Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-301/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunu katibliyi, Qərardan şikayət vermiş Şikayət verən şəxs nümayəndəsi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Nümayəndə İsa qızının, Qərarından şikayət verilmiş Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) müstəntiqi X2 iştirakları ilə, Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) müstəntiqi Şirxan Fərəcovun 2-2-316- ***C-** nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsinə dair ## ###### 2025-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin materiallarının cinayət işinin istintaqının davam etdirilməsi üçün Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) qaytarılmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarından Bakı şəhəri Nizami rayon prokuroru Pərviz İbayev tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şikayət verən şəxs nümayəndəsi Nümayəndə İsa qızı Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) müstəntiqi Şirxan Fərəcovun **C-** nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsinə dair ## ###### 2025-ci il tarixli qərarından məhkəmə nəzarəti qaydasında şikayət vermişdir Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) müstəntiqi Şirxan Fərəcovun 2-2-316- ***C-** nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsinə dair ## ###### 2025-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin materiallarının cinayət işinin istintaqının davam etdirilməsi üçün Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) qaytarılması qərara alınmışdır. Həmin qərardan Bakı şəhəri Nizami rayon prokuroru Pərviz İbayev apellyasiya protesti verərək Bakı şəhəri Nizami rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- **/**** saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarından Bakı şəhəri Nizami rayon prokuroru Pərviz İbayev tərəfindən verilmiş apellyasiya protesti qanunla müəyyən olunmuş prosessual müddət ötürülməklə verildiyindən apellyasiya protesti iş materialları ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 454-cü maddəsində göstərilmişdir ki, istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən, elan olunduqdan sonra 3 (üç) gün müddətində həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, yaxud bundan imtina barədə hakimin qərarından aşağıdakı qaydada ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən protest, təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi, habelə zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən isə şikayət verilə bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin mübahisələndirilən qərarı ##.##.2026-cı il tarixdə Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) müstəntiqi X2 da iştirakı ilə elan edilmiş, verilmiş apellyasiya protesti isə ##.##.2026-cı il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Bununla da Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən mübahisələndirilən qərar elan olunandan qanunla müəyyən edilmiş 3 gün müddətində apellyasiya protesti verməli olduğu halda, həmin protesti qanunla müəyyən edilmiş prosessual müddəti ötürməklə vermiş və apellyasiya protestinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair birinci instansiya məhkəməsinə vəsatətlə müraciət etməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 203.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarından Bakı şəhəri Nizami rayon prokuroru Pərviz İbayev tərəfindən verilmiş apellyasiya protesti qanunla müəyyən olunmuş prosessual müddət ötürülməklə verildiyindən apellyasiya protesti iş materialları ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya protesti verən şəxsə buraxılmış prosessual müddətin bərpası barədə birinci instansiya məhkəməsinə vəsatətlə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 202, 203, 452-454-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarından Bakı şəhəri Nizami rayon prokuroru Pərviz İbayev tərəfindən verilmiş apellyasiya protesti qanunla müəyyən olunmuş prosessual müddət ötürülməklə verildiyindən apellyasiya protesti iş materialları ilə birlikdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılsın. Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) apellyasiya protesti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası ilə əlaqədar vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev
Məhkəmə qərarları › İş №6(3-6)-301/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-301/2026
04.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver