Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-293/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Qərarından məhkəmə nəzarəti qaydasında şikayət verilmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi X3, Məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs iştirakları ilə, Şikayət verən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi X3 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi X3 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarından məhkəmə nəzarəti qaydasında şikayətlə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Şikayət verən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi X3 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan Şikayət verən şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və işin əlavə araşdırma üçün qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixdən Yük Taksi MMC-də çalışırdı. ##.##.2025-ci ildə 12 ton yük daşıyarkən avtomobilin sağ arxa təkəri partladı və yol-nəqliyyat hadisəsi baş verdi. Avtomobil aşdı, bədən xəsarətləri aldı (qarın nahiyyəsində yırtıq, qolumda sıyrıq). Polisə məlumat verilməmiş, protokol qanunsuz olaraq yazılmışdır. Videogörüntülər silinmiş, tibbi rəy isə yox edilmişdir. Tibbi rəyi əldə edə bilmiş və hadisədən 2 gün sonra müayinə nəticəsində aldığı xəsarətlər öz təsdiqini tapmışdır. Əmək Müfəttişliyi tərəfindən şirkət barəsində araşdırma aparılmış, şirkət qanunsuzluqları ilə bağlı məsuliyyətə cəlb edilmişdir. Lakin şirkət qanunsuz yollarla öz əməllərini bütün formalarda üstünlük göstərməyə çalışırlar. Bu avtoqəzanın videogörüntülərinin silinməsi, Yeni Klinikada tibbi rəyin gizlədilməsi və s olaraq özün göstərir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin MN ******* saylı, ##.##.2025-ci il tarixli inzibati xəta ilə şirkət rəbəri Aqil Zeynalova ona İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən cərimə tətbiq edilmiş, "Qanun pozan tərəf" olaraq göstərilmişdir. "Bakı Apellyasiya Məhkəməsinin hakimi Zəfər Əhmədovun ##.##.2025-ci il tarixli qərarı ilə müstəntiqin əvvəlki rədd qərarı ləğv edilmişdir. Qərarın əsas səbəbi hadisə günü (##.##.2025) avtomobilin işlək vəziyyətdə sürücüyə verilməsini təsdiq edən təhvil- təslim aktının araşdırma materiallarında olmaması idi. Məhkəmə müstəntiq qarşısında bu sənədin təqdim olunmasını tələb etmişdir. Lakin müstəntiq Elnur Cəfərov məhkəmənin göstərişini icra etməmiş, ## ##### 2025-ci il tarixinə aid heç bir akt təqdim etməmişdir. Əvəzində hadisədən 3 gün əvvələ (18 aprel) aid akt təqdim olunmuşdur. 18 aprel tarixli sənəd 21 aprel tarixindəki texniki vəziyyəti təsdiq edə bilməz. Həmçinin müstəntiqin əlavə araşdırması da məlum olmuşdur ki, ## ##### 2025-ci il tarixdə o Kürdəmir istimaqətində hərəkətdə olarkən guya manevr edərək maneyəyə dəymiş və qəza törətmişdir. "Bakı Yeni Klinika" tərəfindən verilmiş ##.##.2025-ci il tarixli rəsmi epikrizdə yol-nəqliyyat hadisəsi nəticəsində aldığı travma və bədənində "yumşaq toxuma defekti" aşkarlandığı rəsmən təsdiq olunub. Şirkət nümayəndələri Elçin İbrahimov və İlkin Məmmədov ilkin izahatlarında ##.##.2025-ci il saat 10:00-da avtomobilə Bakıda baxış keçirdiklərini bildirsələr də, GPS məlumatları həmin vaxt onun artıq reysdə olduğunu sübut edir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin rəsmi cavab məktubunda qeyd olunduğu kimi, daşıyıcılar hər gün reysqabağı texniki baxış və tibbi müayinəni təmin etməlidirlər. Şirkətin ##.##.2025-ci il üçün belə akt təqdim edə bilməməsi qanun pozuntusudur. İş üzrə daha əvvəl Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə müstəntiqin əvvəlki rədd qərarı ləğv edilmiş və əlavə araşdırma aparılması tələb olunmuşdur. Həmin qərarın əsas tələbi ##.##.2025-ci il tarixə aid avtomobilin texniki vəziyyətini təsdiq edən sənədin təqdim olunması idi. Lakin bu sənəd təqdim olunmamış, əvəzində ##.##.2025-ci il tarixli akt təqdim edilmişdir. Bu isə məhkəmə qərarının icra olunmaması və araşdırmanın natamam aparılması deməkdir. ##.##.2025-ci il tarixdə baş vermiş hadisə üzrə həmin günə aid texniki baxış aktı mövcud deyi. ##.##.2025-ci il tarixli sənəd hadisə günündə avtomobilin texniki sazlığını sübut edə bilməz. Apellyasiya baxışı zamanı iştirak edən məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi X3 apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq və proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs apellyasiya şikayəti təmin edilməli, Şikayət verən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi X3 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, toplanmış materiallar əlavə araşdırma aparılması aparılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.3-cü maddəsinə əsasən cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, həmin Məcəllənin 8.0.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək cinayət mühakimə icratının vəzifələridir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya kütləvi informasiya vasitəsinin məlumatları, yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət təhqiqatçının və ya müstəntiqin hərəkətindən və ya qərarından - ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora; ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətindən və ya qərarından - yuxarı prokurora; bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə; bu Məcəllədə nəzərdə tutulmuş hallarda məhkəmənin hərəkətlərindən və ya qərarlarından - yuxarı məhkəməyə verilir. Həmin Məcəllənin 449.3.5-ci maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 450.6.5-ci maddəsinə əsasən isə hakim cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuni və əsaslı olub-olmaması barədə bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələbləri və özünün daxili inamı əsasında qərar çıxarır və məhkəmə iclasında iştirak edən şəxslərə dərhal elan edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” # ###### 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, şikayət etmək hüququ olan şəxslər məhkəmə nəzarəti qaydasında təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun məhkəməyədək icraat zamanı bütün prosessual qərar və hərəkətlərindən (hərəkətsizliyindən) deyil, yalnız qanunda nəzərdə tutulan prosessual hərəkət və qərarlarından şikayət verə bilərlər. Qanunla nəzərdə tutulmuş məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən bu prosessual hərəkət və qərarların dairəsi qətidir və cinayət prosesini həyata keçirən orqanın digər prosessual hərəkət və qərarlarından şikayət verilməsi yolverilməzdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## #### 2026-cı il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şikayət verən şəxs ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. “Nəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması barədə” ## ##### 2025-ci il tarixli aktdan görünür ki, “X2 YÜK” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki vəziyyətində qüsur aşkar edilməmiş və reysə buraxıla bilməsi təsdiq olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” X4 canlı şəxsin ekspertizası üzrə ## ####### 2025-ci il tarixli, ***/MEŞ nömrəli ekspert rəyindən görünür ki, Şikayət verən şəxs məhkəmətibbi müayinəsi zamanı bədən səthində ##.##.2025-ci il tarixdə törənməyə uyğun gələn xəsarət aşkar edilməmişdir. Həmçinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## #### 2026-cı il tarixli qərardan görünür ki, avtomobilin GPS (naviqator) marşrutu xəttini əks etdirən sənədin surətindən görünür ki, ## ##### 2025-ci il tarixdə sürücü Şikayət verən şəxs reysqabağı Bakı-Şamaxı-Müşviqabad ərazisində olmuş və həmin ərazidən sifarişə çıxmışdır. Hazırki iş üzrə birinci instansiya məhkəməsi Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməməsi qənaətinə gələrkən ona əsaslanmışdır ki, Şikayət verən şəxs ## ##### 2025-ci il tarixdə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Kürdəmir rayonu Qarabucaq qəsəbəsi ərazindən keçən hissəsində “X2 YÜK” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolnəqliyyat hadisəsi baş vermişdir. ## ####### 2025-ci il tarixli, ***/MEŞ nömrəli ekspert rəyi ilə məlum olunmuşdur ki, Şikayət verən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində ##.##.2025-ci il tarixdə, yəni yol-nəqliyyat hadisəsi baş verdiyi zaman törənməyə uyğun gələn xəsarət aşkar edilməmişdir. Həmçinin şəxsin ərizəsində qeyd etdiyi yolnəqliyyat hadisəsinin baş verməsinə bilavasitə səbəb olan halın, yəni idarə etdiyi “X2 YÜK” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini texniki baxımdan nasaz vəziyyətdə olması ## ##### 2025-ci il tarixli akt ilə təkzib olunur. Həmçinin, yol-nəqliyyat hadisəsi ##.##.2025-ci il tarixdə baş verdiyindən və hadisə yerinə gələn yol polisi əməkdaşına “X2 YÜK” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şikayət verən şəxs xəsarət alması barədə məlumat verilməmişdir. Bu səbəbdən hadisə zamanı təhqiqat orqanı tərəfindən hadisə yerinə və avtomobilə baxış keçirilməmişdir və qeyd olunanlara əsasən müəyyən olunur ki, Şikayət verən şəxs ## ##### 2025-ci il tarixdə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Kürdəmir rayonu Qarabucaq qəsəbəsi ərazindən keçən hissəsində “X2 YÜK” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən manevr qaydalarını pozması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət üzrə araşdırma tam, hərtərəfli və obyektiv aparılmadan onun müraciəti rədd edilmişdir. Belə ki, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayətindən görünür ki, ##.##.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş vermə səbəbi kimi həmin vaxt idarə etdiyi “X2 YÜK” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin nasaz vəziyyətdə ona istismara verilməsini və baş vermiş hadisə nəticəsində xəsarət almasını qeyd etmişdir. Məhkəmə kollegiyası Şikayət verən şəxs göstərdiyi xüsusatlarla əlaqədar iş materiallarını tədqiq edərək “X2 YÜK” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki vəziyyəti ilə əlaqədar ## ##### 2025-ci il tarixli aktın hazırki iş üzrə sübut kimi qiymətləndirilməsi və bununla da yol-nəqliyyat hadisəsinin baş verdiyi ##.##.2025-ci il tarixi üçün sözügedən nəqliyyat vasitəsinin texniki cəhətdən qüsursuz olması barədə mövqe ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyası həmin hissədə apellyasiya şikayətinin dəlillərini əsaslı sayaraq qeyd edir ki, ##.##.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi üzrə həmin tarixdən 3 gün öncəyə aid olan və şikayətçi Şikayət verən şəxs imzası əks olunmamış aktın mötəbərliliyi şübhdə doğurmaqla hadisənin baş verdiyi ##.##.2025-ci il tarixi üçün “X2 YÜK” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki vəziyyətinin qüsursuz olması qənaətinə gəlməyə imkan vermir. Buna görə də məhkəmə kollegiyası Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayətində ##.##.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş vermə səbəbi kimi həmin vaxt idarə etdiyi “X2 YÜK” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin nasaz vəziyyətdə ona istismara verilməsini iddia etdiyi təqdirdə həmin tarix üçün nəqliyyat vasitəsinin texniki vəziyyətini təsdiq edən sübutların əldə olunmasının zəruriliyini, habelə iş materiallarındakı ## ##### 2025-ci il tarixli aktın mötəbərliliyi şühbə doğurmaqla göstərilən qənaətə gəlməyə imkan vermədyini nəzərə alaraq alaraq Şikayət verən şəxs şikayəti üzrə cinayət hadisəsinin olub-olmamasına dair əlavə araşdırmanın aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Şikayət verən şəxs şikayətində göstərilmiş xüsusatlar öz təsdiqini tapdığı, yəni ##.##.2025-ci il tarixdə onun idarə etdiyi “X2 YÜK” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə baş vermiş yol-nəqliyyat hadisəsində cinayət hadisəsi müəyyən olunduğu təqdirdə vəzifəli şəxslərin məsuliyyəti ilə bağlı məsələnin həll edilməsi baxımından iş materialları müvafiq prokurorluq orqanına göndərilməsi müzakirə edilməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs apellyasiya şikayəti təmin edilməli, Şikayət verən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi X3 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, toplanmış materiallar əlavə araşdırma aparılması aparılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə göndərilməli və qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 454-cü maddəsini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARA A L D İ: Şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şikayət verən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi X3 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayəti təmin edilsin. Şikayət verən şəxs müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi X3 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarı ləğv edilsin. Şikayət verən şəxs şikayətində göstərdiyi və hazırki qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılsın. Toplanmış material əlavə araşdırma aparılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə qaytarılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan protest və ya şikayət verilə bilməz. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev
Məhkəmə qərarları › İş №6(3-6)-293/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-293/2026
25.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver