Məhkəmə qərarları › İş №6(3-6)-297/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-297/2026

26.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-297/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri – İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından şikayətçi Şikayət verən şəxs vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, qapalı məhkəmə iclasında həmin qərarın qanuniliyini və əsaslığını yoxlayaraq, MÜƏYYƏN ETDİ: ## ### 2026-cı il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatına Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar İdarəsinin böyük prokuroru, R X1 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2025ci il tarixli qərarından Şikayət verən şəxs vəkili Müdafiəçi tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət daxil olmuşdur. Şikayət verən şəxs vəkili Müdafiəçi şikayət ərizəsində göstərmişdir ki, Şikayət verən şəxs ## #### 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə saxlanılmışdır. Ərizəçi digər saxlanılmış Rusiya vətəndaşları ilə birlikdə fiziki zorakılığa məruz qalmış, aşkar xəsarətlərlə ictimaiyyətə çıxarılmış, qandallı vəziyyətdə kollektiv şəkildə dəmir qəfəsə salınmış və media nümayəndələrinin qarşısında nümayiş etdirilmişdir. Fotoşəkillərdən və video materiallardan aydın görünür ki, saxlanılan şəxslərin üzərində, xüsusilə üz və baş nahiyələrində göyərmə, şişkinlik, qızartı və digər xəsarət izləri mövcuddur. Şikayət verən şəxs özü də zorakı şəkildə aparılmış və fiziki təzyiq altında saxlanılmışdır. Mətbuat nümayəndələrinin prosesə xüsusi şəkildə buraxılması və saxlanılan şəxslərin kameralar qarşısında kollektiv şəkildə qəfəsə salınması bu tədbirin təhlükəsizlik məqsədilə deyil, nümayişkaranə və alçaldıcı məqsədlə həyata keçirildiyini göstərir. Şikayət edilən qərarda iddia olunur ki, guya Ərizəçi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən işgəncəyə məruz qalmamışdır. Lakin bu nəticə iş materiallarında olan açıq vizual sübutlarla tam şəkildə təkzib olunur. Foto və videomateriallarda saxlanılan şəxslərin üzərində aşkar xəsarət izləri görünür. Baş Prokurorluq tərəfindən: - foto və videomateriallara hüquqi qiymət verilməmiş; - xəsarətlərin mənşəyi araşdırılmamış; - saxlanılan şəxslərin məhkəmədə dəmir qəfəsdə nümayiş etdirilməsinin səbəbləri araşdırılmamış; - media nümayəndələrinin prosesə necə buraxıldığı yoxlanılmamışdır. Araşdırma yalnız polis əməkdaşlarının izahatları ilə məhdudlaşdırılmış və effektiv araşdırma aparılmamışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin ##.##.2025ci il tarixli, ***-C-** nömrəli qərarının ləğv edilməsini, Şikayət verən şəxs fiziki zorakılığa və ləyaqəti alçaldan rəftara məruz qalması faktı üzrə cinayət işi başlanılması üçün materialların aidiyyəti üzrə göndərilməsini, foto və video materiallara müstəqil hüquqi qiymət verilməsinin təmin edilməsini, ərizəçinin və digər saxlanılan şəxslərin məhkəmədə dəmir qəfəsdə saxlanılması faktına ayrıca hüquqi qiymətin verilməsini, media görüntülərinin və foto materialların ekspertiza yolu ilə tədqiqinin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Şikayət verən şəxs vəkili Müdafiəçi qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməmişdir. Şikayət verən şəxs vəkili Müdafiəçi apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, şikayətinin təmin olunması xahiş etmişdir. Şikayət verən şəxs və onun vəkili Müdafiəçi ayrı-ayrılıqda məhkəməyə ərizə ilə müraciət edərək, verilmiş apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Baş Prokurorluğunun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətlə əlaqədar iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal rayon Polis idarəsinin 26-cı polis şöbəsinin sahə inspektoru, R Anar Mustafazadə izahatında bildirmişdir, Şikayət verən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçirilmiş və sonuncu saxlanılaraq Bakı şəhəri Baş polis idarəsinə gətirilmiş, şəxsi axtarış istintaq hərəkətinin aparılması zamanı üzərində narkotik vasitə aşkar edilərək götürülmüş, bununla da A. Vasilçenko # #### 2025ci il tarixdə şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilmişdir. Şikayət verən şəxs saxlanılarkən, polis idarəsinin inzibati binasına gətirilərkən və orada olarkən polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmamışdır. Bakı şəhəri Yasamal rayon polis idarəsinin 26-cı polis şöbəsinin cinayətaxtarış üzrə əməliyyat müvəkkili R X2 digər polisəməkdaşı Anar Mustafazadə ilə eyni məzmunda izahat verərək Şikayət verən şəxs daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalmadıqlarını bir daha təsdiq etmişdir. xxxx X3 Sabunçu rayon şöbəsinin ## ###### 2025ci il tarixli, **/TS saylı rəyindən görünür ki, Şikayət verən şəxs Bakı istintaq təcridxanasında müayinəsi zamanı (# #### 2025-ci il tarixdə) bədənində xəsarət aşkar olunmamışdır. Bununla da, araşdırma nəticəsində Şikayət verən şəxs Azərbaycan Respublikasının daxili işlər orqanlarının, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən işgəncələrə, digər qanunsuz hərəkət və davranışlara məruz qalmaması müəyyən edilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Xidməti araşdırmalar idarəsində toplanmış ***-C-** nömrəli material üzrə cinayət işinin başlanılması rədd olunması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş ***-C-** nömrəli materiallarından aydın olur ki, məhkəmətibbi ekspetizası keçirilmiş, izahatlar alınmış və sənədlərə baxış keçirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X3 ##.##.2025-ci il tarixli **/TS nömrəli ekspert rəyindən görünür ki, Şikayət verən şəxs adına Bakı İstintaq Təcridxanasında tərtib olunmuş məhkumun tibbi kitabçasına əsaslanaraq, hadisə barədə qərarda göstərilənləri nəzərə alıb və ekspertiza qarşısına qoyulmuş suallara cavab olaraq Şikayət verən şəxs Bakı İstintaq Təcridxanasında müayinəsi zamanı (##.##.2025-ci il) bədənində xəsarət aşkar olunmadığı göstərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusundan müəyyən olunur ki, ##.##.2025-ci il tarixli qərarı qəbul edən Xidməti araşdırmalar idarəsinin prokuroru prosesual qanunvericiliyin tələblərinə əməl edərək sübutların toplanması ilə araşdırma apararaq və digər prosessual hərəkətlər həyata keçirərək, cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul etmişdir. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № *****/**, ## #### 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № *****/**, ## ###### 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar İdarəsinin böyük prokuroru, R X1 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2025-ci il tarixli qərarı qanuni hesab etmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətdə göstərilən xüsusatlar üzrə mövcud qanunvericiliklə nəzərdə tutulmuş qaydada ibtidai araşdırma orqanı tərəfindən ətraflı və qanuna uyğun araşdırma aparılmış, həmin araşdırma zamanı mümkün olan zəruri hərəkətlər icra olunmuşdur. Qeyd edilən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (maddə 145.2). V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət və İnzibati Hüquqpozmalara Dair işlər üzrə məhkəmə kollegiyasının ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2005-ci il tarixli qərarına əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146-cı maddəsi). Beləliklə, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası toplanmış materialları və birinci instansiya məhkəmə iclasında tədqiq olunmuş sübutları nəzərə alaraq hesab edir ki, Şikayət verən şəxs vəkili Müdafiəçi məhkəmə nəzarəti qaydasında verdiyi şikayətində göstərmiş olduğu xüsusatlar öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar İdarəsinin böyük prokuroru, R X1 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2025-ci il tarixli qərarı və həmin qərardan şikayətə baxan birinci instansiya məhkəməsi ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Şikayət verən şəxs vəkili Müdafiəçi məhkəmə nəzarəti qaydasında verdiyi sözügedən şikayətinin təmin edilməməsinə dair iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Şikayət verən şəxs vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Şikayət verən şəxs vəkili Müdafiəçi şikayətinin təmin edilməməsinə dair *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar