Məhkəmə qərarları › İş №6(3-6)-313/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-313/2026

08.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-313/2026 08.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Murad Akif oğlu və İbrahimov Zamin Vəliyəddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Bakı şəhəri Binəqədi rayon prokurorluğunun nümayəndəsi X1, Qeybalıyev Cabir Cəbrayıl oğlunun iştirakı ilə, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilmədən Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, R İsa Süleymanov tərəfindən qəbul edilmiş ## ######## 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarın qanuni hesab edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq müəyyən e t d i: Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, R İsa Süleymanovun ## ######## 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarının hüquqi qüvvəsini itirdiyinə görə ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ## ######## 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarın qərara aldım hissəsinin 3-cü bəndində qeyd edilir ki, zərərçəkmiş şəxs, şahid ifadələrinin arasında göstərilən xüsusatlar üzləşdirmə protokolları ilə təkzib olunur, 7-ci bəndində isə qeyd olunur ki, cinayət işi ayrılsın. Belə ki, həmin qərara tam olaraq nəzər salsaq, hansı ziddiyyətlərə əsasən və yaxun nə ilə təkzib olunması və nə üçün təkzib olunması göstərilməmiş, həmçinin hüquqi qiymət verilməmişdir. Bununla yanaşı sözügedən qərarın 7-ci bəndi hüquqi qüvvəsini itirmişdir, çünki Binəqədi Rayon Məhkəməsi ## ###### 2026-cı il tarixli *(*-**)-**/**** saylı qərarı ilə həmin qərarı qanunsuz hesab etməklə ləğv etmişddir. Bu səbəbdən, Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi R İsa Süleymanovun ## ######## 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarı hüquqi qüvvəsini itirdiyinindən, qərəzli və əsassız olduğundan ləğv edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarına əsasən Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayət təmin edilməmişdir. Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, R İsa Süleymanov tərəfindən qəbul edilmiş ## ######## 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərar qanuni hesab edilmişdir. Həmin qərardan narazı qalan şikayətçi Şikayət verən şəxs şikayətlə eyni məzmunlu apellyasiya şikayəti verərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Şikayət verən şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasınında prokurorluğun nümayəndəsi X1 apellyasiya şiayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, şikayətdə göstərilənləri müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, R İsa Süleymanov tərəfindən qəbul edilmiş “sübutların qiymətləndirilməsi haqqında” ## ######## 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs Şikayət verən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilməsi (1-ci hissə), təqsirləndirilən şəxs Şikayət verən şəxs zərərçəkmişlər X9, X8, X3, X5, X10 aldadaraq ona verdikləri avtomobilləri sataraq pullarını ələ keçirməsi ilə bağlı ifadələrində göstərdiyi xüsusatların zərərçəkmiş və şahid ifadələri, üzləşdirmə protokolları ilə təkzib olunmasının nəzərə alınması (3-cü hissə), hazırki cinayət işindən Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ## ######## 2024-cü il tarixdə ********* nömrəli cinayət işinin ayrılması (7- ci hissə) qərara alınmışdır; -Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli hökmünə əsasən Şikayət verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 il 06 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir; - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## ###### 2026-cı il tarixli qərardan görünür ki, Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi R Süleymanov İsa Afiq oğlu tərəfindən qəbul edilmiş Şikayət verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə icraatın dayandırılması barədə qərar qanunsuz hesab edilməklə ləğv edilmiş, həmin cinayət işinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun baxılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq hesab etmişdir ki, Şikayət verən şəxs şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, şikayət təmin edilməməli, Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, R İsa Süleymanov tərəfindən qəbul edilmiş ## ######## 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərar qanuni hesab edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, yuxarıda qeyd olunan cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılmış və ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli hökmünə əsasən Şikayət verən şəxs həmin cinayət işi üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Mübahisələndirilən qərarın 1-ci hissəsinə əsasən Şikayət verən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham artıq məhkəmə baxışının predmeti olduğundan və həmin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən mahiyyəti üzrə baxılaraq qərar qəbul edildiyindən, məhkəmənin qənaətinə görə bu hal mübahisələndirilən qərarın bütövlükdə ləğvini istisna edir. Şikayətin sözügedən qərarın 3-cü hissəsinin ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hissəyə əsasən təqsirləndirilən şəxs Şikayət verən şəxs zərərçəkmişlər X9, X8, X3, X5, X10 aldadaraq ona verdikləri avtomobilləri sataraq pullarını ələ keçirməsi ilə bağlı ifadələrində göstərdiyi xüsusatların zərərçəkmiş və şahid ifadələri, üzləşdirmə protokolları ilə təkzib olunması nəzərə alınmışdır. Yəni, həmin hissəyə əsasən Şikayət verən şəxs qarşı hər hansı ittiham irəli sürülməmiş, əksinə ona qarşı zərərçəkmiş şəxslərin ifadələrində göstərilən xüsusatlar təkzib edilmişdir. Bu baxımdan qərarın qeyd olunan hissəsinin ləğv edilməsi şikayət vermiş şəxsin hüquqi marağı ilə uzlaşmamaqla yanaşı, həmin hissənin ləğv edilməsi üçün məhkəmə tərəfindən əsaslar müəyyən edilmir. Həmçinin, şikayətdə qeyd olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6(5- **)-**/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə ## ######## 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarının 7-ci hissəsi qanunsuz hesab edilməklə ləğv olunmuşdur. Lakin, sözügedən məhkəmə qərarının məzmunundan aydın olur ki, məhkəmə tərəfindən şikayət verən şəxs barəsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə ********* nömrəli cinayət işinin ayrılması barədə qərar deyil, həmin cinayət işi üzrə icraatın dayandırılmasına dair qərar qanunsuz hesab edilməklə ləğv edilmiş, cinayət işinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun baxılması qərara alınmışdır. Yəni, məhkəmə nəzarəti qaydasında işə baxmış məhkəmə tərəfindən sübutların qiymətləndirilməsi qərarının 7-ci hissəsi nəinki ləğv edilməmiş, əksinə həmin hissə ilə ayrılmış cinayət işinə baxılmalı olması barədə mövqe bildirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 442.2.2-ci maddəsinə əsasən, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: 449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); 449.1.2. tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin; 449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; 449.1.4. müstəntiqin; 449.1.5. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: 449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; 449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; 449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər. 451-ci maddəsinin tələbinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi və ya barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərar çıxarır. 454-cü maddəsinə əsasən istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası birinci instansiya məhkəsinin qərarı ilə razılaşaraq qeyd edir ki, iş materiallarında olan sənədlərdən görünür ki, sözügedən cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü ilə Şikayət verən şəxs həmin cinayət işi üzrə təqsirli bilinərək məhkum edilmişdir. Apellyasiya şikayətinin dəlillərində Şikayət verən şəxs tərəfindən qərarın ləğv edilməsi və ya dəyişdirilməsinə əsas ola biləcək heç bir sübut əlavə edilməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 453.6.1-ci maddəsini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Qərara a l d ı: Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilmədən Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, R İsa Süleymanov tərəfindən qəbul edilmiş ## ######## 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarın qanuni hesab edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət və ya protest verilə bilməz. Sədrlik edən: Qədim Babayev Hakimlər: Murad Məmmədov Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar