Məhkəmə qərarları › İş №6(3-6)-311/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-311/2026

08.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-311/2026 08.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri – İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi və Şikayət verən şəxs nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Səbail rayon polis idarəsinin İstintaq şöbəsinin müstəntiqinin «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» ## ##### 2025-ci il tarixli qərarın ləğv edilməsinə dair Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından şikayətçi Şikayət verən şəxs nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, qapalı məhkəmə iclasında həmin qərarın qanuniliyini və əsaslığını yoxlayaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş istintaq və Təhqiqat idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis Rı X4 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ###### 2025-ci il tarixli qərarından Şikayət verən şəxs nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət ## ### 2026-cı il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Şikayət verən şəxs vəkili Nümayəndə şikayət ərizəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş istintaq və təhqiqat idarəsinə Ağır cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi X4 icraatında X2, X7, Bağırov Elgün İsa oğlu və X6 müraciəti əsasında araşdırılmış material üzrə ##.##.2025-ci il tarixində cinayət işinin rədd edilməsi haqqında qərar (bundan sonra - "Rədd Qərarı") qəbul edilmişdir. Araşdırma nəticəsi üzrə qəbul edilmiş CPM-in 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda əsası ilə Rədd Qərarı qəbul edilmişdir. Əməl isə nədən ibarət olduğu ümumiyyətlə göstərilmir və göstərilə də bilməz, çünki heç bir əməl baş verməmişdir. Bu səbəbdən X3 qəbul edərkən CPM-in 39.1.2-ci maddəsini deyil, həmin Məcəllənin 39.1.1-ci maddəsini, yəni cinayət hadisəsi olmadıqda əsas götürməli idi. Daxili İşlər Nazirliyinin Baş istintaq və Təhqiqat İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis Rı X4 tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Şikayət verən şəxs vəkili və nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş istintaq və Təhqiqat idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis Rı X4 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ###### 2025-ci il tarixli qərarın ləğv edilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayət təmin edilməmişdir. Şikayətçi Şikayət verən şəxs nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, şikayətinin təmin olunması xahiş etmişdir. Şikayət vermiş şəxs Şikayət verən şəxs vəkili və nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında çıxış edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, verilmiş şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş istintaq və Təhqiqat idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətlə əlaqədar şikayətçinin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş ## ###### 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda göstərilmişdir ki, araşdırma nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında mübahisə birgə sahibkarlıq fəaliyyətindən irəli gələn məsələlərlə bağlı yaranmış və mülki hüquqi xarakterlidir. Beləliklə də, Şikayət verən şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməli və ərizəçi tərəfə mülki qaydada ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etməsi hüququnun olması izah edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə bağlı qeyd edir ki, şikayətçinin əsas arqumenti cinayət işinin başlanmasının rədd edilməsinin mahiyyətinə deyil, rədd qərarında istinad edilmiş hüquqi əsasa yönəlmişdir. Belə ki, şikayətçi cinayət təqibinin başlanması üçün kifayət qədər məlumatların mövcud olduğunu və ya araşdırmanın natamam aparıldığını iddia etmir, yalnız hesab edir ki, müstəntiq CPM-in 39.1.2-ci maddəsini deyil, 39.1.1-ci maddəsini tətbiq etməli idi. Halbuki məhkəmə nəzarətinin məqsədi cinayət prosesini həyata keçirən orqanın qərarının qanuniliyini və əsaslılığını yoxlamaqdan ibarətdir. Hüquqi əsasın seçilməsi ilə bağlı fikir ayrılığı, əgər qərarın mahiyyətinə təsir etmirsə və onun qanunsuzluğunu şərtləndirmirsə, özlüyündə həmin qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsində nəzərdə tutulan əsas hadisəsinin ümumiyyətlə mövcud olmadığı hallara aiddir. Bu zaman cinayət kimi təqdim edilən hadisənin baş vermədiyi, yəni hüquqi qiymət verilə biləcək hər hansı faktiki vəziyyətin yaranmadığı müəyyən edilir. CPM-in 39.1.2-ci maddəsi isə hadisənin və müəyyən hərəkətlərin baş verdiyi, lakin həmin hərəkətlərdə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olmadığı hallarda tətbiq olunur. Başqa sözlə, birinci halda hadisənin özü yoxdur, ikinci halda isə hadisə mövcuddur, lakin həmin hadisə cinayət xarakteri daşımır. İş materiallarından görünür ki, tərəflər arasında uzun illər davam etmiş sahibkarlıq münasibətləri mövcud olmuş, investisiya qoyuluşları həyata keçirilmiş, torpaq sahələri əldə edilmiş, meyvə bağları salınmış, təsərrüfat fəaliyyəti aparılmış, gəlirlər əldə edilmiş və sonradan həmin fəaliyyət nəticəsində yaranmış əmlak və gəlirlərin bölüşdürülməsi ilə bağlı fikir ayrılığı meydana çıxmışdır. Bundan əlavə, tərəflər arasında audit yoxlamasının keçirilməsi barədə razılıq əldə edilmiş, iqtisadi fəaliyyətin nəticələrinin müəyyən olunması istiqamətində tədbirlər görülmüşdür. Bu hallar göstərir ki, tərəflər arasında müəyyən faktiki hadisələr və hüquqi münasibətlər mövcud olmuşdur. Belə olan halda, şikayətçinin iddia etdiyi kimi hadisəsinin ümumiyyətlə baş verməməsindən danışmaq mümkün deyildir. Əksinə, araşdırma ilə təsdiq olunur ki, tərəflər arasında konkret iqtisadi və əmlak münasibətləri olmuş, sonradan həmin münasibətlərdən irəli gələn mübahisə yaranmışdır. Bu səbəbdən CPM-in 39.1.1-ci maddəsinin tətbiqi üçün zəruri olan "cinayət hadisəsinin olmaması" halı iş materialları ilə təsdiq edilmir. Məhkəmə kollegiyası hesab edir ki, araşdırmanın predmeti hadisələrin baş veribverməməsinin deyil, həmin hadisələrin cinayət xarakteri daşıyıb-daşımamasının müəyyən edilməsindən ibarət olmuşdur. Araşdırma zamanı tərəflər arasında mövcud olmuş münasibətlərin mahiyyəti, qarşılıqlı razılaşmaların xarakteri, investisiyaların qoyuluşu və əmlakların idarə olunması halları yoxlanılmış, nəticədə mübahisənin birgə sahibkarlıq fəaliyyətindən irəli gələn mülki-hüquqi xarakter daşıdığı müəyyən edilmişdir. Toplanmış materiallarla şəxslərin özgə əmlakını qanunsuz ələ keçirmək məqsədilə hərəkət etmələri, aldatma və ya etibardan sui-istifadə yolu ilə əmlak əldə etmələri, yaxud digər cinayət-hüquqi əhəmiyyət kəsb edən halların mövcudluğu müəyyən edilməmişdir. Şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş şikayətdə araşdırmanın natamam aparılması, mühüm əhəmiyyət kəsb edən sübutların toplanmaması, prosessual qanun pozuntularına yol verilməsi və ya cinayət işinin başlanması üçün əhəmiyyətli olan halların yoxlanılmaması barədə hər hansı konkret dəlil göstərilməmişdir. Şikayət faktiki olaraq yalnız müstəntiq tərəfindən seçilmiş hüquqi əsasın fərqli qiymətləndirilməsinə yönəlmişdir. Lakin belə fikir ayrılığı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğvi üçün kifayət edən hüquqi əsas hesab edilə bilməz. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən qərarın Şikayət verən şəxs münasibətdə ləğv edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir. Buna görə də Şikayət verən şəxs vəkili və nümayəndəsi Nümayəndə məhkəmə nəzarəti qaydasında verdiyi şikayət təmin edilməməlidir. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № *****/**, ## #### 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Şikayət verən şəxs nümayəndəsinin məhkəmə nəzarəti qaydasında verdiyi sözügedən şikayətinin təmin edilməməsinə dair iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Şikayət verən şəxs nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar