Məhkəmə qərarları › İş №6(3-6)-304/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-304/2026

04.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-304/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi ilə, Şikayət verən şəxs şikayət ərizəsinin baxılmaq üçün Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş İdarəsinə göndərilməsi ilə bağlı Baş Prokurorluğun prosessual hərəkətinin qanunsuz hesab edilməsi və şikayət ərizəsinin araşdırılmaq üçün Baş Prokurorluğa göndərilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin baxılmadan geri qaytarılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs birinci instansiya məhkəməsinə müraciət edərək şikayət ərizəsinin baxılmaq üçün Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş İdarəsinə göndərilməsi ilə bağlı Baş Prokurorluğun prosessual hərəkətinin qanunsuz hesab edilməsi və şikayət ərizəsinin araşdırılması üçün Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayət ərizəsinin icraata qəbul edilmədən ona geri qaytarılması qərara alınmışdır. Həmin qərardan Şikayət verən şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin iş 2021-ci ilin iyul ayı ərzində müxtəlif nüfuzlu xarici mətbuat orqanları tərəfindən dərc edilmiş “Pegasus layihəsi” (“X2”) adlı beynəlxalq jurnalistika araşdırması təşəbbüsünün yaydığı məlumatla əlaqədardır. “Pegasus layihəsi” araşdırması tərəfindən müəyyən edilib ki, şikayətçinin də adı həmin onlayn izlənən və “Pegasus” cəsus proqramı vasitəsilə telefonu dinlənən və istifadəsində olan texniki rabitə kanallarından (vasitələrindən) məlumatları çıxarılan şəxslər arasındadır. Şikayətçi bu faktla əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edib və ona qarşı törədilmiş bu əməllərin CPM-lə nəzərdə tutulmuş qaydada və şərtlərlə araşdırılmasını tələb edib. Baş Prokurorluq həmin şikayəti araşdırılması üçün Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə göndərib. Şikayətçi şikayətinin DTX-ya göndərilməsindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinə məhkəmə ##.##.2026-cı il tarixdə məhkəmə nəzarəti qaydasında şikayəti verib. Şikayətçi hesab edir ki, onun şikayəti aidiyyəti üzrə prokurorluq orqanlarının araşdırma səlahiyyətinə aiddir və şikayətin DTX-ya göndərilməsi şikayətin səmərəli araşdırılma ehtimalını azaldır, eləcə də qanunaziddir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti ilə əlaqədar materialı araşdırıb hesab edir ki, şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şikayət verən şəxs şikayət ərizəsinin baxılmaq üçün Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş İdarəsinə göndərilməsi ilə bağlı Baş Prokurorluğun prosessual hərəkətinin qanunsuz hesab edilməsi və şikayətçinin şikayət ərizəsinin araşdırılmaq üçün Baş Prokurorluğa göndərilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin baxılmadan geri qaytarılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət təhqiqatçının və ya müstəntiqin hərəkətindən və ya qərarından - ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora; ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətindən və ya qərarından - yuxarı prokurora; bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə; bu Məcəllədə nəzərdə tutulmuş hallarda məhkəmənin hərəkətlərindən və ya qərarlarından - yuxarı məhkəməyə verilir. Həmin Məcəllənin 442.1-ci maddəsinə əsasən məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: 449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); 449.1.2. tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin; 449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; 449.1.4. müstəntiqin; 449.1.5. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: 449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; 449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; 449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.4-1. şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; 449.3.4-2. şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; 449.3.4-3. ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması; Həmin Məcəllənin 450.1-ci maddəsinə əsasən əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayətə onun daxil olduğu andan 10 (on) gün müddətinə qapalı məhkəmə iclasında hakim tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 451.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə yaxud barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərarlardan birini çıxarır. Həmin Məcəllənin 450.6.5-ci maddəsinə əsasən hakim cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuni və əsaslı olubolmaması barədə bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələbləri və özünün daxili inamı əsasında qərar çıxarır və məhkəmə iclasında iştirak edən şəxslərə dərhal elan edir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, yalnız Azərbaycan Respublikasının CPM-nin 449.3-cü maddəsində konkret olaraq göstərilmiş hallarla bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilə bilər. Başqa sözlə, Şikayət verən şəxs şikayəti məhkəmə nəzarəti qaydasında şikayətin predmetini təşkil etmədiyindən məhkəmə nəzarəti qaydasında baxıla bilməz. Məhkəmə kollegiyası materialı araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır və hesab edir ki, Şikayət verən şəxs şikayəti CPM-nin 449.3-cü maddəsinin tələbləri baxımından məhkəmə nəzarəti qaydasında baxılmalı olmadığından məhkəmə şikayət ərizəsinin icraata götürülməsindən imtina edilməsi barədə qanuni və əsaslı qərar qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası materialı araşdırıb belə nəticəyə gəlir ki, şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şikayət verən şəxs şikayət ərizəsinin baxılmaq üçün Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş İdarəsinə göndərilməsi ilə bağlı Baş Prokurorluğun prosessual hərəkətinin qanunsuz hesab edilməsi və şikayətçinin şikayət ərizəsinin araşdırılmaq üçün Baş Prokurorluğa göndərilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin baxılmadan geri qaytarılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 450-454-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L D İ: Şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şikayət verən şəxs şikayət ərizəsinin baxılmaq üçün Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş İdarəsinə göndərilməsi ilə bağlı Baş Prokurorluğun prosessual hərəkətinin qanunsuz hesab edilməsi və şikayət ərizəsinin araşdırılmaq üçün Baş Prokurorluğa göndərilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin baxılmadan geri qaytarılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar