Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-291/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi ilə, Şikayətçi – X2 iştirakı ilə, X2 “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin cinayət hadisəsi haqqında ərizəsinin qəbul edilməsindən imtina edilməsinə dair məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin geri qaytarılması barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqdim olunmuş materiallardan görünür ki, X2 məhkəmə nəzarəti qaydasında şikayətlə məhkəməyə müraciət edərək ərizəsində ##.##.2023-cü il tarixdə bıçaqlanma hadisəsinə məruz qalmışdır. Həmin il polisə şikayət etmək istədikdə öldürüləcəyi ilə hədələnmişdir. Məruz qaldığı cinayət hadisələri ilə əlaqədar ##.##.2025-ci il tarixdə Daxili İşlər Nazirliyinə ərizə vermiş, lakin vermiş olduğu ərizənin qəbul edilməsindən imtina edilərək qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin cinayət hadisəsi haqqında ərizəsinin qəbul edilməsindən imtina edilməsi barədə hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Sahilə Bağırova) ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə X2 məhkəmə nəzarəti qaydasında verdiyi şikayəti icraata qəbulundan imtina edilmişdir. X2 məhkəmənin həmin qərarından şikayət verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilərək ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəmə icraatı zamanı şikayətçi X2 apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilərək işə mahiyyəti üzrə baxılaraq ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış Daxili İşlər Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. CPM-nin 450.3-cü maddəsinə əsasən Daxili İşlər Nazirliyinin nümayəndəsi iştirakı olmadan baxılması mümkün hesab edilmişdir Məhkəmə kollegiyası iş materialları nəzərdən keçirib, apellyasiya şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qanunda cinayət prosesini həyata keçirən orqanın məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən prosessual hərəkətlərinin və ya qərarlarının dairəsi dəqiq müəyyən edilmişdir. Ərizənin məzmunundan göründüyü kimi, X2 şikayəti cinayət-prosessual qanunvericilikdə məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən prosessual qərar və hərəkətlərə aid deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydaları CPM-nin Lll fəsli (CPM-nin 442-454-cü maddələri) ilə tənzimlənir və qanunvericilikdə məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən prosessual hərəkət və qərarların dairəsi dəqiq müəyyən edilmişdir. CPM-nin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1 - cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2 - tutma və həbsdə saxlanılması; 449.3.3 - tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1 - həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4 - həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.4-1 - şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; 449.3.4-2 - şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; 449.3.4-3 - ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; 449.3.5 - cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6 - məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7 - təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” ## #### 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şikayət etmək hüququ olan şəxslər məhkəmə nəzarəti qaydasında təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun məhkəməyədək icraat zamanı bütün prosessual qərar və hərəkətlərindən (hərəkətsizliyindən) deyil, yalnız qanunda nəzərdə tutulan prosessual hərəkət və qərarlarından şikayət verə bilərlər. Beləliklə, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, X2 məhkəmə nəzarəti qaydasında verdiyi şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı düzgün, qanuni və əsaslıdır. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, X2 məhkəmə nəzarəti qaydasında verdiyi sözügedən şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və CPM-nin 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. X2 məhkəmə nəzarəti qaydasında verdiyi şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov.
Məhkəmə qərarları › İş №6(3-6)-291/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-291/2026
25.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver