Məhkəmə qərarları › İş №6(3-6)-296/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-296/2026

26.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-296/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi ilə, Şikayət verən şəxs “Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət haqqında ərizənin icraata götürməməsi” barədə hərəkətsizliyinin qanunsuz sayılmasına dair məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin geri qaytarılması barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqdim olunmuş materiallardan görünür ki, Şikayət verən şəxs məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Baş Prokurorluğuna Bakı Apellyasiya Məhkəməsinin hakimlərindən şikayət etsə də onun müraciəti üzrə hər hansı araşdırma aparılmamış və ona 1 ay ərzində müvafiq cavab verilməmişdir. Buna görə də Azərbaycan Respublikası Baş Prokurorluğunun hərəkətsizliyinin qanunsuz sayılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Vüsal Tağıyev) ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayəti icraata qəbul edilmədən geri qaytarılmışdır. Məhkəmə nəzarəti qaydasında Şikayət verən şəxs məhkəmənin həmin qərarından şikayət verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli qərarının ləğv edilməsini və ərizəyə mahiyyəti üzrə baxılması barədə qəbul edilməsini xahiş etmişdir. Şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmçinin şikayətçinin iştirakı Penitensiar Xidməti tərəfindən təmin edilməmişdir. CPM-nin 450.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi və şikayətçinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir Məhkəmə kollegiyası iş materialları nəzərdən keçirib, apellyasiya şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) Lll fəsli (CPM-nin 442-454cü maddələri) ilə tənzimlənir və qanunvericilikdə məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən prosessual hərəkət və qərarların dairəsi dəqiq müəyyən edilmişdir. CPM-in 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. CPM-nin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1 - cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2 - tutma və həbsdə saxlanılması; 449.3.3 - tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1- həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4 - həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.4-1 - şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; 449.3.4-2 - şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; 449.3.4-3 - ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; 449.3.5 - cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6 - məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7 - təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” ## #### 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şikayət etmək hüququ olan şəxslər məhkəmə nəzarəti qaydasında təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun məhkəməyədək icraat zamanı bütün prosessual qərar və hərəkətlərindən (hərəkətsizliyindən) deyil, yalnız qanunda nəzərdə tutulan prosessual hərəkət və qərarlarından şikayət verə bilərlər. Şikayət ərizəsi, ona əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, o, ##.##.2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin hakimlərindən Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət etmiş, lakin Baş Prokurorluq tərəfindən onun şikayətinə baxılmamış və aidiyyəti vəzifəli şəxslər barədə müvafiq tədbirlər görülməmişdir. Beləliklə, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, şikayətçi Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayətinin baxılmadan ona geri qaytarılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı düzgün, qanuni və əsaslıdır. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, şikayətçi Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi sözügedən şikayətinin baxılmadan geri qaytarılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və CPM-nin 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin baxılmadan geri qaytarılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*- ***)-**/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar