qaydasında yenidən baxılması cinayət işlərinin ibtidai araşdırılmasının keyfiyyətini və tamlığını təmin etməyə və bu zaman yol veriləcək hüquq pozuntularının aradan qaldırılmasına yönəlmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 449.3-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi, tutma və həbsdə saxlanılması, tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi, həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi, şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi, şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi, ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi, cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi, məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi, təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 2-ci bəndinə və 60-cı maddəsinin 1-ci bəndinə görə dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə, eləcə də məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 22-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar bu Məcəllə ilə müəyyən edilmiş qaydada hər kəsin ona qarşı irəli sürülmüş ittiham, yaxud barəsində tətbiq olunmuş prosessual məcburiyyət tədbirləri ilə əlaqədar ədalətli və açıq məhkəmə baxışının aparılmasını tələb etmək hüququnu təmin etməlidirlər. Hər hansı səbəbdən məhkəmə baxışını tələb etmək hüququnun rədd edilməsi yolverilməzdir. Digər tərəfdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Yəni, qanunun mənasına görə, apellyasiya instansiya məhkəməsi artıq birinci instansiya məhkəməsinə baxılmış, araşdırılmış və barəsində qərar qəbul edilmiş məsələ üzrə qəbul edilmiş qərarın düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası belə hesab edir ki, qeyd edilən qanunvericilik normalarının tələbləri birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış və nəticədə şikayət hüququ olan proses iştirakçısının şikayətinə mahiyyəti üzrə baxmadan əsassız olaraq icraata qəbul etməkdən imtina etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin müvafiq qərarı ilə verilmiş şikayəti icraata qəbul etməkdən imtina etməklə şikayətə mahiyyəti üzrə baxılmamışdır ki, hazırda həmin şikayətə apellyasiya qaydasında mahiyyəti üzrə baxılmaqla şikayətçinin şikayətində qeyd etdiyi hal birinci instansiya məhkəməsində şikayətin məhkəmə baxışını tələb etmək hüququnu pozur ki, bu hal cinayət prosessual qanunvericiliyin prinsiplərinə zidd olmaqla yolverilməzdir. Məhkəmə kollegiyasının fikrincə, material üzrə yuxarıda göstərilən hallar, həmçinin araşdırmanın gedişində müəyyən olunacaq digər hallar araşdırılmalı, toplanmış həmin sübutlara, habelə iş materiallarında olan digər sübutlara obyektiv hüquqi qiymət verilərək qanuni nəticəyə gəlinməlidir. Odur ki, məhkəmə kollegiyası belə hesab edir ki, Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi şikayəti təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ləğv edilməli, ilkin şikayətdə qeyd edilən hallar araşdırılmalı, Bakı şəhəri Suraxanı rayon polis idarəsi tərəfindən Şikayət verən şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması qərarının ləğvinə əsasların olub-olmamasının müəyyənləşdirilməsi üçün proses iştirakçılarının və məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxsin iştirakı ilə şikayətə mahiyyəti üzrə baxılmalıdır. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ləğv edilməsi, hazırkı material şikayətin icraata qəbul edilib baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 452, 453-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Şikayətçi Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi məhkəmə nəzarəti qaydasında verilmiş şikayətinin icraata qəbul edilməkdən imtina olunması barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ləğv edilsin. Material şikayətçinin şikayətinin icraata qəbul edilib baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılsın. Qərar qətidir, ondan kassasiya şikayəti və kassasiya protesti verilə bilməz. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Aqil Musayev Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar